Qulaq Burun Bogaz hekimi

Qulaq Burun Bogaz hekimi op.dr.Ismayilov Cavid

facebook.com/Dr.CavidIsmayilov instagram : op.dr.cavid_ismayilov
(269)

İnstagram op.dr.cavid_ismayilov
14/06/2018

İnstagram op.dr.cavid_ismayilov

İnstagram səhifəmiz .dr.cavid_ismayılov
14/06/2018

İnstagram səhifəmiz .dr.cavid_ismayılov

Artıq burun estetik əməliyyatını çox bəsitləşdirdik.Burun dərisini açmadan,burin xaricində heç bir kəsik aparmadan,çəkic...
21/01/2018

Artıq burun estetik əməliyyatını çox bəsitləşdirdik.Burun dərisini açmadan,burin xaricində heç bir kəsik aparmadan,çəkic istifadəsi olmadan,sümük qırmadan,burun belini yonma,kəsmə kimi işləmlər etmədən,burun elastikliyini təmin edən bağları kəsmədən,qoruyaraq,Ultrasonic-piezo cihazı ile,letdown texnikası ilə qapalı olaraq,burun qığırdaqlarına incə tikişlərlə forma verərək icra edirik.Burun estetiğinin bu səviyyəyə ulaşması həqiqətəndə sevindiricidir.
Müayineye yazılmaq üçün 0702420930 nömresi ile elage saxlaya bilersiniz
İnstagram səhifəmizdə daha çox şəkil görmə imkanınız olacaq.instagram : op.dr.cavid_ismayılov

Adenoid ( burun əti ) problemi uşaqlarda davranış pozğunluğundan tutumuş inkişafdan qalmaya qədər bir çox problemə gətir...
05/08/2017

Adenoid ( burun əti ) problemi uşaqlarda davranış pozğunluğundan tutumuş inkişafdan qalmaya qədər bir çox problemə gətirib çıxara bilər…!

Burun əti problemləri 6 aydan oncə görülməzkən daha çox 2-8 yaş arasındakı uşaqlarda problemlər yaratmaqdadır.

Burun əti problemi uşağınızı və sizi narahat edə bilər

Mikroorqanizmlərə qarşı müdafiə sistemlərindən birisi olan burun əti,genetik,allergik kimi səbəblər ilə daha sıx infeksiyaya məruz qala bilər.Əsil vəzifəsi müdafiə olan burun əti bakteriyal təbəqənin əmələ gəlməsi ilə birlikdə problem halına gəlməkdə və orqanizm üçün bakteriya mənbəyi halına çevriləbilməkdədir.

Burun ətinin yaratdığı problemlər nələrdir?

Uşaqlarda eşitmə itkisinə
Xoruldamadan tutmuş tam tıxanmaya qədər yuxu problemlərinə səbəb ola bilər
Gecələri yerini islatma
Gecə yuxuda böyümə hormonu ifrazına təsir etdiyi üçün uşaqlarda böyümə problemlərinə gətirib çıxara bilər
Üz skletində dəyişikliklər yarada bilər
İştahsızlığa səbəb ola bilər
Məktəbdə fəallığı azala bilər
Xronik sinusit inkişaf edə bilərki bununla bərabər burun axıntısı,gecə öskürükləri başlaya bilər
Uşaq burun ilə nəfəs almadığı üçün ağız ilə nəfəs alır və bu orqanizmdə hiss edilməyən maye itkiləri ilə birgə ağız iyinə səbəb ola bilər
Davamlı ağız ilə nəfəs aldığı üçün dişlərdə çürüklər ola bilər
Burun içi fiziologiyasını pozaraq burun qanamalarına səbəb ola bilər

Və ən əsasıda Gecələri rahat nəfəs ala bilmədikləri üçün keyfiyyətli yuxu yatmayan uşaqlar hiperaktiv olurlar və bununla birgə davranış pozğunluqları meydana çixa bilər…

Biz klinikamızda müasir və effiktiv usul olan endoskopik burun əti əməliyyatını icra edirik...

əlaqə 0702420930

Uşaqlarda burun axıntısının ən çox rast gəlinən səbəbləri nələrdır?Burun axıntısının bir çox səbəbləri var.Bunların ən b...
04/08/2017

Uşaqlarda burun axıntısının ən çox rast gəlinən səbəbləri nələrdır?

Burun axıntısının bir çox səbəbləri var.Bunların ən başda duranı infeksiyalardır.İnfeksiyalardan ən çox qrip burun axıntısına yol açan bir virus xəstəliyidir.Ayrıca qripdən əlavədə digər infeksiyalar nəticəsində də burun axıntısına rast gəlinir.Burun axıntısının forması xəstəlik haqqında da bizi xəbardar edə bilər.Misal üçün su kimi davamlı dayanmadan axan burun axıntısı en çox qripin erkən dönəmində rast gəlinir.Su kimi axıntıya səbəb olan bir digər xəstəlikdə allergik rinitdir

Axıntının bulanıq,qatı olması,ən çoxda körpələrdə rast gəlinən təmizlənməsi çətinlik yaradan bir burun axıntısı bəsit virus infeksiyalarının sağalma dönəmində rast gəlinir

Bakteriyal infeksiyalar da burun axıntısı ilə rast gelinir.Bu zaman burun axıntısı tünd sarı - qəhvəyi rəngli qatı axıntıya səbəb olur.Bunların içində ən çox rast gəlinəni sinusitdir.Sinusit,bir həftədən çox davam edən burun axıntılarında ağla gələn ilk xəstəlikdir.Kiçik uşaqlar,yad cisimlərlə oynayan zaman burunlarının içinə müxtəlif əşyalar salırlar.Tək tərəfli burun axıntısı olduğunda bir yad cisim olacağı yadda saxlanılmalıdır.

