Bakı Psixologiya Mərkəzi

Bakı Psixologiya Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakı Psixologiya Mərkəzi, Psychologist, Mikayil Useynov 63, Baku.

✨ 8 Martda onun ruhuna işıq olan hədiyyəni seç!♥️ Bakı Psixologiya Mərkəzinin hədiyyə kartı ilə ona sevgi və qayğı daha ...
02/03/2026

✨ 8 Martda onun ruhuna işıq olan hədiyyəni seç!

♥️ Bakı Psixologiya Mərkəzinin hədiyyə kartı ilə ona sevgi və qayğı daha özəl şəkildə ifadə et!

Kartı mərkəzdən əldə etmək üçün əlaqə saxlayın!

📲 +994 10 234 18 23 (WhatsApp)
📍 Bakı Psixologiya Mərkəzi (Səbayıl rayonu, Mikayıl Useynov pr., 63)

📚 Əgər siz də kitabları ruhun dərmanı hesab edirsinizsə, bu layihə tam sizə görədir.✨ Bakı Psixologiya Mərkəzi martın 15...
27/02/2026

📚 Əgər siz də kitabları ruhun dərmanı hesab edirsinizsə, bu layihə tam sizə görədir.

✨ Bakı Psixologiya Mərkəzi martın 15-də “Biblioterapiya” layihəsi çərçivəsində ilk görüşünü keçirəcək.

📢 15 nəfərlik ilk qrupumuz artıq tamamlanıb və layihəyə marağı nəzərə alaraq yeni qrup açılır!

📖 İlk müzakirə edəcəyimiz kitab Antuan dö Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri olacaq.
🕰 Saat 13:30
📍 Bakı Psixologiya Mərkəzi

📩 Ətraflı məlumat və qeydiyyat üçün bizə yazın.

🤝 Bakı Psixologiya Mərkəzi "Push30" platforması ilə rəsmi əməkdaşlığa başlayıb."Push30" istifadəçiləri üçün xidmətlərimi...
25/02/2026

🤝 Bakı Psixologiya Mərkəzi "Push30" platforması ilə rəsmi əməkdaşlığa başlayıb.

"Push30" istifadəçiləri üçün xidmətlərimizi daha əlçatan etmək məqsədilə onlara xüsusi endirimlər təklif olunur.
✅ Fərdi terapiya
✅ Ailə və cütlük konsultasiyası
✅ Stres və "burnout" dəstəyi

💡 Bədən və ruh balansını qorumaq önəmlidir. Çünki bəzən bədən, bəzən isə ruh yorulur. Hər iki halda dəstək almaq vacibdir.

🤍 Özünüzə qayğı göstərmək seçim deyil, məsuliyyətdir.

24/02/2026
✨ Psixoterapiya və konsultasiya prosesi hər zaman axıcı olmur. Bəzən pasiyent susur, müqavimət artır və ya psixoterapevt...
16/02/2026

✨ Psixoterapiya və konsultasiya prosesi hər zaman axıcı olmur. Bəzən pasiyent susur, müqavimət artır və ya psixoterapevt emosional reaksiyalarını idarə etməkdə çətinlik çəkir. Psixoterpevtin bu halları anlaması, qiymətləndirmə və ələ almaq bacarıqları terapevtik alyansa, terapiyanın gedişatına və keyfiyyətinə təsir göstərir.

📢 Bu məsələləri nəzərə alaraq Bakı Psixologiya Mərkəzində “Psixoterapiya və konsultasiyada çətin keyslərlə iş: müqavimət, susqunluq və müdafiə mexanizmləri” adlı master-klas keçiriləcək. Uzman psixoloq, psixoterapevt Nərmin Osmanlının master-klasında real hallara əsaslanan təhlillər və praktik müdaxilə nümunələrinin müzakirəsi nəzərdə tutulub.

Bu master-klasda kimlər iştirak edə bilər?
🔸 4-cü kurs və magistr tələbələri
🔸 Psixologiya fakültəsinin məzunları
🔸 Praktik psixoloq və psixoterapevtlər

📍 12 nəfərlik qrup üçün keçiriləcək master-klasda yerlər məhduddur!
👩🏻‍🎓Tələbələr üçün iştirak ödənişsizdir!

📜 Master-klasdan sonra bütün iştirakçılar sertifikatla təmin olunacaqlar.

