Saç Əkimi Mərkəzi

Saç Əkimi Mərkəzi Sağlamlığınızın keşiyində MƏQSƏDİMİZ SAVADLI MÜTƏXƏSSİSLƏRİ SİZLƏRƏ TANİTMAQ,TİBBİ MƏLUMATLARLA,TİBBİ YENİLİKLƏRLƏ MAARİFLƏNDİRMƏKDİR!!!

Allergiya - orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır. Orqanizmin yad və ya ...
14/07/2017

Allergiya - orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona qarşı antitellər (əks-cisimlər) hasil etdiyi hər hansı maddəyə antigen deyilir. Allergiya törədən antigenlər allergen adlanır. Hər insanın bədənində İgE adlanan antitel istehsal edilir.
Allergik insanların bədənində daha çox İgE istehsal edilir. Bu zaman immun sistemi tam zərərsiz cisimlərə potensial təhlükəli kimi reaksiya verir. Yəni allergik insan bədəninə zərər verəcək heç bir şey olmadığı halda, birdən narahatlıq keçirir.
Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır.
Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quşlələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər.

Allergiyanın müalicəsi zamanı laborator analizlər vasitəsi ilə allergiyanı törədən allergen aşkar olunur. Daha sonra:
- Antiallergenlər vasitəsi ilə aşkar olunmuş allergenə qarşı mübarizə aparılır;
- Həmin aşkar olunmuş allergenlər insanın gündəlik rasionundan kənar edilir;
- Həssaslıq yaradan allergenlərə qarşı müalicə aparılır

Kardiologiya – tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir s...
13/07/2017

Kardiologiya – tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir. Ürək-damar sistemi problemlərilə həkim kardioloq məşğul olur. Yalnız həkim kardioloq kardioloji xəstəliklərin düzgün diaqnostikasını apara və müvafiq müalicə təyin edə bilər. Üərk-damar sistemin xəstəliklərinin ümumi əlamətləri bunlardır: təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, başgicəllənməsi, qızdırma.

İsti havada ürək-damar sistemi xəstəlikləri olan insanlarda kəskinləşmə inkişaf edə bilər. Hipertoniyadan əziyyət çəkənlərdə təzyiq artır, stenokardiya tutmaları daha tez-tez olur, infarkt və insultun riski artır. Bu isti havada ürəyə olan gərginliyin artması ilə bağlıdır. İsti havada nəbz və qan dövranı artır ki, qan qatılaşır, bu da ürək xəstəlikləri olanlar üçün çox ziyanlıdır.

Buna görə də havaların isti keçməsini nəzərə alaraq ürək xəstəlikləri olanlara bir neçə vacib məsləhət:
1. İsti havada özünüzü mümkün qədər qorumağa çalışın - fiziki aktivliyinizi azaldın, daha az işləyin və daha çox dincəlin.
2. Həkim tərəfindən təyin etdilən dərmanları vaxtı-vaxtında qəbul edin.
3. Arterial təzyiqinizə daim nəzarət edin.
4. Düzgün qidalanın. Qidalanmanızdan duzlu, qızardılmış qidaları, kolbasa-sosis, konservlər və s. çıxardın. Meyvə-tərəvəz, göyərti, süd məhsulları, bişmiş ət və s. kimi sağlam qidaları qəbul edin.
5. Mayenin qəbuluna diqqətli olun. Həm susuzlaşma, həm də mayeni həddindən artıq çox miqdarda qəbulu sizin üçün ziyanlıdır. Qara çay və qəhvə orqanizmi susuzlaşdırır. Bu səbəbdən adi təmiz suya, kompotlara, itburnu, nanə dəmləmələrinə və s. üstünlük verin.
6. Soyuq su içməyin. Soyuq su damarların ani sıxılmasına və ürək tutmasına səbəb ola bilər.
7. Gündüz saatlarında (12.00-dan - 18.00-a qədər) çölə çıxmayın, sərin otaqda qalın.
8. Ürək tutması inkişaf etdikdə nitroqliserin həbini çeynəyin. Kömək etmədikdə 5 dəqiqədən sonra daha bir həb qəbul edin. Aspirin həbi çeynəyin. Ağrı keçmirsə, dərhal "təcili yardım" çağırın.

