ATU Tədris Terapevtik Klinikası

ATU Tədris Terapevtik Klinikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Tibb Universiteti
Tədris-Terapevtik Klinikası

Azərbaycan səhiyyəsinə ağır itki üz verib.Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru, ...
29/04/2023

Azərbaycan səhiyyəsinə ağır itki üz verib.

Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru, Tədris Terapevtik Klinikasının keçmiş direktoru, professor Surxay Musayev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Vətən müharibəsində və pandemiya dönəmində yüzlərlə insanın həyatını xilas edən Surxay həkimə Allahdan rəhmət, ailəsinə səbr diləyirik!

Dünya şöhrətli alim Tədris Terapevtik Klinikada məruzə oxuyubMartın 13-də Azərbaycan Tibb Universitetinin Tədris Terapev...
14/03/2023

Dünya şöhrətli alim Tədris Terapevtik Klinikada məruzə oxuyub

Martın 13-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında dünya şöhrətli alim, uşaq nevroloqu, Fransanın Paris şəhərində yerləşən Deskorte Universitetinin professoru Olivye Dülak tərəfindən “Beynin inkişaf etapları və EEQ-in neyrofizioloji əsasları” mövzusunda elmi-praktik seminar keçirilib.

Konfrans çərçivəsində uşaqlarda mərkəzi sinir sisteminin bətndaxili periodda inkişafı, böyüməsi və funksiyaların formalaşması barəsində yeni məlumatlar verilib. Məlum olduğu kimi, son illər erkən neonatal və uşaqlıq dövründə meydana çıxan bir çox xəstəliklərin təməli məhz bətndaxili periodda qoyulur. Bunun üçün də müasir nevrologiya və pediatriya ixtisaslarının qarşısına qoyulan tələblərdən biri olunan EEQ monitorinqin və eləcə də ENMQ üsulların vacibliyi və zənginliyi vurğulanıb. Vaxtında və vaxtından əvvəl doğulan uşaqların EEQ monitorinq zamanı beyin aktivliyinin fərqliliyivə tipik neonatal EEQ-in mənzərəsi xırda detallarla nəzərə çatdırılıb.

Seminarda ATU-nun Nevrologiya kafedrasının əməkdaşları və rezidentləri, eləcə də müxtəlif bazalarında çalışan həkim və rezidentlər iştirak ediblər.

Torpaq oyanır, təbiət gözəlləşir.Torpaq çərşənbəniz mübarək!
14/03/2023

Torpaq oyanır, təbiət gözəlləşir.
Torpaq çərşənbəniz mübarək!

ATU Tədris Terapevtik Klinikası adından bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik! Əz...
07/03/2023

ATU Tədris Terapevtik Klinikası adından bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik!

Əziz xanımlar, üzünüzdən xoşbəxtlik təbəssümü əskik olmasın 🌷

Yel çərşənbəniz mübarək!
07/03/2023

Yel çərşənbəniz mübarək!

"Qalxanabənzər vəzi iltihabi xəstəlikləri" mövzusunda seminar keçirilibAzərbaycan Tibb Universitetinin Tədris Terapevtik...
01/03/2023

"Qalxanabənzər vəzi iltihabi xəstəlikləri" mövzusunda seminar keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında rezidentlər üçün növbəti seminar baş tutub.

Rezidentlər qarşısında "qalxanabənzər vəzi iltihabi xəstəlikləri" mövzusunda klinikanın həkim-endokrinoloqu Sevil Mustafayeva çıxış edib.

Məruzəçi çıxışında bildirib ki, qalxanabənzər vəzi iltihabi xəstəliklərinə autoimun tireoidit, toksik ur, postpartum tireoidit, kəskin və yarıkəskin, amiadaron və sitokin induksiyalı, palpator, Ridl tireoiditləri aiddir.

Tireoditlər haqqında ətraflı məlumat verən həkim qeyd edib ki, "kəskin" tireoiditi bakteriyalar yaradır. Çox vaxt burun-boğaz infeksiyası ilə əlaqəlidir (tonzillit, sinusit, larinqit və s.). Qanda olan hər hansı bir infeksiya iltihab səbəbi ola bilər lakin əksər hallarda Staphylococcus, Streptococcus, Klebsiella sp, Enterobacteriace səbəb olur.

S.Mustafayeva "kəskin qeyri-irinli" və "yarımkəskin" tiroiditlərdən də danışıb. O, bildirib ki, kəskin qeyri-irinli tiroidit radiasiya terapiyasından sonra, vəzin mexaniki zədələnməsi ilə baş verir. Yarımkəskin tiroidit isə ağır virus infeksiyasına reaksiya olaraq inkişaf edir (parotit, qrip, qızılca və s.). Funksional hüceyrələr məhv edilir, hormonlar qana daxil olur və anormal immun reaksiyaya səbəb olur.

Haşimoto autoimun tiroiditindən danışan məruzəçi, bu tiroiditin insan orqanizmində müəyyən növ antigenlərin sintezinə təsir edən mutasiyalarla xarakterizə olunduğunu bildirib. O, qeyd edib ki, immun sistemi vəzinin sağlam toxumasına yad formasiya kimi reaksiya verməyə başlayır və normal hüceyrələrə hücum edərək patoloji dəyişikliklərə səbəb olan xüsusi zülalların sintezinə başlayır. İmmunokompetent strukturların cəlb edilməsi səbəbindən iltihab uzanır.

Həkim tiroiditlərin müalicəsi haqqında da ətraflı məlumat verib. İlk öncə kəskin tiroiditin müalicəsindən danışan məruzəçi erkən diaqnostika ilə bu tiroiditin tamamilə yox olduğunu, xəstənin müalicəyə başladıqdan 1-2 ay sonra sağaldığını qeyd edib. Onun sözlərinə görə, xəstəliyin irinli formaları hipotireoza səbəb ola bilər. "Yarımkəskin tiroidit müalicənin başlanmasından 2-3 ay sonra sağalma ilə başa çatır. İnkişaf etmiş hallarda, bu formada xəstəlik uzun bir kurs alır və ya xroniki olur. Autoimun tiroiditi dərmanların düzgün seçilməsi ilə yavaşlatmaq və ya tamamilə dayandırmaq olar. Ridel tiroiditi uzun illər lifli proseslərin inkişafı və tiroid funksiyasının azalması ilə davam edir"-deyə o, bildirib.

Seminarın sonunda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Od çərşənbəniz mübarək! 🔥
28/02/2023

Od çərşənbəniz mübarək! 🔥

Xocalı soyqırımı qurbanlarını dərin hüznlə yad edirik!
25/02/2023

Xocalı soyqırımı qurbanlarını dərin hüznlə yad edirik!

Rezidentlər üçün növbəti seminar keçirilib ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlər üçün növbəti ənənəvi semin...
23/02/2023

Rezidentlər üçün növbəti seminar keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlər üçün növbəti ənənəvi seminar keçirilib. Seminarın bu dəfəki mövzusu “Ürək tamponadası və ağciyər arteriyasının tromboemboliyası ağciyər adenokarsinomasının ilkin
təzahürləri kimi” olub.

Tədbirdə klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentləri iştirak ediblər.

Məruzə ilə çıxış edən klinikanın Terapiya şöbəsinin həkim-rezidenti Əsədullayeva Nailə klinikaya müraciət edən və müalicə alan 55 yaşlı qadın xəstənin analizlərinin nəticələri, onların təhlili və müalicəsi haqqında ətraflı məlumat verib.

Həkim bildirib ki, xəstə ağır təngənəfəslik, subfebril bədən hərarəti, halsızlıq, iştahanın azalması şikayətləri ilə klinikaya daxil olub. 2022-ci ilin fevral ayında özünü p*s hiss edərək ürək tamponadası (perikard boşluğunda qan və ya digər mayenin yığılması səbəbindən kəskin ürək çatışmazlığı) diaqnozu ilə təcili xəstəxanaya yerləşdirilib, xəstədə perikardiosentez (perikard boşluğunun punksiyası) aparılıb.

Xəstənin analiz nəticələrinin təhlilindən danışan məruzəçi qeyd edib ki, klinik qan testində leykositoz, neytrofiliya, biokimyəvi qan testində CRP, B 12 vit və D-dimer çox yüksəlmiş, ağciyərlərin KT angioqrafiyasında-plevral maye, ağciyər arteriyasının tromboemboliyası (böyük qan dövranı venalarında və ya sağ mədəcik boşluğunda yaranan, qan axını vasitəsilə kiçik qan dövranına gətirilən tromb hissəcikləri tərəfindən ağciyər arteriya kökünün və ya mənfəzinin tutulması) aşkar olunub, EXOKQ-da perikardial maye AF(atım fraksiyası) 45-48% olub.

N. Əsədullayeva qeyd edib ki, daha sonra xəstəyə simptomatik, etiotrop və patogenetik terapiya təyin olunub, müalicə fonunda xəstənin vəziyyəti yaxşılaşıb. Döş qəfəsinin venadaxili kontrastlı KT kontrolda ağciyərin şişi və mediasternal limfa düyünlərinin böyüməsi müşahidə olunub, biopsiyaya əsasən ağciyərlərin adenokarsinoması (bronxial divarın vəzi epitelindən əmələ gələn bədxassəli yenitörəmə) aşkar edilib. Xəstə onkoloqa göndərilib və nəzərəçarpacaq müsbət effekt verən "ağıllı dərmanlarla" (xüsusi hədəf molekulların təsir mexanizminə müdaxilə edərək xərçəng hüceyrələrinin böyüməsinə maneə törədən molekulyar- hədəflənmiş terapiya növü) müalicə olunub.

Tədbirin sonunda Nailə Əsədullayeva seminarın işini diskussiya formasında davam etdirərək, məruzəyə dair sualları cavablandırıb.

