Respublika Diaqnostika Mərkəzi

Respublika Diaqnostika Mərkəzi Peşəkar həkimlərə və geniş tibbi infastrukturaya malik, pasiyent yönümlü, müasir tibb müəssisəsidir.
(331)

Respublika Diaqnostika Mərkəzi- peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir. Mərkəzimiz, Azərbaycanda 2016-cı ildən indiyə kimi 3 dəfə JCI (Joint Commission International) beynəlxalq akkreditasiyasını qazanan yeganə klinikadır. Pasiyentlərin təhlükəsizliyini, məxfiliyini, səhiyyə xidmətlərinin davamlı təkmilləşdirilməsini təmin etmək məqsədilə Mərkəzimizdə keyfiyyət və nəzarətə xüsusi diqqət ayrılmışdır. Buraya həmçinin, infeksiyaya nəzarət və biotəhlükə qaydaları da daxildir. Kompleks 1,6 hektarı əhatə edən, ictimai nəqliyyata və metroya yaxın ərazidə yerləşir. Kompleks bir-biri ilə əlaqələndirilmiş Diaqnostika Mərkəzi, Ürək Mərkəzi, İnzibati bina, o cümlədən, Oftalmologiya, Qan Bankı, çamaşırxana, və mərkəzləşdirilmiş oksigen təchizatı stansiyasından ibarətdir. Kompleksin ərazisində pasiyentlərin keyfiyyətli istirahəti üçün qapalı qış parkı, açıq havada yaşıllıq zonası, yeməkxana, kafe və gözləmə zalları mövcuddur. Bundan əlavə, pasiyentlərin, işçilərin və ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə 100-dən yuxarı avtomobil tutumlu yeraltı və açıq avtomobil dayanacaqları da yaradılmışdır. Mərkəzin bütün bölmələri əhatə etməklə, ümumilikdə 116 çarpayı fondu vardır. Bundan əlavə, Mərkəzdə tibbi texnologiyalar, cihaz və avadanlıqlarla tam təmin olunmuş 10 cərrahi əməliyyat otağı və 2 angioqrafiya otağı mövcuddur. Respublika Diaqnostika Mərkəzi yerli və əcnəbi pasiyentlərə çoxşaxəli və yüksək keyfiyyətli tibbi xidmətlər təklif edir.

🥀20 Yanvar Ümumxalq Hüzn Günüdür.🇦🇿Vətənimizin müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizi yad edir, onların ...
20/01/2026

🥀20 Yanvar Ümumxalq Hüzn Günüdür.

🇦🇿Vətənimizin müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizi yad edir, onların əziz xatirəsini əbədi qəlbimizdə yaşadırıq.

🙏🏻Allah şəhidlərimizə rəhmət eləsin!

🌊 Respublika Diaqnostika Mərkəzində OEUK/OGUK müayinə sertifikatı!Dənizdə, neft və qaz platformalarında çalışan mütəxəss...
07/01/2026

🌊 Respublika Diaqnostika Mərkəzində OEUK/OGUK müayinə sertifikatı!

Dənizdə, neft və qaz platformalarında çalışan mütəxəssislər üçün təhlükəsiz iş şəraiti sağlamlıqdan başlayır.

OEUK/OGUK tibbi müayinəsi işçinin dəniz şəraitində çalışmaq üçün fiziki və tibbi baxımdan uyğunluğunu müəyyən edən, beynəlxalq standartlara əsaslanan vacib qiymətləndirmə prosesidir.

🔹 Müayinə OEUK tərəfindən təsdiqlənmiş ixtisaslı həkim-mütəxəssislər tərəfindən aparılır
🔹 Sağlamlıq göstəriciləri təhlükəsiz və davamlı iş üçün qiymətləndirilir
🔹 Beynəlxalq tələblərə tam uyğun sertifikatlaşdırma həyata keçirilir.

📲 Daha ətraflı məlumat və qeydiyyat üçün: +994 55 292 64 91

⚓ Dənizdə təhlükəsizlik sağlamlıqdan başlayır!

RDM-Sağlamlığınızın Ünvanı! 💚

31/12/2025

🎉 Xoş Gəlirsən, Təzə İl!

🏥 Respublika Diaqnostika Mərkəzi olaraq sizləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edirik!

🙏🏻 2026-cı il hər kəs üçün sevinc, uğur və sağlamlıqla dolu olsun.

💚 Yeni İliniz Mübarək!

Doğum gününüz mübarək, cənab Prezident! 24 dekabr - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gün...
24/12/2025

Doğum gününüz mübarək, cənab Prezident!

24 dekabr - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür.

🤝 İcbari Tibbi Sığortadan RDM-də yararlan!🏥 İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən Resp...
16/12/2025

🤝 İcbari Tibbi Sığortadan RDM-də yararlan!

🏥 İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən Respublika Diaqnostika Mərkəzində yararlanmaq mümkündür.

👨‍⚕️Peşəkar həkim-mütəxəssis heyəti və müasir tibbi avadanlıqları ilə RDM sağlamlığınızı etibar edə biləcəyiniz ən doğru ünvandır!

✅ İcbari Tibbi Sığorta RDM-də daha əlçatandır!

RDM- Sağlamlığınızın Ünvanı! 💚

12 dekabr Ulu Öndər Heydər Əliyevin Anım Günüdür.Bu gün müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər...
12/12/2025

12 dekabr Ulu Öndər Heydər Əliyevin Anım Günüdür.

Bu gün müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

Heydər Əliyevin siyasi kursu nəticəsində bu gün Azərbaycan regionun lider dövlətlərindən birinə çevrilib. Onun yaratdığı Azərbaycan müstəqil və inkişaf edən dövlət olaraq dünyanın güclü ölkələri arasında öz yerini tutub.

Respublika Diaqnostika Mərkəzi olaraq Ulu Öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla yad edirik.

✅ Varikoz Damarların Lazer Həlli 🔴 Varikoz damarlar yalnız estetik bir problem deyil, eyni zamanda gündəlik həyatda ağrı...
10/12/2025

✅ Varikoz Damarların Lazer Həlli

🔴 Varikoz damarlar yalnız estetik bir problem deyil, eyni zamanda gündəlik həyatda ağrı, yanma və yorğunluq hissi yaradır.

🏥 Respublika Diaqnostika Mərkəzində müasir lazer texnologiyası ilə rahat və ağrısız varikoz müalicəsi həyata keçirilir. Lazer müalicəsi kəsiksiz, izsiz və uzun reabilitasiya tələb etməyən innovativ üsuldur. Prosedurdan qısa müddət sonra pasiyent günlük həyatına rahatlıqla qayıda bilir.

🤝 İndi müraciət et, Sağlamlığı damarlarında hiss et!

📲 Daha ətraflı məlumat və qeydiyyat üçün: 913 və ya 050 229 81 90

RDM — Sağlamlığınızın Ünvanı! 💚

04.12.2025-ci il tarixində “Respublika Diaqnostika Mərkəzi” ASC-də müxtəlif ixtisaslar üzrə rezidenturanı uğurla başa vu...
04/12/2025

04.12.2025-ci il tarixində “Respublika Diaqnostika Mərkəzi” ASC-də müxtəlif ixtisaslar üzrə rezidenturanı uğurla başa vuran həkim-rezidentlərimiz klinika rəhbərliyi tərəfindən təltif olundu.

Tədbirdə həkimlərimizə sertifikatlar “Respublika Diaqnostika Mərkəzi” ASC -nın baş həkimi Könül Xəlilova və klinikanın tibbi heyəti tərəfindən təqdim edildi. Bu gün onların uzun illər ərzində göstərdikləri əməyin və  səylərin  dəyərləndirildiyi gündür.

Aşağıda rezidenturanı uğurla başa vuran həkimlərimizin adlarını, ixtisaslarını və təhsil müddətlərini təqdim edirik

1.    Fətəliyeva Rəşidə Rəşadət qızı - Şüa diaqnostikası, 2021-2025 
2.    Şahalıyev Ziya Azad oğlu –  Uşaq ürək-damar cərrahiyyəsi ,2020-2025
3.    Zeynallı Fidan  İlqar qızı – Anesteziologiya-reanimatologiya, 2022-2025
4.    Sadıqlı Təbriz Zahid oğlu – Travmatologiya və ortopediya,  2020-2025
5.    Qasımlı Toğrul Elişən oğlu –  Anesteziologiya-reanimatologiya, 2022-2025
6.    Qudavasov Cəlal Etibar oğlu  – Kardiologiya, 2021-2025
7.    Sahratova Leyla Urfan qızı – Pediatriya, 2021-2025
8.    Mustafazadə Şəlalə Ərrəhman qızı – Mamalıq-ginekologiya, 2020-2025

RDM ailəsi olaraq bütün həkim-rezidentlərimizi ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!

Biz sizinlə fəxr edirik!

❤️Sevgi Sağaldır! 🌍 1 Dekabr  Ümumdünya QİÇS-lə Mübarizə Günüdür  🗓️Bu günün məqsədi cəmiyyəti QİÇS ( Qazanılmış İmmun Ç...
01/12/2025

❤️Sevgi Sağaldır!

🌍 1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

🗓️Bu günün məqsədi cəmiyyəti QİÇS ( Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında maarifləndirmək, xəstəlikdən əziyyət çəkən insanlara dəstək olmaq və onun qarşısının alınması üçün həmrəyliyi gücləndirməkdir.

🩺 QİÇS-lə mübarizədə erkən diaqnostika, düzgün müalicə, sağlam həyat tərzi və mütəmadi testlər mühüm rol oynayır.

💡 Dəstək göstər, fərqində ol!

💚 RDM — Sağlamlığınızın Ünvanı!

🥇Tibbdə Qızıl Etimad! 🏥 Respublika Diaqnostika Mərkəzi  Azərbaycanda ardıcıl 4 dəfə JCI akkreditasiyası qazanan yeganə t...
26/11/2025

🥇Tibbdə Qızıl Etimad!

