Nefroloq Dr. Barat Yusubov

Nefroloq Dr. Barat Yusubov Məqsədimiz pasiyentlərimizi marifləndirməkdir

350-yə yaxın yerli və xarici həkim-mütəxəssislərin qatıldığı Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin 1-ci Milli Konqres...
04/03/2025

350-yə yaxın yerli və xarici həkim-mütəxəssislərin qatıldığı Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin 1-ci Milli Konqresini həyata keçirmək qismət oldu.

Biz ölkə səhiyyəsinə böyük töhfələr vermək uğruna bir yola çıxdıq.

Dəyərli kolleqam, Avropa Daxili Xəstəliklər Cəmiyyətinin prezidenti Rikardo Qomez Huelqas şəxsən tədbirimizə qatıldı. Bu həm mənim, həm də ölkəm adına böyük uğurdur.

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi yarandığı gündən xüsusi diqqət göstərən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov başda olmaqla dərnəyin fəaliyyətində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Daxili Xəstəliklər Jurnalı və Azərbaycan Nefrologiya Dializ&Transplantasiya jurnalı elmi (orijinal) məqalə, icmal, klini...
13/12/2024

Daxili Xəstəliklər Jurnalı və Azərbaycan Nefrologiya Dializ&Transplantasiya jurnalı elmi (orijinal) məqalə, icmal, kliniki hallar, qısa məruzələr, klinik protokol və tənqidi bildirişlərin müsabiqəsini elan edir.

Məqalələrinizi 20 yanvar 2025-ci il tarixinədək www.cabinet.ajanc.az portalından qeydiyyatdan keçərək elektron formatda və ya editor@ajanc.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Hər iki jurnalın elan etdiyi müsabiqədə iştirak edən şəxslər arasından ayrı-ayrılıqda 1 qalib seçilib, ən yaxşı elmi məqalə müəllifləri olaraq dərnək tərəfindən 500 manat məbləğində mükafatlandırılacaqlar.

Əlavə məlumat üçün +994 50 243 86 71 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Keçən həftə münsif kimi qatıldığım Tələbə Elmi Cəmiyyətin toplantısının sonunda aldığım təşəkkür sertifikatı.Bu toplantı...
09/04/2023

Keçən həftə münsif kimi qatıldığım Tələbə Elmi Cəmiyyətin toplantısının sonunda aldığım təşəkkür sertifikatı.
Bu toplantı mənim üçün sadəcə bu xatirə şəkli ilə bitmədi.
Birincisi, bir ömür boyu azalmayan zövq aldım
İkincisi, Azərbaycanlı tələbənin nə qədər zəki və çalışqan olduğunu gördüm
Üçüncüsü, ATU bizim oxuduğumuz dövürdən çox dəyişib (oxumaq, öyrənmək və yetişmək üçün çox işlər görülüb)

Tətilləri çox sevmirəm, mənə görə deyil.Tək pozitiv tərəfləri ailənlə daha çox vaxt keçirirsən və kitab oxumağa yətərli ...
19/03/2023

Tətilləri çox sevmirəm, mənə görə deyil.
Tək pozitiv tərəfləri ailənlə daha çox vaxt keçirirsən və kitab oxumağa yətərli vaxtın olr.

Həftəsonu I Lənkəran Kitab Sərgisində iştirak etdim. Sərginin sonuncu günü idi. Biz içəri daxil olanda böyük bir izdiham...
16/03/2023

Həftəsonu I Lənkəran Kitab Sərgisində iştirak etdim.

Sərginin sonuncu günü idi. Biz içəri daxil olanda böyük bir izdihamla qarşılaşdıq. Yazıçı Rövşən Abdullaoğlunun çıxışında qonaq qismində iştirak etdim. Oxucuların kitablardakı müxtəlif məqamlarla bağlı düşüncələrini ifadə etmələri, verdikləri suallar çox xoşuma gəldi. Gənclərimizin analitik düşüncəsi, həyata baxış fəlsəfəsi qürurvericidir. Mütaliə, faydalı, düşündürücü kitablara rəğbət bu fəlsəfənin ayrılmaz hissəsidir.

Düzü, ilk dəfə idi belə bir tədbirdə həm də çıxışçı kimi iştirak edirdim. Mütaliəni öz məsləyimin prizmasından dəyərləndirdim. Oxu prosesinin fiziki inkişafımızda roluna toxundum, son elmi təcrübələrdən örnəklər verdim. Bir həkimin necə formalaşdığından, gənclərin uğurlu bir mütəxəssis olmaq üçün nə və nə qədər oxumalı olduqlarından danışdım.

Tədbir sonunda naşirlərlə görüşdük, kitabçılığın inkişafını müzakirə etdik. Ümumi gözləntiləri çox yüksəkdir, bu sektorda sürətli inkişaf olacağına ümidlidirlər.

Lənkərandan çox xoş təəssüratlarla ayrıldıq.

Sərginin bütün iştirakçılarına, təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Növbəti sərgilərdə görüşmək diləyi ilə.

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Nefroloq Dr. Barat Yusubov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category