ATU Tədris Cərrahiyyə Klinikası

ATU Tədris Cərrahiyyə Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası

▪️ ATU-nun Tədris Cərrahiyyə Klinikasının Ağız və üz -çənə cərrahiyyəsi şobəsinin peşəkar və təcrübəli həkim heyəti ilə ...
22/04/2026

▪️ ATU-nun Tədris Cərrahiyyə Klinikasının Ağız və üz -çənə cərrahiyyəsi şobəsinin peşəkar və təcrübəli həkim heyəti ilə tanış olun!

✅ Sizin sağlamlığınız bizim üçün önəmlidir! 👩‍⚕️👨‍⚕️

🏥 Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə KlinikasıSağlamlıq gözləməz — biz də gözləmirik.24/7 xidmətinizdəyik...
21/04/2026

🏥 Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası

Sağlamlıq gözləməz — biz də gözləmirik.
24/7 xidmətinizdəyik.

Təcili və planlı tibbi yardıma ehtiyacınız olduqda peşəkar komandamız hər zaman yanınızdadır. Müasir avadanlıq və yüksək ixtisaslı həkim heyəti ilə sağlamlığınızı etibarlı əllərə həvalə edin.

📌TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİ ilə İcbari Tibbi Sığorta tərəfindən ödənilən rahat və keyfiyyətli xidmət!

📍 Ünvan: Mirqasımov küç., 1004-cü məhəllə, Bakı, Azərbaycan
📞 Əlaqə: (+994 51) 923 09 23

📞 Digər nömrələr:
(+994 12) 449 82 54
(+994 12) 440 01 26

📧 info@atu-tck.edu.az

✨ Sağlamlığınız bizim prioritetimizdir!

▪️Tədris Cərrahiyyə Klinikasında mürəkkəb uroloji əməliyyat uğurla icra olunub ATU-nun Tədris Cərrahiyyə Klinikasında mü...
18/04/2026

▪️Tədris Cərrahiyyə Klinikasında mürəkkəb uroloji əməliyyat uğurla icra olunub

ATU-nun Tədris Cərrahiyyə Klinikasında mürəkkəb uroloji problem yaşayan pasiyent üzərində uğurlu cərrahi əməliyyat həyata keçirilib.
Belə ki, pasiyent klinikaya total erektil disfunksiya, uretranın daralması və p***sdə əyrilik (kurvatura) şikayətləri ilə müraciət edib. Aparılan müayinələr zamanı məlum olub ki, bu vəziyyət çanaq nahiyəsindən aldığı güllə yarası və sonrakı cərrahi müdaxilələrdən sonra yaranmış ağır fəsadlarla bağlıdır.
Əməliyyat ATU-nun Urologiya kafedrasının professoru, Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin təcrübəli cərrahı İlham Əhmədov tərəfindən icra olunub. Cərrahi müdaxilə zamanı p***sin korreksiyası, uretranın bərpası (*uretrotamiya) və üçkomponentli p***s protezinin implantasiyası həyata keçirilib.
Mütəxəssislərin sözlərinə görə, bu tip əməliyyatlar yüksək peşəkarlıq və dəqiqlik tələb edən mürəkkəb cərrahi müdaxilələr hesab olunur. İcra edilən əməliyyat nəticəsində pasiyentin həm anatomik, həm də funksional problemlərinin aradan qaldırılması mümkün olub.
Hazırda pasiyentin vəziyyəti yaxşı qiymətləndirilir və onun reabilitasiya prosesi davam edir.

▪️ATU-nun Tədris Cərrahiyyə Klinikasının Qan Bankı klinikada müalicə və əməliyyat olunan xəstələrin qan və qan komponent...
17/04/2026

▪️ATU-nun Tədris Cərrahiyyə Klinikasının Qan Bankı klinikada müalicə və əməliyyat olunan xəstələrin qan və qan komponentlərinə olan tələbatının qarşılanmasını təmin edir

Qan Bankının müdiri, həkim-hematoloq Sevda Quliyeva bildirib ki, qurumun əsas fəaliyyəti eritrosit kütləsi, təzə dondurulmuş plazma və trombosit kütləsinin hazırlanması, həmçinin onların təhlükəsiz şəraitdə saxlanılmasından ibarətdir. Onun sözlərinə görə, Qan Bankı həftənin 7 günü, günün 24 saatı fasiləsiz fəaliyyət göstərir və burada donor müayinə, laboratoriya, qanalma bölmələri, eləcə də depo mövcuddur.

“Əsas iş prinsipimiz planlaşdırılmış əməliyyatlar üçün lazım olan qan və komponentləri əvvəlcədən hazırlamaq, klinikada müalicə alan xəstələrin ehtiyacını qarşılamaq və təcili hallarda operativ şəkildə qan təminatını təşkil etməkdir. Donorlarımız əsasən xəstələrin yaxınları və könüllülərdir”, – deyə S.Quliyeva qeyd edib.

Bildirilib ki, donor olmaq istəyən şəxslər əvvəlcə həkim müayinəsindən keçir, daha sonra laborator analiz üçün qan nümunəsi götürülür. Müayinələrdən uğurla keçən şəxslər qanalma prosesinə cəlb olunur.

