12/02/2021
Toksoplazma Gondii parazitinin orqanizmdə yaratdıgı infeksiya toksoplazmoz adlanır.Bu infeksiya çox az hallarda əlamət verir, əsasən simptomsuz keçdiyinə görə çox az insan bu infeksiyaya yoluxdugundan xəbərdar olur.İnfeksiya yaxşı bişməmiş, çiy ətdən, pasterizə olunmamış süd məhsullarından, yaxşı yuyulmamış meyvə- tərəvəzdən, torpaqdan, pişiyin nəcisindən insana, anadan bətnindəki uşaga yoluxa bilər.Bu infeksiyaya yoluxan insanın bədənində daimi immunitet yaranır.Hamilə qadınların bu infeksiya yoluxma vaxtının uşaq üçün və hamiləliyin gedişi üçün çöx önəmi var.
☝️Döllənməyə 2-3 həftə qalmış yoluxma olubsa, dölə təsiri azdır, 1%, amma özbaşına abort ola bilir.
☝️Əgər yoluxma hamiləliyin 1ci trimestrində(1-12 həftə arası) olubsa 10-15% döl yoluxub, erkən düşük və dölün beyninin , gözünün zədələnməsi ola bilir.
☝️Əgər yoluxma 2ci trimestrdə( 13 həftə -28 həftəarası) olubsa, uşaga təsir 25%dir.Uşaqda hidrocefaliya, beynində kalsifikatlar, beynin zədələnməsi, gözündə retinoxorioidit, korluq.s ola bilir, amma uşaqsalma ehtimalı az olur.
☝️Əgər yoluxma 3cü trimestrdə ( 29həftə-40 həftə arası) olubsa, uşagın xəstələnmə ehtimalı 80%ir.Bu dövrdə yoluxma uşaq üçün daha qorxuludur.Zahiri görünüşü ilə saglam görünən uşagın 1-3 yaşınadək agır problemləri ( agıl zəifliyi, korluq, karlıq, cerebral əlamətlər, iflic) ortaya çıxa bilir.Ancaq infeksiyanı artıq keçirmiş və qanında antitelaları olan qadınlarda təhlükə olmur.Hamiləlikdə toksoplazmoza yoluxmuş hamilələrə müalicə verilir və kontrol yoxlamalar aparılır.USM, Fetal doppler, qanın seroloji təhlilləri, Amniosintez, Kordosintez v.s. Yeni dogulmuşla, ananın qanında toksoplazmoza qarşı antitellər yoxlanılır.Əgər ana ilə uşagın qanında antitel eynidirsə , uşaq xəstə hesab olunmur amma 1 yaşınadək kontrol müayinələr olunmalıdır, əgər uşaqda əlavə antitel sayı varsa bu uşagın toksoplazma ilə zədələnməsi deməkdir və bu uşaqlar geniş müayinəyə və müalicəyə ehtiyaclıdırlar. Toksoplazmozu keçirmiş və qanında antitelası çıxan hamilələrin müalicəyə ehtiyacı yoxdur.Amma qanında toksoplazmoza qarşı antitelaları olmayan qadınlar risk qrupundadırlar və bu hamilələri təkrar bu təhlillərdən keçirmək lazım olur.