Daxili xestelikler

Daxili xestelikler Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daxili xestelikler, Medical and health, Tibb Universiteti, Baku.

Qırmızı bibərin xərçəngə qarşı böyük müqavimət yaratdığını qeyd edirlər. Prostat və rəhm xəstəliklərində faydalıdı. Ağrı...
26/01/2019

Qırmızı bibərin xərçəngə qarşı böyük müqavimət yaratdığını qeyd edirlər. Prostat və rəhm xəstəliklərində faydalıdı. Ağrıkəsici xüsusiyyəti var. Vitamin və mikroelementlərlə zəngindir.

14/08/2017

Bruselyoz – bir çox orqan patologiyasının səbəbi və xroniki formaya meylli olan zoonoz infeksiyadır. Bruselyozun mühüm patogenetik komponenti allergik reaktivlikdir.

Törədicinin xarakteristikası

Bruselyoz Brucella növünə aid olan hərəkətsiz polimorf qram-müsbət mikroorqanizmləri tərəfindən törədilir. İnfeksiyanı törədən brusella növü xəstəliyin ağırlığına təsir göstərir və ən ağır keçən bruselyoz - Brucella melitensis növünə yoluxma nəticəsində baş verən formadır. Brusellalar yüksək invaziv olurlar, sahibin orqanizmində hüceyrə daxilində çoxalırlar, lakin öz aktivliyini hüceyrədən kənarda da saxlayırlar. Ətraf mühitdə dayanıqlı olurlar və iki aydan çox yaşayırlar, çiy ətdə - üç ay (duzlu ətdə - 30 gün), ağ pendirdə - iki ayadək, heyvan yununda isə - 4 ayadək qalırlar. Qaynatma zamanı brusellalar dərhal məhv olurlar, 60°С qədər hərarətdə isə 30 dəqiqədən sonra ölürlər.

Bruselyozun mənbəyi heyvanlardır, insan da bruselyoza əsasən keçi, qoyun, inək və donuzlardan yoluxur. Bəzi hallarda insan at, dəvə və bəzi digər heyvanlardan da yoluxa bilər.

Törədici xəstə heyvanın nəcis və sidiyi, südü və amniotik mayesiylə ifraz olunur.

İnfeksiyanın ötürülməsi əsasən fekal-oral mexanizmlə, əksərən su və qidayla baş verir, bəzi hallarda isə kontakt-məişət (törədici dəri və selikli qişalardakı mikrotravmalardan daxil olur) və aerogen (infeksiyalı tozla nəfəs aldıqda) yollarla ötürülə bilər.

Xəstə heyvanlardan alınmış süd və süd məhsulları (ağ pendir, qımıs, pendirlər), ət, heyvan mənşəli xammaldan (yun və dəridən) hazırlanmış mallar mühüm epidemioloji təhlükə kəsb edirlər.

Heyvanlar nəcislə torpağı, suyu, yemi çirkləndirirlər və bu da insanın qeyri-qida yoluyla yoluxmasına səbəb olur. Kontakt-məişət və hava-toz yolları heyvanlara qulluq zamanı və heyvan mənşəli xammalın işlənməsi zamanı baş verir.

Hamilə qadınlarda bruselyoz zamanı infeksiyanın bətndaxili ötürülməsi mümkündür və bundan başqa laktasiya zamanı infeksiya postnatal ötürülə bilər.

İnsanlarda bruselyoza qarşı yüksək həssaslıq var, infeksiyanı keçirdikdən sonra 6-9 ay ərzində immunitet qalır. Brusellaya təkrar yoluxma 2-7% hallarda qeyd olunur.

Bruselyozun təsnifatı

Bruselyoz gedişatına görə fərqli olur: kəskin (bir yarım aya qədər davam edən), orta kəskin (dörd aydan az davam edən), xroniki (dörd aydan çox olan) və rezidual (uzaq fəsadlar) bruselyoz.

Bruselyozun kliniki əlamətləri

Bruselyozun inkubasiya dövrü orta hesabla 1-4 həftədən ibarətdir, lakin latent daşıyıcılıq əmələ gəldikdə 2-3 ayadək uzanır.

Kəskin bruselyoz adətən tez inkişaf edir, yaşlı insanlarda isə tədricən başlaya bilər (bu halda xəstələrdə bir neçə gün ərzində artan intoksikasiyayla ümumi zəyiflik, yuxusuzluq, əzginlik, artralgiya və mialgiyalar şəklində prodromal əlamətlər olur). Bədən hərarəti kəskin olaraq yüksək rəqəmlərədək qalxır, titrədici üşütmə şiddətli tər axmasıyla növbələnir, intoksikasiya inkişaf edir, əksər hallarda orta olur, baxmayaraq ki, hərarət reaksiyası güclü olur. Üşütmə mərhələsi əksər hallarda bir neçə gün davam edir, bəzən 3 həftə və ya bir ayadək uzanır.

Xəstələrdə yuxu və iştaha pozulmaları, baş ağrıları, emosional labillik olur. Hərarətin yüksək nöqtəsində ümumi solğunluq fonunda üz və boyunun şişkinliyi qeyd olunur. Orta polilimfadenopatiya - ən çox boyun və qoltuqaltı limfa düyünlərinin bir qədər böyüdüyü və toxunduqda bir az ağrılı olduğu aşkar olunur. Kəskin formada bruselyozun orta kəskin formasına daha xarakter olan fibrozit və sellülitlər qeyd oluna bilər – vətər və əzələ yolu boyunca noxud ölçüsündə (bəzən xırda toyuq yumurtası ölçüsünədək böyüyən) bərk ağrılı törəmələr.

Bruselyozun orta kəskin formasında üşütmə residivlərinin normal hərarət dövrləriylə növbələnməsi xarakterdir. Üşütmə mərhələləri müxtəlif müddəti ola bilər, hərarətin artması subfebrilitetdən başlayaraq çox yüksək rəqəmlərədək ola bilər (həmçinin bir gün ərzində). Üşütmə yönlənmiş xarakterli olur. Hərarətin yüksəlməsi intoksikasiya əlamətləriylə müşayiət olunur: əzələ və oynaqlarda ağrılar, paresteziyalar (bədənin müxtəlif yerlərində sancma, “vicvicə” hissi), ümumi zəyiflik, iştahanın azalması və ürək ritminin pozulması (üşütmənin yüksək nöqtəsində nisbi bradikardiya – ritm tezliyinin bədən hərarətinə uyğun olmaması). Normal hərarət zamanı nəbz sürətlənə bilər. Ürək tonları karlaşır. Xəstələrdə susuzluq, ağızda quruluq hissi, bəzən qəbzlik olur.

Xəstəliyin bu forması əksər hallarda fibroz və sellülitlərlə müşayiət olunur. Ağır keçdikdə infeksion-toksik şok, ürək qişalarının iltihabı (perikardit) şəklində fəsadlaşmalar əmələ gələ bilər.

Bruselyozun orta kəskin forması allergiya əlamətləriylə müşayiət olunur – səpkilər, dermatit, damar reaksiyaları və s. İlk olaraq adətən oynaq aparatı zərər çəkir: reaktiv poliartritlər, bursit və tendovaginitlər əmələ gəlir. Kişilərdə xaya və törəmələrin zədələnməsi baş verir, qadınlarda isə menstruasiya pozulmaları, endometritlər ola bilər. Hamiləlik zamanı bruselyoz düşüklərə və vaxtından əvvəl doğuşa səbəb ola bilər.

Xroniki bruselyoz dalğavari keçir, bir çox orqanların zədələnmə simptomları olur. Bununla belə ümumi intoksikasiya sindromu (üşütmə və intoksikasiya) adətən az təzahür edir, hərarət nadir hallarda subfebril rəqəmlərdən yüksək olur. Xəstəliyin kəskinləşmə dövrləri arasında müddət 1-2 ay ola bilər. Orqanizm daxilində yeni infeksiya ocağı yarananda ümumi vəziyyətin p*sləşməsi baş verir.

Xroniki bruselyozun simptomatikası hansı funksional sistemin törədici tərəfindən daha çox zədələndiyindən və allergik komponentin dərəcəsindən asılıdır.

Daha çox oynaqların (artritlər) və ətraf toxumaların iltihabı inkişaf edir, bel, oma sümüyü və dirsək nahiyyəsində birləşdirici toxuma patologiyaları (fibrozlar, sellülitlər) əmələ gəlir. Bəzən spondilit inkişaf edir və intensiv ağrılarla hərəkət məhdudlaşması xəstələrin vəziyyətini ağırlaşdırır. Oynaqlar tez-tez destruksiya və deformasiyaya uğrayır.

Bruselyoz xəstələrində bəzən nevritlər (həmçinin görmə və eşitmə sinirinin iltihabı) və radikulitlər, sinir kələflərinin iltihabı, paresteziyalar olur. Xəstəliyin uzun müddətli müalicəsi reaktiv nevrozun əmələ gəlməsinə səbəb olur.

Xroniki bruselyoz zamanı həmçinin cinsi vəzilərin allergik iltihabları və münbitlik pozulmaları olur (qadınlarda sonsuzluq, kişilərdə isə impotensiya).

Xəstəliyin müddəti 2-3 il ola bilər və təkrar yoluxma zamanı uzana bilər.

Rezidual bruselyoz – infeksiyanın uzaq fəsadları – patoloji aktivliyin inkişafıyla bağlıdır. Orqanizmin immunoloji strukturu dəyişdiyinə görə spesifik reaksiyalar əmələ gələ bilər – bədənin subfebril hərarəti, psixoloji deviasiyalar, oynaq patologiyası, birləşdirici toxumanın törəmələri.

Bruselyozdan sonra ciddi degenerativ dəyişikliklər qala biər, xüsusən də sinir gövdələri və kələfləri sahəsində - kontrakturaların inkişafı, nevroloji simptomatikanın əmələ gəlmə ehtimalı yüksək olur (parezlər, nevropatiyalar). Xəstəliyin uzun müddətli olması oynaq toxumalarının və bağ aparatının (ankiloz və spondilyoz, kontrakturalar, əzələ distrofilayarı kimi) geri çevrilməz destruksiyasına görə dayaq-hərəki strukturlar tərəfindən davamlı funksional pozulmaların inkişafına şərait yaradır. Bəzən bruselyozun bu cür fəsadları cərrahi korreksiyaya göstəriş olur.

Bruselyozun diaqnostikası

Bakterioloji diaqnostika xüsusi olaraq təhlükəli infeksiyaların törədiciləriylə işləmək üçün təchiz edilmiş ixtisaslaşdırılmış laboratoriya şəraitində aparılır. Brusellaları qandan, likvordan, limfa düyünlərinin punktatından alırlar və bioloji materialın qidalı mühitlərə bakterial əkməsini həyata keçirirlər. Çox əmək sərfi tələb etdiyinə görə törədicini nadir hallarda diaqnostik məqsədlə alırlar, diaqnozun təsdiqi üçün pasiyentin qanında brusellalara qarşı antigenin müəyyən edilməsi və seroloji testlərin aparılması kifayət edir.

Antigenlər İFA, RKA, RLA və RAQA ilə aşkar edilirlər. Bu məqsədlə adətən qan zərdabı tədqiq edilir, lakin bəzən antigenlər onurğa beyini mayesində də aşkar oluna bilər.

Anticismlərin müəyyən edilməsi RA, RNQA, RSK, RİF, həmçinin Rayt reaksiyası və brusellaların xəstənin zərdabıyla əlaqəsi testi köməyiylə həyata keçirilir.

Diaqnozun təsdiqlənməsi üçün ən az 3-4 müxtəlif seroloji testlərdə cavab müsbət olmalıdır.

Xəstəliyin 20-25 günündən başlayaraq və sağalmadan sonra uzun müddət (bir neçə il) ərzində Bürne dəri sınağı (brusellinin dərialtı yeridilməsi) müsbət qalır.

Bruselyozun müalicəsi

Ambulator müalicə yalnız infeksiya yüngül olanda mümkündür. Ağır olduqda və fəsadlaşma təhlükəsi yarananda isə insan xəstəxanaya yatırılır. Üşütmə dövründə xəstələrə yataq rejimi təyin olunur.

Etiotrop terapiya müxtəlif qrup antibiotiklərin təyinindən ibarətdir və o preparatlardan biri mütləq hüceyrə divarından keçməyi bacarmalıdır. Növbəti antibiotik cütlərinin istifadəsi səmərəlidir: rifamp*sinlə doksisiklin yaxud ofloksasin, doksisiklinlə streptomisin. Residiv inkişaf etdikdə təkrar antibiotiklərlə terapiya kursu təyin olunur.

Əsas terapiyaya əlavə olaraq patogenetik və simptomatik vasitələr təyin olunur: dezintoksikasiya terapiyası (intoksikasiyanın dərəcəsindən asılı olaraq), immuniteti stimulyasiya edən vasitələr (dibazol, timalin, pentoksil), spondilit və intensiv radikulit zamanı novokainli blokadalar edilir, iltihaba qarşı preparatlar (xəstəliyin ağırlığından və oynaq əlamətlərindən asılı olaraq qeyri-steroid preparatlar və kortikosteroidlər) təyin olunur.

