Professor Eldar Qasımov

Professor Eldar Qasımov Azərbaycan Tibb Universitetinin Sitologiya, Embriologiya və Histologiya kafedrasının müdiri,Tibb elmləri doktoru, Professor.

22/04/2025

ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımo

21/01/2025

ATU-nun Sitologiya, Embriologiya və Histologiya kafedrasının müdiri, prof. Eldar Qasımovun, o cümlədən universitetin digər əməkdaşları dosent Orxan İsayev və dosent Fuad Rzayevin yalnız 2024-cü ildə birgə elmi fəaliyyətləri nəticəsində AMEA, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi tabeliyində olan qurumları arasında təqdim olunan hesabatına 4 mühüm nəticəsi daxil edilmişdir. Həmin nəticələr həm yerli (BDU, ADNSU, Radiasiya Problemləri İnstitutu, Molekulyar Biologiya və Biotexnalogiyalar İnstitutu), həm də xarici ölkələrin (Ege Universiteti, Türkiyə; Dalhousie Universiteti, Kanada; Lorraine və Strazburq Universitetləri, Fransa; Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzi, Rusiya) məşhur alimləri ilə birlikdə əldə olunmuşdur.
1. Hajiyeva A., Mamedov Ch., Gasimov E., Rzayev F., Isayev O., Khalilov R., Eftekhari A., Benis K.Z. Ultrastructural investigation of iron oxide nanoparticles accumulation in the liver of common carp (Cyprinuscarpio Linnaeus, 1758). Aquatic Toxicology 272, July (2024) 106961. IF 4.5 Q1 (WOS, Scopus) https://doi.org/10.1016/j.aquatox.2024.106961
2. Taghiyeva N., Hasanova U., Millet M., Gardiennet C. , Gakhramanova Z., Mirzayev M.H., Gahramanly L., Pham-Huu C., Aliyeva G., Rzayev F., Gasimov E., Boulogne C., Akhundzada H.V. Synthesis and Characterization of Novel Adsorbents Based on Functionalization of Graphene Oxide with Schiff Base and Reduced Schiff Base for Pesticide Removal. Materials 2024, 17, 4096. IF 3.4 Q2 (Scopus, Web of Science, and PubMed) https://doi.org/10.3390/ma17164096
3. OrkhanIsayev, Darina V Sokolova, Natalia Yu Anisimova, Tatiana S Spirina, EldarGasimov.Investigation of an anticancer activity of combination of interferon-alpha and gemcitabine on pancreatic cancer cells.Journal of Cancer Research and Therapeutics. 2024 Jul 1;20(5):1494-1498..IF 1.4Q3 (Scopus, Web of Science, and PubMed) https://doi.org/10.4103/jcrt.jcrt_138_23
4. Isgandarova, T.Y.; Rustamova, S.M.; Aliyeva, D.R.; Rzayev, F.H.; Gasimov, E.K.; Huseynova, I.M. Antioxidant and Ultrastructural Alterations in Wheat During Drought-Induced Leaf Senescence. Agronomy 2024, 14, 2924. IF 3.3 Q1 (Web of Science, Scopus). https://doi.org/10.3390/agronomy14122924

08/11/2024

Professor Eldar Qasımovun bütün Türk dünyasının fəxri, kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancarla görüşü haqqında ...
07/07/2024

Professor Eldar Qasımovun bütün Türk dünyasının fəxri, kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancarla görüşü haqqında təəssüratları:

Xoş təsadüf nəticəsində çox qısa müddət ərzində UNEC-də Əziz Sancarla qarşı-qarşıya dayanıb ona öz ürək sözlərimin cüzi bir hissəsini çatdırmaq imkanının olduğu üçün özümü çox xoşbəxt sayıram.
İlk olaraq Əziz Sancara dünya elmi qarşısında etdiyi dünyəvi yeniliyin möhtəşəmliyini onun ozünün müxbirlərinin - Sizin kəşfinizin nə əhəmiyyəti var sualına cavab olaraq “ 3 milyard nükleotid ardıcıllığına malik insan genomunun istənilən nöqtəsini göstərin, orada baş verə biləcək dəyişikliklərin necə bərpa olunduğunu (təmirini) Sizə deyim” dediyini qeyd etdim. Sakit səslə yadımdadır dedi.
Sonra onun etdiyi yeniliklər haqqında çox fəxrlə məruzə və mühazirələrimdə məlumat verdiyimi dedim. Son olaraq, kafedramızın foyesində onun şərəfinə stend düzəltdiyimizi ona nümayiş etdirdim.
Qeyd edim ki, həmin foyedə “Hüceyrə nəzəriyyəsinin” banisi – Teodor Şvannın (solda), müasir embriologiyanın əsasını qoyan - Karl Berin (mərkəzdə) və hamımızın fəxri - Əziz Sancarın (solda) dünya elminə verdikləri tövhələr haqqında qısa məlumat verilmişdir.
Aziz Sancarla görüşməyimə şərait yaradan bütün həmkarlarıma öz hədsiz minnətdarlığımı bildirirəm.

14/11/2023
PROFESSOR ELDAR QASIMOVUN RƏHBƏRLİYİ İLƏ YERİNİNƏ YETİRİRİLƏN  İXTİRAYA  BEYNƏLXALQ PATENT VERİLMİŞDİRAzərbaycan Tibb Un...
04/02/2023

PROFESSOR ELDAR QASIMOVUN RƏHBƏRLİYİ İLƏ YERİNİNƏ YETİRİRİLƏN İXTİRAYA BEYNƏLXALQ PATENT VERİLMİŞDİR

Azərbaycan Tibb Universitetinin Sitologiya, embriologiya və histologiya kafedrasının prof. Eldar Qasımov, Bakı Dövlət Universitetinin“Bioloji sistemlər fizikası” aparıcı mühəndis Rəşid Əliyev və ETM-in Elektron Mikroskopiya şöbəsinin böyük elmi işçisi, b.ü.f.d. Fuad Rzayev 2023-cü il 27 yanvar tarixində Avrasiya Patent Təşkilatının qərarına əsasən ixtiralarına Beynəlxalq Patent («Вакуумный аппарат, используемый для фиксации объектов в электронной микроскопии», № 042254) verilmişdir.
Qeyd etmək lazımdır ki, ixtiraçılar tərəfindən ilk dəfə təqdim olunan vakuum aparatında Elektron Mikroskopiyada ultrastrukturu öyrənilən nümunələrin fiksatorla birlikdə 1 sutka saxlanılmaqla daha sonra ümumi qəbul edilmiş metodlar əsasında işlənildikdə tədqiq olunan istər insan, istərsə də bitki obyektlərinin quruluşuna dair daha keyfiyyətli elektronoqrammaların alınmasına nail olunmuşdur.

ЕВРАЗИЙСКАЯ ПАТЕНТНАЯ ОРГАНИЗАЦИЯ (ЕАПО)

https://amu.edu.az/storage/newspapers/1674108117.Tebib_ID_01%202023.pdf
31/01/2023

https://amu.edu.az/storage/newspapers/1674108117.Tebib_ID_01%202023.pdf

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Professor Eldar Qasımov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category