Çalışın həmişə sağlam olun! :)

Əziz Xalqımız,Hörmətli izləyicilərimiz, Ramazan Bayramınız Mübarək olsun.Allah tutduğunuz orucu, qıldığınız namazı,etdiy...
25/06/2017

Əziz Xalqımız,Hörmətli izləyicilərimiz, Ramazan Bayramınız Mübarək olsun.Allah tutduğunuz orucu, qıldığınız namazı,etdiyiniz duaları qəbul eləsin!!!

Sağlamlıq — istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal; istənilən ağ...
05/06/2017

Sağlamlıq — istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal; istənilən ağrının və xəstəliyin olmadığı vəziyyəti. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.
Sağlam olmaq üçün tovsiyyələr:
İdmanla məşqul olun. Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3 dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.
Təmiz havada çay.
Kəpəkli məhsullar xərçəngdən qoruyur. Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.
Meyvə tərəvəzi süfrənizdən əskik etməyin. Meyvə-tərəvəz xüsusilə də pomidor,qırmızı üzüm yeyənlərdə infarkt ,xərçəng və şəkər ehtimalı daha az olur.
Fast-food yeməklərini birdəfəlik unudun. Ürək-damar xəstəliklərinin 3/1-ə səbəb olan hamburger, kartof qızartması və s kimi qidalardır.
Gündə azı 1 saat aktiv idmanla məşqul olun!
Bel ağrısına qarşı hərəkət edin. Araşdırmalar göstərir ki bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər.
Yeməyinizə nəzarət edin. Balıq yemək infarkt ehtimalını azaldır.Bundan başqa,balıqda olan yağlar immun sistemini də möhkəmləndirir.
Duzu azaldın[1] Həddindən artıq duz iflicə və ürək damar xəstəliklərinə səbəb olur. Ona görə də gündə 5 qr duz yemək kifayətdir. Araşdırmalar gündə 2 fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25%, öd kisəsindəki daş ehtimalını 45% azaltdığını göstərir.Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur. Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər. Çaya biraz mualicə əhəmiyyətli otlardan əlavə edin - kəklikotu, senna, mixək və s.

Hər pəhrizə aldanmayın. Həftədə 2-3 kiloqram arıqlamağı vəd edən pəhrizlərdən uzaq olun. Arıqlamaq istıyirsinizsə bunu həftə-həftə yox,uzun müddət üçün həyata keçirməyə çalışın.
Artıq çəkilərə diqqət. Yeni bir araşdirmaya görə çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20 həftə qısaldır. Artıq çəkilərdən xilas olmaq ürək,xərçəng,oynaq iltihabı və s xəstəliklərdən də xilas olmaq deməkdir.
İdmanla məşğul olmaq yağı,duzu azaltmaq xolestrolu aşağı salır. Bu da infarkt və iflicdən qoruyur.
Stresə qarşı mübarizə aparın.
Sosial fəaliyyətlər, hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir.
Siqaretə yox. Siqareti atmaq artıq çox asandır.İndi bunun üçün saysız hesabsız vasitələr var.Məsələn nikotin lentləri,saqqızlar,iynə ilə müalicə və s.
Yuxusuz qalmayın. Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir.Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur.
Hər gün vitamin qəbul edin. Tərkibində fol turşusu olan vitamin həbləri xərçəng və ürək damar xəstəliklərindən qoruyur.

Xəstəliyi vaxtında aşkar edin!
Profilaktika. Ildə bir dəfə poliklinikada tam dispanserizasiya keçməyi unutmayın!

Dəstəyiniz sayəsində səhifə izləyicilərimizin sayı 10.000-ə çatdı.Bizi izləyən, bəyənən, hər kəsə təşəkkür edirik!
23/11/2016

Dəstəyiniz sayəsində səhifə izləyicilərimizin sayı 10.000-ə çatdı.
Bizi izləyən, bəyənən, hər kəsə təşəkkür edirik!

Peşe bayramınız mubarek deyerli Tibb işçileri, Her zaman xesteleriniz sağlamlığına qovuşsun!
17/06/2016

Peşe bayramınız mubarek deyerli Tibb işçileri, Her zaman xesteleriniz sağlamlığına qovuşsun!

