Mama Ginekoloq Vüsalə Abışova tibb üzrə fəlsəfə doktoru

Mama Ginekoloq Vüsalə Abışova tibb üzrə fəlsəfə doktoru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mama Ginekoloq Vüsalə Abışova tibb üzrə fəlsəfə doktoru, Doctor, Baku Medical Plaza, Baku.

Labioplastikanın mahiyyətiLabioplastika cinsiyyətin kiçik dodaqlarına estetik olaraq forma verilməsi və kiçildilməsidir....
02/12/2018

Labioplastikanın mahiyyəti
Labioplastika cinsiyyətin kiçik dodaqlarına estetik olaraq forma verilməsi və kiçildilməsidir. Kiçik cinsiyyət dodaqları böyük, geniş, qırışıq və sallanmış vəziyyətdə ola bilər. Bu da estetik cəhətdən xoş olmur.
Bəzən doğuşla əlaqəli, ya da zədə nəticəsində cırılma, kiçik dodaqlarda şəkil pozuqluqları və kiçik dodaqlarda uzunluq yarana bilər.
Dodaqlardakı bu uzunluqlar cinsi əlaqədə narahatçılıq, ağrı və cinsi əlaqə sonrası daxili dodaqlarda şişmə, vaginal axıntılarda artım, dodaqların infeksiyalaşmasına və şişmələrinə gətirib çıxarır.
Bəzi xəstələrdə isə yalnız istəyə bağlı olaraq labioplastika əməliyyatı icra olunur. Bu əməliyyat kosmetika ilə yanaşı xəstələrin bəzi tibbi problemlərinin həlli üçün də icra olunur.
Qadınlarda əməliyyatdan sonra ilk öncə özünə inam hissi yaranır. Gələcəkdə uşaq dünyaya gətirməyi düşünən qadınlarda və gənc qızlarda labioplastika icra oluna bilər. Labioplastika əməliyyatı hamiləlik üçün heç bir problem yaratmır. Labioplastika icra olunan qadınlarda gələcəkdə həm normal, həm də Keyser əməliyyatı ilə doğum ola bilir. Bakirə qızlarda labioplastika icra oluna bilər. Labioplastika əməliyyatı qızlıq pərdəsinə (h***n) heç bir zərər vermir. Çünki qızlıq pərdəsi labioplastika icra olunan əməliyyat bölgəsindən 3-4 sm daha dərində (proksimalda) yerləşir.

Eroziya - ən şox təsadüf edilən ginekoloji xəstəlikUşaqlıq boynunun eroziyası qadın cinsiyyət üzvlərində, ən çox təsadüf...
30/11/2018

Eroziya - ən şox təsadüf edilən ginekoloji xəstəlik
Uşaqlıq boynunun eroziyası qadın cinsiyyət üzvlərində, ən çox təsadüf edilən ginekoloji xəstəliklərdən biridir. Hərfi mənada ifadə etsək, eroziya - uşaqlıq boynunun selikli qişasının xoşxassəli dəyişikliyindən ibarətdir. Ancaq müalicə olunmadığı təqdirdə, eroziya çox təhlükəli xəstəlik olan uşaqlıq boynunun xərçənginə çevrilə bilər.
Uşaqlıq boynunun eroziyası əksər hallarda özünü heç bir əlamətlə büruzə vermir və yalnız ginekoloq tərəfindən profilaktik tibbi müayinə zamanı aşkar edilir. Bəzi hallarda eroziyası olan qadınlarda cinsi əlaqə zamanı və ondan sonra qan qarışıqlı ifrazatın və ağrının olması, cinsi yollardan ifrazatın artması və s. əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərdən hər hansı birinin olduğu halda isə, ginekoloqa müraciət etmək vacib hesab edilir.
Uşaqlıq boynunun eroziyasının inkişaf etməsinə müxtəlif infeksiyalar səbəb olur. Bu infeksiyaların bəziləri qadın cinsi yollarında daimi olaraq yaşayır (stafilo-koklar, streptokoklar və s.), bəziləri buraya bağırsaqdan keçir (bağırsaq çöpləri), digərləri isə qadın cinsi əlaqə zamanı (ureaplazma, mikoplazma, xlamidiyalar və s.) yoluxa bilir. Bütün bu infeksiyalar və mikroblar üçün müvafiq münbit şərait yarandıqda (qadının immunitetinin zəifləməsi, hormonal patologiyalar nəticəsində uşaqlıq boynu seliyinin tərkibinin pozulması, uşaqlıq yolunun disbakteriozu, qadın cinsi orqanlarının iltihabi xəstəlikləri və s.), onlar sürətli şəkildə artaraq sözün əsl mənasında uşaqlıq boynunun selikli qişasını “yeyirlər”. Digər halda, abortdan (süni uşaqsalma), doğuşdan, kobud cinsi əlaqələrdən sonra uşaqlıq boynu zədələnir, onun selikli qişasında çatlar, zədələnmə sahələri əmələ gəlir ki, bu da sonradan həmin yerdə eroziyanın yaranmasına səbəb olur.

Hər qızartı "eroziya" deyilAdi güzgü ilə ginekoloji müayinə zamanı uşaqlıq boynunda qızartı aşkarlanır. Çox zaman bu vəz...
28/11/2018

Hər qızartı "eroziya" deyil
Adi güzgü ilə ginekoloji müayinə zamanı uşaqlıq boynunda qızartı aşkarlanır. Çox zaman bu vəziyyət "Eroziya" kimi qiymətləndirilir. Belə olan halda ya düzgün müalicə aparılmır, ya da ehtiyac olmadığı təqdirdə müalicə təyin olunur.
Eroziya toxuma defektidir ,müalicə almadıqda belə çox zaman 3 həftə ərzində öz-özünə sağalma gedir. Əgər sizdə aylarla eroziya diaqnozu saxlanılırsa və ya uşaqlıq boynunda qızartının olduğu deyilirsə, ilk öncə kolposkopik müayinə aparıb uşaqlıq boynunu dəyərləndirmək lazımdır. Sonra isə uygun olaraq sitoloji və ya histoloji, ya da infeksiyaların təyini aparılmalıdır.
Diaqnozu dəqiqləşdirdikdən sonra isə məqsədyönlü düzgün müalicə aparılmalıdır. Hər qızartı xəstəlik demək deyil, bu normal vəziyyətdə ola bilər. Uşaqlıq boynu kanalındakı qırmızı rəngli silindrik hüceyrələrin yerdəyişməsi, başqa adla buna "Endoservikal ektopiya" da deyilir.

26/11/2018

Sonsuzluğun səbəbləri...

Hipoplastik uşaqlıq Hipoplastik uşaqlıq zamanı, uşaqlığın uzunluğu 6-7 santimetrə çatır. Uşaqlıq boynunun uzunluğu isə u...
24/11/2018

Hipoplastik uşaqlıq
Hipoplastik uşaqlıq zamanı, uşaqlığın uzunluğu 6-7 santimetrə çatır. Uşaqlıq boynunun uzunluğu isə uşaqlıq cismi arasındakı nisbət 1: 3 nisbətində olur. Hipoplastik uşaqlıq, yanlız uşaqlıqda olan patologiyadan deyil, həm də keçirilmiş iltihabi proseslər nəticəsində də baş verə bilir. Ancaq bu patologiya cinsi həyatın başlanmasından və hamiləliyin baş verməsindən sonra özbaşına yox olur.
Diaqnoz:
Xəstəyə diaqnoz qoymaq üçün anamnez, antropometriya, uşaqlığın zondla tətbiqi, histerosalpinqoqrafiya, sümük yaşının təyini və laborator müayinələrin nəticələri əsas götürülür. Anamnezdə qız uşaqlarının kiçik yaş dövrünün qeyri-qənaətbəxş yaşaması, həmçinin uşaqlıqda keçirilmiş yoluxucu xəstəliklərin olması meydana çıxır.
Aybaşının gec olması, hipomestural sindrom tipli menstural tsiklin pozulması xəstələrin əsas şikayətlərindəndir. Belə xəstələrdə tez-tez ağrılı aybaşılar olur. Bu cür uşaqlığa sahib qızlar alçaq boylu, kifayət qədər formalaşmamış döş qəfəsinə sahib olurlar. Onların süd vəziləri inkişafdan qalır, çanaqları dar olur, qasıq və qoltuq hissələrində tüklənmə zəif olur.
Müayinə zamanı xəstənin hormonlarının miqdarının aşağı olduğu aşkarlanır. Belə xəstələrdə cinsi xromatinin tərkibi və kariotip dəyişmir. Rentgenoloji müayinə metodları arasında histerosalpinqoqrafiya daha böyük diaqnostik əhəmiyyətə malikdir.

Labioplastika haqda bilmədiklərinizLabioplastika-asimetrik,böyük və ya sallanmış kiçik cinsiyyət dodaqlarının estetik ol...
22/11/2018

Labioplastika haqda bilmədikləriniz
Labioplastika-asimetrik,böyük və ya sallanmış kiçik cinsiyyət dodaqlarının estetik olaraq düzəldilməsi əməliyyatıdır.Kiçik cinsiyyət dodaqları böyük və sallanmış olduqda iç geyim normalda toxunmaması lazım gələn toxumalara toxunur,qaşınma və narahatçılıq hissi yaradır,digər tərəfdən isə bəzi qadınlara estetik görünüşə görə psixoloji olaraq narahatçılıq verir.
Labioplastikaya göstəriş:
➡️Kiçik cinsiyyət dodaqlarının böyük olması
➡️Kiçik cinsiyyət dodaqlarının sallanması
➡️Kiçik cinsiyyət dodaqlarının fərqli ölçüdə olması
Kimlərdə olur?
↕️Genetik
↕️Arıq qadınlarda
↕️Ciddi kilo verən qadınlarda
↕️Çox saylı normal doguş
↕️Doguş travması,kəsik və s.
CO2 lazerlə labioplastika
➡️15-20 dəqiqə ərzində
➡️Yerli anesteziya ilə
➡️Tikiş qoyulmur
➡️Xəstəxanada qalınmır
➡️Qanama olmur
➡️Sagalma müddəti 2-3 həftə
Əməliyyatdan sonra cinsi hiss azalırmı?
⚠️Xeyir! Klitora toxunmadığımız üçün hiss itmir
Qız uşaqlarına bu əməliyyatı etmək olarmı?
⚠️Bəli! Qızlıq zarı uşaqlıq yolunun iç,kiçik cinsiyyət dodaqları isə xaricində olduğu üçün bu əməliyyat zamanı qızlıq zarı zədələnmir.

Keysəriyyə o halda vacib sayıla bilər ki...Müasir zəmanəmizdə keysəriyyə əməliyyatı çox sadə və rahat uşaq dünyaya gətir...
20/11/2018

Keysəriyyə o halda vacib sayıla bilər ki...
Müasir zəmanəmizdə keysəriyyə əməliyyatı çox sadə və rahat uşaq dünyaya gətirmə üsulu sayılır. Doğuş sancılarında qorxan gənc xanımlar bu yolu asan hesab edirlər. Bəs hansı hallarda keysəriyyə əməliyyatı vacibdir?
1. Çanaq dar olduğu zaman;
2. Uşaqlıq yolu dar olan zaman;
3. Çanaqda sümük şişləri müşahidə olunarsa;
4. Yumurtalığın həddən artıq şişməsi müəyyən olunarsa;
5. Uşaqlıq yolunda hər hansı bir xəstəlik olarsa;
6. Ciftin dölün boynuna 2 və ya daha artıq dolanması müşahidə olunarsa;
7. Ciftin vaxtından əvvəl qopması müşahidə olunarsa;
8. Doğuş zamanı ananı hər hansı təhlükə gözləyirsə;
9. Dölün köndələn vəziyyəti zamanı;
10. Gözü zəif olan qadınlara keysəriyyə əməliyyatı məsləhət edilir.
Bəzən hamiləliyin 7-ci ayında qanaxma baş verir, həkimlərin müalicəsi nəticəsində hamiləliyi saxlamaq mümkün olsa da, döl oksigen çatışmazlığından əziyyət çəkə bilər. Bu zaman keysəriyyə əməliyyatı vacibdir. İlk övladını keysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadınlar 2-ci və ya 3-cü övladını da əksər hallarda elə bu yolla dünyaya gətirmək məcburiyyətindədirlər. Və bu, planlı şəkildə həyata keçirilir. Uşağın dünyaya gəlmə gününü həkimlər təyin edirlər. Bəzən isə uşaqlar öz doğum gününü özləri seçirlər. Və ya həkimin təyin etdiyi gündən əvvəl doğuş sancılarını hiss edilir və ya dölyanı mayenin xaric olduğu müşahidə edilir. Bu zaman təcili olaraq əməliyyat vazkeçilməzdir.

