Uşaq Bərpa Mərkəzi

Uşaq Bərpa Mərkəzi Mərkəz uşaq və yeniyetmələrə reabilitasiya xidmətləri göstərir.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Müalicə Mərkəzində 1 ayından 18 yaşa kimi olan uşaq və yeniyetmələrə reabilitasiya xidmətləri göstərilir.

📍Mərkəzdə aşağıdakı xəstəliklər müalicə olunur:
- Lor orqanları xəstəlikləri
- Allergik xəstəliklər
- Tənəffüs yollarının xəstəlikləri
- Sinir sisteminin xəstəlikləri
- Dayaq-hərəkət sisteminin xəstəlikləri
- Revmatik xəstəliklər
- Mədə-ba

ğırsaq orqanlarının xəstəlikləri
- Psixoloji narahatlıqlarla müşahidə olunan xəstəliklər
- Nitq qüsurları ilə müşahidə olunan xəstəliklər

📍 Mərkəzdə aşağıdakı mütəxəssislər fəaliyyət göstərir:
- Pediatr
- Nevropatoloq
- Fizioterapevt
- Kardioloq
- Stomatoloq
- Lor həkimi
- Oftalmoloq
- Allerqoloq
- Ultrasəs həkimi
- Müalicəvi bədən tərbiyəsi həkimi
- Klinik laboratoriya
- Loqoped
- Psixoloq

Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cəmilə xanım Talıbova Zərif...
15/04/2026

Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cəmilə xanım Talıbova Zərifə Əliyevanın anım günü münasibəti ilə müsahibə verib.
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır.
Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə xanım Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.

Novruz Bayramınız Mübarək! Yeni ilin işığı, xoşbəxtlik və sülh dolu olsun. Hər evə sevgi, hər ürəyə ümid gətirsin. ✨
20/03/2026

Novruz Bayramınız Mübarək!
Yeni ilin işığı, xoşbəxtlik və sülh dolu olsun.
Hər evə sevgi, hər ürəyə ümid gətirsin. ✨

Hörmətli xanımlar,Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!Bu xüsusi gündə sizə ...
08/03/2026

Hörmətli xanımlar,

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
Bu xüsusi gündə sizə dərin hörmətimizi və ən yaxşı arzularımızı çatdırır, fəaliyyətlərinizdə uğurlar arzulayırıq.

Beynəlxalq Qadınlar Gününüz mübarək! 💐

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.Ziyarət zamanı Leyla Əli...
05/03/2026

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.

Ziyarət zamanı Leyla Əliyeva xəstəxanada müxtəlif diaqnozlarla stasionar müalicə alan uşaqların səhhəti ilə maraqlanıb, onların müalicə prosesi və yaradılmış şəraitlə yaxından tanış olub. O, həmçinin azyaşlı pasiyentlər və onların valideynləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, uşaqlara hədiyyələr təqdim edib.

Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov Leyla Əliyevaya tibb müəssisəsinin fəaliyyəti, göstərilən ixtisaslaşmış tibbi xidmətlər və mövcud maddi-texniki baza barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanası ölkədə uşaqlara endokrinologiya və allerqologiya sahələrində stasionar tibbi xidmət göstərən yeganə ixtisaslaşmış müəssisədir.

Müəssisədə müasir tibbi avadanlıqlardan istifadə olunmaqla diaqnostika və müalicə tədbirləri həyata keçirilir, pasiyentlərin sağlamlığının qorunması və bərpası istiqamətində kompleks yanaşma tətbiq olunur.

TƏBİB-in dəstəyi ilə “Pediatriyada laboratoriyanın əhəmiyyəti” mövzusunda konfrans keçirilibAzərbaycan Respublikası Səhi...
02/03/2026

TƏBİB-in dəstəyi ilə “Pediatriyada laboratoriyanın əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Respublika Pediatriya Mərkəzi və Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə “Pediatriyada laboratoriyanın əhəmiyyəti” mövzusunda elmi konfrans keçirilib.

Tədbirin əsas məqsədi pediatriya sahəsində çalışan həkimlərin bilik və bacarıqlarının artırılması, laborator diaqnostikanın klinik praktikada düzgün tətbiqi və müasir tibbi yanaşmaların paylaşılması olub.

Konfransın açılış mərasimində Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, Milli Pediatriya Dərnəyinin sədri Anar Qurbanov, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, İxtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Turan Məmmədova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov çıxış edib. Çıxışlarda pediatriya sahəsində laborator diaqnostikanın rolu, klinik praktikada düzgün tətbiqi və elmi-praktik əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Türkiyə Milli Pediatriya Dərnəyinin təmsilçisi, professor İlyas Okur və Qazi Universitetinin rektor müavini, professor Hasan Tezer də çıxış edərək beynəlxalq təcrübə və müasir laborator yanaşmalar barədə fikirlərini bölüşüblər.

Konfrans proqramına uyğun olaraq yerli və Türkiyəli mütəxəssislər tərəfindən pediatriyada laborator diaqnostika, infeksion xəstəliklər, metabolik və endokrin pozğunluqlar, molekulyar mikrobiologiya, kultivasiya üsulları, laborator markerlərin klinik praktikada rolu, preanalitik səhvlər, reanimasiya və stasionar xəstələrin idarə olunmasında laborator müayinələrin əhəmiyyəti mövzularında məruzələr təqdim olunub.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 7 DTT balı ilə qiymətləndirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə yubiley tədbiri təşkil olun...
27/02/2026

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə yubiley tədbiri təşkil olunub. Tədbirdə icbari tibbi sığorta sisteminin keçdiyi inkişaf yolu, əldə olunan əsas nəticələr və vətəndaşlara göstərilən xidmətlərin əhatə dairəsi barədə məlumat verilib.

Yubiley tədbirində səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri və səhiyyə sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 10 il ərzində icbari tibbi sığorta sisteminin mərhələli şəkildə formalaşdığını, bu müddət ərzində tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə artdığını bildirib.

Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə bağlı verilən qərarın icrası güclü siyasi iradə, institusional əzm və ictimai inam sayəsində mümkün olub.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında bildirib ki, icbari tibbi sığorta Azərbaycanın müstəqillik dövründə səhiyyə sahəsində həyata keçirdiyi ən uğurlu layihədir.

TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov isə qeyd edib ki, icbari tibbi sığorta sistemi sayəsində bu gün bütün bölgələrdə vətəndaşlar tibbi xidmətlərə bərabər və əlçatan çıxış imkanına malikdir.

26 Fevral – Xocalı Soyqırımı Günü münasibətilə Uşaq Bərpa Mərkəzində anım tədbiri keçirilmişdir.Tədbirdə xalqımızın yadd...
26/02/2026

26 Fevral – Xocalı Soyqırımı Günü münasibətilə Uşaq Bərpa Mərkəzində anım tədbiri keçirilmişdir.

Tədbirdə xalqımızın yaddaşına həkk olunmuş bu faciənin qurbanları dərin ehtiram və hüznlə yad edilmiş, onların əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Çıxışlar zamanı 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı soyqırımı haqqında məlumat verilmiş, gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılmasının vacibliyi vurğulanmışdır.

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır. Şəhidlərimizin xatirəsini ehtiramla anır, onların ruhu qarşısında baş əyirik.

26 Fevral – Xocalı soyqırımı1992-ci il 26 fevral tarixində baş vermiş bu faciədən 34 il ötür. Xocalı qurbanlarını dərin ...
26/02/2026

26 Fevral – Xocalı soyqırımı

1992-ci il 26 fevral tarixində baş vermiş bu faciədən 34 il ötür. Xocalı qurbanlarını dərin hüzn və ehtiramla anırıq.

13 fevral tarixində Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzində “ Reabilitasiya müalicəsində xəstəxanadaxili ...
17/02/2026

13 fevral tarixində Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzində “ Reabilitasiya müalicəsində xəstəxanadaxili infeksiya ilə mübarizə” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə İPİN sədri, həkim - infeksionist İsgəndərova Aytən İslam qızı və müəssisənin tibb heyəti iştirak edib. Görüş zamanı infeksiya ilə mübarizə və ondan qorunma yolları istiqamətində məlumat verici sessiyalar təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edirik.
24/12/2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edirik.

“Respublikamızın ən önəmli qurumlarından biri olan və böyük şərəflə çalışdığımız TƏBİB-in yaradılmasının 7 ili tamam olu...
20/12/2025

“Respublikamızın ən önəmli qurumlarından biri olan və böyük şərəflə çalışdığımız TƏBİB-in yaradılmasının 7 ili tamam olur. Bu əlamətdar gün münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.”

“12 Dekabr — Heydər Əliyevin anım günüdür. Əziz xatirəsini dərin hörmətlə yad edirik. 🇦🇿”
12/12/2025

“12 Dekabr — Heydər Əliyevin anım günüdür. Əziz xatirəsini dərin hörmətlə yad edirik. 🇦🇿”

Address

Bakı10, Mirəli Qaşqay 84
Baku
3701

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+99412 4401631

Website

Alerts

Be the first to know and let us send you an email when Uşaq Bərpa Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uşaq Bərpa Mərkəzi:

Share

Category

Our Story

1.Lor orqanları xəstəlikləri 2.Allergik xəstəlikləri 3.Tənəffüz yollarının xəstəlikləri 4.Sinir sisteminin xəstəlikləri 5.Dayaq-hərəkət sisteminin xəstəlikləri 6.Revmatik xəstəlikləri 7.Mədə-bağırsaq orqanlarının xəstəlikləri 8.Nitq qüsurlarla müşahidə olunan xəstəliklər Bizim mərkəzdə aşağıdaki müalicə üsulları istifadə olunur: 1.Fizioterapiya: 1.Qalvanik cərəyanları 2.Elektroforez terapiya 3.Elektrostimulyasiya müalicəsi 4.İnterferens cərəyan 5.İmpuls cərəyan 6.Amplipulsterapiya 7.Parafin -terapiya 8.Elektroyuxu 9.İnfraqırmızı şua 10 Qısa dalğalı ultrabənövşə suaları (tubus kvars) 11.İnhalyasiya (dərman preparatları nəzərə alınmalı) 12.Darsanval cərəyanları 2.Maqnitoterapiya : 1.Maqnitoterapiya (sinusoidal bipolyar) 3.Ultrasəs Müalicə: 1.U/səs mülicəsi 2.Fonoforez dərman ilə 4.Digər xidmətlər: 1.Musiqi tetrapiyası 2.Art terapiya (rəsmlə müalicə) 3.Fito-və Flora terapiya 4.Speleoterapiya (duz şaxtası) 5.Su terapiya: 1.Qalvanik vannalar 2.Mirvari vannalar 3.Otlarla vannalar 6.Müalicəvi idman: 1.İndividual məşğələlər 2.5-9 nəfərdən ibarət olan qrup məşğələlər 3.Tənəffüs gimnastikası 4.Slinq trenajoru (yığılmış əzələləri dartmaq üçün trenajor) 5.Qross trenajoru (hərəkətləri məhdud olan uşaqların yeriməsinə kömək edən trenajor) 6.Kostyum terapiya (adeli kostyumları).Uşaq serebral iflicinin müasir bərpa müalicəsinin üsulu.Kosmonavt kostyumun əsasında hazırlanıb. 7.Voyta terapiya (körpələr üçün müalicəvi idman) 8.Aktivterapiya (xüsusi oyuncaqlarla kiçik motorikanın inkişaf etdirici idman) 7.Massaj: 1.Boyun massaji 2.Döş qəfəsinin massaji (sinə kurək) 3.Aşağı və yuxarı ətrafların massaji 4.Ümumi massaj 5.Drenaj massaji 6.Banka ilə massaj