Mikrobiologiya.az

Mikrobiologiya.az ATU, TPF (2011-2017) ATU Tədris-Terapevtik Klinika, rezidentura (2017-2019)

Bitən dəniz mövsümü bizim üçün belə görünür… Xarici qulaq keçəcəyi, orta qulaq, sidik yolları infeksiyalarına və s. səbə...
11/09/2025

Bitən dəniz mövsümü bizim üçün belə görünür… Xarici qulaq keçəcəyi, orta qulaq, sidik yolları infeksiyalarına və s. səbəb olan mikroorqanizmlər və onlara qarşı mübarizə aparmaq üçün qoyulan AHT-lər…

21/08/2025
Qırmızı səhnə, miniatür bir kainat…Əlimdəki bu kiçik Petri qabı, əslində, görünməz dünyanın rəngarəng festivalıdır. Bura...
09/08/2025

Qırmızı səhnə, miniatür bir kainat…
Əlimdəki bu kiçik Petri qabı, əslində, görünməz dünyanın rəngarəng festivalıdır. Burada hər koloniya öz “şəxsi xarakterinə” sahibdir — kimsə qızıl sarısında parlayır, kimsə qarlı dağın təmiz ağlığına bürünüb. Bəziləri isə tikanlı paltarını geyinmiş göbələk nəhəngləridir, sanki Marsdan gəlmişlər.

Sarı muncuq kimi parlayanlar özünü göstərməkdən xoşlanır, tüklü mavi-yaşıl nəhənglər isə səssiz-səmirsiz ətrafı işğal edir. Aralarında qanlı arenada “hemoliz” adlı xüsusi effektlə çıxış edənlər də var — qırmızı fonun üstündə şəffaf halə yaradırlar.

Bu kiçik səhnə mənə təbiətin bir qanununu xatırladır: görünməz olan hər şey, əslində, öz dünyasında möhtəşəm dərəcədə görünür. Və bəzən ən böyük dramlar mikroskop altında baş verir.

A crimson stage, a miniature universe…
This small Petri dish in my hand is actually a dazzling festival of the unseen world. Each colony here has its own personality — some shine in golden yellow, others wear the pure white coat of a snowy peak. A few are bristly, greenish giants, looking as if they’ve arrived straight from Mars.

The yellow bead-like ones love to show off, while the fluffy blue-green giants silently conquer the territory. Among them, some perform a special effect called hemolysis — creating clear halos on the red background like spotlights on a stage.

This tiny scene reminds me of one law of nature: what is invisible to the eye is often spectacular in its own realm. And sometimes, the greatest dramas unfold under the gaze of a microscope.

Micr❤️biology…
09/08/2025

Micr❤️biology…

68 yaşlı kişi xəstənin bəlğəm nümunəsi kultivasiya edilib inkubasiyadan sonra qanlı aqarda aqar səthini örtən, boz rəngl...
02/08/2025

68 yaşlı kişi xəstənin bəlğəm nümunəsi kultivasiya edilib inkubasiyadan sonra qanlı aqarda aqar səthini örtən, boz rəngli (şəkil 1), Chromatic ™️ Detection aqarda yaşılımtıl, qəhvəyi rəngli (şəkil 2), mannitol-duzlu aqarda sarı rəngli (şəkil 3), Saburo-dekstroza aqarda mukoid, ağ rəngli koloniyalar (şəkil 4) inkişaf etdi. Mikroorqanizmlərin saf koloniyalarını əldə etmək üçün pasaj edildi və identifikasiya edildi. İzolə edilmiş törədicilər Escherichia coli (şəkil 5), Klebsiella pneumoniae ssp. pneumoniae (şəkil 6), Staphylococcus aureus (şəkil 7), Proteus mirabilis (şəkil 8) üçün disk-diffuziya üsulu ilə AHT işlənildi. Staphylococcus aureus ştamında MRSA, Proteus mirabilis və Escherichia coli ştamlarında isə GSBL tipli rezistentlik aşkar edildi. Klebsiella pneumoniae ssp. pneumoniae ştamında karbapenemlərə rezistentlik aşkar edildi (şəkil 9, 10). Nəticəni təsdiqləmək üçün VITEK2 yarımavtomatlaşdırılmış cihazda MİK dəyərləri işlənildi (şəkil 10, 11)

Microbiological July
31/07/2025

Microbiological July

4 aylıq oğlan uşağının sidik nümunəsi əkilərək inkubasiya edildikdən sonra qanlı aqarda təxminən 50.000 KƏV/ml miqdarda ...
10/07/2025

4 aylıq oğlan uşağının sidik nümunəsi əkilərək inkubasiya edildikdən sonra qanlı aqarda təxminən 50.000 KƏV/ml miqdarda boz, gümbəzəbənzər (şəkil 1), Chromatic ™️ Detection aqarda göyümtül rəngli koloniyalar (şəkil 2) inkişaf etdi. İzolə edilən törədici Klebsiella pneumoniae ssp. pneumoniae-ya uyğun olaraq disk-diffuziya üsulu ilə AHT işlənildi (şəkil 3, 4). Nəticədə ştamın Meropenem, İmipenem, Amikasin, Gentamisin, Tobramisinə həssas, Doripenemə həssas (yüksək dozada), Ertapenemə davamlı olduğu qeyd edildi.

Microbiological June🥰
30/06/2025

Microbiological June🥰

21/06/2025
24 yaşlı qadın xəstənin sidik nünunəsinin əkilərək inkibasiya edildikdən sonra qanlı aqarda 100.000 KƏV/ml miqdarda sarı...
12/06/2025

24 yaşlı qadın xəstənin sidik nünunəsinin əkilərək inkibasiya edildikdən sonra qanlı aqarda 100.000 KƏV/ml miqdarda sarımtıl rəngli (şəkil 1), Chromatic ™️ Detection aqarında bənövşəyi rəngli (şəkil 2), mannitol-duzlu aqarda sarı rəngli koloniyalar (şəkil 3) inkişaf etdi. İdentifikasiya zamanı koloniyaların katalaza müsbət, koaqulaza mənfi və novobiosinə davamlı olduğu (şəkil 4) təsdiqləndi. İzolə edilmiş mikrpprqanizm Staphylococcus saprophyticus üçün disk-diffuziya üsulu ilə AHT işlənildi.

53 yaşlı kişi xəstənin ayaq nahiyəsindən götürülmüş yara möhtəviyyatı əkilib inkubasiya edildikdən sonra qanlı aqarda gü...
04/06/2025

53 yaşlı kişi xəstənin ayaq nahiyəsindən götürülmüş yara möhtəviyyatı əkilib inkubasiya edildikdən sonra qanlı aqarda gümüşü və bozumtul rəngli (şəkil 1), Chromatic ™️ Detection aqarında solğun yaşıl və sarımtıl rəngli koloniyalar (şəkil 2) inkişaf etdi. Saf koloniyanı əldə etmək məqsədilə pasaj edildi (şəkil 3, 4) və identifikasiya edildi. İzolə edilmiş mikroprqanizmlər Acinetobacter baumannii (şəkil 5) və Pseudomonas aeruginosa (şəkil 6) üçün disk-diffuziya üsulu ilə AHT işlənildi. Pseudomonas aeruginosa (şəkil 7) və Acinetobacter baumannii (şəkil 8) ştamlarının hər ikisində karbapenemlərə davamlılıü müşahidə edildi. VİTEK2 yarımavtomatlaşdırılmış cihazda həm Pseudomonas aeruginosa (şəkil 9, 10, 11), həm də Acinetobacter baumannii (şəkil 12, 13, 14) üçün AST-N420, AST-N423 və AST-XN21 kartları ilə MİK dəyərləri işlənildi.

39 yaşlı kişi xəstənin körpücükaltı nahiyədə yerləşdirilmiş hemodializ katateri çıxarılaraq laboratoriya göndərilmişdir....
03/06/2025

39 yaşlı kişi xəstənin körpücükaltı nahiyədə yerləşdirilmiş hemodializ katateri çıxarılaraq laboratoriya göndərilmişdir. Kateter ucu müvafiq olaraq aqarlar üzərində “sürtülərək” (fırladılaraq) əkilmiş və inkubasiya edilmişdir. Qanlı aqarda bozumtul rəngli (şəkil 1), Chromatic ™️ Detection aqarında açıq göy rəngli koloniyalar (şəkil 2) inkişaf etdi. Pasaj edildi və VİTEK2 yarımavtomatlaşdırılmış cihazda identifikasiya edildi (şəkil 3). İzolə edilmiş törədici Enterobacter cloacae üçün disk-diffuziya üsulu ilə AHT işlənildi.

Address

Baku

Opening Hours

Monday 00:00 - 23:59
Tuesday 00:00 - 23:59
Wednesday 00:00 - 23:59
Thursday 00:00 - 23:59
Friday 00:00 - 23:59
Saturday 00:00 - 23:59
Sunday 00:00 - 23:59

Website

Alerts

Be the first to know and let us send you an email when Mikrobiologiya.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mikrobiologiya.az:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category