Uzman Dr. Elmar Mammadov

Uzman Dr. Elmar Mammadov Ağciyər xəstəlikləri müalicəsi və ağciyər cərrahiyəsinin acıq və endoskopik yolla icra

Kanala abunə olmagi unutmayin.
24/09/2020

Kanala abunə olmagi unutmayin.

24.09.2020

56 yaşlı, 30 il sigaret çəkən kişi xəstəyə " Sol ağciyərin aşağı payının yenitörəməsi ( Skuamoz Cell CA ) " səbəbi ilə a...
01/11/2019

56 yaşlı, 30 il sigaret çəkən kişi xəstəyə " Sol ağciyərin aşağı payının yenitörəməsi ( Skuamoz Cell CA ) " səbəbi ilə aparılan
" ( ) sol aşağı "
əməliyyatın videosunu paylaşıram. Əməliyyatdan sonraki dövr ağrısız olmuşdur və bərpa dönəmi qışalmışdır. Xəstə əməliyyatdan 5 gün sonra evə yazıldı.

Vats lobectomy, 3 port technique.

09/07/2019

Torakoskopik Tək Port Pnevmotoraks Cərrahiyyəsi

Əvvəllər bu cərrahiyə torakotomiya kəsiyi ilə icra edilirdi, indi isə sadəcə plevral drenaj kəsiyindən icrası mümkündür. Videonun sonunda paylaşılan şəkildə, xəstə sadecə iki tərəfli plevral drenaj taxılmış kimi görünür. Belə əməliyyatlar sonrası xəstənin bərpa dönəmi çox qısa və ağrısız olur.

Xəstə bizə sol tərəfli döş qəfəsi ağrısıyla müraciyyət etmişdir. Ağciyər rentgenində sol tərəfli total pnevmotoraks izləndi. Xəstəyə plevral drenaj qoyuldu və bir gün sonra toraks kt çəkildi. Toraks KT`də hər iki ağciyər apikalında bullalar görüldü. Dren qoyulduğu 3-cü günündə massiv hava qaçağının davam etməsi və döş qəfəsi kt`sində bullaların izlənməsi səbəbiylə xəstəyə videotorakoskopik bullektomiya əməliyyatı məsləhət edildi. Tek portdan (dren taxılan portdan) icra edilən əməliyyatdan 4 saat sonra çəkilən ağciyər grafiyasında hər iki ağciyər tam açılmış görüldü. Postoperativ birinci gündə xəstənin sağ tərəfli (qarşı tərəf) döş qəfəsi ağrıları başladı. Çəkilən ağciyər rentgenində sağ tərəfli pnevmotoraks görüldü və xəstəyə bir gün sonra sağ tərəfli torakoskopik tek portlu bullektomiya icra edildi. Xəstə ikinci əməliyyatdan 4 gün sonra tam ağrısız sağalma ilə evə yazıldı.

https://youtu.be/zNRXSwrzYik

Bəzən xoşxassəli xəstəliklərin əməliyyatları bədxassəli xəstəliklərin əməliyyatlarından daha çətin olur. Məsələn, döş qə...
27/04/2019

Bəzən xoşxassəli xəstəliklərin əməliyyatları bədxassəli xəstəliklərin əməliyyatlarından daha çətin olur. Məsələn, döş qəfəsi cərrahiyyəsində uzun illər olan bir bronxektaziyanın cərrahiyyəsi hətta mərkəzi ağciyər törəmələrdən çətin ola bilər. Belə əməliyyatlar zamanı cərrah ``bu xoşxəssəlidir, əməliyyatı böyütmək olmaz (məsələn lobektomiyadan pnevmonektomiyaya keçmək) `` yükünün altında olur. Aşağıda videosunu paylaşdığımız genc xəstənin 6-7 il təngnəfəslik və bəlğəmli öskürək şikayətləri olub. Toraks KT-də sol ağciyərin alt payının tamamən bronxektatik olduğu və həcminin ciddi azaldığı görüldü. Bu durumlarda arter-ven-bronx paketinin bir birininə çox yaxın və çox ciddi yapışıq olması səbəbiylə nəinki endoskopik hətta açıq əməliyyat belə çətin icra olunabilir. Bu xəstəyə VATS sol alt lobektomiya icra edildi. Xəstə postop 3-cü gündə heç bir şikayəti olmadan evə yazıldı. Bəzi ağır endoskopik əməliyyatlardan sonra ``bu iş görülməz, çox əziyyətlidir, açıq icra olunsun`` fikirləri cərrahın ağlına gəlir. Amma xəstədə postoperativ dövrdə heç ağrının olmamasını və çox tez aktiv həyata dönməsini gördükdən sonra endoskopik cərrahiyyənin nə qədər əhəmiyyətli olduğuna bir daha əmin oluruq.

Another young patient with Bronchiectasis. 3 port technique.

Ciddi tənginəfəslikdən əziyyət çəkən 67 yaşında kişi xəstə klinikamıza müraciət etmişdir. Xəstəni hətta bir neçə addım a...
18/02/2019

Ciddi tənginəfəslikdən əziyyət çəkən 67 yaşında kişi xəstə klinikamıza müraciət etmişdir. Xəstəni hətta bir neçə addım atdıqda belə çox ciddi tənginəfəs olduğunu müşahidə etdik.
Aparılan müayinələrdə sağ atriumu (ürəyin sağ tərəfini) ciddi kompresiya edən perikardial maye aşkarlanmışdır. 3 ay əvvəl xəstəyə perikardial effuziya səbəbi ilə perikardial kateter taxılmışdır. Perikardial mayenin təkrar yığılması və kontrastlı toraks ktdə perikardın kontrast tutması səbəbiylə ön plana malign perikardial maye diaqnozu düşünülmüşdür.
Xəstəyə torakoskopik(endoskopik) perikardial fenestrasiya (perikardial pəncərə açılması) və biopsiya olunmasını təyin etdik. Əməliyyat əsnasında olarkən belə, perikardial maye boşaldıldıqdan sonra xəstənin ümümi vəziyyəti dramatik olaraq düzəldi (arterial təziq inotrop dəstəyində 60-70 mmHg`dən - inotropsuz 130-140 mmHg`-yə yüksəldi). Xəstə 3 gün sonra ağrısız vəziyyətdə evə yazıldı.

Pericardial window for pericardial effusion

Uzun illərdi tez-tez xəstələnmə və bəlğəmli öskürəkdən əziyyət çəkən 44 yaşlı qadın xəstə klinikamıza müraciət etmişdir....
27/11/2018

Uzun illərdi tez-tez xəstələnmə və bəlğəmli öskürəkdən əziyyət çəkən 44 yaşlı qadın xəstə klinikamıza müraciət etmişdir. Radioloji müayinələrin nəticəsinə əsasən xəstədə sol ağciyərin alt payının bronxoektaziyası (ağciyər bronxların geri-dönüşümsüz genişlənməsi) diaqnozu qoyulmuş və cərrahi əməliyyatın aparılması qərara alınmışdır. Xəstəyə sol ağciyər alt payının videotorakoskopik (VATS) lobektomiyası (endoskopik yolla ağciyərin bir payının çıxarılması) icra olunmuşdur. Videotorakoskopik əməliyyatlar sonrası xəstə 6 saat sonra gəzdirilmiş və 3 gün sonra tam ağrısız evə yazılmışdır. Əsasən açıq lobektomiyalardan sonra xəstənin evə yazılması ortalama 5-7 gündən sonra icra olunur və ağrılı bərpa dönəmi təxmini 1 ay davam edir.

Left lower VATS Lobectomy for Bronchiectasis. 3 port technique.

24/11/2018

#
Uşaq yaşlarından əllərdə və qoltuqaltı nahiyyələrdə həddindən artıq tərləmədən əziyyət çəkən, bu səbəbdən ciddi psixoloji sıxıntılar yaşayan 20 yaşlı oğlan “Torakoskopik simpatikotomiya” əməliyyatı ilə hiperhidrozdan (artıq dərəcədə tər ifrazı ilə xarakterizə olunan xəstəlik) birdəfəlik qurtulub. Pasiyent bu zamana kimi digər tibb mərkəzlərinə müraciət etsə də, edilən müalicələr effektsiz və müvəqqəti olub. . Xəstəyə kompleks müayinə (o cümlədən, endokrinoloji və nevroloji) edilib, bu müayinələrin nəticəsində patologiya aşkarlanmayıb və xəstəyə “İdiopatik hiperhidroz” diaqnozu təyin edilib və elektiv əməliyyata qərara verilib.
“Hiperhidroz” diaqnozu əksər hallarda əlavə müayinələrə ehtiyac duyulmadan xəstənin şikayətləri əsasında təyin olunur. Əsasən 18-25 yaşda olan müraciət edən insanlar əl, qoltuqaltı və ayaq tərləmələrinin uşaq yaşlarından başladığını və sonrakı dövrlərdə davam etdiyini bildirirlər. Daimi nəm olan qoltuqaltı nahiyələri və əllər insanlarda sosial həyatında və karyera seçimində böyük problemlər yaradır. Tərləmə tam sakit bir zamanda ortaya çıxa bildiyi kimi, stresli vəziyyətlərdə daha şiddətli olur.
Hiperhidrozun çoxlu əməliyyatsız müalicə növləri mövcuddur. Amma bu prosedurların bahalı olması, tam nəticə alınmaması, effektin sadəcə 6-9 ay sürməsi, əl-barmaq uclarında hissiyyatın azalması və böyük barmağın funksiyasının pozulması kimi neqativ təsir göstərəbiləcəyi üçün hiperhidrozun əsas müalicəsi cərrahi müdaxilə sayılır.
Bu estetik əməliyyatın bir üstünlüyü də odur ki, hər yaş qrupunda olan insanlara tətbiq oluna bilər və heç bir əks-göstərişi yoxdur. Ümumi anesteziya altında aparılır, demək olar ki, ağrısızdır. 30 dəqiqəlik əməliyyatdır. Əməliyyat olunan gün xəstənin evə yazılması da bu əməliyyatın digər üstünlüyüdür.
“Torakoskopik simpatikotomiya” əməliyyatının digər müalicə növlərindən fərqi: 100% effektivdir, maddi xərcləri qat-qat azdır, insan həyatı boyunca həddindən artıq tərləmədən birdəfəlik xilas olur, xəstəlik təkrarlanmır, prosedurun təkrarlanmasına ehtiyac duyulmur.

Address

Mehdi Abbasov
Baku

Alerts

Be the first to know and let us send you an email when Uzman Dr. Elmar Mammadov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uzman Dr. Elmar Mammadov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram