05/08/2019
Xaya artımı yaxud toxum ciyəsinin kistası nədir?
Kista xaya artımında yerləşdikdə spermatosele, toxum ciyəsində olduqda funikulosele adlandırılır.Xayada kista, xaya artımının kistası - xayada ağrı Kista içərisi maye ilə dolu olan, oval formalı, hamar və elastik kapsulası ( divarı ) olan xoşxassəli törəmədir. Əsasən xaya artımının başında, az hallarda isə cismində və quyruq hissəsində olur. Sağ və sol xayada rastgəlmə tezliyi eynidir. Eyni vaxtda sağ və sol xayada olması da mümkündür.
Kistanın əmələ gəlməsinin səbəbləri:
Xaya artımında kistanın əmələ gəlməsi xaya artımı kanalcıqlarının mənfəzinin hər hansı faktorun təsirindən daralması yaxud tam tutulmasıdır. Belə ki, bildiyimiz kimi spermatozoidlərin əmələ gəlməsi xayada, onların yetişməsi və formalaşması isə xaya artımında gedir. Xaya artımı kanalcıqları spermatozoidlərin yetişmə və formalaşması üçün zəruri olan maddələrlə zəngindir və bu kanalcıqların daxilində olan mayedə spermatozoidlərin hərəkəti üçün optimal şərait vardır. Məhz bu kanalcıqların mənfəzinin hər hansı travma yaxud iltihabdan sonrakı çapıq toxuması ilə daralması nəticəsində kanalcığın mənfəzi şarabənzər formada genişlənir və kistaya çevrilir. Xaya artımının kistası toxum ciyəsinin kistasına nisbətən daha çox rast gəlinir. Kişilərin hər üçündən birində xaya artımının kistası olur və əsasən digər xəstəliklərlə əlaqədar müayinə zamanı aşkarlanır. Əksər hallarda kistanın əmələ gəlməsi uşağın 7 – 14 yaşına təsadüf edir.
Kistanın əlamətləri
Kistalar əksər hallarda əlamətsiz keçir. Əlamətləri daha çox kistanın ölçüsündən və yerləşdiyi yerdən asılıdır. Kiçik kistalar xayalığın müvafiq tərəfində vaxtaşırı yaranan, hərdən isə artan ağrı və diskomfort hissi yaradır. Nisbətən böyük kistalar xayalığın müvafiq tərəfini deformasiya edərək həm kosmetik defekt yaradır, həm də ağrı, diskomfort daha çox narahat edir. Əllə baxdıqda xaya artımı başında müəyyən oluna bilir, toxunduqda əksər hallarda ağrılıdır. Həmçinin eyakulyasiya zamanı bir çox pasientlərdə ağrının olmasını da müşahidə etmək olur.
📞0503273597