19/09/2024
Sosyoekonomik səviyyədən asılı olaraq hər təbəqədə böyüyən uşaqlarla əlaqəli müşahidələrimi paylaşıram. Hansı səhvlər edilir, nə fərqlər var?
Əvvəlcədən onu deyim ki, valideyn kimi valideyn ola bilməyin təbəqə fərqi olmur. Sosial vəziyyətindən asılı olmadan valideyn kimi valideyn ola bilənlər haqqında da paylaşacam..
Əvvəlcə, ZƏNGİN ailələrdə böyüyən uşaqlarla əlaqəli müşahidələrimi deyirəm, sonra digərləri paylaşacam.
- Xəstəlik başlayan kimi “ tez düzəlsin” deyə bir başa antibiotikə başlanılması, -uşağın xəstəliyi tam sağalmamış dəniz, hovuz, beach, istirahət, dondurma deyərkən, xəstəliyin ağırlaşmasına səbəb olunması.
-Tez tez səyahət edən, amma, peyvəndinə ciddi yanaşılmamış uşaqların səyahətlərdən infeksiya ilə qayıtması.
-Uşağı bələmir, yenidoğanın baxımını üsullarına uyğun edir.
-Mövsümdən çox erkən yetişdirilmiş meyvə tərəvəzlərin uşaqlara yedirilməsi. Məsələn qışda qarpız
-Hospitala getmək gəlmək komforu pozduğu üçün “tanış” tapıb “sistemin” evdə vurdurulması.
-Çox gəzmək, çox istirahət, çox abur cubur, fast food, şəkər, kilo problemlərinin çox görülməsi
-Sinə deformasiyası olmasın deyə körpələrin çoxunun süni qida ilə böyüdülməsi
-7/24 baxıcı ilə böyüyən uşaqda ailə bağı, duygusal bağların zəif olması
-Yüksək sosioekonomik səviyyədə olan ailələrdə və ölkələrdəki uşaqlarda aşırı təmizlik, titizlik, gigiyena səbəbi ilə immun sistemin aşağı, allergik xəstəliklər riskinin yüksək olması.( Uşaqlar arada torpağa, palçığa da bulaşmalıdır)
-Uşağa vaxtından erkən ağıllı telefon, planşet, komputer almaq, saatlarla ekran qarşısında zaman keçirməsinə səbəb olmaq
-Uşağı düzgün geyindirmək, amma, əsasən nazik geyindirməyə üstünlük vermək
-Uşağı havaya vaxtı-vaxtında çıxarmaq.(əsasən baxıcı bunu etdiyi üçün)
-Uşağın bez bölgəsinə çox gel, şampun, krem çəkmək
-Uşağın tibbi müayinələrini, həkim baxışını vaxtlı-vaxtında etmək, amma müalicəni çox vaxt yarımçıq saxlayıb, tamamlamamaq. Bir müddət sonra isə yenidən analiz verib öz özünə düzəlibmi, yoxsa dərmanı bu dəfə mütləq içirimmi deyə kontrol etmək.
-Uşağı əsasən baxıcı saxladığı üçün bu uşaqların ünsiyyətdən, təmasdan kənarda qalmaması.
-Ailədə çox zaman ikidillilik olduğu üçün uşağın gec dil açması…