Endokrinoloq Fərhad Burzu

Endokrinoloq Fərhad Burzu Bütün növ Endokrinoloji Xəstəliklərin Dəqiq Müayinəsi, Təqibi və Düzgün Müalicəsi

Yaş artdıqca sümük toxumasının zəifləməsi təbii prosesdir. Sümüklər zamanla nazikləşir, sıxlığını itirir və bu osteoporo...
30/03/2026

Yaş artdıqca sümük toxumasının zəifləməsi təbii prosesdir. Sümüklər zamanla nazikləşir, sıxlığını itirir və bu osteoporoz riskini artırır. Lakin düzgün yanaşma ilə bu prosesi ləngitmək və sümük sağlamlığını uzun illər qorumaq mümkündür.
👉Sümük sağlamlığına təsir edən əsas amillər arasında yaş, genetika, qidalanma, fiziki aktivlik, hormonal balans və həyat tərzi mühüm yer tutur. Xüsusilə kalsium və D vitamini çatışmazlığı, az hərəkətli həyat tərzi və zərərli vərdişlər sümük zəifləməsini sürətləndirə bilər.
•Güclü sümüklər üçün gündəlik rasionda tərəvəzlərə, kalsiumla zəngin qidalara yer vermək vacibdir. D vitamini isə kalsiumun mənimsənilməsində əsas rol oynayır. Eyni zamanda, ağırlıq və müqavimət məşqləri sümük toxumasını gücləndirir və itkinin qarşısını alır. Yerimə, qaçış və rəqs kimi fiziki fəaliyyətlər də sümük sağlamlığına müsbət təsir göstərir. Siqaret və alkoqoldan uzaq durmaq isə bu prosesdə mühüm addımlardandır.
Unutmaq olmaz ki, sümük sağlamlığına erkən yaşlardan diqqət yetirmək gələcəkdə ciddi problemlərin qarşısını ala bilər. Müntəzəm müayinələr və düzgün həyat tərzi ilə sümüklərinizi uzun müddət güclü və sağlam saxlamaq sizin əlinizdədir.

👉27 mart 2026 tarixində Amerikada bir ilk olaraq FDA həftədə bir istifadə olunan insulini təsdiq etmişdir. 2-ci tip diab...
27/03/2026

👉27 mart 2026 tarixində Amerikada bir ilk olaraq FDA həftədə bir istifadə olunan insulini təsdiq etmişdir.
2-ci tip diabetli pasiyentlər üçün insulin müalicəsi çox zaman gündəlik inyeksiyalar tələb edir. Bu isə bəzi insanlar üçün çətin və yorucu ola bilər. Yeni təsdiqlənmiş A*iqli bu baxımdan müalicəyə fərqli yanaşma gətirir.
Novo Nordisk tərəfindən hazırlanmış Aw**li (insulin icodec) uzun təsirli bazal insulin olub, həftədə cəmi 1 dəfə tətbiq olunur. Yəni bu preparat gündəlik insulin inyeksiyalarını həftədə bir dəfəyə qədər azalda bilir.
Bu dərman qanda şəkər səviyyəsini gün ərzində stabil saxlamağa kömək edir və dieta ilə fiziki aktivliklə birlikdə istifadə olunur. Xüsusilə gündəlik inyeksiyaları davam etdirməkdə çətinlik çəkən pasiyentlər üçün alternativ seçim hesab olunur.
FDA tərəfindən təsdiqlənmə ONWARDS adlı faza 3 klinik proqramının nəticələrinə əsaslanır. Təxminən 2.680 nəfərin iştirak etdiyi bu tədqiqatlarda Aw**li həftəlik istifadə olunsa da, gündəlik bazal insulinlə müqayisədə HbA1c səviyyəsinin azaldılmasında effektiv olduğu göstərilib.
Eyni zamanda, preparatın təhlükəsizlik profili klassik bazal insulinlərlə uyğun olmuşdur.
Nəticə olaraq, Aw**li diabet müalicəsində daha rahat və uyğunlaşdırılmış yanaşma təqdim edir. ✅Lakin hər bir insulin müalicəsi kimi, bu preparat da yalnız həkim nəzarəti ilə təyin olunmalıdır.