Servikal yetməzlik əməliyyatı nədir?Bir və ya bir neçə dəfə erkən doğuş etmiş qadınlara, servikal yetməzlik deyilən əməl...
18/11/2018

Servikal yetməzlik əməliyyatı nədir?
Bir və ya bir neçə dəfə erkən doğuş etmiş qadınlara, servikal yetməzlik deyilən əməliyyat tətbiq edilir. Əməliyyatla tikiş qoyulur ki, erkən doğuş baş verməsin. Bunun da qaydaları var. Məsələn, açılış baş veribsə tikiş qoyulmur. Tikiş qoyulduqdan sonra hamilə qadın hamiləliyini sona qədər çatdıra bilir və vaxtında doğuş baş verir.
Bir sıra ölkələrdə 28 həftədən sonra doğulan uşaqların sağ qalma faizi daha yüksəkdir. Burada ginekoloqların neatroloji xidməti önəm daşıyır. Ola bilsin ki, xəstənin hipertiasonu var. Çalışmaq lazımdır ki, o, bir həftəyə çatdırılsın. Neanatoloqlar onu yaşatmalıdırlar! Uşaq üçün süni tənəffüs aparatları da olmalıdır. Bundan başqa, bir sıra avadanlıqlar da var ki, onların olması çox vacibdir. Bəzi inkişaf etmiş ölkələrdə 25-26-cı həftələrdə anadan olan uşaqlar da sağ qala bilir. Məhz texniki avadanlıqların yüksək səviyyədə olması sayəsində.

Keysəriyyə əməliyyatından sonra yaraya qulluq və qidalanma prosesiKeysəriyyə əməliyyatından sonra evə buraxıldıqda belə ...
16/11/2018

Keysəriyyə əməliyyatından sonra yaraya qulluq və qidalanma prosesi
Keysəriyyə əməliyyatından sonra evə buraxıldıqda belə daima yaranı nəzarətdə saxlamaq lazımdır. Hər gün yaranı hidrogen-pereoksidlə yumalısınız. Sonra üzərini spirtlə silib zelyonka sürtmək lazımdır. Həyat yoldaşınızla intim münasibətləri 6 həftə sonra bərpa edə bilərsiniz. 8 həftə sonra isə tam əvvəlki həyata qayıdacaqsınız. Lakin həkim nəzarətində olmağı unutmayın. Əvvəlki formanızı qaytarmaq üçün çörək və un məmulatlarından hazırlanmış yeməklərdən uzaq durun. İnanın ki, bunun körpənizə heç bir xeyri yoxdur. Daha çox meyvə və tərəvəz yeməyə çalışın. Qatıq için. Çünki bir çox qadınlarda əməliyyat sonrası qəbizlik əmələ gəlir və düzgün qidalanmadıqda çəki sürətlə artır. Və bu çəkidən qurtulmaq çox çətin olur.

Normaldan böyük olan daxili dodaqların həlli yolu - labioplastikaDaxili dodağın normaldan böyük və geniş olması əksər qa...
14/11/2018

Normaldan böyük olan daxili dodaqların həlli yolu - labioplastika
Daxili dodağın normaldan böyük və geniş olması əksər qadında anadangəlmə olur. Bu vəziyyət qadinin cinsi inkişaf dövründə hormonların təsiri ilə daha da ciddi vəziyyət alır. Bu vəziyyət xəstəlik deyil, sadəcə insanlar arasında fərqdir. Digər tərəfdən isə bəzi qadınlarda bu problem davamlı olan göbələk infeksiyasından, qaşıntı və sürtünmədən sonra yaranır.
Qadında androgenlərin normadan çox olması da daxili dodağın hipertrofiyasına (anormal böyüməsinə) səbəb olur.
Həmçinin doğuşlardan sonra daxili dodaqda böyümə və genişlənmə qeyd oluna bilər. İnsan yaşlandıqca digər dəri nahiyələrində olduğu kimi daxili dodaqda da yuxarıda göstərilən problemlər artır. Bəzi xəstələrdə isə problem cinsi travmadan sonra yaranır.

12/11/2018
11/11/2018

Doğum anında körpənin hərəkətləri necə olur?

Address

Baku Medical Plaza
Baku
2005

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994 55 259 22 26

Website

Alerts

Be the first to know and let us send you an email when Mama Ginekoloq Vüsalə Abışova tibb üzrə fəlsəfə doktoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category