Əvvəllər bruselyozun kompleksli terapiyasında müalicəvi vaksinlərdən istifadə edirdilər, lakin hazırda bu təcrübədən imtina edirlər, çünki həmin vaksin immuniteti xeyli azaldır və autoimmun proseslərə səbəb ola bilər.

Remissiyalar zamanı xəstələrə sanator-kurort müalicə, fizioterapevtik prosedurlar (UYT, kvars, radon vannaları və s.) və müalicəvi gimnastika tövsiyə olunur.

Bruselyoz zamanı proqnoz

Adətən bruselyoz xəstələrin ölümünə səbəb olmur və proqnoz yaxşı olur. Uzun müddət davam etdikdə və oynaq aparatında davamlı destruktiv qüsurlar əmələ gəldikdə əmək qabiliyyəti məhdudlaşır.

Bruselyozun profilaktikası

İnsanların bruselyozla xəstələnməsinin qarşısını almaq üçün görülən profilaktik tədbirlərə kənd təsərrüfatı heyvanlarının sağlamlığına veterinar nəzarət daxildir, həmçinin qida məhsullarının istehsalı, saxlanma və daşınma şərtlərinin sanitar-gigiyenik qaydaya salınması, kənd təsərrüfatı işçilərinin illik profilaktik müayinələri aiddir.

Mal-qara müntəzəm olaraq vaksinasiya edilməlidir. Həmçinin diri bruselyoz vaksinasıyla spesifik profilkatika heyvanlarla bilavasitə işləyən insanlara mütləq edilməlidir. İndividual profilaktika vasitələrinə həmçinin heyvan mənşəli xammalla işlədikdə geyinilən xüsusi paltar və şəxsi gigiyena qaydaları aiddir.

19/02/2017

Ağıllı insan insan kimi yeməyi içməyi yatmağı və hərəkət etməyi bacarandı

25/04/2015

Bayılma – beyin qan dövranının pozulması nəticəsində, insanın qısa müddət ərzində huşunu itirməsidir.
Bayılmanın səbəbi yorğunluq, qorxu, ağrı, güclü emosiyalar (məsələn, qan gördükdə), istivurma, anemiya (qan azlığı), ürək-damar xəstəlikləri, miokardın infarktı, kəllə-beyin travması, aclıq, diabetiklərdə qanda şəkərin kəskin şəkildə aşağı düşməsi, bəzi dərmanların qəbulu (məsələn, təzyiqi aşağı salan dərmanların) və s. ola bilər.
Balılmaların ən çox yayılmış səbəbləri – qorxu, yorğunluq, aclıq. Cavan insanlarda və uşaqlarda bayılmalar adətən heç bir ciddi xəstəliyin əlaməti deyil. Lakin həm uşaqlarda, həm də böyüklərdə bayılmalar tez-tez baş verərsə, mütləq həkim-nevropatoloqun (bəzən isə kardioloqun) müayinəsindən keçmək lazımdır.
Bayılmadan bilavasitə qabaq insan zəiflik, başgicəllənmə, ürəkbulanma, qulaqlarında küy hiss edir, onu soyuq, yapışqan tər basır və rəngi avazıyır. Bu zaman xəstənin gözlərinin qarşısında sönüb-yanan qığılcımlar və zolaqlar əmələ gəlir, əlləri və ayaqları keyləşir. Bayıldıqdan sonra, uzanmış vəziyyətdə olan insanın beyninə gələn qan kütləsi artığı üçün o, adətən tez bir zamanda özünə gəlir.
Bayılma zamanı zərərcəkənə ilk tibbi yardım göstərmək üçün, onu başı bədənindən bir qədər aşağı olmaqla (bu, qan kütləsinin baş beyinə daha çox gəlməsini təmin edir) uzatmaq, onu sıxan paltarları boşaltmaq (köynəyin yaxalığı, kəmər və s.), otağa təmiz hava daxil olmasını təmin etmək (pencərəni, nəfəsliyi açmaq) lazımdır. Qəfildən baş verə bilən qusma nəticəsində zərərçəkənin boğulmaması üçün, onun başını mütləq yana çevirmək vacibdir. Zərərçəkəni heç bir halda bu vəziyyətdə tək qoymayın!Zərərçəkəni özünə gətirmək üçün onun üzünə soyuq su çiləmək və ya ona ammonium xlorid (naşatır spirti) və ya 9%-li sirkə məhlulunda isladılmış pambığı ehtiyatla (!), - burnuna 2-3 sm-dən yaxın saxlamamaqla iylətmək, sirkə ilə gicgahlarını sürtmək lazımdır. Zərərçəkən özünə gəldikdən sonra, ona isti şirin çay və ya kofe içizdirmək məsləhət görülür.
Əgər bayılmanın səbəbi istivurma və ya günvurma olubsa, xəstəni sərin bir yerə aparıb yerdə belə uzatmaq lazımdır ki, başı bədənindən bir qədər yuxarıda olsun. Zərərçəkənin başına, qoltuqaltı, qasıq və döş nahiyəsinə buz və ya soyuq kompres qoyun, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırın. Zərərçəkən özünə gəldikdən sonra, ona sərin bir qədər duz qatılmış su verin.
Adətən bayılma onlarla saniyə ərzində davam edir. Əgər zərərçəkən 3 dəqiqə ərzində özünə gəlmirsə, dərhal “təcili yardım” çağırın.
Bayılmanın xüsusi növlərindən biri də hipoqlikemik komadır. Bu əksər hallarda şəkərli diabet olan xəstələrdə qanda şəkərin kəskin şəkildə enməsi zamanı baş verir. Hipoqlikemik komanın səbəbi, şəkərli diabet olan xəstədə insulinin tələb olunandan artıq dozada vurulması və ya uzun müddət ərzində ac qaldıqda qanda şəkərin kəskin şəkildə azalmasıdır. Bu halda zərərçəkənə göstərilən ilk tibbi yardım adi bayılmadan fərqli olur.
Şəkər – beyinin qidalanması üçün əsas qida maddəsidir. Buna görə də onun çatışmazlığı sinir hüceyrələrinin “aclığına” və onların funksiyasının kəskin şəkildə pozulmasına səbəb olur. Bu zaman əvvəlcə baş ağrısı, güclü aclıq hissiyyatı, tərləmə, titrəmə, taxikardiya (ürək döyüntülərinin artması), dəri örtüklərinin avazıması, görmənin pozulması, bədən temperaturunun azalması baş verir. Bu halda insan aqressiv (təcavüzkar) və idarəolunmaz olur. Təcili tədbirlər görülməzsə, sonradan qıcolma və koma baş verə bilər.
Hipoqlikemiyanın ilkin əlamətləri olan kimi xəstəyə təcili şəkildə hər hansı bir şirin qida (qənd parçası, konfet, bir neçə qaşıq mürəbbə, şirin bulka, peçenye, 1 stəkan şirin çay və s.) vermək lazımdır. Əgər zərərçəkən artıq huşunu itiribsə, mütləq “təcili yardım” çağırın. Hadisə yerinə gələn həkim xəstəni bu vəziyyətdən çıxarmaq üçün damar daxilinə qlyukoza məhlulu yeritməli olur.
Əlbətdə ki, ilk növbədə hipoqlikemik komanıın qarşısını hər vasitə ilə almaq lazımdır. Hipoqlikemiyanın profilaktikası üçün şəkərli diabeti olan şəxs müntəzəm şəkildə həkim-endokrinoloqun nəzarəti altında olmalı, qanda şəkərin səviyyəsinə nəzarət etməli, pəhrizə əməl etməli, heç zaman ac qalmamalı, hər zaman yanında bir neçə konfet və ya qənd parçası saxlamalıdır.
Uşağında şəkərli diabeti olan valideyinlər onunla birlikdə hər hansı bir yerə gedərlərsə, özləri ilə bir neçə konfet və ya qənd parçası götürməlidirlər.

07/04/2015

Allah gecəni yatmaq üçün verdi.

01/04/2015

Ginekoloji iltihabi xəstəliklər
İltihabi xəstəliklər adı altında qadın cinsiyyət sisteminin müxtəlif nahiyyələrində (uşaqlıq, yumurtalıq, uşaqlıq boruları və s.) olan iltihabi proseslər nəzərdə tutulur. Bəzən iltihabi proses bir deyil eyni zamanda bir neçə nahiyyəni əhatə edir.

Cinsi orqanların iltihabi xəstəlikləri ginekoloji xəstəliklər içərisində daha çox rast gələnlərdəndir.

Bu xəstəliklərə xüsusi diqqət yetirmək lazımdır. Çünki əhəmiyyət ondan ibarətdir ki, bunlar birbaşa reproduktiv sistemə təsir edirlər. İltihabi xəstəliklər sonsuzluğun, menstrual tsiklin və cinsi funksiyanın pozulmasının, endometriozun və s. nin əsas səbəblərindən hesab edilirlər. İltihabi proseslər nəinki bakterial eləcə də zöhrəvi xəstəliklərin nəticəsində meydana çıxırlar.

Daha çox yayılmış iltihabi xəstəliklərə aşağıdakılar aiddir : uşaqlıq yolu disbakteriozu, qardnerelloz, vaginit, kandidoz, xlamidioz, trixomoniaz və s. Bu xəstəliklər vaxtlı - vaxtında müalicə almadıqda ciddi ağırlaşmalara o cümlədən sonsuzluğa, uşaqlıqdankənar hamiləliyə və xroniki ağrılara səbəb ola bilər.

Qadın cinsiyyət orqanlarında iltihabi prosesin səbəbləri:
Qadın sağlamlığı cox incə məhfumdur. Belə ki, ətraf mühitin ekoloji təsviri, psixoloji vəziyyət, dərman preparatlarının kontrolsuz təyini (əsasən də antibiotiklərin ) qadın sağlamlığını risq altına qoyur. Bununla əlaqədər olaraq normal mikroflora da təzyiq altında qalır, patogenlik xüsusiyyəti əldə edir və onun “təmsilçiləri” bir çox xəstəliklərin törədicilərinə çevrilirlər. Cinsi orqanların müadfiə sistemləri isə zəifləyərək uregenital infeksiyaların hücumuna məruz qalırlar.

İltihabi xəstəliklərin inkişafına çox faktorlar təsir edir: infeksiyalar, soyuğun təsiri, abortlar, operativ və yaxud da diaqnostik məqsədlə aparılan manipulyasiyalar, cinsi həyatta gigiyena qaydalarına riayət etməmək, antibiotiklərlə qeyri adekvat müalicə və s. Eləcə də uşaqlıqdaxili spirallar iltihabi xəstəliklər risqini 4-5 dəfəyədək artırmış olurlar. Bu göstərici düzgün istifadə olunmayan uşaqlıqyoludaxili tamponların istifadəsinə də aiddir.

İltihabi prosesin səbələrindən biri kimi cərrahi müdaxilələr zamanı toxuma zədələnmələrini də göstərmək olar. Bu halda oksidləşmə-bərpa potensialı aşağı düşərək şərti-patogen floranın yayılması üçün şərait yaranır.

İltihabi xəstəliklərin klassifikasiyası:
Əmələgəlmə vaxtı və prosesin vəziyyətindən asılı olaraq xəstəlikləri kəskin və xroniki dövrə bölürlər. O cümlədən patoloji prosesin lokalizasiyası və törədicinin növündən asılı olaraq da klassifikasiya edilir (bakterial, virus, göbələk, ibtidai və s. ). Xüsusi qrup da var ki, bura da doğuşdansonrakı, abortdansonrakı və əməliyyatdan sonrakı iltihabi xəstəliklər aiddir.



Lokalizasiyasına əsasən ginekoloji iltihabi xəstəliklərin klassifikasiyası
Daha çox yayılmış ginekoloji iltihabi xəstəliklərə aiddir.



Adı

Lokalizasiyası

Vulvit

V***anın iltihabı (xarici cinsiyyət üzvlərinin)

Vulvovaginit

V***a və uşaqlıq yolunun eyni zamanda iltihabi

Bartolinit

Bartolli vəzilərinin iltihabı

Kolpit və ya vaginit

Uşaqlıq yolunun selikli qişasının iltihabı

Metroendometrit

Xüsusilə abort və ya doğuşdan sonra uşaqlığın iltihabi

Salpingit

Uşaqlıq borularının iltihabı

Salpinqooforit

Uşaqlıq, yumurtalıq və boruların iltihabı Воспаление придатков матки —яичника и маточной трубы

Endometrit

Uşaqlıq boşluğu selikli qişasının iltihabı

Endoservisit

Uşaqlıq boynunun selikli qişanın iltihabı

Bir qayda olaraq iltihabi xəstəliyin adı lokalizasiya olunduğu sahəni əhatə edən orqanın yunan yaxud da latınca adına “it” və “oz” sonluğu (bu sonluqlar iltihabi prosesi göstərirlər) əlavə etməklə adlandırılır.



Spesifik və qeyri spesifik iltihabi proseslər.
Qeyd etdiyimiz kimi, qadın cinsi orqanlarındakı iltihabın əsas səbəbi infeksiyadır. Törədicinin xarakterindən asılı olaraq xəstəliklər, spesifik və qeyri spesifik olmaqla iki qrupa bölünür. Spesifik iltihabi prosesləri cinsi yolla ötürülən infeksiyalar törədir (qonokokk, trixomonada, solğun treponema, xlamidiya, mikoplazmalar, ureaplazma və s. ). Bəzən bu sıraya qardnerella da aid edilir. Bir neçə törədicinin eyni orqanda eyni zamanda iltihabi reaksiya törətməsi də məlunmdur.

Qeyri spesifik iltihabi reaksiyanı isə şərti-patogen mikroorqanizmlər törədirlər (yəni yalnız müəyyən əlverişli şəraitdə patogenlik xüsusiyyəti əldə edənlər). Bunlara qardnerella (qardnerelloz, bakterial vaginoz), Kandida cinsinnən olan göbələklər (kandidoz), bağırsaq çöplər, enterokokklar, stafilokokla, streptokoklar, proteylər və s. aiddir.

Prinsipcə spesifik və qeyri spesifik iltihabi xəstəliklərin simptomları arasında ciddi fərq ayırd edilmir. Fərq yalnız ondan ibarətdir ki, törədici cinsi yolla yoluxan infeksiyadısa hər iki cinsi partnyor müalicə almalıdır.

Törədicinin isə növünü yalnız laborator müayinə üsulları ilə ayırd etmək olar. Müayinənin metodunu isə yalnız həkim təyin etməlidir. Bu günkü gün 100% doğru nəticə əldə etmək üçün metodlar vardır. Bu metodla içində PZR (polimeraz zəncirvari reaksiya) həssaslığı və dəqiqliyi ilə seçilir.

Törədicinin növündən və xəstəliyin spesifikliyindən asılı olmayaraq bütün iltihabi xəstəliklər müalicə olunmalıdır. Əgər iltihabi proses xəstəni narahat etmirsə və xüsusi şikayət və diskomfort yoxdursa da prosesin qarşısı alınmalıdır.

Ginekoloji iltihabi proseslərin simptomları:
Əsas simptomlar aşağıdakılardır:

Uşaqlıq yolundan daim ifrazatın gəlməsi;
Cinsi orqanlarda qaşınma;
İfrazatın p*s qoxulu olması;
Sidik ifrazatı zamanı diskomfort, göynəmə və ağrı ;
Cinsi akt zamanı ağrı
Bəzən qarnın aşağı hissələrində ağrılar olur, bu isə çox zaman hərarət, ürəkbulanma ilə də müşayət olunur. İltihablaşmış orqanın normal funksiyası pozulur. Hərarət qalxır, qanın kliniki analizində leykositoz və EÇS-in sürətlənməsi qeyd olunur.

27/01/2015

Süzənək, qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan bir neçə dəfə xəstəliyə tutula bilər. İnkubasiya dövrü 3—5 gün-dür. Sidik-cinsiyyət orqanlarının selikli qişasına düşmüş qonokokk tez bir zamanda çoxalaraq iltihabi proses yaradır. Bu da iltihabi infiltrata, irinli ifrazata səbəb olur. Xəstəlik uzun müddət davam etdikdə infiltrat çapıqlaşır, nəticədə sidik kanalı daralır. Çapıqlaşma kişilərdə xaya artımlarında, qadınlarda isə fallop borularında keçməzliyə səbəb olur, bu da sonsuzluqla nəticələnir. Xəstəlik oynaqların, sinir sisteminin zəifləməsinə səbəb olur. Düzgün müalicə aparılmadıqda, yaxud rejim gözləmədikdə, xəstəlik xroniki hala keçir. Alkoqolun təsirindən, ədviyyatlı, turşulu, duzlu qidalardan proses daha da kəskinləşir. Kişilərdə süzənək qonokokklar əvvəlcə uretranı zədələyir. 3—5 gündən sonra kəskin iltihab (uretrit) törənir. Xəstəlik qaşınma, göynəmə, siyimə zamanı ağrı və sidik kanalından irinli ifrazatın axması ilə başlayır. Uretranın xarici dəliyinin dodaqcıqları ödemləşir. Xronik uretrit spirtli içkilərin, cinsi əlaqənin təsirindən kəskinləşə bilər. Diaqnoz laboratoriya müayinəsinə əsasən qoyulur. Süzənək sidik kanalının çapıqlı daralması, parauretral yolların, xaya artımının (epididimit), toxum kisəsinin iltihabı, prostat vəzinin kəskin və xronik iltihabı və s. ağırlaşmalar verə bilər. Hər iki xaya artımının zədələnməsi sonsuzluqla nəticələnir. Qadınlarda süzənək çox nəzərə çarpmadan, süst davam edir və ağrı hissi törətmir, 2—3 həftə gizli davam edir; heç bir əlaməti olmadığından xəstə qadınlar həkimə müraciət etmirlər, infeksiya mənbəyi kimi sağlam adamları yoluxdururlar. Qadınlarda süzənəyin iki növü: sidik-cinsiyyət orqanlarının aşağı şöbənin süzənəyi (uretranın, uşaqlıq boynu kanalının, bartolin vəzilərinin, düz bağırsağın zədələnməsi) və qalxan süzənək (uşaqlıq çisminin, uşaqlıq borularının, yumurtalıqların və kiçik çanaq peritonunun zədələnməsi) ayırd edilir. Aşağı şöbənin süzənəyində siyimə zamanı göynəmə və sancı, sidiyin tez-tez xaric olması və s. müşahidə olunur. Uşaqlıq boynu zədələndikdə qadından p*s iyli, irinli-selikli və bəzən qan qarışmış ifrazat gəlir, qarnın aşağı hissəsində ağrılar törəyir, uretranın dəliyi qızarır, ödemləşir. Uşaqlıq boynundan irinli-qanlı ifrazatın axması düz bağırsağın süzənəyinə səbəb ola bilər. Diaqnoz laboratoriya müayinəsinə əsasən qoyulur.

Qalxan süzənək zamanı qarnın aşağı hissəsində ağrılar, qanaxma olur, aybaşı pozulur, iltihabi proses uşaqlıq artımlarına keçdikdə xəstənin ümumi halı p*sləşir, temperatur yüksəlir. Süzənəyin bu forması sonsuzluqla nəticələnir. Qızlarda süzənək çox vaxt 2—8 yaşlarında müşahidə edilir. İnfeksiya adətən xəstə analardan, dayələrdən və uşaqla sıx təmasda olan digər xəstə qadınlardan qeyri-çinsi yolla keçir. Süzənək qızlarda vulvanı, vakinanı və sidik kanalını zədələyir. Çox vaxt düz bağırsaq da xəstələnir. Xəstəlik kəskin başlayır: vulvada ağrı və göynəmə, sidik və nəcis ifrazı ağrılı olur, irinli ifrazat axır, cinsiyyət dodaqları ödemləşir. Uşağın ümumi vəziyyəti pozulur, temperatur yüksəlir, əzkinlik, zəiflik və bəzən anemiya müşahidə edilir.
Müalicəsi
Antibiotiklər, sulfanilamid preparatları, spesifik və qeyri-spesifik immunoterapiya, fizioterapiya, yerli müalicə və s.
Profilaktikası
Şəxsi gigiyena qaydalarına əməl etmək, təsadüfi cinsi yaxınlıqdan uzaq olmaq və s. Dəri-zöhrəvi dispanserlər və veneroloji kabinetlər belə xəstələrə nəzarət edir, onları müalicəyə çəlb edir, əhali arasında yayılmasının qarşısını alır.

27/01/2015

Zöhrəvi xəstəliklər və onların profilaktikası

Dosya:Treponema pallidum.jpgBir sıra yoluxucu xəstəliklər var ki, onların törədiciləri bir şəxsdən başqasına, əsasən, cinsi əlaqə yolu ilə yoluxur. Sifilis, süzənək, yumşaq şankr, qasıq limfaqrapulomatozu (dördüncü zöhrəvi xəstəlik), donovanoz (beşinci zöhrəvi xəstəlik) və, nəhayət, son vaxtlar aşkar edilmiş QİDE (qazanılmış immundefisit sindromu) xəstəlikləri ən çox cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi təmas yolu ilə sidik yollanndan yoluxub pozqunluq əmələ gətirən xəstəliklərdən trixomoniazı, sidik-cinsiyyət xladimiozunu da xüsusilə qeyd etmək lazımdır. Bundan əlavə nedikulyoz (bitliliyin müxtəlif formaları, xüsusilə qasıq bitləri), qoturluq, kandilomalar və s. yoluxa bilər.

Zöhrəvi xəstəliklərə adətən əxlaq qanunlarını pozaraq təsadüfi cinsi əlaqələrdə olan şəxslər yoluxurlar. Zöhrəvi xəstəliklərə yoluxmaqda alkoholun da rolu böyükdür. Tədqiqatlarla müəyyən olunmuşdur ki, zöhrəvi xəstəliyə tutulanların 80 faizindən çoxu sərxoş olduqları vaxt yoluxmuşdur. Çünki sərxoş olan adamda abır, həya, qorxu, ehtiyat hissləri unudulur və seksual tələbatını təcili surətdə yerinə yetirmək istəyi yaranır ki, bu zaman da o, müqabil tərəfin kim olduğuna əhəmiyyət vermədən onunla cinsi əlaqədə olaraq zöhrəvi xəstəliyə yoluxur.

Qeyd etmək lazımdır ki, son onilliklərdə bizim ölkədə yumşaq şankr, dördüncü və beşinci zöhrəvi xəstəliklərə təsadüf olunmur.



Sifilis

Sifilis xroniki şəkildə keçən, bütün orqanlarda, o cümlədən dəridə, sinir sistemində yoluxma əmələ gətirən yoluxucu zöhrəvi xəstəlikdir. Bu xəstəliyin törədicisi qıvrım sapşəkilli hərəkətli solğun trepone-madır. Onlar çox asanlıqla dəridə, selikli qişalarda olan kiçik zədələrdən toxumalara daxil olurlar. Bu xəstəlik ən çox cinsi əlaqə yolu ilə yoluxduğundan onu (eləcə də cinsi əlaqə ilə yoluxdurulan başqa xəstəlikləri) zöhrəvi xəstəlik adlandırmışlar. Bu əslində sevgi xəstəliyi deməkdir, çünki Zöhrə qədim mifologiyada sevgi ilahəsidir.

Sağlam şəxsin sifilislə yoluxması adətən xəstəlik əlamətləri olan şəxslə bir başa təması (cinsi əlaqə, öpüşmək və s), bəzən xəstənin istifadə etdiyi müxtəlif əşyalar vasitəsilə, başqasının uşağına döşlə süd verməklə, bir papirosun bir neçə şəxs tərəfindən çəkilməsilə, tibbi müdaxilələrlə, müxtəlif dini adətlərlə (ziyarətə gələnlərin dini surətləri, mebrabları, bütləri öpmələr ilə) baş verir. Sifilisin cinsi əlaqədən kənar yolla yoluxmuş forması “məişət sifilisi” adlanır.

Qaynadılmamış alətlərlə uşaqlıq güzgüləri, diş müalicəsində işlədilən alətlər və s. vasitəsilə də sifilis yoluxması baş verə bilər. Yoluxma yollarından biri də dölün ana bətnində yoluxmasıdır. Bu xəstəli)’i keçirənlərdə sifilisə qarşı immunitet yaranmır və həmin şəxs təkrar olaraq sifilislə yoluxa bilər. Sifilis xəstəliyinin klinik gedişi bir-birini əvəz edən üç əsas dövrə bölünür.

Bütün yoluxucu xəstəliklər kimi sifilisin də gizli dövrü olur. Bu dövr adətən 3-4 həftə, bəzən 9-11 gün, bəzən də 92 günə qədər ola bilər. Gizli dövrdə aparılan müalicə xəstəliyin inkişafını dayandırır, müalicəsinin daha təsirli olmasına və xəstənin tamamilə sağalmasına şərait yaradır. Elə buna görə cinsi əlaqədə və yaxud yaxın təmasda olduğu şəxsin sifilislə xəstə olduğunu bildikdə təcili surətdə müalicəyə başlamaq üçün həkim-veneroloqa müraciət etmək lazımdır.



Sifilisin ilkin dövrü

Gizli dövr xəstəliyin törədicisi solğun treponemanın bədənə daxil olduğu yerdə (bu öpüşməklə olduqda dodaqlarda, cinsi əlaqə ilə olduqda cinsiyyət üzvlərində) tədricən bərkiyən və tezliklə eroziya və yaxud yaraya çevrilən qırmızının əmələ gəlməsilə qurtarır. Əmələ gəlmiş eroziya və yaxud yara hamar kənarları olan dairə və ya oval şəkildə, təzə ət rəngində olur və lak sürtülmüş kimi

parıldayır, daxilində, az miqdarda seroz maye olur. Bu mayedə laboratoriyada müayinə etməklə xəstəliyin törədicisi solğun treponemaları aşkar etmək olar.

Yaranın əsası qığırdağı xatuladan toxumadan ibarət olur. Belə möhkəm toxumaya görə sifilis yarası bu dövrdə “bərk şankr” adlanır. Bərk şankrın meydana çıxması sifilisin 6-7 həftə davam edən birinci dövrünün əsas simptomlarından biridir. Şankr bədənin müxtəlif yerlərində — cinsiyyət üzvlərində (90%), ağız boşluğunda, qasıqda və budların daxili səthində, düz bağırsağın girəcəyində, döş vəzilərində ola bilər. Şankrın böyüklüyü 10 qəpiklik və ya bir qədər böyük, sayca birdən beşəcən ola bilər. Bərk şankr adətən ağrısız, yara ətrafında kəskin iltihab əlamətləri olmadan inkişaf etdiyindən ilk dövrlərdə xəstələrin çoxu buna əhəmiyyət vermir, müxtəlif məlhəmlər, dərmanlar tətbiq etməklə “özünü müalicə” üsulundan istifadə etməyə çalışırlar. Sifilisin birinci dövrünün əlavə simptomlarından biri də şankra yaxın nahiyələrdə limfa düyünlərinin böyüməsi və Ya spesifik bubonların əmələ gəlməsidir. Məsələn, əkər bərk şankr kişinin cinsiyyət üzvündə olarsa əvvəlcə bir tərəfin, sonra o biri tərəfin qasıq vəziləri böyüyəcəkdir. Bu vəzilərin böyüməsi adətən şankrın meydana çıxmasından 5-8 gün sonra müşahidə olunur. Onlar lobya, paxla, gavalı boyda, bəzən daha böyük ola bilər. Onlar ağrısız olub, ətraf toxumalarla birləşmədiklərindən hərəkətli olurlar. Onların üstünü örtən dəri sahəsində heç bir dəyişikliklər olmur, hazırda elə sifilisli xəstələrə təsadüf olunur ki, Onlarda regional limfa vəzilərinin böyüməsi müşahidə. olunmur.

Qanın seroloji müayinəsinin nəticəsindən asılı olaraq, sifilis birincili seroneqativ (seromenfi) və birin-çili seropozitiv (seromüsbət) sifilis adlanır. Qanın seroloji müayinəsi yalnız sifılisin birinci nişanlan meydana çıxdıqdan 2-4 həftə sonra müsbət olur. Seroneqativ sifilisə nisbətən birincili seropozitiv sifilisin müalicəsi daha böyük zəhmət və uzun müddət tələb edir. Deməli, müalicənin dərhal başlanmasının böyük əhəmiyyəti var.

Bərk şankr meydana çıxdıqdan 1-2 ay sonra hətta heç bir müalicə keçirilmədən örtülüb sağalır, yerində yalnız kiçik çapıq əmələ gəlir. Lakin bu heç də sifilisin öz-özünə keçməsi və xəstənin sağalması demək deyil. Bu zaman o, sadəcə olaraq qısamüddətli gizli dövrə keçir və daxildə xəstəlik törədən mikroblar çox sürətlə inkişaf edib artırlar. Gizli dövrdən sonra bütün limfa düyünləri böyüyür, əzginlik, zəiflik, baş ağrıları, subfevril Hərarət, oynaqlar və əzələlərdə ağrı hissləri olur.



Sifilisin səpkilərin meydana çıxması ilə başlayan ikincili dövrü 2 ildən 5 ilə qədər davam edə bilər. Müalicə aparılmadıqda xəstəliyin simptomları bir şəkildən başqa şəklə keçir və bir-birini əvəz edən çevrələrlə davam edir. Səpkilərin meydana çıxması gövdənin, ətrafların dərisində və selikli qişada ləkələr, nadir hallarda düyünlər (papula) şəklində olur. Bu xəstələrdə bərk şankr və ya onun yerində əmələ gəlmiş çapıq, yaxın ətrafın böyümüş limfa düyünləri xəstəliyin diaqnozunu müəyyən etməkdə mühüm rol oynayır. Rozeola adlanan ləkəşəkilli səpkilər 3 -dən 10-12 mm-dək diametrli olub dərinin səthindən hündürə qalxmır, qaşınmır, barmaqla basdıqda rəngi solur, buraxdıqda bir neçə saniyədən sonra əvvəlki rəngini alır. Müalicə olunmayan xəstələrdə rozeola səpkiləri bir neçə gündən 2-3 həftəyə qədər, bəzən 5-6 həftə qalıb sonra iz buraxmadan çəkilir.

Ləkəli və düyünlü səpkilərin itdiyi vaxtdan başlayaraq sifilisin ayrı-ayrı xəstələrdə müxtəlif müddət davam edən gizli dövrü başlanır. Müalicə aparıldıqda qeyd olunan vəziyyətlər cinsilərlə bir-birini əvəz edir. Adətən, belə dəyişmələrdə səpkilər hər cinsi daha az miqdarda əmələ gəlir. Onların ölçüləri isə getdikcə böyüyüb dairə, yay, çiçək çələngi şəklində olurlar. XəstələriN 80-92 %-ində sifilisin ikincili residivi üçün düyünşəkilli səpkilər (papula) əsas göstəricilərdəndir. Dərinin çox tərləyən və sürtülən sahələrində papulaiar tədricən məhtəviyyat verən eroziyalara çevrilirlər. Bu ifrazat içərisində saysız-hesabsız solğun treponemalar olur. Belə xəstələr sağlam şəxslərlə təmasın bütün formalarında (öpüşmək, bir yataqdan istifadə etmək, cinsi əlaqə, eyni ev əşyalarından istifadə etmək və s.) yüksək dərəcədə yoluxucudurlar. Qadınlarda, bəzən yoluxmanın 4-6-cı aylarında boyunun arxa və yan tərəflərinin dərisində “Zöhrə boyunbaqısı” adlanan ləkələr— leykodenniya əmələ gəlir.

Solğunlaşmış və tünd piqmentli sahələrlə əhatə olunmuş dəridə 3-10 mm diametrində olar bu alabəzəklik hətta müalicə olunmuşlarda da adətən bir neçə ay, bəzən, bir ildən də çox müddətdə qalır.

İkincili sifilisli xəstələrin 15-20%-ndə tüklər dağınıq və ya kiçik talalar şəklində tökülür. Bu zaman başın rüklü hissəsi güvə yemiş xəzi xatırladır. Belə hallarda dəridə dəyişiklik baş vermir. Bu simptom, adətən yoluxmanın 3-6-cı aylarında müşahidə olunur. Bəzən eyni vaxtda kirpiklər, bığ, saqqal tükləri də tökülür. Tam müalicədən sonra tüklər yenidən çıxaraq əvvəlki vəziyyətə çatırlar, çünki sifilisdə tük vəzilərində pozğunluq baş verir.

Sifilisin ikincili dövründə çox vaxt xəstələrin ağız boşluğunun selikli qişasında pozğunluq baş verir (eritematoz, yaxud panulyoz səpkilər, sifilis ankinası, dildə, yanaqda, damaqda papulalar). Belə vəziyyət ən çox papiros çəkənlərdə və sərxoşluğun ən son pilləsinə çatmış alkoholiklərdə olur. Səs tellərində pozğunluq baş verdikdə səs batıq və xırıltılı olur. Ağız boşluğunda qeyd olunan belə vəziyyət ətraf üçün həddən artıq yoluxma təhlükəsi törədir. Bu zaman danışmaq, asqırıb-öskürmək zamanı sıçrayıb ətrafa yayılan kiçik tüpürcək damlaları ilə, öpüşdükdə, ümumi qab-qaçaqdan, dodaq pomadasından, siqar və papirosdan bir neçə şəxs istifadə etdikdə yoluxma baş verə bilər. Bu mərhələdə sifilis bədənin bütün orqanlarını zədələyir. Xəstələrin, demək olar ki, üçdə birində qaraciyərdə, böyrəklərdə, mədədə, əzələlərdə pozğunluqlar, bəzi xəstələrdə iri qan damarlarında, sümüklərdə (gecələr sümüklərdə ağrılar), sinir sistemində pozğunluqlar baş verir. Birincili, ikincili sifilisdə və onun gizli dövründə müalicə aparılmadıqda və ya lazımi şəkildə aparılmadıqda yoluxmadan 35 il sonra xəstəlik üçüncü dövrə gecə bilər. Sifilisin üçüncü aktiv dövründə olsa müddətdə çətin sağalan yaralara çevrilən şişlər, düyünlər (qummalar) meydana çıxır. Belə yaralar, xoralar çox vaxt burun arakəsmələrini çürüdərək “batıq burun” kimi eybəcərlik əmələ gətirir, ağız boşluğunda damağın deşilməsinə, dilçəyin tamamilə çürüyüb itməsinə səbəb olur. Baş və onurğa beyinlərində gedən sifilitik proses proqressiv iflic əmələ gətirir.

Düyünşəkilli səpkilər dəridə ömür boyu qalan və mozaikanı xatırladan çapıqlar verir. Daxili orqanlarda, xüsusilə ürəkdə, aortada, beyində, beyincikdə, mədədə qummaların çürüyüb dağılması çox ağır nəticələrə səbəb olur. Müalicə olunmadıqda sifilisin üçüncü dövrünün müddəti məhdud deyil. Bu dövrdə xəstəlik ilk dövrlərə nisbətən daha az yoluxucudur.

Hələ 15-ci əsrdə sifilisin irsi olması müəyyən edilmişdi. Dölün inkişafının ilk mərhələsində yoluxma baş verdikdə hamiləlik vaxtından əvvəl pozulur, ölü uşaq doğulması ilə qurtarır. Bəzən hamiləlik pozulmur, diri uşaq doğulur, lakin belə uşaqlar həmişə həm fiziki və həm də əqli cəhətdən inkişaf etmirlər. Onların çəkisi və boylan normadan az olur, dərialtı piy təbəqəsi inkişaf etmədiyindən dəri qırış-qırış olur, onların sifəti “balaca qocanı” xatırladır.

Anadangəlmə sifilis bir yaşından iki yaşa qədər uşaqlarda papulyoz səpkilər şəklində meydana çıxır. Anusun ətrafında, cinsiyyət üzvləri nahiyəsində, yançaqlarda, bəzən ağızda, udlaqda, burunda, selikli qişalarda iri papulalar olur. Bəzən sümüklər, qaraciyər və dalaq bu prosesə tutulur. Anadangəlmə gecikmiş sifilis 10-15 yaşlarında və bəzən daha gec aşkar olunur. O, gözlərdə korluğa qədər çatan pozğunluqlar, karlıq, dişlərin formasının dəyişməsi, daxili üzvlərdə, dəridə qummaların əmələ gəlməsinə səbəb olur. Anadangəlmə sifilisin diaqnozu göstərilən inandırıcı əlamətlərdən birisi olduqda onun əsasında, eləcə də bir neçə ehtimal olunan əlamətlərin — ağız ətrafında çapıqlar, başın qeyri-adi forması, “qılıncvarı ballırlar ” və s. yə görə qoyulur. Anadangəlmə sifilisin mümkün qədər tez meydana çıxarılmasının əhəmiyyəti çox böyükdür. Diaqnoz tez qoyulmadıqda müalicə yubanır və bunun nəticəsində uşaq kor ola bilir. Sifilisin müalicəsi yalnız xüsusi müalicə idarələrində — zöhrəvi dispanserlərdə aparılır və xəstəliyin dövrün-dən, formasından asılı olaraq bir neçə həftədən (ilk dövrdə) bir-iki ilə qədər (son dövrlərdən davam edə bilər. Xəstələnən bəzi şəxslərin həkimə müraciət etməyərək özlərini müalicə etmə cəhdləri adətən çox p*s nəticələr verir, xəstəliyin klinik gedişi dəyişir, xroniki şəklə keçən sifilis yaranır, bu isə daha uzun sürən müalicə tələb edir. Xəstəlik dövründə cinsi əlaqədə olanlar başqalarını da yoluxdururlar.



Sifilisin profilaktikası

Bunun üçün bütün xəstələr xüsusi siyahıya götürülərək həkim nəzarəti altında saxlanılırlar. Onların ailə üzvləri və təmasda olduqları bütün şəxslər xüsusi laboratoriya üsulları ilə yoxlamırlar. Bundan əlavə bütün hamilə qadınlar hamiləlik dövründə iki cinsi seroloji müayinədən keçirlər. Sifilisdən qorunmanın əsas profilaktikası başqa zöhrəvi xəstəliklərdə olduğu kimi, təsadüfi cinsi əlaqələrdə olmamaqdır.

Address

Tibb Universiteti
Baku
2166

Alerts

Be the first to know and let us send you an email when Daxili xestelikler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram