Dr. Ağakişiyev Aqil

Dr. Ağakişiyev Aqil QASTROENTEROLOQ-HEPATOLOQ
İnvaziv Endoskop*st. ERCP Ankara şəhəri. Hacettepe Unversiteti. Patoloji , Gastroenteroloji.

Təhsil və İş təcrübəsi :

2003-2009- Azərbaycan Tibb Universiteti
2009-2010- Qastroenteroloji İxtisasartırma kursu
2005-2010- Dövlət və özəl xəstəxanada “Cərrahi və Terapeftik” yönümlü asistent (həkim köməkçisi) və Həkim
2008- Türkiyə. Bilim Dalında Staj
2010- “Yükseköğretim Kurulu Başkanlığı” Diploma Denglik Belgesi
2010-2013- Gaziantep Üniversitesi Şahinbey Araştırma ve Uygulama Hastanesi İç h

astalıkları Ana Bilim Dalı Gastroenteroloji-Hepatoloji Bilim Dalı Yan Dal Uzmanlık Eğitiminde Üst İxtisas
2013- “Medistyle Hospital”
2014-2019 –“Avrasiya Hospital”
2019-2021- “Ege Hsopital”da Baş Həkim
2021- “Olimp Hospital”da Direktor
2014-2021 - APASL üzvü
201-2021 - EASL üzvü

Gördüyü işlər :
-Endoskopi ve Kolonoskopi;
-Görüntüləmə və invaziv;

Özofagogastroduodenoskopi, Endoskopik biyopsi, Özofageal varis bant ligasyon müalicəsi, Sengstaken-Blakemore tube yerləşdirilməsi, Özofageal varis sklerozan müalicəsi, Non varis GIS qanama sklerozan müalicəsi, Heater probe, Endoskopik yad cisim çıxarılması, Endoskopik polipektomi, Endoskopik Argon Plazma Koagülasyon (APC), Endoskopik bəslənmə tüpü yerləştirilməsi (NJ-Nazojejunal, ND-Nazoduodenal, NG-Nazogastrik), Perkütan Endoskopik Gastrostomi (PEG), Perkütan Gastrojejunostomi, Gastrointestinal darlıkların müalicəsi- Darlıkların Buji dilatasyonu, Gastrointestinal Darlıkların Balon Dilatasyonu, Endoskopik Özofageal Endoprotez, Endoskopik Pilor Balon Dilatasyonu, Özofagus (Bujı ve Balon) Dilatasyonu, Endoskopik Mukozal Rezeksiyon (EMR), Endoskopik Submukozal Diseksiyon (ESD) Kolonoterminal ileoskopi, Kolonoskopik polipektomi, Kolonoskopik darlıkların endoskopik müalicəsi, Kolonanjiodisplazilerin endoskopik müalicəsi. Kolon EMR, Kolon ESD
ERCP –Endoskopik-Retrograd-Colonjio-Pankreatografi
EUS
-EndoUltra Sonografiya

Diaqnostika- “Öd yolları və Pankreas” xəstəliklərinin diaqnostikası
Müalicə- Endoskopik Papillotomi və ya Sfinkteroplasti, Endoskopik Biliyer ya da Pankreatik taş Ekstraksiyonu, Endoskopik Biliyer ya Pankreatik Endoprotez, Biliyer Litotripsi, Endoskopik Biliyer ya Pankreatik Darlık Dilatasyonu,

Qaraciyər Biyopsisi- USG ile dəyərləndirərək tru-cut biopsi
-Ambulator xəstələrin diaqnozu, müalicə və yönləndirilməsi;
-Qastroenteroloji; Özefaqus, mədə-bağırsaq xəstəliklərinin araşdırılması, müalicəsi və yönləndirilməsi
-Hepatoloji;
Virus hepatitləri- Hepatit B, Hepatit C, Hepatit D virusu, eyni zamanda Primer Biliyer Siroz, Primer Sklerozan Kolanjit, Vilson xəstəliyi, Hemokromatozis, Otoimmun Hepatitlər, Potal Ven Trombozu, Budd Chiari Sindromu, digər Qaraciyər, öd kisəsi və öd yolları xəstəliklərinin diaqnozu, müalicəsi və izlənməsi;
Siroz; Siroz xəstələrinin etiyolojisinin araşdırılması, müalicəsi və yönləndirilməsi. Pankreas (Mədəaltı vəz)
- Mədaltı vəzi xəstəliklərinin araşdırılması, müalicəsi və yönləndirilməsi
-İnflamatuar bağırsaq xəstəlikləri;
-Crohn xəstəliyi. Ülseratif Kolit xəstəliyi
-Stasyanar - Yatan xəstələrin müalicə və izlənməsi
Mükafatlar
-Çox saylı beynəlxalq elmi konfranslarda iştirak ilə bağlı sertifikatlar. Elmi fəaliyyətlər
-Elmi məqalələri: 20-dən çox:

Çoxsaylı xarici elmi konfranslarda və jurnallarda çap olunmuş elmi afişa və məqalələr .
• Hepatosteatozda Anti-HBc Seropozitifligi ile Hiperleptinemi Birlikteliği
• Naiv Kronik Hepatit B hastalarında Lamivudin tedavisinin etkinliği
• Karaciğer Transpalntasyonu ; Gaziantep Tıp Fakultesi Tecrübesi
• Karaciğer Transplantasyonu sonrası immunsupressif tedaviye sekonder yan etkiler
• Kronik Hepatit B hastalarının tedavisinde Telepravir ve Telbivudin karşılaştırılması
• ERCP findings of patients with benign and malignant biliary strictures
• Mean platelet volume as a new fibrosis indicator in Chronic Hepatitis B
• Pituitary failure and secondary adrenal insufficiency presenting with hyponatremia during treatment of a patient with chronic hepat
• Üst GİS endoskop*sinde ektopik pankreasın görülme oranı
• Crohn hastalığı; Demografik ve klinik özellikleri
• Nadir bir endoskopi bulgusu: Ardışık pilor
• Gastrik poliplerin çeşit ve sıklığı: Gaziantep Bölgesi
• Perkutan Endoskopik Gastrostomi (PEG) Uygulamalarımız
• GİS darlıkların endoskopik tedavisinde demografik özellikler
• Akalazya tedavisinde pnömatik balon dilatasyonunun etkinliği
• Farklı amaçlarla yapılan üst GİS endoskop*sinde ektopik pankreas görülme oranı
• Helikobakteri pilori
• Kolonoskopi işlemi sırasında batına bası ve pozisyon değişmesi rutin bir uygulama mıdır?
• Kolon temizliğinde farklı gün ve aynı gün kolon temizliği yapılmasının karşılaştırılması
• Blue rubre bleb sendromu
• Kriptojenik Karaciğer Hastalıklarında Çölyak Hastalığı etiyoloji faktör ola bilir mi?

Qıcıqlanmış Bağırsaq Sindromu (IBS) bağırsaqların funksional pozuntusu və həyat keyfiyyətini aşağı sala bilər.💡 Ən çox r...
02/04/2026

Qıcıqlanmış Bağırsaq Sindromu (IBS) bağırsaqların funksional pozuntusu və həyat keyfiyyətini aşağı sala bilər.

💡 Ən çox rast gəlinən simptomlar:
- Qarın ağrısı və sancı;
- Şişkinlik, qaz;
- Qəbizlik və ya ishal (bəzən növbəli);
- Yüngül yorğunluq və narahatlıq.

IBS ciddi orqan zədəsi yaratmasa da, gündəlik fəaliyyəti və psixoloji vəziyyətə təsir edir.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskop*st Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

✅Xərçəng növlərinin bir çoxu erkən aşkar edilərsə, 90% hallarda tam müalicə olunur.Bu gündən başlayan xərçənglə mübarizə...
01/04/2026

✅Xərçəng növlərinin bir çoxu erkən aşkar edilərsə, 90% hallarda tam müalicə olunur.
Bu gündən başlayan xərçənglə mübarizə həftəsi bizə qorxmamağı öyrədir.

Unutmayın, kiçik bir müayinə böyük bir həyatı xilas edə bilər.

30/03/2026

30/03/2026

👉56 yaşlı qadın pasiyent ciddi köp, həzm pozuntusu və ağız qoxusu şikayətləri ilə müraciət edib. Pasiyent həmçinin əsasən epiqastral nahiyədə yaranan və kürəyə doğru yayılan ağrılardan şikayətlənirdi.
Şikayətlərin səbəbini dəqiqləşdirmək üçün endoskopiya müayinəsi aparıldı. Müayinə zamanı mədə və onikibarmaq bağırsaqda 1 sm-dən böyük çoxsaylı xoralar, həmçinin nodulyar (düyünlü) qastrit aşkar olundu. Qastroezofagial reflüks sahəsi və qida borusunun alt hissəsi də yoxlanıldı və bu bölgədə də patoloji dəyişikliklər müşahidə edildi.
Belə hallarda xoraların yaranmasında Helicobacter pylori infeksiyasının rolu yüksək olduğuna görə, diaqnozu dəqiqləşdirmək məqsədilə onikibarmaq bağırsaqdan yaxma götürüldü.
Dəqiq diaqnoz qoyulduqdan sonra uyğun müalicə planı hazırlanır və xoraların aradan qaldırılması üçün müvafiq terapiya tətbiq olunur. Erkən diaqnostika və düzgün müalicə həzm sistemi xəstəliklərinin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskop*st Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

👉Ağızdan p*s qoxu gəlməsi (halitoz) çox vaxt diş və ağız boşluğu problemləri ilə əlaqələndirilir. Lakin bəzi hallarda sə...
27/03/2026

👉Ağızdan p*s qoxu gəlməsi (halitoz) çox vaxt diş və ağız boşluğu problemləri ilə əlaqələndirilir. Lakin bəzi hallarda səbəb daha dərindədir. Əgər ağız qoxusu uzunmüddətlidirsə və gigiyenik tədbirlərə baxmayaraq aradan qalxmırsa, problemin mənbəyini həzm sistemində axtarmaq lazımdır.