Bir çox insanların cavab axtardığı suallar...Haymorit zamanı punksiya ilə ( burun içindən iynə ilə deşilib) irinin xaric...
03/08/2017

Bir çox insanların cavab axtardığı suallar...

Haymorit zamanı punksiya ilə ( burun içindən iynə ilə deşilib) irinin xaric edilməsi doğrudurmu?

Bu tamami ilə yanlış üsuldur.Həm travmatikdir,xəstəyə əziyyət verir həm də heç bir faydası olmaz.Haymoritlərdə ilk seçim konservativ müalicədir.Dərman müalicəsinə cavab verməyən,xroniki haymoritlərdə cərrahi əməliyyat gərəklidir

Qulaq kiri tıxacı zamanı qulağı yumaq dogrudurmu?

Əvvəllər qulaq kiri tıxacı yuyularaq çıxarılırdısa indi endoskopik-mikroskop altında aspirator ilə tıxacı çıxarmaq daha əlverıişlidir.Beləliklə qulağa infeksiya düşməsinin qarşısı alınır...

Xroniki tonzillitlərdə (el dili ilə desək artıq boğaz əti zamanı) fizioterapi ( el dili ilə- toka vermək) doğrudurmu?

Əbəttəki bu olduqca zərərli və yanlış metoddur
Boğaz ətinə fizioterapi uyqulandığı zaman boğaz ətini qidalandıran damarlarda genişlənmə olur ki, buda boğaz ətində olan mikroorqanizmaları bütün orqanizmə yayır.Boğaz ətində rahatlaşma olur amma bu səfərdə bütün orqanizma ən esasda ürəkdə,böyrəkdə,oynaqlarda problemlər dahada ciddiləşməyə başlayır.Xroniki tonzillitlər infeksiya mənbəyidir və gösteəriş olduğu zaman tək yol cərrahi əməliyyatdır

Səhifədə paylaşılan məlumatlar Dr.Cavid İsmayılova məxsusdur...Paylaşılan zaman mənbə qeyd edilməlidir...

Qulağınızdakı "yağı" qulaq çöpləri ilə çıxarmaya çalışmayın...Xarici qulaq keçəcəyində cerumen adlandırılan yağlı qulaq ...
02/08/2017

Qulağınızdakı "yağı" qulaq çöpləri ilə çıxarmaya çalışmayın...

Xarici qulaq keçəcəyində cerumen adlandırılan yağlı qulaq salqısını icra edən hüceyrələr vardır.Bu ifrazat toz, mikroorqanizmalar və s. xarici qulaq keçəcəyinə keçməsinin və qulaq pərdəsinə zərər verməsinin qarşısını alar.

Qulağımızdan o yağı çıxardığımız zaman xarici qulaq keçəcəyi susuz qalmış torpaq kimi çatlayar və buda qulağımızın infeksiya qapma risqini artırar.

Bu ifrazat xarici qulaq yoluna dogru hərəkət edər.Özü xaricə doğru atılır və orqanizmadan uzaklaşdırılır.Biz qulaq çöpləri ilə həmin mexanizmanı pozmuş oluruq.Qulaq kiri tıxacıda məhz daha çox qulağı təmizləyən zaman qulaq kirinin daha dərinlərə itələnməsi ilə meydana gəlir

Qulağımızı həftədə 1 dəfədən çox olmayaraq duş qəbulundan sonra sadəcə girəcəyindəki suyu qurutmaq üçün təmizləmək olar...

Septoplasty (burun çəpərinin düzəldilməsi) əməliyyatına göstərişlər nələrdir? Ağızla nəfəs alma,ağzı açık yatmaq(xronik ...
01/08/2017

Septoplasty (burun çəpərinin düzəldilməsi) əməliyyatına göstərişlər nələrdir?

Ağızla nəfəs alma,
ağzı açık yatmaq(xronik farengit,boğaz quruluğu şikayətlərinə səbəb olma)
Xoruldama,
Təkrarlayan sinüs infeksiyonları,
Burun qanamalarının olması,
burun kaynaklı atipik baş və üz ağrısı
Gecələri tənəffüsün bir neçə saniyəlik dayanması

Sağlamlığınız üçün burunla nəfəs alın.Ağızla alınan hava bir çox bogaz xəstəliklərinə yol açar.nəfəs alma orqanımız burundur.Burunla aldığımız hava burunda isinir,nəmlənir,təmizlənir və ağciyərlərimizə lazımlı hava verilir.Ağciyər sağlığımız üçün bu çox vacibdir.
Burun ilə nəfəs almada probleminiz varsa mütləq burun boğaz qulaq həkiminə görünün

Biz burun çəpərində olan əyrilyi ən müasir üsul olan piezo cihazı ilə,cəkic istifadəsi olmadan,bint tamponlardan istifadə etmədən,tam ağrısız aradan qaldırırırq
Əlaqə : 0702420930

Address

Ismayıl Hidayətzadə Küçəsi 163
Baku
INSTAGRAM:OP.DR.CAVID_ISMAYILOV

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

0702420930

Website

Alerts

Be the first to know and let us send you an email when Qulaq Burun Bogaz hekimi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Qulaq Burun Bogaz hekimi:

Share