Psixoloq Almaz Askerova

Psixoloq Almaz Askerova İNDİVİDUAL PSİXOLOJİ KONSULTASİYA

I. Yeniyetmələrdə Yeniyetmələrdə psixoloji yardım:

1. Şəxsiyyətin formalaşması
2. Sosial adaptasiya problemləri
3.

Depressiya
4. Davranış problemləri
5. Obsessiv-kompulsiv pozun

Ər evindən küsülü getmək, əksər hallarda, tək bir səbəbdən deyil, bir neçə emosional və psixoloji yüklənmənin üst-üstə d...
05/12/2025

Ər evindən küsülü getmək, əksər hallarda, tək bir səbəbdən deyil, bir neçə emosional və psixoloji yüklənmənin üst-üstə düşməsindən yaranır. Bu proses qadının özünü təhlükəsiz, dəyərli və önəmli hiss edib-etməməsi ilə sıx bağlıdır.

1️⃣ Emosional ehtiyacların ödənməməsi.
Qadın münasibətdə eşidilmədiyini, duyğularının ciddiyə alınmadığını və ya yalnız özünün fədakarlıq etdiyini hiss etdikdə beynin müdafiə sistemi aktivləşir. Bu, “uzaqlaşma – özünü qoruma” davranışına gətirib çıxarır.

2️⃣ Həddindən artıq tənqid və müqayisə.
Daim qiymətləndirilmək, başqaları ilə müqayisə olunmaq qadında özünə dəyər hissinin zəifləməsinə səbəb olur. Özünü kifayət etmir kimi hiss edən insan, münasibətdən də uzaqlaşmağa meylli olur.

3️⃣ Ailə içində güc balansının pozulması.
Qadının fikirlərinə yer verilməməsi, qərarlardan kənarda qalması və ya sərt nəzarət görməsi onda boğulma, sıxılma və nəzarət altında olma duyğusu yaradır. Bu duyğu bədəni psixoloji olaraq uzaqlaşmağa məcbur edir.

4️⃣ Davamlı emosional yüklənmə və yorğunluq.
Qadın həm ev, həm münasibət, həm də sosial həyat məsuliyyətlərini daşıyarkən dəstək görmədikdə emosional enerji tükənir. Bu isə küsüb getmə davranışını bir “qaçış mexanizmi” kimi aktivləşdirir.

5️⃣ Təkrarlanan hörmətsizlik və sərhəd pozuntuları.
Kiçik görünən, amma yığılan lağ etmə, laqeydlik, sözlə incitmələr qadının beynində təhlükə siqnalı yaradır:
“Burada özümü güvəndə hiss etmirəm.”

Bu faktorların təsir dərəcəsi nə qədərdir?
Psixoloji araşdırmalar göstərir ki, münasibətdən uzaqlaşma və küsüb getmə davranışının təxminən:
• 60–70%-i emosional ehtiyacların qarşılanmamasından,
• 20–25%-i kommunikasiya çatışmazlığından,
• 5–15%-i isə şəxsi xarakter xüsusiyyətlərindən və stress səviyyəsindən qaynaqlanır.

Yəni əsas problem emosional əlaqənin kəsilməsi və dinlənilməmək hissidir.



Nəticə:

Küsüb getmək çox vaxt “kapriz” deyil — özünü təhlükəsiz və dəyərli hiss etməyən bir beynin qorunma mexanizmidir.

Bir münasibəti qoruyan ən əsas şey:
DİNLƏNİLMƏK – ANLAŞILMAQ – DƏYƏR VERİLMƏK-dir.