Həzm sistemi ilə əlaqəli mümkün səbəblər:
· Qastroezofageal reflüks xəstəliyi. Mədə möhtəviyyatının qida borusuna geri qayıtması turş dad və xoşagəlməz qoxuya səbəb ola bilər.
· Helikobakter pilori infeksiyası. Mədədə xroniki iltihab və turşuluq pozuntusu yarada bilər.
· Qastrit və mədə xorası. Həzm prosesinin pozulması və qaz əmələ gəlməsi ağız qoxusuna səbəb ola bilər.
· Bağırsaq mikroflorasının pozulması. Köp, qaz və həzm problemləri ilə birlikdə müşahidə oluna bilər.

Əgər özünüzdə ağız qoxusunun qıcqırma, şişkinlik, qarın ağrısı kimi əlamətlərlə müşahidə olunduğunu görürsünüzsə, ac qalanda və ya gecə saaatlarında narahatlıq hiss edirsinizsə, mütləq həkimə müraciət edin. Müntəzəm davam edən ağız qoxusu ancaq estetik problem deyil, bəzən həzm sistemi xəstəliklərinin siqnalı ola bilər.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskop*st Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

25/03/2026

👉40 yaşlı qadın pasiyentimiz abdominal ağrı şikayətləri ilə müraciət edib. Aparılan USM və laborator analizlər normal olsa da, sağ kalça çuxurunda davamlı ağrılar müşahidə olunduğu üçün Kron xəstəliyi şübhəsi yarandı və kolonoskopiya qərara alındı.
Müayinə zamanı incə bağırsaqda ciddi xoralar aşkar edildi və Kron xəstəliyi diaqnozu təsdiqləndi. Pasiyent üçün uzunmüddətli immunsupressiv və xora əleyhinə müalicə planlaşdırılır. Biopsiya nümunəsi götürülüb, histoloji nəticələrə əsasən müalicə təyin ediləcək.
Növbəti müayinə 3 ay sonra keçiriləcək, xəstəliyin remissiya vəziyyətinə çatacağı gözlənilir.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskop*st Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

👉Qəbizlikdən qorunmaq və bağırsaq hərəkətlərini normallaşdırmaq üçün düzgün qidalanma əsas rol oynayır.Qida tövsiyələri:...
23/03/2026

👉Qəbizlikdən qorunmaq və bağırsaq hərəkətlərini normallaşdırmaq üçün düzgün qidalanma əsas rol oynayır.

Qida tövsiyələri:
· Lifli qidalar. Məsələn, tərəvəzlər, meyvələr, tam taxıllar, paxlalılar.
· Probiyotik qidalar. Yoqurt, kefir və fermentləşdiriımiş tərəvəzlər.
· Yağlı qidalar. Zeytun yağı, avokado və balıq yağı.

Bunlardan əlavə, çoxlu maye qəbul edin. Gün ərzində 1.5-2 litr su için. Şəkərli və rafinə olunmuş qidaları (ağ çörək, konfet və sürətli karbihidratları) məhdudlaşdırın və fiziki aktiv olun. Amma unutmayın ki, uzunmüddətli qəbizlik zamanı pəhriz kifayət etməyə bilər və həkimə müraciət etmək vacibdir.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskop*st Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

20/03/2026
18/03/2026

👉Xoledox (ümumi öd axacağı) qaraciyərdən və öd kisəsindən gələn ödün onikibarmaq bağırsağa daşınmasını təmin edən əsas kanaldır. Bu kanalın daralması öd axınını əngəlləməklə sarılıq, qarın nahiyəsində narahatlıq və öd yolu infeksiyaslarına gətirib çıxara bilər.
Belə hallarda ERCP proseduru vasitəsilə öd kanalına plastik stent yerləşdirilir. Bu zaman ERCP həm diaqnostika, həm də müalicə məqsədilə istifadə edilir.

Prosedur necə aparılır:
• Xəstə sedasiya altına yerləşdirilir və endoskop vasitəsilə mədə və onikibarmaq bağırsağa daxil olunur;
• Darlığın yerini görmək üçün öd kanalına xüsusi kontrast maddə yeridilir və rentgen çəkilir;
• Darlığın yeri müəyyən ediləndən sonra həmin hissəyə plastik stent yerləşdirilir.

Müalicə tədbirləri nəticəsində öd axını bərpa olunur, növbəti bir neçə gün ərzində xəstə özünü daha yaxşı hiss etməyə başlayır. Bütün simptomlar geriləməyə başlayır. Öd yollarına stent qoyulması minimal invaziv və təhlükəsiz prosedurdur.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskop*st Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

👉Gənc ailələrin pediatra müraciət etməsinin əsas səbəblərindən biri də bağırsaq infeksiyalarıdır. Çünki 5 yaşına kimi uş...
16/03/2026

👉Gənc ailələrin pediatra müraciət etməsinin əsas səbəblərindən biri də bağırsaq infeksiyalarıdır. Çünki 5 yaşına kimi uşaqların immuniteti hələ formalaşmadığına görə onlar infeksiyalara qarşı xüsusilə həssasdırlar.
Uşaqlarda bağırsaq infeksiyaları kəskin formada keçir, mədəni, qalın və yoğun bağırsağı zədələyir. Ən ağır hallarda qastroenterit inkişaf edə bilər.

Simptomları:
· Ürəkbulanma və çoxsaylı qusma halları;
· Diareya;
· Qarın nahiyəsində ağrı;
· Temperaturun yüksəlməsi;
· Zəiflik, halsızlıq və iştahasızlıq;
· Susuzluq əlamətləri (dodaqların quruması, nadir hallarda sidiyə çıxma, ağlayarkən göz yaşının gəlməməsi).

Temperaturun çox yüksək olması və dərmanlarla belə düşməməsi, qanlı ishal və qusma, uzunmüddət sidiyə çıxmama kimi simptomlar təhlükəli hesab edilir və təcili tədbir görülməlidir.
Uşaqlar infeksiyaya fərqli yollarla yoluxa bilərlər. Məsələn, çirkli əllər və ya oyuncaqlar, yuyulmamış meyvələr və tərəvəzlər, qaynadılmamış su.

Bunun baş verməməsi üçün uşaqlara diqqətlə yanaşmalı, onları qorumalıyıq. Yox, əgər infeksiyaya yoluxma artıq baş veribsə, bu zaman vaxt itirmədən həkimə mürəciət etmək lazımdır.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskop*st Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

👉Mədə şirəsi mədənin hüceyrələri tərəfindən ifraz olunan və həzm prosesində iştirak edən maddələrin qarışığıdır. Turşu b...
13/03/2026

👉Mədə şirəsi mədənin hüceyrələri tərəfindən ifraz olunan və həzm prosesində iştirak edən maddələrin qarışığıdır. Turşu bu maddələrdən biridir. O, antibakterial təsirə malikdir, əsas funksiyası zülalları parçalamaq, yeməyin bağırsağa keçməsinə və xeyirli mikroelementlərin daha yaxşı mənimsənilməsinə yardımçı olmaqdır.

Onun turşuluğunun artması bir neçə amildən asılıdır:
· Qida rejiminin pozulması. Uzun fasilərlə yemək, tünd çay, kofe spirtli içkilər, qızardılmış və yağlı yeməklər, eləcə də fastfudu həddən çox qəbul etmək. Mümtəzəm quru yemək, çox yemək, tez-tez yemək də bura aiddir.
· Uzun müddət dərman qəbul etmək. Dərman preparatları mədə divarını zədələyə bilər.
· Xroniki stres. Davamlı gərgin və narahat vəziyyətlər də mədə yanması və diskomforta səbəb ola bilər. Bu hallar həmçinin mədə şirəsinin sekresiyasını da artırır, iştahın azalması isə, qeyd etdiyimiz kimi, qida rejiminin pozulmasına gətirib çıxarır.
· Siqaret çəkmək və alkoqol qəbul etmək.
· Mədə-bağırsaq traktı orqanlarının patologiyaları. Qastrit, mədə xorası, qastroezofageal reflüks və həzm sistemi şişləri.

Əlamətləri arasında ağızda turş tam ilə gəyirmə, mədənin dolu olduğu hissi, mədədə, sinədə yanma hissi, qarının üst hissəsində ağrı, ishalın bərk olması və ya diareya, eləcə də qazları göstərmək olar.

Bu əlamətləri özünüzdə müşahidə etmisinizsə, dərhal həkimə müraciət etməlisiniz. Analizlərin nəticəsi mədə turşuluğunun artdığını təsdiqləyərsə, dərhal müalicəyə başlamaq lazımdır.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskop*st Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

Address

Avropa Beynəlxalq Hospital
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994552605959

Alerts

Be the first to know and let us send you an email when Dr. Ağakişiyev Aqil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Ağakişiyev Aqil:

Share