Nevroloq Dr. Perviz Axundov

Nevroloq  Dr. Perviz Axundov Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nevroloq Dr. Perviz Axundov, Health/Medical/ Pharmaceuticals, Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Baku.

Tibb üzrə fəlsəfə doktoru Pərviz Axundovun nevrologiya, klinik neyrofiziologiya( EEQ, EMQ) , neyroreabilitasiya üzrə 18 illik elmi-praktiki təcrübəsi var. 2014-2015-ci illərdə Gazi Universitetində ixtisaslaşmışdır. 25-dən çox elmi məqalənin müəllifidir. Nevrologiya və ya nevropatologiya — tibbin mərkəzi və periferik sinir sistemi xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikası ilə məşğul olan sahəsidir.

31/07/2025

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun tibb üzrə fəlsəfə doktoru, nevroloq Pərviz Axundov "Başgicəllənmə" mövzusunda sualları cavablandırıb.
Daha ətraflı izləmək üçün linkə keçid edin:

https://youtu.be/IHGYKcpaT-A?si=9bR-TUxPSCSkdSS6

18/12/2024

Beyin çürüməsi" və ya Brainrot.
"Oxford University Press" bu sözü ilin sözü elan edib və mənası beyinin deqradasiyası deməkdir.
Brainrot - hədsiz olaraq primitiv hesab edilən informasiyaların, xüsusən onlayn kontentlərin izlənilməsi səbəbi ilə insanın koqnitiv o cümlədən mental və intellektual vəziyyətinin pisləşməsi ilə özünü göstərir.
Ekspertlər son illərdə insanların internet skrollinqə daha çox meyl etməsi, sosial şəbəkələrdə qısamüddətli video və memlərə baxışların sıçrayışla artdığını bildirirlər. Son tədqiqatlar internet skrollinqin yaddaş və qərar qəbul etmək qabiliyyətinə neqativ təsir etdiyini göstərir.
Qarışıq, əyləncəli kontentlərə nəzarətsiz baxışlar beyində epitalamik yerləşən habenula adlı nahiyənin işinin pozması bildirilir. Hər darıxanda, stressi azaltmaq üçün sosial şəbəkələrə girdikdə məhz habenula aktivləşir.
Uzunmüddət ərzində qısa videoların izlənilməsi zamanı habenula yeni nəyisə etmək motivasiyasını BLOKLAYIR. Buna görə də, insan smartfonun ekranından ayrılıb başqa işlərlə məşgul olmaq istəmir, bəzən də "daxilində nəsə etməli olduğun bilsə də, internet skrollinqdən" qurtula bilmir.
Beyinin yüngül kontentli informasiyalarla yüklənməsi, diqqət və yaddaş funksiyasını pozur, həyəcan səviyyəsi artır, apatiya və s. yaranır.
Brainrot probleminin qarşısını almaq üçün şüurlu şəkildə sosial şəbəkələrdə keçirilən vaxta nəzarət etmək, əyləncəli qısa kontentlərə məhdudiyyətlər qoymaq, "rəqəmsal detoks" (periodik olaraq sosial şəbəkələrdən tam imtina) tətbiq edilə bilər.

06/11/2023

“Miqren ağrılarının səciyyəvi xüsusiyyətlərinə ağrıların birtərəfli olması, pulsasiya etməsi, ağrıların ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə birgə müşayiət olunması xasdır”. Bunu Səhiyyə Nazirliyinin rəsmi saytına müsahib....

Bel nahiyəsində ağıların diferensial diaqnozu və müalicəsi, klinik protokol, Bakı, 2022
10/09/2023

Bel nahiyəsində ağıların diferensial diaqnozu və müalicəsi, klinik protokol, Bakı, 2022

Address

Milli İdman Tibb Və Reabilitasiya İnstitutu
Baku
AZ1072

Telephone

+994552150962

Website

Alerts

Be the first to know and let us send you an email when Nevroloq Dr. Perviz Axundov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nevroloq Dr. Perviz Axundov:

Share