🏥 Respublika Diaqnostika Mərkəzi Azərbaycanda ardıcıl 4 dəfə JCI akkreditasiyası qazanan yeganə tibb müəssisəsidir.

✅ Bu nailiyyət pasiyent təhlükəsizliyi və xidmət keyfiyyəti ilə yanaşı peşəkarlığın yüksək səviyyədə təmin olunmasının göstəricisidir.

👨‍⚕️Həkim-mütəxəssis heyəti, müasir avadanlıqları və fərdi yanaşması ilə RDM sağlamlığınızı etibar edə biləcəyiniz ideal ünvandır.

RDM – Sağlamlığınızın Ünvanı! 💚

Respublika Diaqnostika Mərkəzinin Ginekoloqu Dr. Aynur Babayeva Avropa Ginekoloji Endoskopik Cərrahiyyə Cəmiyyətinin təş...
20/11/2025

Respublika Diaqnostika Mərkəzinin Ginekoloqu Dr. Aynur Babayeva Avropa Ginekoloji Endoskopik Cərrahiyyə Cəmiyyətinin təşkil etdiyi üç mərhələli (nəzəri və praktik) Board İmtahanını uğurla keçərək ESGE yetərlilik sertifikatına layiq görülmüşdür.💚

🔴 Həyat Daha Şirindir!🏥 Respublika Diaqnostika Mərkəzində Diabetik Check Up paketi indi cəmi 119 AZN!✅Check Up-a daxildi...
18/11/2025

🔴 Həyat Daha Şirindir!

🏥 Respublika Diaqnostika Mərkəzində Diabetik Check Up paketi indi cəmi 119 AZN!

✅Check Up-a daxildir:

* Endokrinoloq müayinəsi
* Qanın ümumi analizi
* Qlükoza səviyyəsinin yoxlanılması
* Üst qarın boşluğu (USM)
* Digər laborator analizlər

📲Ətraflı məlumat və qeydiyyat üçün: 913 və ya 050 229 81 90

RDM-Sağlamlığınızın Ünvanı! 💚

Address

Tbilisi Prospekti, 147
Baku
AZ1122

Telephone

913

Website

Alerts

Be the first to know and let us send you an email when Respublika Diaqnostika Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Respublika Diaqnostika Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Haqqımızda

RDM həqiqətən Bakıda yerləşən ən yaxşı çoxprofilli tibbi mərkəz və klinikalardan biridir. Həmçinin, bu klinika Bakının ən yaxşı özəl klinikalarından biri olub, yüksək səviyyədə təchiz edilmiş, ən müasir cihazlara malik laborator və diaqnostik mərkəzdir. RDM paytaxtın bütün sakinləri və qonaqlarına ən yüksək tələb və standartlara cavab verən tibb xidməti ilə təmin olunmasına imkan verir. Klinikamızın xəstələrinə lazım olan istənilən müayinə, analiz və ya prosedurları biz müstəqil şəkildə, digər tibb mərkəzləri və ya laboratoriyalara müraciət etmədən apara bilirik. Bu yolla biz həm də xəstələrimizin vaxtına və maddi vəsaitinə qənaət etmiş oluruq. Uğurlu müalicə üçün isə zaman amili hədsiz dərəcədə əhəmiyyətlidir! Mütəxəssislərimizin geniş və rahat kabinetləri, öz stasionarımızın komfortlu palataları, poliklinika şöbəsi, ən müasir diaqnostik cihazlarla təchiz olunmuş radiologiya şöbəsi, ISO 15189 sertifikasiyasından keçmiş müasir laboratoriya, klinikanın ərazisinin mühafizə edilməsi və qapalı avtomobil dayanacağı klinikamızın hədsiz üstünlüklərindəndir. Lakin bizim tərəfimizdən göstərilən xidməti şəhərin əksər digər klinikaları üçün əlçatmaz edən ən əsas amil bizim mütəxəssislərimizdir! RDM-də ən yaxşı həkimlər çalışır! Tibbi personalımız istər Rusiyada, istərsə də, Avropa və ABŞ-da əldə edilmiş mükəmməl nəzəri biliklərə və ən zəngin praktik təcrübəyə malikdir. Həkimlərimizin hər biri öz sahəsinin həqiqi peşəkarıdır. RDM-in istisnasız bütün mütəxəssisləri öz ixtisasını daim, həmçinin xarici ölkələrdə artırır və bunun sayəsində dünya təbabətinin ən son nailiyyətlərini tətbiq edirlər. RDM 2016-cı ildə JCI (Joint Commission International) akkreditasiyasından keçərək xüsusi qızıl rəngli fərqləndirmə nişanı ilə təltif edilib. 2019-cu ildə Respublika Diaqnostika Mərkəzi yenidən JCI akkreditasiyasından keçərək Azərbaycanda ikinci dəfə “Akkreditasiya olunmuş xəstəxana” statusunu qazanmış ilk xəstəxana olub! Biz Sizin seçiminizə hörmət edirik və bizim tibb mərkəzimizi seçdiyiniz üçün razı qalmağınız naminə əlimizdən gələni əsirgəməməyə səy göstəririk!