
13/08/2025
İzraildən gələn pasiyentimizin işi
1. Foto: İmplant üzərinə hazırlanan zirkonium qapaqların bir il sonra sınmış görüntüsü. Sınma səbəbi qeyri-bərabər okklüziya idi❎. Qapaqlar sement fiksasiya edildiyi üçün periodik olaraq defiksasiya olurdu❎ (yəni implant üzərindən qopurdu). Pasiyenti ən çox narahat edən səbəblərdən biri də diş əti-qapaq təmasının doğru olmamasına görə qapaqların ətrafına qida qalıqlarının dolması idi❎
2. Foto: Köhnə qapaq və abutmentlər çıxarılıb əvəzinə vint fiksasiya ilə hazırlanan metal-keramika tərkibli qapaqlar. Okklüziya indi bərabər paylanıb✅. Fiksasiya daha möhkəmdir və uzunömürlüdür✅. Qapaq diş əti təması düzgündür, qida qalığı dolmur✅
və ən əsası pasiyentimiz Xoşbəxtdir!🙂