⏰ Son qeydiyyat tarixi: 23 fevral
📅 Keçirilmə tarixi: 28 fevral
⏰ Saat 11:00
📍 Bakı Psixologiya Mərkəzi
📲 +994 10 234 18 23 (WhatsApp)

Javad Javadov, 5 ildən çoxdur, psixoterapevt kimi fəaliyyət göstərir, 3 ildən artıq pedaqoji və akademik tərcübəsi var. ...
16/02/2026

Javad Javadov, 5 ildən çoxdur, psixoterapevt kimi fəaliyyət göstərir, 3 ildən artıq pedaqoji və akademik tərcübəsi var. Çoxsaylı yerli və beynəlxalq layihələrdə iştirak edib, elmi konfranslarda məruzəçi kimi çıxış edib. Koqnitiv davranış sistem analizi psixoterapiyası (CBASP) ilə bağlı kursu tamamlayan ilk azərbaycanlı psixoterapevtdir.

🔶 Təhsili
🔹 Bakı Dövlət Universiteti, Psixologiya ixtisası (Bakalavr)
🔹 Türkiyənin Üsküdar Universiteti, Neyroelm əsaslı neyromarketinq ixtisası (Magistratura)

🔶 Təlim, proqram və kurslar
🔹 “Koqnitiv davranış sistem analizi psixoterapiyası” kursu - “CBASP United Kingdom” və Koqnitiv Davranış Psixoterapiya Dərnəyi
🔹 “EMDR terapiyası” kursu – “EMDR Europe” akkreditasiyalı “EnstitüAY” EMDR və Psixologiya İnstitutu
🔹”Mindfullness” kursu – Türkiyədə “Mindful Schools” İnstitutu
🔹”Klinik Psixologiya” staj proqramı, “Motivasiyaedici müsahibə texnikaları” kursu - Türkiyədə “Moodist” Neyrologiya və Psixatriya Xəstəxanası
🔹”Psixologiyada tədqiqat metodları’’, “Depressiv və bipolyar pozuntular”, “Travma və depressiv pozuntular” - Amerika Psixoloqlar Assosiasiyası
🔹”Şəxslərarası psixoterapiya” kursu - Toronto Universiteti

🔶 Terapiya yanaşmaları
🔹 Koqnitiv davranış terapiyası (CBT)
🔹 EMDR terapiyası
🔹 CBASP
🔹 Ailə və cütlüklər üçün terapiya

🔶 Fəaliyyət istiqamətləri
🔹 Depressiv və əlaqəli pozuntular
🔹Travma və əlaqəli pozuntular
🔹Bipolyar və əlaqəli pozuntular
🔹Təşviş pozuntuları
🔹Maddə və asılılıq pozuntuları
🔹Davranış asılılığı pozuntuları
🔹Psixoz və əlaqəli pozuntular
🔹Cinsi disfunksiyalar
🔹Qidalanma davranışı pozuntusu
🔹Şəxsiyyət pozuntuları
🔹Obsessiv kompulsiv pozuntu
🔹İntihar və özünə zərərvermə davranışları
🔹İmtahan həyəcanı
🔹Spesifik narahatlıqlarla bağlı qrup terapiyası, “workshop” çalışmaları
🔹Korporativ mühitdə psixoloji dəstək

🔶 Tətbiq etdiyi test və şkalalar
🔹 MOXO diqqət testi
🔹 WISC-R zəka testi
🔹 “Beck” depressiya şkalası
🔹 “Cütlüklərin harmoniyası” testi
🔹 “Beck” intihar şkalası
🔹 “Yale-Brown” obsessiv kompulsiv pozuntu şkalası
🔹AGTE inkişaf dəyərləndirməsi testi
🔹GÖBDE autizm dəyərləndirmə testi

💕 Sevgi özünü anlamaq, daxili harmoniyanı tapmaq və psixoloji balansda qalmaqdır, çünki həqiqi sevgi insanın əvvəlcə öz ...
03/02/2026

💕 Sevgi özünü anlamaq, daxili harmoniyanı tapmaq və psixoloji balansda qalmaqdır, çünki həqiqi sevgi insanın əvvəlcə öz ruhu ilə barışmasından başlayır. 💫

🫶🏻 Bakı Psixologiya Mərkəzi olaraq ruhunuza toxunacaq sevgi dolu müsabiqə elan edirik!

100 AZN-lik hədiyyə kartı qazanmaq üçün şərtlər çox sadədir:
❤️ Səhifəmizi izlə
❤️ Rəy bölməsində bir dostunu işarələ
❤️ Bu postu öz səhifəndə hekayə olaraq paylaş

⏰ Nəticələr elan ediləcək:
✅ 13 fevral
🕐 Saat 13:00

🤳🏻 3 qalib olacaq və onların seçimi “Instagram” səhifəmizdə CANLI YAYIMDA baş tutacaq!

✨ Özünə və ya sevdiyin bir şəxsə psixoloji dəyər bəxş et!

👨🏻‍🎓 Abituriyentsən, amma saatlarla oxuduqların yadında qalmır? 📖 Dərslə məşğul olarkən diqqətin tez dağılır?🧠 “Diqqət v...
21/01/2026

👨🏻‍🎓 Abituriyentsən, amma saatlarla oxuduqların yadında qalmır? 📖 Dərslə məşğul olarkən diqqətin tez dağılır?

🧠 “Diqqət və yaddaş: Beynin gizli gücü” adlı təlim məhz sənin üçündür.

Təlimin sonunda öyrənəcəksən:
✅ Diqqəti toplamağın üsulları
✅ Məlumatı yadda saxlamaq üçün effektiv metodlar
✅ İmtahan həyəcanının yaddaşa təsirini azaltmağın yolları

📅 7 fevral
⏰ 11:00
📍 Dərs Evi Tədris Mərkəzi

🔔 Uzman psixoloq və psixoterapevt Nilufər Xanəlizadənin təlimində iştirak etmək üçün sən də qeydiyyatdan keç.

✨ Psixoloq karyeranızı mentor dəstəyi ilə qurun!Bakı Psixologiya Mərkəzinin mentorluq proqramında sizi nə gözləyir?🔹 Həf...
13/01/2026

✨ Psixoloq karyeranızı mentor dəstəyi ilə qurun!

Bakı Psixologiya Mərkəzinin mentorluq proqramında sizi nə gözləyir?
🔹 Həftədə 1 dəfə, 1 saatlıq seans
🔹 Peşəkar mentorlarla fərdi inkişaf planı
🔹 Aylıq ödənişsiz master-klas və qrup fəaliyyəti

3 aylıq proqrama qoşulmaqla
💡 Hədəflərinizi sistemli şəkildə müəyyən edin;
💡 Biliklərinizi artırın;
💡 Real təcrübədən öyrənmə imkanı əldə edin.

📌 Psixoloq kimi istiqamətinizi müəyyənləşdirmək üçün doğru addımı indi atın!

👉 Ətraflı məlumat əldə etmək, qeydiyyatdan keçmək üçün bizə yazın və ya zəng edin.
📲 +994 10 234 18 23 (WhatsApp)

🎨 “Rənglə, sevinc yarat” master-klası yenidən baş tutdu. 💚👩‍🎨 Çoxsaylı müraciətləri nəzərə alaraq dekabrın 28-də Bakı Ps...
29/12/2025

🎨 “Rənglə, sevinc yarat” master-klası yenidən baş tutdu. 💚

👩‍🎨 Çoxsaylı müraciətləri nəzərə alaraq dekabrın 28-də Bakı Psixologiya Mərkəzində 5-10 yaşlı uşaqlar üçün “Rənglə, sevinc yarat” master-klasını təşkil etdik.

✨ Psixoloq müşayiəti ilə keçirilən master-klas zamanı uşaqlar eko çanta üzərindəki Yeni ilə özəl rəsmləri boyadılar. Bu proses hər uşağın emosional baxımdan özünü ifadə etməsinə, ünsiyyət bacarıqlarının inkişafına şərait yaratdı.

✨ Master-klas bitdikdən sonra psixoloqun verdiyi rəylərə əsasən, valideynlər uşaqların fərdi davranış xüsusiyyətlərini daha yaxşı anlamaq fürsəti əldə etdilər.

💫 Siz də bu cür unikal təcrübə nəticəsində övladınızın daxili aləminə yaxından bələd olmaq istəyirsinizsə, yanvarda keçiriləcək növbəti master-klasımız üçün indidən qeydiyyatdan keçməyə tələsin!

👉 Qeydiyyat üçün bizə yazın və ya zəng edin.
📲 +994 10 234 18 23 (WhatsApp)

“Azərbaycan Uşaqları” İctimai Birliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Yeni reallıqlar, ye...
26/12/2025

“Azərbaycan Uşaqları” İctimai Birliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda ictimai müzakirə təşkil olunub.

Tədbirdə Milli Məclisin üzvləri, Elm və Təhsil Nazirliyinin, Regional İnkişaf İctimai Birliyinin, QHT-lərin nümayəndələri ilə yanaşı, Bakı Psixologiya Mərkəzinin layihə rəhbəri və uzman psixoloqu Nərmin Osmanlı da iştirak edib.

Üçüncü panel müzakirədə deputat Ceyhun Məmmədov və uzman psixoloq Nərmin Osmanlı “Ekran arxasındakı təhlükələr: rəqəmsal mühitdə uşaqların psixososial riskləri” mövzusunda çıxış ediblər.

Nərmin Osmanlı psixososial baxımdan təhlükəsiz mühitin yaradılmasının vacibliyini vurğulayıb. Bildirib ki, təhlükəli oyunlar uşaqları real mühitdən uzaqlaşdırır və onlarda zorakılığa meyli artırır.

Address

Mikayil Useynov 63
Baku
1003

Alerts

Be the first to know and let us send you an email when Bakı Psixologiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category