Əziz xanımlar, sizi 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ilə təbrik edirəm.Arzu və ümidlərinizin reallaşmasını...
08/03/2016

Əziz xanımlar, sizi 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ilə təbrik edirəm.Arzu və ümidlərinizin reallaşmasını diləyirəm. Qoy bayram günü sizə gözəl və bayram təravətli əhval ruhiyyə bəxş etsin.Hər zaman sevilənlərdən olasınız!!!

09/05/2014
18/02/2014
А знаете ли вы, что ....- Длина желудочно-кишечного тракта, где из пищи извлекаются полезные вещества, у взрослого челов...
17/02/2014

А знаете ли вы, что ....
- Длина желудочно-кишечного тракта, где из пищи извлекаются полезные вещества, у взрослого человека составляет примерно семь метров
- 0,5 литра - объем пустого желудка, который после принятия пищи может растянуться от одного до четырех литров
- 2-4 часа тратит желудок на переваривание обеда, затем пища попадает в тонкую кишку, где пищеварение продолжается еще 4-6 часов. Затем остатки идут в толстую кишку и могут оставаться там еще 15 часов
- 3-4 дня - срок, за который желудок полностью меняет свою оболочку. Без этого желудочный сок просто растворил бы наш главный пищеварительный орган
- 5 стаканов желудочного сока вырабатывает в течение суток желудок взрослого человека
- 50% россиян страдают гастритом
- 100 желез, вырабатывающих пищеварительные ферменты, умещаются на одном квадратном сантиметре слизистой оболочки желудка
- 22 000 килограммов пищи в среднем переваривает человеческий желудок в течение жизни
- 5 000 000 тончайших ворсинок, через которые идет всасывание питательных веществ, расположено в тонкой кишке.

Ağız qoxusu haqqındaMelomaniyaBir çoxlarının özunə olan etibarını itirməsinə səbəb olan ağız qoxusundan xilas olmaq heç ...
16/02/2014

Ağız qoxusu haqqında

Melomaniya

Bir çoxlarının özunə olan etibarını itirməsinə səbəb olan ağız qoxusundan xilas olmaq heç də çətin bir iş deyil.

Cəfəri nəfəsinizi təbii olaraq təzələyir, yalnız tam olaraq çeynəməyinizdən əmin olun.

Eyni zamanda mətbəxinizdə olan bəzi təbii otlar və ədviyyatlarda təbii nəfəs qoxusunu təzələyirlər. Buna misal olaraq darçını göstərmək olar.

Soğan, sarımsaq, acı bibər, kolbasa, sosiska, basdırmadan uzaq durun. Eyni zamanda bəzi pendirlərdən (rokfor kimi), bəzi balıqlardan, hətta pizzanın üstündəki ançuezden belə uzaq durun.

Qəhvə yerinə su və ya meyvə suyu üçün.

Dişlərinizlə birlikdə dilinizi də fırçalamağı unutmayın.

Bir şeylər yedikdən sonra dərhal dişlərinizi fırçalayın. Bu yediyiniz yeməklərlə əlaqələndirilən qoxuları uzaqlaşdırar.

Burnunuzdan nəfəs almağa çalışın. Ağızdan nəfəs almaq quru bir ağıza səbəb olar ki, bu da p*s qoxuya səbəb olan bakteriyaların yaranmasına zəmin yaradar.

Cəfəri yeməyə laqeyd yanaşmayın. Cəfəri yalnız salatda istifadə etdiyimiz yaşıllıq deyil, eyni zamanda da bir nəfəs təmizləyicisidir

Yediyiniz şeyin miqdarına bağlı olaraq nə qədər sıx dişinizi fırçalarsınızsa fırçalayın qoxu ağızınızda 24 saat qala bilər.

Ağız qoxusunun ən əhəmiyyətli səbəbi diş valıdır. Ağızımızda 50 trilyona qədər mikroskopik orqanizmin gəzdiyi təxmin edilir.

Bunlar yeməkdən hər bir parça alışımızla birlikdə dodaqlarımızın arasından ağızımıza girirlər və künclərdə qalaraq p*s qoxu əmələ gətirirlər.

Nəticə olaraq bu p*s qoxudan xilas olmaq üçün gündə 2 dəfə dişlərimizi fırçalamalı və bu valı çölə atmalıyıq.

Əgər əhəmiyyətli bir görüşmə ya da yığıncağın ərəfəsindəsinizsə ədviyyatlı yeməklərdən uzaq durun.

Address

Mehemmed Xiyabani 94a
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Saç Əkimi Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram