06/05/2016
QIL DÖNMƏSI
NƏDIR?
Xalq arasında qıl (tük) dönməsi
olaraq adlandırılan pilonidal
sinus ümumiyyətlə quyruq
hissəsində görülən bir və ya
bir neçə ədəd dəridə açılmış
dəlik , iltihab , şişlik və ya Apse
şəklində özünü göstərən bir
xəstəlikdir. Son illərdə tez-tez
görülən bu narahatlıq
insanların həyat keyfiyyətini
pozması , müalicəyə
baxmayaraq təkrarlanma
ehtimalı olması səbəbi ilə
xəstələrin qorxulu yuxusu
halına gəlməkdədir.
Pilonidal sinus büzdüm bölgəsi
xaricində qasıq bölgəsində ,
qoltuq altlarında və göbəkdə
də görülə bilər. Ən çox olaraq
16 – 40 yaş insanlar arasında
rast gəlinilir. Kişilərdə daha çox
olan bir xəstəlikdir.
Xəstəliyin səbəbi iki omba
arasında qalan intergluteal
sulkus deyilən çuxur (novça)
şəklindəki bölgəyə kürək və
başdan tökülən tüklərin , bu
büzməli bölgədə sürtünmə
nəticəsində çuxurun (novun)
ən dibindəki tər vəzi
dəliklərində sanki bir sap kimi
dönərək dəri altı bölgəyə
girməsi , bu bölgədə ağac
kökü kimi labirintlər meydana
gətirməsidir. Bu dəliklərdən
içəriyə girən bakteriyalar
burada iltahap, irinli və ya
qanlı , murdar qoxulu axıntılar
meydana gətirir. Əgər üstdəki
dəlik tutularsa iltahab çölə
axmaz və apse meydana gələr.
PILONIDAL SINUS
SIMPTOMLARI
NƏLƏRDIR?
Quyruq hissəsindəki
qıl dönməsi ümumiyyətlə
infeksiya olana qədər özünü
çox bildirməz. Bu xəstələrdə
quyruq hissəsində ağrılı şişlik ,
otura bilməmək , yeriyə
bilməmək kimi şikayətlərlə
həkimə gedən bir gənc
yeniyetmələrdə , burada apse
müəyyən olunması və bu
apsenin açılaraq
xaric (drained) edilməsi ilə
başlayır. Apsenin xaric
(drained) edilməsi təcili
müalicə tələb edən hallarda
tətbiq edilir. Əgər xəstə
əməliyyat olmaz isə bu
bölgədə zaman zaman axıntı
olması xaricində
şikayət olmadan bir müddət
həyatını davam etdirə bilər.
Ancaq bir neçə həftə və ya ay
sonra yenə eyni
hal təkrarlanacaq. Hər apse
təkrarında isə ağac kökü
şəklindəki sinuslar daha irəliyə
gedərək xəstəlik daha da
inkişaf edəcək.
Müayinə zamanı bu bölgədə
dəlik açıqlığı iynə ucundan
kibrit çöpü diametrinə qədər
dəyişə bilər.Bir və ya bir neçə
dəlik müəyyən oluna bilər , bu
dəliklərdən açıq rəng axıntı ,
iltahab , zaman zaman qıl
gəldiyi görülə bilər. Yenə bu
bölgədə qızartı , şişlik , ağrı
daha çox
rastlanan şikayətlərdəndir.
PILONIDAL SINUS
NECƏ MÜALICƏ
EDILƏR?
Pilonidal apsenin müalicəsi: Qıl
dönməsi apsesi təcili müalicə
tələb edən bir vəziyyətdir .
Çünki xəstə ağrılıdır ,
oturmaqda və
yeriməkdə çətinlik
çəkməkdədir. Apse müalicəsi
ümumiyyətlə əgər apse çox
böyük deyil isə lokal anesteziya
ilə həyata keçirilir.
Apse,anesteziya tətbiq
olunduqdan sonra inyeksiya
ilə boşaldılır, içi təmizlənib
yuyulur , antibiotikli
pomadlarla bağlanır. Tez-tez
təkrarlanan pansumanlarla
infeksiya keçirilir. Bu əsnada
apse ətrafındakı ətlərin da
təraş edilməsi,təmizlənməsi
lazımlıdır.
Pilonidal sinus müalicəsi sinus
traktuslarına yəni dəri altında
olan ağac kökü şəklində
yerləşmiş ət yuvalarına
istiqamətli olaraq həyata
keçirilir. Bu məqsədlə fenol
inyeksiyası , sinus traktusunun
kəsilib açıq buraxılması ,
qismən çıxarma , total çıxarma
və primer bağlama və ya açıq
buraxma (marsupializasiya) ,
dəyişik flap çevirmə deyilən
toxuma sürüşdürmə üsulları
tətbiq olunmaqdadır.
Bədənin digər bölgələrində
görülən qıl dönmələri büzdüm
qədər olmasa da xəstələri
narahat edir. Xüsusilə
qadınlarda qasıq və pərinə
bölgəsində görülən kiçik apse
şəklində özünü göstərən və bir
cür yaxşılaşmayan mərkəzlər
meydana gələ bilər. Bu
halların çox böyümədən
müalicə edilməsi irəlidəki daha
böyük problem və
əməliyyatların qarşısını
alacaqdır .
Göbək bölgəsində olan qıl
dönməsi özünü ümumiyyətlə
axıntı və p*s qoxu ilə müəyyən
edir. Bu bölgədəki iltihabı və
sinusların da daha çox inkişaf
etmədən müalicə edilməsi
lazımdır.
Qıl dönməsi ən yaxşı
aparılmış bir əməliyyatdan
sonra belə təkrarlanma
ehtimalı olan bir xəstəlikdir.
Busəbəblə xəstələrin
əməliyyatdan əvvəl yaxşı
qiymətləndirilməsi , uyğun
əməliyyatın seçilərək , titizliklə
edilməsi qədər , əməliyyatdan
sonra xəstənin həkiminin
məsləhətlərinə daha ciddi
yanaşması da əhəmiyyətlidir.
Əməliyyatdan sonra erkən
dövrədə yaranın yaxşı
qorunub baxılması , uzun
dövrdə isə o bölgənin
gigiyenasına diqqət edilməsi
lazımlıdır. Əməliyyatdan
sonrakı dövrdə ən az iki il
müddət ilə o bölgə təraş
edilməli və ya tük tökücü
dərmanlarla təmizlənməlidir.