
11/09/2023
Bütün dünyada piylənməni zəif gedişli (asta gedişli) ölüm adlandırırlar.Piylənmə bir gündə yaranmır, biz çəki alanda yavaş-yavaş, tədricən alırıq. Eyni zamanda da daxili orqanların piylənməsi, zədələnməsi də eyni sürətlə gedir. Və günlərin bir günü pasiyent görür ki, artıq adi yol gedəndə tənginəfəslik yaranır, artıq yüksək təzyiq yaranıb, belə, oynaqlarda ağrılar var, ürəkdə, qaraciyərdə piylənmə, böyümə var, auaqlarda şişkinlik, ağrı, hələ qan göstəricilərini demirəm... Yəniki bütün orqanlar yavaş yavaş sıradan çıxır.. Bu gənc 35yaşlı, 143kq çəkili pasiyentimiz də 1il 7ay öncə ağır dərəcəli piylənmə ilə bizə müraciət etmişdi.