S.Quliyeva donor olmağın faydalarına da toxunaraq bildirib ki, qanvermə prosesi orqanizmdə qan hüceyrələrinin yenilənməsinə və immunitetin güclənməsinə müsbət təsir göstərir. Donorlar üçün əsas tələblər isə sağlamlıq vəziyyətinin yaxşı olması, 18–65 yaş aralığında olmaq, 50 kiloqramdan artıq çəkiyə malik olmaq və qan təzyiqinin normal səviyyədə olmasıdır. Qaydalara əsasən, kişilər 90, qadınlar isə 120 gündən bir qan verə bilər.

🩸 17 Aprel – Ümumdünya Hemofiliya GünüdürHemofiliya – qanın laxtalanma prosesinin pozulması ilə xarakterizə olunan irsi ...
17/04/2026

🩸 17 Aprel – Ümumdünya Hemofiliya Günüdür

Hemofiliya – qanın laxtalanma prosesinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Vaxtında diaqnoz və düzgün tibbi yanaşma ilə bu xəstəliklə yaşayan şəxslərin həyat keyfiyyətini yüksəltmək mümkündür.

🩺Tədris Cərrahiyyə Klinikasında pasiyentlərin sağlamlığı üçün müasir tibbi yanaşmalar və peşəkar həkim heyəti xidmətinizdədir.

Unutmayaq: Maarifləndirmə həyat xilas edir!

Poliplərin endoskopik müalicəsi – mütəxəssis danışırMədə və bağırsaq polipləri müasir tibbdə çox zaman endoskopik üsulla...
16/04/2026

Poliplərin endoskopik müalicəsi – mütəxəssis danışır

Mədə və bağırsaq polipləri müasir tibbdə çox zaman endoskopik üsulla, yəni cərrahi kəsik olmadan təhlükəsiz şəkildə çıxarılır.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, həkim qastroenteroloq Fərahim Məmmədzadə deyir ki, bu metod xəstələr üçün daha az travmatik və daha tez bərpa olunan bir yanaşma hesab olunur.
Mədə və bağırsaq polipləri, endoskopik yolla müayinə edilir, izlənilir və lazım gəldikdə müdaxilə edilir və çıxarılır. Poliplərin endoskopik yolla çıxarılması ümumilikdə təhlükəsiz prosedur olsa da, nadir hallarda müəyyən fəsadlar baş verə bilər məsələn qanaxma, mədə və ya bağırsaq divarında deşilmə (perforasiya) kimi hallar.

Fərahim Məmmədzadə bildirir ki, onun 20 illik təcrübəsində heç vaxt hansısa fəsada rast gəlinməyib. Çünki bu sahədə nəticəyə təsir edən əsas amillərdən biri həkimin təcrübəsi, digər tərəfdən isə istifadə olunan endoskopik avadanlığın keyfiyyətidir.

Müasir klinikalarda, o cümlədən Tədris Cərrahiyyə Klinikasında, daha dəqiq və təhlükəsiz prosedurlar üçün yeni nəsil endoskopik cihazlardan istifadə olunur. Texnologiya daim yenilənir və bu da daha az riskli və daha effektiv müalicə imkanları yaradır. Hətta bəzi hallarda endoskopik üsulla mədənin kiçildilməsi kimi yeni metodlar da tətbiq edilir. Yaxın vaxtlarda TCK bu sahədə yeni əməliyyatların aparılmasına imkan verən avadanlıqların əldə edilməsini də planlaşdırır.

14 yaşlı qızda nadir inkişaf qüsuru aradan qaldırıldı14 yaşlı yeniyetmə son bir il ərzində aybaşı dövrləri zamanı qarın ...
15/04/2026

14 yaşlı qızda nadir inkişaf qüsuru aradan qaldırıldı

14 yaşlı yeniyetmə son bir il ərzində aybaşı dövrləri zamanı qarın nahiyəsində davamlı ağrılar, son günlərdə isə ağrıların kəskinləşməsi şikayəti ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının Uşaq cərrahiyyəsi şöbəsinə müraciət edib. Aparılan müayinələr nəticəsində pasiyentdə nadir rast gəlinən anomaliya – uşaqlığın əsas boşluğu ilə əlaqəsi olmayan sağtərəfli rudimentar buynuz aşkarlanıb.

Kafedra müdiri, professor Ramiz Poluxov bildirib ki, bu patologiya qadın reproduktiv sisteminin az rast gəlinən inkişaf qüsurlarından biri olmaqla, əksər hallarda qeyri-spesifik əlamətlərlə müşayiət olunduğu üçün diaqnostikası çətinlik törədir. Bu tip hallarda vaxtında müdaxilə olunmadıqda ciddi fəsadlar yarana bilər. Onun sözlərinə görə, rudimentar buynuz daxilində toplanan qan zamanla təzyiq yaradaraq perforasiya, endometrioz və gələcəkdə reproduktiv funksiyanın pozulması kimi ağır nəticələrə səbəb ola bilər.

