Shabnam Sadigova

Shabnam Sadigova • Psychotherapy 🛋
• S*x Therapy
• Online Therapy
SMM team manages this account. For personal inquiries, email me 📩 shabnam.sadig@gmail.com

Hamının bu sözdə “problemlərdən” bir az da olsa var demək doğrudurmu?
Uşaqlıqda formalaşan bağlar romantik münasibətlərə...
23/06/2025

Hamının bu sözdə “problemlərdən” bir az da olsa var demək doğrudurmu?
Uşaqlıqda formalaşan bağlar romantik münasibətlərə hansı nöqtədə təsir göstərir?
Və bu məsələ nə zaman klinik bir narahatlıq səviyyəsinə çatır?Bu mövzu ilk baxışda sadə görünə bilər, lakin psixodinamik baxışla dərindən incələdikdə, məsələnin qat-qat daha mürəkkəb və incə olduğunu görürük. Mən “ana və ya ata problemi” kimi ifadələrdən istifadə etmirəm. Bu termin mənə yaddır. Belə bir dil tərzi sanki valideynlərimizin bizə təsirindən danışmaq utandırıcı və ya qeyri-ciddi bir şeymiş kimi təqdim edir. Elə bil bu əlaqələri araşdırmaq yetkinliyə yaraşmır və ya utanılası bir haldır. Amma mən insanların əzabını belə bir tərzdə dəyərləndirmirəm.
Terapiyaya gələn biri əziyyət çəkir. Terapevt olaraq ilk vəzifəm bu əzabın mahiyyətini anlamaqdır:
Onlar bu acını necə yaşayırlar?
Bu ağrıya qarşı onları həssas edən nə olub?
Keçmişlərində nə var ki, bu günkü duyğularına təsir göstərir?
Bəzən bu bizi uşaqlıqda formalaşan bağlara aparır, amma həmişə yox. Elə hallar olur ki, insanın çətinliyi bu günkü reallıqla bağlı olur: bioloji bir həssaslıq, p*s bir təsadüf, ya da sərt bir mühit. Məsələn, asılılıqla mübarizə aparan birinin mütləq uşaqlıq dinamikasını dərindən araşdırmasına ehtiyac olmaya bilər. Bu o demək deyil ki, onların uşaqlığı əhəmiyyətsizdir, sadəcə mərkəzi mövzu olmaya bilər. Məsələ hər şeyi uşaqlığa bağlamaq və ya valideynləri günahlandırmaq deyil. Məqsəd, insanın bu günkü halını anlamağa kömək edən bir mənalandırıcı hekayə yaratmaqdır.
Çox zaman valideynlərlə olan dinamikalar bu hekayənin bir hissəsinə çevrilir. Biz buna “problem” desək də, deməsək də. Və vacib olan budur ki, zərərli münasibət nümunələrini təkrar edən hər kəsin keçmişində travmatik və ya zorakı bir ailə mühiti olmayıb. Ardı şərhdə:

What do “mommy” and “daddy issues” really mean? Is it true that everyone has these so-called issues? At what point do ea...
23/06/2025

What do “mommy” and “daddy issues” really mean? Is it true that everyone has these so-called issues? At what point do early attachments affect our romantic lives? And when does it become a clinical concern?

This topic often seems to have a simple answer, but it becomes significantly more nuanced when examined closely through a psychodynamic lens. I never use the term “mommy or daddy issues.” It feels foreign to me. That kind of language suggests we should feel embarrassed or dismissive about how our parents influenced us, as if it’s somehow immature or shameful to explore those early relationships. But for me, that’s not how I address people’s suffering. When someone comes to therapy, they are in distress. As a therap*st, my first task is understanding the nature of that suffering. How do they experience it? What might have made them vulnerable to it? What in their past contributes to how they are feeling now? Often, this leads us back to early attachments, but not always. Sometimes, people struggle with issues rooted in the present: biological vulnerability, bad luck, or a harsh environment. For instance, someone with an addiction may not need to explore childhood dynamics in depth. That doesn’t mean their early life had no impact; it may not be the key focus. The point is not to reduce everything to childhood or to blame parents. It’s about developing a narrative that helps make sense of why someone feels the way they do. Quite often, parental dynamics become part of that story, whether we call it “issues” or not. Importantly, not everyone who repeats harmful relational patterns had a traumatic or abusive upbringing. Sometimes, people unconsciously reenact what feels familiar. Other times, they simply encounter a partner who becomes abusive over time, especially in relationships where power dynamics are unequal. That pattern might echo something from the past, or it might be rooted in present-day vulnerability. Our upbringing matters, but so do other factors: temperament, biology, trauma, and circumstance. Instead of relying on shorthand like “mommy or daddy issues,” it’s more helpful to ask what explains your pain.

Empatiya, refleksiya və gerçək transformasiya – bu mümkündürmü?Narsisistlər heç vaxt dəyişməz” fikri təsadüfi deyil. Bu ...
09/06/2025

Empatiya, refleksiya və gerçək transformasiya – bu mümkündürmü?
Narsisistlər heç vaxt dəyişməz” fikri təsadüfi deyil. Bu inanc, real çətinliklərə əsaslanır. Narsisistik xüsusiyyətlər psixoterapiyada işlənməsi ən çətin nümunələrdəndir. Bu insanlar nadir hallarda könüllü şəkildə terapiyaya gəlir. Əksər hallarda yalnız dərin depressiya, ciddi itki və ya münasibətlə bağlı ultimatum səbəbilə yardım axtarırlar. Amma dəyişiklik mümkündür.

Psixodinamik yanaşmada terapiya aşağıdakılara yönəlir:
- Güvənə əsaslanan terapevtik əlaqənin qurulması
- Proyeksiya və ya qrandiyozluq kimi müdafiə mexanizmlərinin mərhələli şəkildə üzə çıxarılması
- Utanc, paxıllıq və qorxu kimi dərin emosional təcrübələrlə işləmək
- Empatiya və özünü müşahidə etmə (refleksiya) qabiliyyətinin gücləndirilməsi

Terapevt nə mühakimə edir, nə də xəcalət hissi yaradır. Əksinə, pasiyentin daxili dünyasına maraq göstərir və onun duyğularını qəbul edir. Bəzən bu, pasiyentin həyatında ilk dəfə “görülmək” hissini yaşadığı bir təcrübə olur.
Məsələn, pasiyent deyir:
“Müdirim mənim işimi dəyərləndirmədiyi üçün axmağın biridir.”
Empatik terapevt isə belə cavab verə bilər:
“Sanki iş yerində özünüzü görməzlikdən gəlinmiş və dəyərsiz hiss etdiniz. Bu, ağrılı bir duyğudur.”
Burada məqsəd nə mübahisə etmək, nə də razılaşmaqdır. Məqsəd duyğunun özü ilə əlaqə qurmaqdır.

Zaman keçdikcə narsisistik pasiyentlər aşağıdakı sahələrdə inkişaf edə bilirlər:

- Emosional patternləri tanımaq
- Həssaslıq hissini tolerə edə bilmək
- Daha sağlam özdəyər hissi formalaşdırmaq
- Daha mənalı münasibətlər yaşamaq
İrəliləyiş yavaşdır. Bəzən bu proses “iki addım irəli, bir addım geri” prinsipi ilə gedə bilir.
Amma bu dəyişiklik baş verir.
Bəzən sadəcə bir özünü tanıma anı: “Bu, narahat edici dərəcədə mənə bənzəyir...” sağalma yolunun başlanğıcı ola bilər.
İstər terap*st olun, istər partner, istərsə də narsisizmdən təsirlənmiş biri, bu müdafiə mexanizmlərinin arxasındakı psixologiyanı anlamaq sizə sağlam sərhədlər qoymağa, daha aydın şəkildə reaksiya verməyə və özünüzü daha az tək hiss etməyə kömək edə bilər.
Gerçək dəyişiklik bir anda baş vermir. Amma doğru yanaşma ilə bu tamamilə mümkündür.
https://youtu.be/oMDuED8bJis

Recently, I was asked a question: They say it takes a very long time to see the benefits of psychodynamic therapy. What,...
01/06/2025

Recently, I was asked a question: They say it takes a very long time to see the benefits of psychodynamic therapy. What, in your opinion, makes this method so effective that you prefer to work with it instead of CBT?

This post was born from that very question. I hope my perspective will also shed light on your questions.

While psychodynamic therapy is sometimes seen as a long-term approach, this is not always the case. Short-term and focused psychodynamic models are also well-established and effective. When therapy lasts for a longer period, the emphasis shifts from the symptom itself to understanding and addressing the underlying psychological roots that contribute to it. CBT and other time-limited interventions can be highly effective, especially for specific issues such as phobias, panic attacks, and behavioral difficulties. I fully recognize the clinical value of these approaches and refer patients to them when appropriate. It is crucial to focus on patients' needs and what they benefit most.

That said, I feel most aligned with therapeutic approaches that promote a gradual engagement with a person’s internal world, their defense mechanisms, unconscious conflicts, and the emotional history they bring into relationships. This method allows us to connect with the person not only through their symptoms but through the full complexity of their psychological life.

From the early years of my clinical journey to today, I have repeatedly witnessed the remarkable capacity of the human psyche for change and inner transformation. Psychodynamic therapy provides a space to focus not just on behavior but also on past relational experiences, unconscious wishes and fears, internal patterns of relating, and the deeper architecture of personality. The goal is not merely symptom relief but also a deeper self-understanding and the emergence of new internal configurations that are more flexible, integrated, and self-sustaining.

In this process, the therapeutic relationship becomes a meaningful, stable, and trustworthy point of connection. To witness someone gradually come into closer contact with themselves, develop a more coherent sense of self, and cultivate more authentic relationships is, for me, one of the most profoundly meaningful aspects of being a therap*st, both professionally and personally.

Yaxın günlərdə mənə belə bir sual verildi: "Psixodinamik terapiyanın faydasını görmək çox uzun çəkir deyirlər. Bəs sizcə...
01/06/2025

Yaxın günlərdə mənə belə bir sual verildi: "Psixodinamik terapiyanın faydasını görmək çox uzun çəkir deyirlər. Bəs sizcə, bu metodu uğurlu edən nədir ki, CBT yerinə bu metoda üstünlük verirsiniz?". Bu yazı həmin sualdan doğdu. Ümid edirəm, perspektivim sizlərin suallarına da aydınlıq gətirəcək.

Psixodinamik terapiya bəzən uzunmüddətli yanaşma kimi qəbul olunsa da, bu, həmişə belə deyil. Qısamüddətli və fokuslanmış psixodinamik modellər də mövcuddur.
Daha uzun davam edən hallarda isə bu terapiya, simptomların üzərinə deyil, onların arxasında duran psixoloji səbəblərin başa düşülməsinə və dərin işlənməsinə yönəlir.
CBT və digər qısamüddətli terapiya metodları, xüsusilə fobiyalar, panik ataklar və davranış pozuntuları kimi spesifik simptomlarla işləməkdə olduqca faydalıdır. Və effektiv olduğu sahə olduqca genişdir. Bu metodların klinik dəyəri danılmazdır və zəruri hallarda yönləndirmələr də edirəm. Pasientin nəyə ehtiyacı olduğu və onun üçün nəyin daha faydalı olduğu hər şeydən önəmlidir.

Terap*st kimi, insanın daxili dünyası ilə işləməyə, müdafiə mexanizmləri, şüurxarici münaqişələr və münasibətə gətirilən emosional tarixçə ilə zamanla yaxınlaşmağa imkan verən yanaşmalarda özümü daha yerində hiss edirəm. Bu metod insana yalnız simptomları əsasında deyil, bütöv psixoloji varlığı ilə yanaşmağa şərait yaradır.

Bu sahədə işləməyə başladığım ilk illərdən bu günə qədər, insan ruhunun dəyişmə və transformasiya potensialına dəfələrlə şahid olmuşam.
Psixodinamik terapiya insana təkcə davranış səviyyəsində deyil, həm də keçmiş yaşantılar, arzu və qorxular, daxili əlaqə nümunələri və şəxsiyyət strukturu üzərində işləmək imkanı verir. Bu prosesin məqsədi yalnız simptomları yüngülləşdirmək deyil, özünü daha dərindən anlamaq və daxili dünyada yeni münasibətlər qurmaqdır.

Bu yanaşma pasiyentlərlə qurulan münasibətlərdə mənalı, sabit və etibarlı bir yol yoldaşlığı hissini gücləndirir.
Terap*st olaraq, bir insanın tədricən özünə yaxınlaşmasına, daha sabit bir mənlik hissi formalaşdırmasına və sağlam münasibətlər qurmasına şahidlik etmək həm peşəkar, həm də insani baxımdan dərin məmnunluq verir.

Siz nələri əlavə etmək istərsiniz? Şərhlərdə paylaşın 🤗
28/05/2025

Siz nələri əlavə etmək istərsiniz?
Şərhlərdə paylaşın 🤗

Bəzən insanlar söhbət əsnasında eyni terap*stə getdiyini kəşf edir. Lakin onu təsvir etmələri: tonu, seans təcrübəsi, üm...
27/05/2025

Bəzən insanlar söhbət əsnasında eyni terap*stə getdiyini kəşf edir. Lakin onu təsvir etmələri: tonu, seans təcrübəsi, ümumi hiss çox vaxt sanki tamamilə fərqli iki insandan danışdıqları təəssüratını yaradır.

Sometimes, people discover they've been seeing the same therap*st. Yet, the way they describe them and their tone, the experience of their sessions, and the overall feeling often sounds as if they're discussing two entirely different people.

Bu, terap*stin qeyri-sabit olmasından irəli gəlmir. Əksinə. Bunun səbəbi terapevtik münasibətin özünün dinamik, canlı və dərindən fərdi birgə yaradılış olmasıdır. Hər bir pasient otağa özünəməxsus tarixini, daxili dünyasını və münasibət qurma modellərini gətirir ki, bu da öz növbəsində terap*stin müxtəlif tərəflərini üzə çıxarır.

This isn't because the therap*st is inconsistent. Quite the contrary. It's because the therapeutic relationship itself is a dynamic, living, and profoundly personal co-creation. Each patient brings their unique history, inner world, and relational patterns into the room, which in turn evokes different facets of the therap*st.

Bir pasient üçün terap*st sakit, qoruyucu bir varlıq kimi; digəri üçün isə möhkəm və yol göstərən bir əl kimi hiss oluna bilər; başqası üçün isə etibarlı və əks etdirici bir güzgü rolunu oynayar. Bu gözəl fərq, terapiyanın dərindən fərdiləşdirilmiş təbiətini vurğulayır. Bu, hər kəsə uyğun gələn bir yanaşma deyil, iki fərd arasında bənzərsiz şəkildə qurulan bir münasibətdir.

For one patient, the therap*st might feel like a calm, containing presence; for another, a firm and guiding hand; and for someone else, a safe and reflective mirror. This beautiful difference highlights the deeply individualized nature of therapy. It's not a one-size-fits-all approach, but a relationship uniquely forged between two individuals.















*stclientrelationship

Həyatınız yaxşılaşmağa başlayanda özünüzü günahkar hiss edirsinizmi? Elə isə tək deyilsiniz. Bir çoxları üçün sevinc ağr...
21/05/2025

Həyatınız yaxşılaşmağa başlayanda özünüzü günahkar hiss edirsinizmi? Elə isə tək deyilsiniz. Bir çoxları üçün sevinc ağrıya, itirdiyimiz insanlara və ya mübarizə nəticəsində formalaşan kimliklərimizə olan köhnə emosional borcları geri gətirir.

Psixodinamik terapiyada biz bu hisslərin niyə yarandığını və utanmadan, günahkarlıq hiss etmədən xoşbəxtliyə necə yer aça biləcəyimizi araşdırırıq.

🧠 Xoşbəxtlik unutmaq demək deyil. Bu, yaşamağa layiq olduğunu qəbul etməkdir.

Rezonans doğurursa bunu yadda saxlayın. Eşitməyə ehtiyacı olan biri ilə paylaşın. 💬


Bəzən pasientlər seansda hiss etdiklərini deməkdə çətinlik çəkirlər. Terap*sti qorumaq istədikləri üçün, ya da özləri ut...
15/05/2025

Bəzən pasientlər seansda hiss etdiklərini deməkdə çətinlik çəkirlər. Terap*sti qorumaq istədikləri üçün, ya da özləri utanıb, incitməkdən çəkinərək susurlar.
Bu susqunluqlar çox zaman keçmiş münasibətlərdən miras qalan qorxularla bağlı olur. Məhz həmin qorxular və narahatlıqlar psixodinamik terapiyanın əsas materialına çevrilir.
Terap*stin işi bu hissləri dəyişdirmək deyil. Onlara yer açmaq, birlikdə baxmaq və qorxmadan saxlamaqdır.
Bəzən ən böyük dəyişiklik danışılmayan bir hissi paylaşmaqla başlayır. Əgər siz də terapiyada demədiyiniz hissləri daşıyırsınızsa, bilin ki, onlar üçün hər zaman yer var.

Hər kəsin partneri dost çevrəsinə daxil etmək barədə baxışı fərqlidir.Bəziləri üçün bu yaxınlıq hissi yaradır, digərləri...
14/04/2025

Hər kəsin partneri dost çevrəsinə daxil etmək barədə baxışı fərqlidir.
Bəziləri üçün bu yaxınlıq hissi yaradır, digərləri isə münasibətdən kənarda da ayrıca bir nəfəs yeri qalmasını üstün tutur.

Sağlam münasibətlərdə əsas olan odur ki, siz və partneriniz özünüzü rahat hiss etdiyiniz şəkildə seçim edəsiniz. Açıq ünsiyyət və həm birlikdə, həm də ayrı vaxt keçirməyə yer vermək bu balansı qorumağa kömək edir.

💬 Bəs siz necə düşünürsünüz?

___________________________

























Address

Baku
AZ1000

Opening Hours

Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Shabnam Sadigova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Shabnam Sadigova:

Share

Category

About me