Dr.Elvin Məmmədli

Dr.Elvin Məmmədli Physicaltherapy & Reabilitology
(11)

Dünən gecə dəyərli kolleqalarım Türkiyəyə qardaşlarımıza yardım üçün yola düşdülər. Hərbirinizlə qürur duyuram🙏🏼
07/02/2023

Dünən gecə dəyərli kolleqalarım Türkiyəyə qardaşlarımıza yardım üçün yola düşdülər. Hərbirinizlə qürur duyuram🙏🏼

9 Yanvar tarixində yenidən Sumqayıt şəhərində Avropa Klinikada müayinələrimiz olacaq
06/01/2023

9 Yanvar tarixində yenidən Sumqayıt şəhərində Avropa Klinikada müayinələrimiz olacaq

01/01/2023
 ‘da bir gün
29/12/2022

‘da bir gün

2 il əvvəl “Avtoqəza nəticəsində qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ alın payının subdu...
21/12/2022

2 il əvvəl “Avtoqəza nəticəsində qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ alın payının subdural hematoması. Beyin ödeminə görə aparılmış sağ tərəfli rezeksion, dekompression trepanasiya, subdural hematomanın boşaldılması, ventrikuloperitoneal şuntlama cərrahi əməliyyatından sonrakı vəziyyət, sol tərəfli spastik hemiplegiya” diaqnozu ilə müalicə etdiyimiz xəstəmiz Vüsal ziyarətimizə gəlmişdi, kontrol etdik, hərşey daha yaxşıdı amma daha yaxşı olması üçün son toxunuşları edəcəyik.

With  .dr.ilkinmirzayev
11/12/2022

With .dr.ilkinmirzayev

“Nevroloji Reabilitasiya Simpoziumu”nun 2-ci günü. Ancaq həkimlər bazar günü tezdən birşey öyrənmək üçün oyanıb elmi təd...
11/12/2022

“Nevroloji Reabilitasiya Simpoziumu”nun 2-ci günü. Ancaq həkimlər bazar günü tezdən birşey öyrənmək üçün oyanıb elmi tədbirə qatılar!

“Nevroloji Reabilitasiya Simpoziumu” xatirələri
10/12/2022

“Nevroloji Reabilitasiya Simpoziumu” xatirələri

: 20 il öncə desəydilərdilərki sinif yoldaşlarınla eyni elmi konfransda iştirak edəksən heç ağlıma gəlməzdi!   Bəli köhn...
10/12/2022

: 20 il öncə desəydilərdilərki sinif yoldaşlarınla eyni elmi konfransda iştirak edəksən heç ağlıma gəlməzdi!
Bəli köhnə dostlarla eyni ortamda eyni çətirin altında olmaq qürur vericidir, eyni zamanda pozitiv enerji doludur.

Uşaqlarda tez-tez rast gəlinən topuq ağrısı, daban sümüyünün böyümə zonasının qığırdağının ağrılı iltihabı olaraq bilinə...
05/12/2022

Uşaqlarda tez-tez rast gəlinən topuq ağrısı, daban sümüyünün böyümə zonasının qığırdağının ağrılı iltihabı olaraq bilinən Sever xəstəliyi, artıq çəki, topuq sümüyünün kistləri, daban sümüyü infeksiyası və hətta səhv ayaqqabı seçimindən qaynaqlana bilər. Ümumiyyətlə sadə müalicələrlə rahatlaşdırıla bilən topuq ağrısı "uşaqdır, hər halda keçəcək" deyərək göz ardı edilir və tədbir alınmazsa, gələcəkdə gediş pozğunluğuna səbəb ola biləcək ciddi problemlərə yol aça bilər. Kalkaneal epifizit (daban sümüyünün böyümə zonasının qığırdağının mikrobiyal olmayan iltihabı) olaraq bilinən Sever xəstəliyi, uşaqlarda topuq ağrısının ən çox yayılmış səbəblərindən biridir. İdman zamanı daban böyümə zonasının qığırdağının həddindən artıq yüklənməsi nəticəsində mikro travmalara məruz qalma iltihaba səbəb ola bilər. Xüsusilə 5-11 yaş arası çox aktiv uşaqlarda yaygın olan Sever xəstəliyi, basketbol və futbol oynayan uşaqlarda topuq ağrısının çoxunu təşkil edir. Basketbol, ​​futbol, ​​atletika kimi idman növlərinə əlavə olaraq Sever xəstəliyinə səbəb ip atlama kimi fəaliyyətlər də olabilər. Sever xəstəliyinin simptomları idmana ara vermək, buz tətbiq etmək və ağrı kəsicilərdən istifadə etmək kimi sadə tədbirlərlə yüngülləşdirilir. Bu tədbirlərin kifayət qədər rahatlama təmin etmədiyi bəzi hallarda, topuq yastıqları, dabandakı yükü azaldan ayaqqabılar, ayaq və ayaq biləyini tamamilə yerində saxlayan gəzinti çəkmələri, gəzintilər və ya fiziki müalicə məşqləri istifadə edilə bilər.