R.Poluxovun rəhbərliyi ilə pasiyent üzərində laparoskopik üsulla cərrahi əməliyyat icra olunub. Əməliyyat zamanı daxilində təxminən 100 ml dəyişilmiş qan olan rudimentar buynuz, inkişafdan qalmış sağ uşaqlıq borusu və paraovarial kist uğurla xaric edilib. Uğurlu əməliyyatdan sonra yeniyetmənin vəziyyəti stabilləşib və tam sağalma ilə evə buraxılıb.

Qeyd edək ki, pasiyentin müayinə və müalicəsində anestezioloq, professor Esmira Nəsibova, mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Nurlanə Həsənova və Uşaq cərrahiyyəsi şöbəsinin müdiri Hikmət Alşanov da iştirak ediblər.

Hörmətlə anırıq!
15/04/2026

Hörmətlə anırıq!

Tədris Cərrahiyyə Klinikasında müalicə alan qazinin vəziyyəti diqqət mərkəzindədirBirinci dərəcəli Vətən müharibəsi işti...
14/04/2026

Tədris Cərrahiyyə Klinikasında müalicə alan qazinin vəziyyəti diqqət mərkəzindədir

Birinci dərəcəli Vətən müharibəsi iştirakçısı Yusif Ağarzayev hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müalicə olunur. Dünən onu Milli Məclisin deputatı İlham Məmmədov, klinikanın direktoru Əsədulla Sultanov və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev ziyarət ediblər.

Deputat İlham Məmmədov bildirib ki, qazilərin sağlamlığının bərpası istiqamətində təsdiqlənmiş dövlət proqramı çərçivəsində ardıcıl tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, müalicəyə ehtiyacı olan qazilər hazırda müxtəlif səhiyyə müəssisələrində yüksək səviyyədə müalicə alırlar.

Vurğulanıb ki, şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet məqsədlərindən biri də məhz bu kateqoriyadan olan şəxslərin sosial rifahının təmin olunmasıdır.

Görüş zamanı Təmraz Tağıyev qeyd edib ki, qazilərin sağlamlıqlarının bərpası və onların sosial-məişət problemlərinin həlli daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. O əlavə edib ki, Nərimanov bələdiyyəsi tərəfindən Yusif Ağarzayevə mütəmadi olaraq maddi və mənəvi dəstək göstərilir.

Qazi Yusif Ağarzayev ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, müalicə prosesinin uğurla başa çatacağına inandığını vurğulayıb.

Qeyd edək ki, Yusif Füzuli oğlu Ağarzayev Yevlax şəhərində anadan olub. O, Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut istiqamətlərində gedən döyüşlərdə igidlik nümayiş etdirərək bir sıra medallara layiq görülüb. Hadrutun azadlığı uğrunda gedən döyüşlər zamanı ağır yaralanan qazi beş güllə yarası alıb. Hazırda onun aşağı ətraflarının funksiyasının bərpası istiqamətində müalicəsi davam etdirilir.

Ağırlaşmış cərrahi xəstə uğurla əməliyyat olunubBaşqa bir tibb müəssisəsində yoğungöbək-bağırsaq (yoğun bağırsaq) əməliy...
14/04/2026

Ağırlaşmış cərrahi xəstə uğurla əməliyyat olunub

Başqa bir tibb müəssisəsində yoğungöbək-bağırsaq (yoğun bağırsaq) əməliyyatı keçirmiş və əməliyyatdan sonra tikiş tutmazlığı nəticəsində peritonitlə ağırlaşmış 65 yaşlı xəstə çıxılmaz vəziyyətdə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib.

Müraciət əsasında xəstə ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə şöbəsinin professoru Elçin Ağayev tərəfindən müayinə olunub və üzərində mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra edilib. Aparılan yüksək səviyyəli cərrahi müdaxilə nəticəsində xəstə peritonitdən xilas edilib. Əməliyyatdan sonrakı dövrdə vəziyyəti stabilləşən pasiyent kafi durumda ambulator müalicə üçün evə buraxılıb.

Professor Elçin Ağayev bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası xüsusi olaraq ağır və mürəkkəb cərrahi halların müalicəsi üzrə ixtisaslaşıb: “Digər klinikalarda müxtəlif səbəblərdən əməliyyat oluna bilməyən və ya əməliyyatdan sonra ağırlaşmalarla üzləşən xəstələr tez-tez bizim klinikaya yönləndirilir. Texniki çətinliklər, tibbi risklər və ya şərait baxımından problemli sayılan bu cür mürəkkəb hallar məhz bizim klinikada uğurla icra olunur və xəstələr həyata qaytarılır.”

Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası ölkədə ağır cərrahi patologiyaların müalicəsində aparıcı mərkəzlərdən biri hesab olunur.

Address

Nəsimi Rayonu Səməd Vurğun 155
Baku
1078

Telephone

99412923

Alerts

Be the first to know and let us send you an email when ATU Tədris Cərrahiyyə Klinikası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ATU Tədris Cərrahiyyə Klinikası:

Share

Category