Pediatr Nigar Hüseynli

Pediatr Nigar Hüseynli Uşaqlari fiziki və psixi cəhətdən sağlam böyütmək diləyi ilə...
(1)

04/07/2025
26/02/2025

Əgər övladınız nəyisə özü bacarırsa, onun yerinə siz etməyə çalışmayın. Özü etməsi üçün ona şərait yaradın. Məsələn, özü oyuncaqlarını yığışdırıb şkafa yığırsa, şərait yaradın ki, etsin. Və ya corabını özü soyunmaq istəyirsə, etiraz etməyin. Böyük yaşlı uşaq isə qabları yumaq istəyirsə və ya hansısa işdə sizə kömək etmək istəyirsə, icazə verin. Təbii ki bütün hallarda təhlükəsizlik qaydalarını ona öyrədin. Əslində övladınızın fərdi bacarıqlarının inkişafına nə qədər təkan versəniz, ona dəstək olsanız, bu ancaq uğurla nəticələnəcək. Səhv etdi deyə həmən reaksiya verməyin, ona hirslənib acıqlanmayın. Səhvindən nəticə çıxarmasına , doğrunu tapmasına yardım edin.

https://youtu.be/37PONhxOio4?si=KP-axvr4wdORFgLzBugün həm də analar gününə təsadüf edir. Hər il dünyada may ayının 2-ci ...
12/05/2024

https://youtu.be/37PONhxOio4?si=KP-axvr4wdORFgLz

Bugün həm də analar gününə təsadüf edir. Hər il dünyada may ayının 2-ci bazar günü "Analar günü" kimi qeyd olunur. Bütün Anaların günü mübarək!
Bu mahnının sözlərini isə mən yazmışam. Ruhunuza şəfa olması diləyi ilə..
P.S. Zamiq Hüseynov oxuyub 5 il öncə.

Söz: Nigar Hüseynli Musiqi: Vaqif Yaqubov Aranjiman: Tural Əliyev

Körpələrin dırnağı necə və nə zaman kəsilməlidir?!
06/05/2024

Körpələrin dırnağı necə və nə zaman kəsilməlidir?!

.nigarhuseynli : pediatr_nigarhuseynli Facebook: Pediatr Nigar ...

8 aylıq bir körpə artıq ətrafı daha çox kəşf etməyə və daha çox hərəkətli olmağa başlayır. Müntəzəm şəkildə yeyir və yat...
29/01/2024

8 aylıq bir körpə artıq ətrafı daha çox kəşf etməyə və daha çox hərəkətli olmağa başlayır. Müntəzəm şəkildə yeyir və yatırlar.
Hansı hərəkətləri bacarır⁉️
🌙 Əşyaları ağzına apararaq ətrafını kəşf edə bilir. Əşyanı bir əlindən digər əlinə keçirə bilir. Oyuncağın arxasınca iməkləyib götürə bilir. Bu dövrdə körpələrin ətrafında təhlükəli əşyalar olmamalıdır. Çünki onları çəkib üzərinə tökə bilər və faciəyə səbəb olar. Buna görə diqqətli olmaq lazımdır ‼️
🌙 Sürünərək iməkləyir. Bu da uşağın yeriməsinə zəmin yaradır. Lakin elə körpələr də var, iməkləmir. Stol və ya mebeldən tutaraq ayaqda durmağı bacarır və sonra əzələri möhkəmləndikcə, yeriməyə başlayır. Yəni hər 2 hal da normaldır. 🌙 Kömək olmadan sərbəst otura bilirlər. Arxası üstə uzandıqda özü çevrilib otura bilirlər. Öz ətrafında fırlana bilirlər.
Çəki və boyu necə olmalıdır ⁉️
-- 8 aylıq oğlanın çəkisi 7-11 kq olduğu halda, 8 aylıq qız uşağının çəkisi 6,5-10,5 kq dəyişə bilər. 8 aylıq körpə qızlar üçün boy uzunluğunun aşağı həddi 65 sm, yuxarı həddi isə 75 sm-dir. 8 aylıq oğlan körpələr üçün aşağı həddi 66 sm, yuxarı həddi isə 76 sm-dir. Ancaq unutmaq olmaz ki, hər bir körpənin inkişafı fərqli ola bilər.
Yuxusu necə olmalıdır⁉️
🌙Artıq gecələr davamlı oyanmadan 7-8 saat yata bilirlər. Gecə yuxusu cəmi 14 saat ola bilir. Gün ərzində isə 2-3 dəfə gündüz yuxusu olur. Artıq bu ayda körpəniz yuxu tərbiyəsinə hazırdır. Həkimizlə danışıb yuxu və qida saatlarını tənzimləyə bilərsiniz.
⏳️ Nitq və zəka inkişafı getdikcə artır. Dədə, ata sözlərini deyə bilir. Daha fərqli və zəngin səslər çıxarır. Sağol dedikdə başa düşür. Bir çox fikirləri anlayır. Ona görə də uşağa qulluq edərkən hərəkətlərinizi sadə cümlələr şəklində körpənizə deyin. Məsələn, sənin butulkana su tökürəm. Yeməyini hazırlayıram və s. Körpəniz yemək masasında oturanda artıq yemək saatı olduğunu da anlayır. Bütün bu inkişafını nəzərə alaraq, körpənizlə çoxlu ünsiyyət qurun.
Ata-anası, nənə-babasını, çox gordüyü yaxınlarını, hətta həkimini də tanıyır 😍Onları gördükdə sevinir və üzü gülür. Xoşuna gəlmədiyi adam gördükdə ağlaya və ya qorxa bilər. Yəni körpəniz öz duygularını sizə göstərə bilir.
Hər körpə eyni deyil. Düzdür, hər körpənin inkişafı fərqlidir. Lakin orta qəbul etdiyimiz göstəricilər ayına uygun gəlməlidir. Əgər körpəniz, ümumiyyətlə, hərəkət etmirsə, əşyalara maraq göstərmirsə və ya onlara çatmağa çalışmazsa, sizi və ya baxıcısını, ailə üzvlərini tanımırsa, səsləri eşidib dönmürsə, göz təması qurmursa, bir uşaq həkiminizlə məsləhət edin.

