23/12/2025
🧠 Epilepsiyaya qarşı uğurlu cərrahi müdaxilə
4 yaşlı Tunar balamız 2 yaşından etibarən hər gün 5–10 dəfə təkrarlanan, dərman müalicəsinə rezistent epileptik tutmalar səbəbilə mərkəzimizə müraciət etmişdir. Aparılan ətraflı klinik və radioloji müayinələr nəticəsində cərrahi müalicə qərarı verilmişdir.
🔬 Preoperativ və postoperativ MRT görüntülərində epileptogen ocağın uğurla xaric edildiyi müşahidə olunur.
✅ Əməliyyatdan sonra xəstədə heç bir epileptik tutma qeydə alınmamış, klinik vəziyyəti stabildir. Əldə olunan nəticə vaxtında və düzgün seçilmiş cərrahi yanaşmanın effektivliyini bir daha təsdiqləyir.