İnsanın əslində kim olduğunun şahidi daha çox kim olur?: - Ata - Ana  - Dost/Rəfiqə - Bacı - Qardaş - Həyat yoldaşı - Si...
04/12/2025

İnsanın əslində kim olduğunun şahidi daha çox kim olur?:
- Ata
- Ana
- Dost/Rəfiqə
- Bacı
- Qardaş
- Həyat yoldaşı
- Sizin variantınız

✨ Bəzən ən güclü, ən ağıllı, ən dəyərli qadınlar belə yanlış kişilərə aşiq olurlar. Bu, zəiflikdən deyil, insan psixolog...
01/12/2025

✨ Bəzən ən güclü, ən ağıllı, ən dəyərli qadınlar belə yanlış kişilərə aşiq olurlar. Bu, zəiflikdən deyil, insan psixologiyasının dərin mexanizmlərindən qaynaqlanır.

❗️ Qadın “potensialı” görür, “reallığı” yox

Mükəmməl qadınlar empatikdir. Onlar bir kişidə onun edə biləcəyi yaxşılığı görürlər… amma həmin kişinin hazırda kim olduğunu görmürlər!
Bu isə yanlış bağlanma yaradır.

❗️ Sevgi vermək onlar üçün təbiidir

Güclü qadın sevgini çox verə bilir.
Amma… sevgi almağı eyni səviyyədə tələb etməyi unudurlar.

❗️ Öz gücü ilə qarşısındakını “yaxşılaşdıracağını” düşünür

“Onu düzəldə bilərəm” — bu, mükəmməl qadınların klassik psixoloji tələsidir. Amma insanlar özləri istəmədikcə dəyişmir.

❗️ Uşaqlıq - bağlanma naxışları

Bağlanma travmaları, ata obrazı ilə bağlı boşluqlar, diqqət aclığı qadını emosional cəhətdən əlçatmaz kişilərə çəkə bilər.

❗️ Çünki sevgi uğurlu qadınların da zəif yeridir

Güclü olmaq ürəyi daş etmir. Əksinə — həssas ürək güclü xarakterin arxasında gizlənir.

Nəyə görə mükəmməl qadınların ilk seçimi yanlış olur?…
29/11/2025

Nəyə görə mükəmməl qadınların ilk seçimi yanlış olur?…

Unutmayın!Pul - MƏQSƏDƏ çatmaq üçün vasitədir!
26/11/2025

Unutmayın!
Pul - MƏQSƏDƏ çatmaq üçün vasitədir!

Kişi ailədə nə qədər kobuddursa, O, şəxsiyyət kimi bir o qədər zəifdir…Kişinin ailəsinə qarşı etdiyi kobudluq, göstərdiy...
25/11/2025

Kişi ailədə nə qədər kobuddursa, O, şəxsiyyət kimi bir o qədər zəifdir…

Kişinin ailəsinə qarşı etdiyi kobudluq, göstərdiyi aqressivlik, onun bir şəxsiyyət kimi zəifliyinin, özgüvənsiz və “qorxaq” birisi olduğunun göstəricisidir…
Çünki əsl güc - qışqırıqda, qınaqda, günahlandırmaqda, kritikada, qadağada deyil…
Əsl güc - yanında olanı anlamaqda, ona arxa durmaqda, hörmət etməkdədir...
Kobudluq isə qorxu və özgüvənsizliyin ortaya çıxmaması üçün istifadə olunan bir vasitə, bir maskadır…
Bir insanın ailəsinə qarşı olan münasubəti - əslində, onun özünə olan münasibətinin əksidir.
Və…
Bir kişi evində daimi olaraq, aqressiya göstərirsə, O, öz daxili zəifliyini və problemlərini gizlədir.

Əsl kişi/özgüvənli kişi münasibətləri qayğı və diqqət üzərindən qurur.

Bu gün qarşıma çox maraqlı bir post çıxdı. Post çox aktual bir problemi əks etdirdiyi üçün onu olduğu kimi paylaşıram.  ...
23/11/2025

Bu gün qarşıma çox maraqlı bir post çıxdı. Post çox aktual bir problemi əks etdirdiyi üçün onu olduğu kimi paylaşıram.

Əgər münasibət qurduğunuz şəxs evlidirsə...Yəni, bəy xanımına sizinlə xəyanət edirsə...Siz onun üçün başqa qadın və ya I...
21/11/2025

Əgər münasibət qurduğunuz şəxs evlidirsə...
Yəni, bəy xanımına sizinlə xəyanət edirsə...
Siz onun üçün başqa qadın və ya II variantsınız. Və inanın ki, tək variant deyilsiniz...
Heç bir kişi ailəsini başqa qadınla əvəz eləmək istəmir. Sizi çox istədiyini, hətta sevdiyini desə belə, siz, yalnız onun üçün növbəti bir əyləncə və ya maraqlı bir “oyuncaq”sınız... Nə qədər çətin əldə olunsanız, o qədər çox səy göstərir hər bir kişi... Və əldə etməklə, əslində o, özünü təsdiq edib, özünə güvəni artırmaq üçün edir...
Eyni zamanda, sizinlə olmaq ona “sərf” edir.
• Ona sərf edir ki, sizinlə görüşəndən sonra hər kəs öz evinə dönür. Onun sizin qarşınızda heç bir öhdəçiliyi yoxdur. Siz onun üçün vaxtını maraqlı keçirtmək üçün əlavə variantsınız.
• Ona sərf edir, ona görə ki, sizdən istədiyi, arzuladığı hər şeyi alır. Yəni, sizi bir növ “istifadə edir”... Sizinlə əlaqə həyatındakı boşluğu doldurur və siz ona “xüsusi” olduğunu hiss etdirirsiniz.
• Ona sərf edir ki, bütün vaxtını sizinlə keçirtmək kimi bir öhdəçiliyi yoxdur. O, sizin yanınızdan çıxan kimi, dərhal evinə yollanır - Vaxtını “istədiyi” kimi, keçirtdi... sizi yolladı... özü də evə - “dincəlməyə” getdi. Çünki, o, nə edirsə, özünə görə, öz mənafeyinə uyğun edir.
• Əgər bir kişi, doğurdan da, sizi sevirsə, o, hər bir halda, ən çətin vəziyyətdə belə sizinlə vaxt keçirtmək üçün vaxt və zaman tapacaq. Problemlərinizin həllində çəkinmədən sizə yardımçı olacaq. Sizi hədiyyələrlə sevindirəcək... Əks halda, o, sadəcə olaraq, sizdən istifadə edir.
• Əgər, hətta, sizi sevdiyini deyirsə və ailəsini sizə görə dağıdırsa, nə zəmanət ki, sizi də bir zaman kiməsə görə atmaycaq.
Əlbəttə, burda söhbət dağılan ailədə başqa qlobal, ciddi bir ailədaxili problemlər olmadığı halda, ailənin sırf ikinci qadına görə dağılmasından gedir.
Ona görə, əgər sizin qarşınıza sizə dəyər verən, tək sizi arzulayan və yalnız sizinlə olmaq istəyən bir kişi çıxıbsa, onu qiymətləndirin! Onun tək sevimlisi özünüz olmağa çalışın! Ona sadiq olun! Onun sadiqliyini dəyərlndirin! Laqeyd olmadığınızı hiss elətdirin! Əks halda, siz, onun üçün “tək” olmayacaqınız. O, özünü təsdiq üçün başqa qadınların yanına qaçacaq...
̇li̇k

https://youtu.be/XBTfPyNrqA0?si=yiborbfK9ksGcPLZ
16/11/2025

https://youtu.be/XBTfPyNrqA0?si=yiborbfK9ksGcPLZ

Hipnoz zamanı, şüuraltına birbaşa keçid alınır.Diqqət!!!Seans zamanı - şüuraltı işləmələr və kodlamalar aparıldığına görə, Hipnoz seansları yalnız ixtisaslaş...

Address

Azadlıq Pr 3
Baku
AZ1096

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 15:00

Telephone

+994553550343

Website

Alerts

Be the first to know and let us send you an email when Psixoloq Almaz Askerova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram