16/03/2026
DƏYƏRLİ KOLLEQALAR !
Sizləri 24-25 aprel 2026-cı il tarixlərində. Əsas gün 25 aprel olmaqla,
🔹 7- ci Beynəlxalq Bariatrik- Metabolik cərrahiyyə və Metabolik xəstəliklər konqres-sinə dəvət edirik.
Kongresin tərkibində
🔹3- cü Xəzər dənizi ətrafı dövlətlərin Bariatrik Cərrahiyyə konfransı
🔹5- ci Türk Dilli xalqların Bariatrik Cərrahiyyə"konfransı təqdim ediləcək.
Konqress İFSO- International Federation for the Surgery and Other Therapies for Obesity tərəfindən rəsmi olaraq tanınır və təsdiq olunaraq akreditasiya olunur (https://ifso.com/ifso-endorsed-meetings/website: https://www.ifso.com/ifso-endorsed-meetings/).
Kongress Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, TƏBİB, İFSO (International Federation for the Surgery and Other Therapies for Obesity) və EASO (European Association for the Study of Obesity) - nun dəstəyi, Azərbaycan Metabolik və Bariatrik Cərrahlar Assosiasiyasının təşkilatçılığı, həmçinin TOSS (Türk Bariatric Cərrahlar Dərnəyi) , TCD (Türk Cərrahi Dərnəyi), MBCDD(Metabolik Bariatrik Dietsiyenlik Dərnəyi), İRMBSA, KABMSA, UZAMBS, RABMS və s. dərnəklərinin və “MODERN Hospital” klinikasının birlikdə həmtəşkilatçılığı ilə keçiriləcək
Tədbirdə aşağıda qeyd olunan Elmi panellər təşkil olunmaqla Piylənmə xəstəliyinin multidissiplinar müalicəsi müzakirə ediləcəkdir.
✨Bariatrik-Metabolik cərrahiyyə (ABMCA, TOSS, İFSO, TCD)
✨Piylənməli xəstələrdə mini-invaziv və ümumi cərrahiyyə (ABMCA,TCD, AELCA).
✨ Kardiologiya (AKC)
✨ Reanimasiya - anesteziologiya (AzRAC)
✨ Endokrinologiya (EDTTA, AEC)
✨ Dietologiya-Nutrisiologiya (ANDOP, MBCDD)
✨ Hepatologiya- Qastroenterologiya (AELCA, AQİEC, AQHİB)
Konqresdə panellərdə qeyd olunmuş ixtisaslar üzrə həkimlər iştirak edə bilər.
Qeyd: Konqresdə 8 beynəlxalq və 9 milli dərnək rəsmiləri təmsil olunacaqdır.
https://facebook.com/events/s/7-ci-beyn%C9%99lxalq-bariatrik-meta/2151780635565452/