Kimyaya aid hər şey.

Kimyaya aid hər şey. Bütün kimyasevərləri, kimyaçıları və kimyaya marağı olan hər kəsi səhifəni izləməyə dəvət edirəm.

Kimya nəyi öyrənir?Kimya təbiət elmlərindən biri olub, bizi əhatə edən aləmdə daim təmasda olduğumuz maddi varlıqları öy...
25/06/2024

Kimya nəyi öyrənir?

Kimya təbiət elmlərindən biri olub, bizi əhatə edən aləmdə daim təmasda olduğumuz maddi varlıqları öyrənir. Dünyada mövcud olan cansız və canlı varlıqlar ayrı-ayrı maddələrdən və ya onların qarışıqlarından ibarətdir. Məsələn, oksigen, su, xörək duzu və şəkər ayrı-ayrı maddələrdir. Ətrafımızdakı torpaq, daş, hava, ağac və s. maddələrin qarışığından ibarətdir.

Təbiətdə mövcud olan maddələrdən başqa, insanlar özləri çoxlu yeni maddələr: gübrələr, plastik kütlələr, sintetik kauçuklar və liflər, dərman maddələri və s. almışlar. Hazırda təbii və süni surətdə alınan maddələrin on beş milyondan çox növü məlumdur.

Təbiətdəki maddələr dəyişməz qalmır, daim bir-birinə çevrilir. Məsələn, qapısı və pəncərələri örtülü olan sinif otağının havasında dərsin sonuna yaxın oksigen qazı azalır, karbon qazı isə çoxalır. Buna görə də fasilə zamanı sinif otağının havası dəyişdirilməlidir. Yaşıl bitkilər böyümə prosesində havadan karbon qazını, torpaqdan isə suyu və mineral maddələri mənimsəyərək onlardan özlərinə lazım olan üzvi maddələr hazırlayır və havanı oksigenlə zənginləşdirir. Bitki və heyvan qalıqlarının çürüməsi nəticəsində əmələ gələn maddələr torpağı münbitləşdirir.

İnsanlar öz yaşayışını daha da yaxşılaşdırmaq və asanlaşdırmaq üçün mürəkkəb çevrilmələr, kimyəvi proseslər apararaq, təbiətdə olan maddələrdən daim yeni maddələr alırlar. Bütün bu proseslərin öyrənilməsi və həyata keçirilməsi ilə kimya elmi məşğul olur.

Kimyanın mühüm vəzifələrindən biri maddələri və onların xassələrini öyrənməkdən, eləcə də maddələrin xalq təsərrüfatında istifadəsinin əhəmiyyəti haqqında məlumat verməkdən ibarətdir.

Kimyanın digər vəzifəsi xalq təsərrüfatı üçün zəruri olan, məsələn, müxtəlif gübrələri, plastik kütlələri, dərmanları və s. almaqdır. Həmin maddələr müxtəlif kimyəvi çevrilmələrlə alınır. Yuxarıda deyilənləri ümumiləşdirərək, kimyaya belə tərif verilə bilər.

Görkəmli alim D.İ.Mendeleyev və onun kəşfləri haqqında az şayiə gəzməyib. Həmin zamanlar insanlar kimyanı zəif təsəvvür ...
15/06/2024

Görkəmli alim D.İ.Mendeleyev və onun kəşfləri haqqında az şayiə gəzməyib. Həmin zamanlar insanlar kimyanı zəif təsəvvür edib, hesab edirdilər ki, kimya ilə məşğul olmaq sehirbazlıq etmək, dövlət səviyyəli oğurluq etmək kimi bir şey etmək deməkdir. Buna görə də Mendeleyevin yaradıcılığı haqqında tez bir zamanda kütləvi şayiələr və əfsanələr dolanmağa başladı.
Əfsanələrin birində deyilir ki, Mendeleyev kimyəvi elementlərin dövri cədvəlini yuxuda kəşf etmişdir.Belə hal yeganə olmayıb Avqust Kekule öz kəşfi olan benzol halqasını yuxuda gördüyünü iddia edirdi. Buna baxmayaraq Mendeleyev bu şayiəyə ancaq gülürdü. “ Mən bu cədvəl haqqında demək olar ki, iyirmi il bəlkə düşünmüşəm, siz isə deyirsiz ki: oturmuşdum və ya uzanmışdım və birdən ... vuala... hazır!”, -deyə alim demişdir.
Başqa bir şayiə Mendeleyevin “araq” kəşf etməsi haqqında yayılmışdır. 1865-ci ildə görkəmli alim “ Spirt ilə suyun birləşməsi haqqında mülahizələr” mövzusunda dissertasiya müdafiə etmişdir və bu da yeni əfsanə üçün səbəb olmuşdur. Həmin dövrün müasirləri öz aralarında zarafatlaşaraq, “su ilə birləşmiş spirt təsiri altında p*s kəşflər etmir” deyirdilər, növbəti nəsillər isə alimi “araq” kəşf edən ilk alim olduğunu deyirdilər.
Həmçinin alimin həyat tərzinə gülürdülər, xüsusilə Mendeleyevin öz laboratoriyasının palıd ağacının özəyində təsis etməsinə.
Eləcə də müasirləri Mendeleyevin çamadana olan sevgisini zarafat səbəbi etmişdilər. Simferopolda özündən asılı olmayaraq işsizlik dövründə zamanını çamadan hazırlamaq ilə keçirirdi. Sonralar isə alim sərbəst olaraq öz ehtiyacları üçün laborator karton konteynerlər hazırlamışdır. Baxmayaraqki, bununla Mendeleyev hobbi olaraq məşğul olurdu, onu tez-tez “çamadan ustası” çağırırdılar.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Kimyaya aid hər şey. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category