Əziz analar, qrip və digər tənəffüs infeksiyaları fonunda , və ya bəzi səbəblərdən dolayı temperatur yüksəkliyiniz varsa...
26/01/2024

Əziz analar, qrip və digər tənəffüs infeksiyaları fonunda , və ya bəzi səbəblərdən dolayı temperatur yüksəkliyiniz varsa, maska istifadə edərək övladınızı ana südü ilə qidalandıra bilərsiniz. Sizin qızdırmanızın olması ana südü verməyə əngəl deyil. Əgər qızdırma ilə yanaşı, halsızlıq və bədən ağrılarınız, baş ağrısı varsa, parasetamol içə bilərsiniz. Həmçinin, gigiyenik qaydalara riayət edin ki, övladınızı maksimum qoruyasınız. Evin havasını dəyişmək, əmizdirmədən əvvəl əllərinizi sabunla yumaq kimi qaydalara əməl edin. Körpənizi öpməkdən qaçının. Əgər qızdırma ilə yanaşı başqa şikayətləriniz varsa ( öskürək , qusma və s kimi) , özbaşına hansısa dərman qəbul etməyin. Müalicə həkiminizə süd verən ana olduğunuzu bildirin. Sağlam olun!

Yalnız bəzi xəstəliklər zamanı ana südü ilə qidalanma dayandırılır:
- ananın döş giləsində aktiv herpes simplex xəstəliyi varsa
-Onkoloji xəstəliklər zamanı
- radio və kimyaterapiya zamanı
- ana aktiv vərəm xəstəsi isə
- anada HİV infeksiyası varsa və s. kimi səbəblərdən

Ona görə də , hər hansı xəstəliyiniz varsa, həkiminizlə danışın. Övladınızı necə qidalandıracağınızı soruşun. Özbaşına ana südü dayandırmayın və ya dərman qəbul etməyin! Bu həm övladınız, həm də sizin üçün təhlükəli ola bilər !

Övladlarınızı yaxşı insan kimi yetişdirməyi məqsəd qoyun. Sevgini və şəfqəti öyrədin. Və bunları övladlarınıza örnək olu...
04/01/2024

Övladlarınızı yaxşı insan kimi yetişdirməyi məqsəd qoyun. Sevgini və şəfqəti öyrədin. Və bunları övladlarınıza örnək olub öyrədin!
Diləyirəm, yeni ildə övladlarınızla münasibətləriniz sevgi və dostluq içərisində gəlsin .❤️ Dr. Pediatr Nigar Hüseynli

Cerrah Mama-Ginekoloq Dr.AyNaz  Medipoint ailəsi ilə ❤️
29/12/2023

Cerrah Mama-Ginekoloq Dr.AyNaz Medipoint ailəsi ilə ❤️

28/12/2023

Uşaqlarda böyümə ağrıları haqqında.

