ATU I Müalicə-Profilaktika Fakültəsi

ATU I Müalicə-Profilaktika Fakültəsi Azərbaycan Tibb Universiteti I Müalicə-Profilaktika Fakültəsinin rəsmi facebook səhifəsi. (c)

23/01/2026

20/01/2026
31/12/2025

I Müalicə-profilaktika fakültəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə dəyərli professor-müəllim heyətini və əziz tələbələri səmimi qəlbdən təbrik edir!

Dəyərli izləyicilərimiz!I MPF ailəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı münasibətilə sizləri s...
31/12/2025

Dəyərli izləyicilərimiz!

I MPF ailəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı münasibətilə sizləri səmimi qəlbdən təbrik edir!

Arzu edirik ki, qarşıdan gələn yeni il hər birinizə uğur, xoşbəxtlik gətirməklə bərabər hədəflərinizə bir addım daha yaxınlaşacağınız, elmi və şəxsi inkişafınızda yeni səhifələr açacağınız bir il olsun!

Birliyimiz gücümüzdür🤍
Bayramınız mübarək!

Hörmətlə,
I MPF ailəsi..

I MPF tələbələrinin nəzərinə!Artıq I MPF-in WhatsApp icmasına tələbələrimizin qəbulu başladı!📍Aşağıda yerləşdirmiş olduğ...
26/12/2025

I MPF tələbələrinin nəzərinə!

Artıq I MPF-in WhatsApp icmasına tələbələrimizin qəbulu başladı!

📍Aşağıda yerləşdirmiş olduğumuz müvafiq formu doldurduqdan sonra komandamız sizi icmaya əlavə edəcəkdir!
https://docs.google.com/forms/d/e/1FAIpQLSdgP88xSiT7gQepJskD1HYVy4QqJAqCqLhj8klYiZsH0ifuTg/viewform?usp=dialog

❗Diqqət❗
Bu elan yalnız I Müalicə-Profilaktika Fakültəsi tələbələri üçün keçərlidir.

Sizləri aramızda görməkdən şad olarıq🤍

Hörmətlə,
I MPF ailəsi..

Dəyərli tələbələr!I Müalicə profilaktika fakültəsi bir çoxunuza maraqlı gələcək o vebinar mövzusu ilə qarşınızdadır!Tədb...
23/12/2025

Dəyərli tələbələr!

I Müalicə profilaktika fakültəsi bir çoxunuza maraqlı gələcək o vebinar mövzusu ilə qarşınızdadır!

Tədbirimizin spikeri farmakologiya kafedrasının assistenti, biologiya üzrə fəlsəfə doktoru Elnurə Musayeva olacaqdır.🤍

💡
• Elmi yazılara düzgün struktur qurmaq və akademik tələblərə uyğun yazmaq necə mümkündür?
• ⁠Elmi yazıya haradan və necə başlamaq lazımdır?
• Məqalə və tezis arasındakı əsas fərqlər nələrdir?
Bu və daha çox sualın cavabını 27 dekabr tarixində birlikdə müzakirə edəcəyik!

📅 27 dekabr, 20:00
📍 Google Meet
🔗Qeydiyyat linki:
https://forms.gle/BGNMhyZ4y7mpcbZ1A

Bütün tələbələr dəvətlidir! Hər birinizi vebinarımızda görməkdən şad olarıq!

Hörmətlə,
I MPF ailəsi..

Dəyərli izləyicilər!18 dekabr tarixində fakültəmizin dekanı Elşad Novruzov ilə fakültəmizin təşkilat heyətinin görüşü ba...
20/12/2025

Dəyərli izləyicilər!

18 dekabr tarixində fakültəmizin dekanı Elşad Novruzov ilə fakültəmizin təşkilat heyətinin görüşü baş tutdu!
Görüş zamanı fakültəmizin fəaliyyəti, tələbələrin akademik və sosial həyatı, eləcə də fakültə üzrə görüləcək gələcək fəaliyyət planları üzrə danışıqlar aparıldı.

Hörmətlə,
I MPF ailəsi..

🔮Qış tətilini daha səmərəli keçirmək istəyən tibb tələbələrinin nəzərinə!I Müalicə Profilaktika Fakültəsi "Rezident Həya...
14/11/2025

🔮Qış tətilini daha səmərəli keçirmək istəyən tibb tələbələrinin nəzərinə!

I Müalicə Profilaktika Fakültəsi "Rezident Həyatı Yaşa-5" layihəsinin qeydiyyatını açıq elan edir!

🔰Məqsədimiz :
Hər bir tələbə univeristet həyatı boyunca müxtəlif ixtisasa yiyələnmək, o yöndə özünü inkişaf etdirmək istəyir. Bu layihəmiz tələbələrimizə istədikləri ixtisasla əvvəlcədən tanış olmaq, onun çətinlikləri/üstünlükləri ilə rastlaşmaq, seçəcəkləri ixtisasın onlar üçün uyğun olub-olmamasını öyrənməyə şərait yaradacaqdır.

🏥Tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində nəzərdə tutulmuş bu layihə ilə ATU-nun nəzdində olan klinika və bəzi özəl xəstəxanalarda istədiyiniz ixtisas üzrə rezidentin iş həyatı ilə tanış ola bilərsiniz.

❗ŞƏRTLƏR:
Tələbə:
●Tibb ixtisası üzrə 3,4 və ya 5-ci kurs tələbəsi olmalıdır;
●Bio'dakl qeydiyyat linkindən qeydiyyatdan keçməlidir.

Tibbi biliyi yerində olan, qeydiyyat linkində motivasiya məktubu, fəallığı ilə fərqlənən tələbələr fakültə rəhbərliyinin müvafiq seçimlərindən sonra layihədə iştirak haqqı qazanacaqlar.

💡Layihədə iştirak edən tələbələr kuratorları tərəfindən göndərilən xasiyyətnaməyə əsasən sertifikatla qiymətləndiriləcəklər.

‼️‼️Qeydiyyat üçün son tarix: 21 Noyabr, 23:59

📌Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdnsX2ys6gjN-TkMTdD6uYfmwBjP8b0vag2bm2wZS555bLqsQ/viewform?usp=dialog

Uğurlar!

Dəyərli izləyicilər!3 noyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik ili" çərçivəsində Vətən  müharibəsində qaz...
06/11/2025

Dəyərli izləyicilər!
3 noyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik ili" çərçivəsində Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və "Caspel" MMC tərəfindən birgə təşkil edilən inşa yazı müsabiqəsinin nəticələri elan edilmişdir.

Tədbirdə Azərbaycan Tibb universitetinin bir çox tələbələri yüksək fəallıq göstərmişlər. İnşa müsabiqəsində I Müalicə- Profilaktika fakültəsinin II kurs, 124R1b qrup tələbəsi Mirzəliyeva Saraxatun Ramil qızı - 1- ci yerin qalibi olmuşdur. Tədbirdə həmçinin fakültənin 1 - ci kurs, 125A6a qrup tələbəsi Qurbanov Sinan Vüqar oğlu 2 - ci yerə layiq görülmüşdür.

İnşa müsabiqəsində yüksək fəal iştirak edən tələbələrimiz Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı tərəfindən təşəkkürnamə və hədiyyələrlə təltif edilmişlər.

Tədbirdə həmçinin I MPF, II kurs, 124A3b qrup tələbəsi Pirrəfti Leyla Elşən qızına da sertifikat təqdim edilmişdir.

Dəyərli tələbələr!I MPF TEC təşkilati heyətinə üzv qəbulu elan olunur!Əgər sən də təşkilatçılıq bacarığını inkişaf etdir...
20/10/2025

Dəyərli tələbələr!
I MPF TEC təşkilati heyətinə üzv qəbulu elan olunur!

Əgər sən də təşkilatçılıq bacarığını inkişaf etdirmək, elmi tədbirlərin hazırlanmasında iştirak etmək və tibbi elmi fəaliyyətin bir hissəsi olmaq istəyirsənsə, bu fürsət sənin üçündür!

🔹 Kimlər müraciət edə bilər:
I MPF tələbələri

🔹 Üstünlüklər:
• Yerli və beynəlxalq elmi tədbirlərdə aktiv iştirak
• Komanda işi və liderlik bacarıqlarının inkişafı
• Sertifikat və gələcək layihələrdə iştirak imkanı

📅 Son müraciət tarixi: 30.10.2025
📩 Müraciət linki: https://forms.gle/CQyM3w6Podfuwpw86

19/10/2025
Dəyərli tələbələrimiz,I Müalicə-Profilaktika fakültəsi Təşkilat Heyəti üçün qeydiyyatı açıq elan edilir!📢Siz də fakültəd...
10/10/2025

Dəyərli tələbələrimiz,
I Müalicə-Profilaktika fakültəsi Təşkilat Heyəti üçün qeydiyyatı açıq elan edilir!📢

Siz də fakültədaxili tədbirlərin, layihələrin təşkilində yaxından iştirak etmək istəyirsinizsə, elə indi qeydiyyatdan keçməyə tələsin!
~~~~~~~~~~~~~~
Dear students,
The registration for the Organizational Committee of the MPF-1 is now open!📢

If you want to like to take an active part in organizing faculty events and projects, hurry up and register now!

📍Qeydiyyat linki/ Registration link⤵️
https://docs.google.com/forms/d/e/1FAIpQLScN0tvx2NiUXZp48dpeZNfZZeb4nc5W_o-n8wNMaNAV2kJSYQ/viewform

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when ATU I Müalicə-Profilaktika Fakültəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ATU I Müalicə-Profilaktika Fakültəsi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram