Səhiyyə Nazirliyi EImi-Tədqiqat Kardiologiya İnstitutu

Səhiyyə Nazirliyi EImi-Tədqiqat Kardiologiya İnstitutu Elmi-Tədqiqat Kardiologiya institutu
Ünvan: АZ1072, Bakı şəhəri, N.Nərimanov rayonu, Fətəli Xan Xoyski 101

30/04/2026
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan ol...
28/04/2026

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, İnstitutun baş həkimi Afiyəddin İsgəndərov, səhiyyə işçiləri, alimlər, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə ilk öncə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən video çarx izlənilib.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova giriş nitqi ilə çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərdən və onun zəngin mənəvi irsindən geniş bəhs edib. Qeyd edib ki, Zərifə Əliyeva öz yüksək peşəkarlığı, insanpərvərliyi və ziyalılığı ilə Azərbaycan qadınının ən parlaq simalarından biri kimi tarixdə xüsusi yer tutur.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilmiş, onun tədqiqatları oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir. Təşkilat sədri çıxışlarda vurğulayıb ki, Azərbaycan dövlətinin qadın siyasəti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında formalaşmış və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti isə qadınların cəmiyyət həyatındakı rolunun daha da gücləndirilməsinə xidmət edir.
Tədbir çərçivəsində İnstitutun həkim kardioloqu, ƏPT sədri Sultan Şahhüseynov və digər çıxış edənlər akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən danışıb, onun xatirəsini dərin ehtiramla yad ediblər.

28/04/2026
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri” qrupunun üzvlərinə serti...
27/04/2026

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri” qrupunun üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Gülnaz Dadaşova könüllü fəaliyyətinin sevindirici hal olduğunu bildirərək qeyd edib ki, könüllülük çərçivəsində yüzlərlə gənc bilik və bacarıqlarını artırmaq imkanı əldə edib. O, həmçinin vurğulayıb ki, institutda təşkil olunan müxtəlif təqdimatlar, maarifləndirici seminarlar və elmi çıxışlar könüllülərin peşəkar inkişafına mühüm töhfə verir.
Tədbir çərçivəsində könüllülər tərəfindən hazırlanmış təqdimatlar nümayiş olunub, onların fəaliyyəti və əldə etdikləri nailiyyətlər barədə məlumat verilib.
Çıxışının sonunda professor könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Tədbirin sonunda “ETKİ könüllüləri” qrupunun üzvlərinə sertifikatlar təqdim olunub.

Artıq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ürək ritm pozğunluqları üzrə ablasiya əməliyyatları, kar...
21/04/2026

Artıq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ürək ritm pozğunluqları üzrə ablasiya əməliyyatları, kardiostimulyator və implantasiya olunan kardioverter-defibrilyator (ICD) implantasiyası, həmçinin ürək damarları üzrə angioqrafiya və endovaskulyar müdaxilələr (balon angioplastika və stentləmə) tam ödənişsiz şəkildə vətəndaşların xidmətinə təqdim olunur.

Bakıda yerləşən Bona Dea Hospital-da “Bir Hüceyrə – Min Ümid: Azərbaycanda Regenerativ Təbabətin Yeni Dövrü” adlı elmi-p...
18/04/2026

Bakıda yerləşən Bona Dea Hospital-da “Bir Hüceyrə – Min Ümid: Azərbaycanda Regenerativ Təbabətin Yeni Dövrü” adlı elmi-praktik tədbir uğurla keçirilib. Regenerativ təbabətin aktual istiqamətlərinə həsr olunan bu platforma tibb ictimaiyyətinin nümayəndələrini bir araya gətirərək kök hüceyrə texnologiyalarının müasir tətbiqləri, gələcək perspektivləri və klinik praktikada rolu ətrafında geniş müzakirələrə şərait yaradıb.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova iştirak edərək çıxış edib və regenerativ təbabətin müasir səhiyyə sistemində artan əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, kök hüceyrə texnologiyalarının inkişafı yalnız müalicə yanaşmalarını dəyişmir, eyni zamanda fərdiləşdirilmiş tibbin formalaşmasına və xəstələrin həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
Tədbir çərçivəsində müxtəlif sahələr üzrə mütəxəssislərin çıxışları dinlənilib. Xüsusilə professor Erdal Karagöz regenerativ təbabət və kök hüceyrə sahəsində beynəlxalq səviyyədə tanınan alim kimi çıxış edib. O, kök hüceyrələrin klinik tətbiqləri, translasion tədqiqatlar və innovativ müalicə metodlarının inkişafı istiqamətində apardığı elmi işlər, eləcə də bu sahədə geniş akademik fəaliyyəti və beynəlxalq elmi nəşrlərdə dərc olunan tədqiqatları ilə tanınır.
Həmçinin Səhər İsmayılova laboratoriyadan klinik praktikaya keçid mövzusunda mühüm məqamları diqqətə çatdırıb, Rəşad Rəsulov isə kök hüceyrə müalicələrinin həm dünyada, həm də Azərbaycanda tətbiq sahələri barədə geniş məlumat verib.

Address

Fətəli Xan Xoyski 101
Baku
AZ1072

Alerts

Be the first to know and let us send you an email when Səhiyyə Nazirliyi EImi-Tədqiqat Kardiologiya İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Səhiyyə Nazirliyi EImi-Tədqiqat Kardiologiya İnstitutu:

Share

Category