
02/09/2025
Onurğa sınığı avtoqəza, yıxılma və s. travmalar səbəbindən baş verə bilər. Bu sınıqların bəziləri əməliyyat tələb etməməsinə baxmayaraq, böyük bir qismi vaxtında və düzgün müalicə olunmalıdır.
Səbəbləri:
Yıxılma, avtoqəza və digər travmlarda fəqərələrin üzərinə düşən yükü fəqərələr daşıya bilmir. Bu vəziyyət onurğanın əzilməsinə və sınmasına səbəb ola bilər. Onurğa sınıqları, ümumiyyətlə yüksək enerjili travma səbəbindən əmələ gəlir. Avtoqəzalar ən çox görülən səbəblərdən biri kimi göstərilir. Güllə yaralanması və idman qəzaları da onurğa sınıqlarının əsas səbəblərindəndir.
Müayinə necə aparılır?
Onurğa sınıqlarının əlamətləri (simptomları) zədənin şiddətindən aslı olaraq dəyişir. Onurğa sınıqlarında aşağıdakı simptomlar müşahidə edilə bilər;
🔹Boyun, döş və ya bel ağrısı
🔹Uyuşma, əzələ spazmı
🔹Ətraflarda zəiflik
🔹Qeyri-iradi nəcis və sidik ifrazı
🔹Ətraflarda (qollarda və ya ayaqlarda) hərəkət və hissiyatın olmaması – iflic
Məlumatlı olun, vaxtında həkimə müraciət edin, sağlam qalın❗
⚕️Dr. Elviz Qasımov
🏥Respublika Klinik Xəstəxanası
🌐www.elvizgasimov.com