İnstaqram: Pediatr_Nigar Hüseynli
Youtube kanalı: Pediatr Nigar Hüseynli

Mən yalnız onu bilirəm ki, heçnə bilmirəm..Sokratİnsan nə qədər çox oxuyursa, o qədər çox oxumağın lazım olduğunu anlayı...
19/11/2023

Mən yalnız onu bilirəm ki, heçnə bilmirəm..Sokrat
İnsan nə qədər çox oxuyursa, o qədər çox oxumağın lazım olduğunu anlayır. Nə qədər çox mövzu araşdırıb öyrənirsə, daha da çox araşdırmaq istəyir. Kitab oxumaq və öyrənmək insana fayda verir. İnsan topladığı bilik sayəsində özünə və ətrafına fayda verir. Hər bir insanın yoluna çıraq olan saysız kitablar var. ( həm elmi, həm də bədii) Təbii ki ,tək oxumaq kifayət deyildir. Oxuduqlarını, öyrəndiklərini həyatına tətbiq etməyi də bacarmaq lazımdır. Bu da səy göstərərək təcrübə ilə olur. İnsan ilk öncə öz ixtisası üzrə oxuyub öyrənməlidir ki, öz peşəsinin mütəxəssisi ola bilsin. Bundan başqa , insan öyrəndiklərini bölüşərək və iş yoldaşları ilə müzakirə edərək beynində daha çox işıqlı yollar açır. Axı elmin qapısı beynimizdəki işıqlı yollardan açılır.
Dr. Nigar Hüseynli

🔶Uşağın davranışlarının dəyişməsi,🔶 məktəbə olan münasibəti,🔶məktəbdən imtina etməklər depressiyanın başlanğıc əlamətlər...
16/11/2023

🔶Uşağın davranışlarının dəyişməsi,
🔶 məktəbə olan münasibəti,
🔶məktəbdən imtina etməklər depressiyanın başlanğıc əlamətləri ola bilər. Lakin bütün bunlar onun bilik alma səviyyəsində o qədər görünməyə bilər. Depressiyaya meylli uşaq və yeniyetmələr stressə daha həssas olur❗ və görünüşlərində 👉neqativlik, iztirab olur.
📢 10-14 yaşlarda xoşagəlməz vəziyyətlərdə, məsələn, sinif yoldaşın rişxəndi zamanı( hansı ki məhz bu yaşda başlayır) küskünlük, əlacsızlıq və dəyərsizlik hissləri güclənir və beləliklə, depressiyaya şərait yaranır. 👉Həmçinin, valideynin və ya uşağı qoruyan, ona təhlükəsizlik təminatı verən başqa bir sevdiyi insanın itirilməsi uşaqda depressiyanın əsasını qoya bilər.
Kiçikyaşlı uşaqlar özlərini necə hiss etdiyini deyə bilmirlər və ya niyə p*s hiss etdiklərini başa sala bilmirlər. Onlar böyüklər kimi öz emosiyalarını ifadə edə bilmirlər. Əgər böyüklərdə depressiyanı müəyyənləşdirmək üçün istifadə olunan diaqnostik kriteriyalara baxılsa, bu baxımdan uşaqlarda depressiya görülməyə bilər. Ona görə də uşaqlarda depressiyanı aşkar etmək üçün oyunlar zamanı gərəkli psixoloji müşahidələr və testlər aparılır. Adətən,valideynlər bu əlamətləri müşahidə edə bilər:

❗ tez-tez baş verən davamlı kədər hissi və ağlağanlıq

❗ sosial təcrid və ya ünsiyyət çatışmazlığı

❗yüksək əsəbilik, aqressiya, qəzəb, digər uşaqlarla dava-dalaş

❗yaşadığı yerdən qaçma
təhsilə və ya məktəbdən kənar fəaliyyətə marağın azalması

❗ tez-tez baş verən somatik şikayətlər

📢VALİDEYNLƏRƏ TÖVSİYYƏLƏR:
👉 uşağın halını və davranışını müşahidə etmək
👉düzgün qidalanma, yuxu və gün rejimi( məşğulluq və istirahət növbələşməli)
👉fiziki fəallıq
👉depressiya səbəb ola biləcək psixososial faktorları mütəxəssis dəstəyi ilə aradan qaldırmaq
Pediatr Nigar Hüseynli

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Pediatr Nigar Hüseynli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pediatr Nigar Hüseynli:

Share

Category