🌀.farhadburzu
☎️050 331 98 05

Piylənmə ilə mübarizədə son illərdə geniş istifadə olunan GLP-1 reseptor agonistləri "arıqlama iynələri" ilə bağlı yeni ...
27/03/2026

Piylənmə ilə mübarizədə son illərdə geniş istifadə olunan GLP-1 reseptor agonistləri "arıqlama iynələri" ilə bağlı yeni araşdırmalar maraqlı nəticələr ortaya qoyur. Aparılan meta-analiz göstərir ki, bu preparatlar qadınlarda kişilərlə müqayisədə daha çox çəki azalmasına səbəb ola bilər.
Təxminən 20.000 iştirakçını əhatə edən 6 klinik tədqiqatın nəticələrinə əsasən, qadınlar orta hesabla bədən çəkisinin 10.88%-ni itirdiyi halda, kişilərdə bu göstərici 6.8% olmuşdur. Bu fərqin səbəbi kimi estrogen səviyyəsi, bədən quruluşu və dərmanın orqanizmdə metabolizması kimi bioloji amillər göstərilir.
Bununla yanaşı, araşdırma göstərib ki, yaş, irq, etnik mənsubiyyət, bədən kütlə indeksi (BMI) və HbA1c kimi digər faktorlar üzrə çəki azalması təsiri ümumilikdə stabil qalır. Yəni, GLP-1 preparatları "arıqlama iynələri" müxtəlif pasiyent qruplarında oxşar effektivlik nümayiş etdirir.
Bu nəticələr klinik praktikada fərdi yanaşmanın vacibliyini bir daha vurğulayır. Eyni zamanda, bəzi qruplarda bu dərmanların təsirini daha yaxşı anlamaq üçün əlavə tədqiqatlara ehtiyac var.
Dəyərli pasiyentlər, GLP-1 preparatları effektiv olsa da, hər pasiyent üçün yanaşma fərdi şəkildə qiymətləndirilməlidir.

Gündəlik praktikada mammoqrafiya əsasən döş xərçənginin erkən aşkarlanması üçün istifadə olunur. Lakin son illərdə aparı...
24/03/2026

Gündəlik praktikada mammoqrafiya əsasən döş xərçənginin erkən aşkarlanması üçün istifadə olunur. Lakin son illərdə aparılan araşdırmalar göstərir ki, bu müayinə vasitəsilə ürək-damar xəstəlikləri ilə bağlı da mühüm məlumatlar əldə etmək mümkündür.
👉Aparılmış bir tədiqiqatda müxtəlif irqə mənsub və bütün yaş qruplarından olan minlərlərə qadının mammoqrafiya nəticələri analiz edilib.Tədqiqat zamanı ürək-damar sistemində olan dəyişikliklərin aşkarlanması halları əhəmiyətli dərəcədə yüksək olmuşdur.
Xüsusilə, mammoqrafiya zamanı döş arteriyalarında kalsifikasiya (kalsium yığılması) müşahidə olunarsa, bu, damar sistemində gedən dəyişikliklərin göstəricisi ola bilər. Tədqiqatlara əsasən, belə hallarda infarkt, insult və ürək çatışmazlığı riski daha yüksək olur. Kalsifikasiyanın miqdarı artdıqca bu risk də yüksəlir və bəzi pasiyentlərdə bir neçə dəfə arta bilər.
Bu məlumatın üstünlüyü ondadır ki, əlavə müayinə və ya əlavə radiasiya tələb olunmur. Yəni artıq aparılmış mammoqrafiya nəticələri düzgün analiz edildikdə, pasiyentin ürək-damar sağlamlığı barədə də ilkin fikir formalaşdırmaq mümkündür.
🩺Əziz pasiyentlər odur ki, mammoqrafiya nəticələrini yalnız onkoloji baxımdan deyil, ümumi sağlamlıq göstəricisi kimi də dəyərləndirin. Erkən mərhələdə risklərin müəyyən olunması gələcəkdə daha ciddi fəsadların qarşısını almaqda mühüm rol oynayır.

Bayramınız mübarək!
22/03/2026

Bayramınız mübarək!