Su həyat mənbəyidir.Çərşənbəniz mübarək!
21/02/2023

Su həyat mənbəyidir.
Çərşənbəniz mübarək!

ATU-nun Tədris Terapevtik Klinikasında Tibbi Şuranın iclası keçirilibAzərbaycan Tibb Universitetinin (ATU) Tədris Terape...
13/02/2023

ATU-nun Tədris Terapevtik Klinikasında Tibbi Şuranın iclası keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın növbəti toplantısı keçirilib. Toplantıda klinikanın 2022-ci ildə fəaliyyəti qiymətləndirilib və qarşıdakı dövr üçün vəzifələri müzakirə olunub.

Yığıncaqda giriş sözü ilə çıxış edən klinikanın direktoru, professor Surxay Musayev bu günlərdə qardaş Türkiyədə baş verən təbii fəlakətlə əlaqədar Türkiyə xalqına başsağlığı verib. Azərbaycan xalqının üzüldüyünü, əlindən gələn köməyi göstərməyə çalışdığını bildirən professor yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib. Sonra zəlzələ nəticəsində həlak olmuş Türkiyə vətəndaşlarının xatirəsi ehtiramla yad edilib.

Toplantıda klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva klinikanın 2022-ci il üzrə müalicə-diaqnostik fəaliyyətinin yekunlarına dair hesabatı ilə çıxış edib. O, həmçinin ötən il ərzində ambulator və stasionar xəstə qəbulu, müəssisənin tibbi fəaliyyəti və mövcud çətinliklər barədə də ətraflı məlumat verib.

Dinlənilən hesabatdan sonra çıxış edən prof. Surxay Musayev klinikanın cari məsələləri, mövcud olan problemlər haqqında danışıb və onların həlli istiqamətində ciddi addımların atılmalı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, klinikada müasir avadanlıqlar və laboratoriya olmasına baxmayaraq bəzi həkimlər xəstələri müayinə olunmaları üçün başqa tibb müəssisələrinə yönləndirir və bu kimi neqativ hallar aradan qaldırılmalıdır.

Yığıncaqda klinikanın əməkdaşları çıxış edərək klinika fəaliyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində təkliflərini veriblər.

Toplantının sonunda bir sıra cari məsələlər müzakirə olundu, bəzilərinin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi.

ATU-nun Tədris Terapevtik Klinikasında "Limfomalar" mövzusunda seminar keçirilibAzərbaycan Tibb Universitetinin (ATU) Tə...
09/02/2023

ATU-nun Tədris Terapevtik Klinikasında "Limfomalar" mövzusunda seminar keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentlərinin iştirakı ilə "Limfomalar" mövzusunda seminar keçirilib.

Tədbirdə Hematologiya şöbəsinin rezidenti Xeyrəddinli Nazəni mövzu üzrə təqdimatla çıxış edib.

Həkim limfomaların limfa düyünlərində və digər limfoid toxumalarda toplanan bədxassəli limfositlər tərəfindən törədilən və xarakterik klinik əlaməti limfadenopatiya və B simptomları olan xəstəlik olduğunu bildirib. Qeyd edib ki, limfomalar leykemiyalar ilə birlikdə qanın bədxassəli şişlərinin 2 böyük qrupundan biridir.

Xəstəliyin növlərindən danışan məruzəçi, limfomaların özünün də Hodgkin və qeyri- Hodgkin limfoması olmaqla 2 yerə ayrıldığını diqqətə çatdırıb.

N.Xeyrəddinli xəstəliyin etiologiyası haqqında da ətraflı məlumat verib. Onun sözlərinə görə limfomaların etiologiyası tam məlum deyil: "Lakin immun sisteminin zəifliyi, immunosupressorların qəbulu, autoimmun xəstəliklərin olması, HİV, EBV ilə yoluxma kimi risk faktorları xəstəliyin yaranmasında rol oynayır. Limfomaların klinikasında əsas nəzərə çarpan limpoadenopatiya və B simptomlarının varlığıdır. Limfoadenopatiya əsasən boyun, qoltuqaltı, qasıq nahiyəsində ağrısız, şişmiş limfa düyünləri şəklində müşahidə olunur. B simptomlarına isə səbəbsiz arıqlama (bədən çəkisinin 10%-dən artığı), səbəbi açıqlana bilməyən qızdırma və gecə tərləmələri daxildir".

Limfomaların diaqnostikası haqqında məlumat verən həkim, burada ən dəqiq və vacib üsulun limfa düyününün ekzisional biopsiyası olduğunu bildirib. Qeyd edib ki, bundan əlavə anamnez, fizikal, instrumental və laborator müayinələrdən də geniş istifadə olunur.

Seminarın sonunda N.Xeyrəddinli tərəfindən iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

Address

Mərdanov Qardaşları, Məhəllə 1001
Baku
AZ1078

Alerts

Be the first to know and let us send you an email when ATU Tədris Terapevtik Klinikası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category