2-ci tip şəkərli diabetin müalicəsində son illərdə GLP-1 reseptor agonistləri (arıqlama iynələri) böyük maraq doğurur. B...
10/03/2026

2-ci tip şəkərli diabetin müalicəsində son illərdə GLP-1 reseptor agonistləri (arıqlama iynələri) böyük maraq doğurur. Bu dərmanlar qan şəkərini tənzimləməklə yanaşı, çəki azalmasına da kömək edir. Lakin bu qrup dərmanların əksəriyyəti inyeksiya şəklində istifadə olunur. Yeni aparılan bir klinik araşdırma isə oral(tablet formasında) qəbul edilən yeni bir dərmanın daha effektiv ola biləcəyini göstərir.
•3-cü faza klinik tədqiqatında metfo**inlə kifayət qədər nəzarət olunmayan 2-ci tip diabetli 1698 xəstə iştirak edib. Araşdırmada orfor**on adlı yeni oral GLP-1 agonisti, hazırda istifadə olunan oral semaql**id ilə müqayisə edilib.
Nəticələr göstərir ki, orforqli**n A1c səviyyəsini daha çox azaldıb və eyni zamanda daha böyük çəki itkisinə səbəb olub. Müalicənin təsiri artıq 4-cü həftədən etibarən müşahidə olunmağa başlayıb və 52 həftə boyunca davam edib.
👉Ən çox qeydə alınan yan təsirlər mədə-bağırsaq problemləri olub və əksəriyyəti yüngül və ya orta dərəcəli olub.
Qeyd edək ki, orforqli**n gələcəkdə 2-ci tip diabet və piylənmənin müalicəsində yeni və rahat bir seçim ola bilər. Xüsusilə inyeksiya istifadə etmək istəməyən xəstələr üçün oral müalicə variantlarının artması böyük üstünlük hesab olunur.

☕Qəhvə və çayın orta miqdarda qəbulu demensiya riskinin azalması və koqnitiv funksiyaların daha yaxşı qalması ilə əlaqəl...
09/03/2026

☕Qəhvə və çayın orta miqdarda qəbulu demensiya riskinin azalması və koqnitiv funksiyaların daha yaxşı qalması ilə əlaqəli ola bilər.
ABŞ-da aparılan geniş tədqiqat çərçivəsində 130 mindən çox səhiyyə işçisi uzun illər ərzində izlənilmişdir. Nəticələr göstərib ki, gündə 2-3 fincan kofeinli qəhvə və ya 1-2 fincan çay qəbul edən şəxslərdə demensiya riski daha az müşahidə olunub. Çox qəhvə içən iştirakçılarda bu risk ən az içənlərlə müqayisədə təxminən 18% daha aşağı olub.
👉Araşdırma həmçinin göstərmişdir ki, qəhvə və çay qəbul edən şəxslərdə yaddaş və düşünmə ilə bağlı subyektiv şikayətlərə daha az rast gəlinir və koqnitiv performans bir qədər daha yaxşı olur.
Bununla belə, kofeinsiz qəhvə ilə demensiya riski arasında əlaqə aşkar edilməyib. Həmçinin qəhvəni daha çox miqdarda içməyin əlavə fayda vermədiyi qeyd olunub.
Qeyd edək ki, qəhvə və çay tərkibində olan kofein və polifenollar kimi maddələr beyin sağlamlığına müsbət təsir göstərə bilər.
Bununla belə, beyin sağlamlığını qorumaq üçün balanslı qidalanma, fiziki aktivlik və sağlam həyat tərzi də vacib amillərdir.

🌀.farhadburzu
☎️050 331 98 05

Menopauznın yaranmasının əsas faktoru yumurtalıqlarda estrogen istehsalının kəskin azalmasıdır və bu azalma yalnız qismə...
09/03/2026

Menopauznın yaranmasının əsas faktoru yumurtalıqlarda estrogen istehsalının kəskin azalmasıdır və bu azalma yalnız qismən şəkildə böyrəküstü vəz mənşəli androgenlərin periferik çevrilməsi ilə kompensasiya olunur.
Menopauzanın başlanmasından 1 il ərzində sümük mineral sıxlığı azalır və sümük strukturu daha kövrək olur.
2002-ci ildə aparılmış bir tədqiqatda menopauzal hormonal terapiyanın (MHT) (estrogen ilə medroksiprogesteron asetat (MPA) kombinasiyası ) sınıq riskini azaltsa da, döş xərçəngi və ürək-damar xəstəlikləri riskinin artdığı bildirildi.
Osteoporozun yaş və sınıq riskinə görə idarə olunması üçün raloksifen , bisfosfonatlar , denosumab, kalsium və D vitamini əlavəsi istifadə olunur və hər biri xəstəliyin gedişatına uyğun olaraq yazılır.
Bundan əlavə anastrozol, letrozol kimi aromataza inhibitorları (AI) böyrəküstü vəz androgenlərinin estrogenə çevrilməsini bloklayır, nəticədə estrogen səviyyəsi daha da azalır və sınıq riski artır.
Tamoksifen selektiv estrogen reseptor modulyatorudur. Tədqiqatlarda AI-lərlə sınıq riski tamoksifenlə müqayisədə 47% daha yüksək olmuşdur.
Bu nəticələr göstərdi ki, menopauza və döş xərçəngi səbəbilə hormonal və antihormonal müalicə alan bütün qadınlarda sümük sağlamlığının erkən qiymətləndirilməsi vacibdir. Müalicə seçimi zamanı onkoloji fayda ilə yanaşı skelet təhlükəsizliyi də nəzərə alınmalıdır.

🌀.farhadburzu
☎️050 331 98 05

Yeni araşdırmalar göstərir ki, piylənmə və diabet müalicəsində istifadə olunan GLP-1 reseptor agonistləri "arıqlama iynə...
05/03/2026

Yeni araşdırmalar göstərir ki, piylənmə və diabet müalicəsində istifadə olunan GLP-1 reseptor agonistləri "arıqlama iynələri" xroniki miqren xəstələrində bəzi müsbət təsirlərlə əlaqəli ola bilər.
Araşdırmalara görə, GLP-1 preparatlarına başlayan xroniki miqren xəstələrində:
• Təcili yardıma müraciət halları 10% daha az olub
• Hospitalizasiya riski 14% daha az müşahidə edilib
• Trip**n və digər miqren dərmanlarına ehtiyac daha aşağı olub.
👉Alimlər hesab edir ki, GLP-1 preparatlarının iltihabəleyhinə və neyrovaskulyar təsirləri miqren mexanizmlərinə təsir göstərə bilər.
Bununla yanaşı, çəki azalması və metabolik sağlamlığın yaxşılaşması da rol oynaya bilər.
Bu sahədə daha dəqiq nəticələr əldə etmək üçün gələcək klinik tədqiqatlara ehtiyac var.

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fet ̧fetteyiz

Yuxuya getmək niyə bəzən çətin, bəzən isə həddən artıq asan olur❓Bir çox insan üçün bu sual gündəlik həyatın səssiz, amm...
28/02/2026

Yuxuya getmək niyə bəzən çətin, bəzən isə həddən artıq asan olur❓
Bir çox insan üçün bu sual gündəlik həyatın səssiz, amma ciddi problemlərindən biridir. Normalda sağlam bir insanın yuxuya getməsi 10–20 dəqiqə çəkməlidir. Amma bu müddət çox qısa və ya çox uzun olarsa, bədən bizə bir mesaj göndərir deməkdir.
Başın yastığa dəyən kimi yuxuya getmək ilk baxışda yaxşı səslənsə də, əslində bu, yuxu çatışmazlığının göstəricisi ola bilər. Gün ərzində davamlı yorğunluq, diqqət dağınıqlığı, əsəbilik və kofein ehtiyacı bunun əsas siqnallarıdır. Digər tərəfdən, uzun müddət yuxuya gedə bilməmək də bədəni lazımi istirahətdən məhrum edir və gündəlik funksiyalara mənfi təsir göstərir.
•Sağlam yuxu üçün ənənəvi, sınanmış üsullar hələ də işləyir: hər gün eyni saatda yatmaq, yatmazdan əvvəl sakitləşmək, telefonu bir kənara qoymaq və yataq otağını qaranlıq, səssiz saxlamaq. Bunlar sadə görünsə də, illərdir öz təsirini sübut edib.
Nəzərdə saxlamaq lazımdır ki, endokrinoloji olaraq yuxunun keyfiyyətinə təsir edəcək bir çox faktorlar var. Bunlara qalxanvari vəz xəstəliyi, qandakı bəzi mineralların və vitaminlərin defisiti də aiddir.
Unutmayın, yuxu lüks deyil- ən təbii ehtiyaclardan biridir.

🌀.farhadburzu
☎️050 331 98 05

Sağlam qidalanma dedikdə çox vaxt vitaminlər və zülallar ön plana çıxır, amma omega-3 yağ turşuları bu siyahının səssiz,...
25/02/2026

Sağlam qidalanma dedikdə çox vaxt vitaminlər və zülallar ön plana çıxır, amma omega-3 yağ turşuları bu siyahının səssiz, lakin çox vacib üzvüdür. Omega-3-lər orqanizmin özü tərəfindən kifayət qədər istehsal olunmayan, lakin hüceyrələrin normal fəaliyyəti üçün zəruri olan yağlardır. Bu səbəbdən onları mütləq gündəlik qida rasionu vasitəsilə qəbul etmək lazımdır.
•Omega-3 yağ turşuları əsasən poli-doymamış yağlar qrupuna daxildir və ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır. Xüsusilə trigliserid səviyyəsinin azalmasına, “yaxşı” xolesterinin artmasına və qan təzyiqinin tənzimlənməsinə kömək edə bilər. Bundan əlavə, beyin və göz toxumalarında yüksək miqdarda toplanaraq yaddaş, diqqət və görmə funksiyalarını dəstəkləyir.
👉Ən zəngin omega-3 mənbəyi balıqdır. Somon, sardina və skumbriya kimi balıqlar bu baxımdan xüsusilə faydalıdır. Balıq yeməyənlər üçün kətan toxumu, çia toxumu və qoz kimi bitki mənşəli alternativlər mövcuddur.
Nəticə olaraq, omega-3 yağ turşuları sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Onları düzgün və balanslı şəkildə qəbul etmək uzunmüddətli sağlamlıq üçün güclü bir investisiyadır. Klassik qayda dəyişmir: təbii qida mənbələri hər zaman ən yaxşı seçimdir.

🌀Farhad Burzu
☎️050 331 98 05

̧fet ̧fetteyiz ̆lar

👉Demensiyanın ( yaddaşın,düşünmənin, nitqin və.s tədricən və davamlı şəkildə pozulması) yaranması yalnız yaşla bağlı bir...
23/02/2026

👉Demensiyanın ( yaddaşın,düşünmənin, nitqin və.s tədricən və davamlı şəkildə pozulması) yaranması yalnız yaşla bağlı bir problem deyil.Burada immun sistem, xroniki infeksiyalar və sinir sistemi mühüm rol oynayır. Aparılan bir araşdırmada zona (kəmərvari herpes) peyvəndinin demensiya riskinin azalması ilə əlaqəli olduğunu göstərib.
•Araşdırmanın nəticələrinə görə, zona peyvəndi vurulan şəxslərdə 5,5 il ərzində yeni demensiya diaqnozu alma ehtimalı təxminən 2% daha aşağı olub.
Ehtimallardan biri peyvəndin immun sistemi tənzimləyici və neyroprotektiv (sinir qoruyucu) təsir göstərməsi, digəri isə varicella zoster virusunun ( su çiçəyinə səbəb olan virus) mərkəzi sinir sistemində təkrar aktivləşməsinin qarşısını almasıdır. Məlumdur ki, bu virusun beyində təkrar aktivləşməsi demensiya riskinin artmasına səbəb olur. Bundan əlavə, bəzi alimlər peyvəndin digər herpes viruslarının da dolayı təsirini azalda biləcəyini vurğulayırlar.
👉Nəticələr Lancet Neurology jurnalında dərc olunub və göstərir ki, peyvəndlər yalnız infeksiyalardan qorunma deyil, uzunmüddətli beyin sağlamlığının qorunmasında da potensial rol oynaya bilər.

🌀.farhadburzu
☎️050 331 98 05

Address

Ak Həsən Əliyev Küç. 15
Baku
1001

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 15:00

Telephone

+994506119805

Website

Alerts

Be the first to know and let us send you an email when Endokrinoloq Fərhad Burzu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Endokrinoloq Fərhad Burzu:

Share

Category