Digər ixtisaslardan fərqli olaraq Reabilitasiya sahəsində elmi-praktik seminarlar idman geyimində olur😉😎
03/12/2022

Digər ixtisaslardan fərqli olaraq Reabilitasiya sahəsində elmi-praktik seminarlar idman geyimində olur😉😎

14/07/2022

Daha bir uğurlu nəticə. Komanda işi əksər hallarda uğurlu alınır. Təşəkkürlər .mbt

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “2016-ci il Aprel döyüşləri” və “44 günlük Vətən...
01/07/2022

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “2016-ci il Aprel döyüşləri” və “44 günlük Vətən Müharibəsi”ndə canlarından keçmiş Şəhidlərin xatirəsini əbədiləşdirən Azərbaycan Respublikası Xatirə Kitabı-nın təqdimat mərasiminə dəvət üçün Nəzəkət xanım Məmmədovaya xüsüsi təşəkkürümü bildirirəm. Allah Şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində bütün əməyi keçən heyyətə dərin minnətdarlıq bildirirəm.

28/05/2022

Pasient Məmnuniyyəti və Bayram Təbriki. Xatırladımki Tatyana xanım “ Post COVİD polineyropatiya/ AMAN( akut motor aksonal neyropatiya)” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Tibbi Reabilitasiya bölməsində müalicə almış daha sonra müalicəsi nəzarətimiz altında ev şəraitində davam etdirilmişdir. Müalicənin sonunda əldə olunmuş nəticənin görüntülərini sizlərə təqdim edirəm.

20/03/2022

Və nəticə by

20/03/2022

16.02.2022-ci il tarixdə müalicəyə “ Post COVİD polineyropatiya/ AMAN( akut motor aksonal neyropatiya)” diaqnozu ilə qəbul etdiyimiz xəstənin müalicəsinin 30-cu günü yəni 18.03.2022 tarixdə çəkilmiş görüntüləri sizlərə təqdim edirəm.

20/03/2022

16.02.2022-ci il tarixdə müalicəyə “ Post COVİD polineyropatiya/ AMAN( akut motor aksonal neyropatiya)” diaqnozu ilə qəbul etdiyimiz xəstənin müalicəsinin 5-ci günü yəni 21.02.2022 tarixdə çəkilmiş görüntüləri sizlərə təqdim edirəm. Ardı var… izləmədə qalın

20/03/2022

16.02.2022-ci il tarixdə müalicəyə “ Post COVİD polineyropatiya/ AMAN(akut motor aksonal neyropatiya)” diaqnozu ilə qəbul etdiyimiz xəstənin müalicəsinin 3-cü günü yəni 19.02.2022 tarixdə çəkilmiş görüntüləri sizlərə təqdim edirəm. Ardı var… izləmədə qalın

Həyatınızdan sevinc əksik olmasın dəyərli xanımlar.
08/03/2022

Həyatınızdan sevinc əksik olmasın dəyərli xanımlar.

08/02/2022

Sağ yuxarı ətrafın Distoniası.

Əziz dostlar, Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik edir, sizlərə Yeni İldə ...
31/12/2021

Əziz dostlar, Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik edir, sizlərə Yeni İldə sevgi dolu, sülh dolu, sağlam günlər arzu edirəm. Qələbəmiz Həmrəyliyimizdir.

“Bell’s Palsi” Sağ tərəfli üz sinirinin neyropatiyası diaqnozu ilə müraciət etmiş pasientimizin 10 günlük müalicəsinin n...
20/12/2021

“Bell’s Palsi” Sağ tərəfli üz sinirinin neyropatiyası diaqnozu ilə müraciət etmiş pasientimizin 10 günlük müalicəsinin nəticəsi.

04/12/2021

Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəbindən yarana bilir. Boyun ağrısına səbəb olan hallara ...
01/12/2021

Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəbindən yarana bilir. Boyun ağrısına səbəb olan hallara degenerativ disk xəstəliyi, boyun dartınması, boyun travmaları - viplaş (wiplash), disk yırtığı və ya sinir sıxışmasını məsəl gətirmək olar. Boğazın virus infeksiyası kimi adi infeksion xəstəlik zamanı da limfa düyünlərinin (vəzilərin) şişməsi və boyun ağrısı yaranır. Boyun ağrısı eyni zamanda nadir rast gəlinən infeksion xəstəliklərdə, məsələn boyun vərəmi, boyun fəqərə sümüyünün infeksiyası (osteomielit və septik diskiit) və meningit (çox vaxt boyun əzələlərinin rigidliyi ilə müşayiət edilir). Boyun ağrısı birbaşa boyun əzələlərinin zədələnməsi hallarında, fibromialgiya, polimialgiya revmatika, eləcə də yuxu zamanı başın yastıq üzərində narahat vəziyyəti səbəbindən də yarana bilir.
Boyun ağrılarının risk faktorlarına döyüş idman növləri, nəqliyyat qəzaları, at sürmək və.s aiddir.

Dirsək ağrılarının səbəbləri:* Tenisçi dirsəyi (lateral epikondilit)* Qolfçu dirsəyi (Medial epikondilit)* Tendenitlər v...
26/11/2021

Dirsək ağrılarının səbəbləri:
* Tenisçi dirsəyi (lateral epikondilit)
* Qolfçu dirsəyi (Medial epikondilit)
* Tendenitlər və bursitlər
* Yumuşaq toxumaların zədələnməsi
* Sinir sıxışması sindromları (kubital tunel )
* Boyundan və ya çiyindən gələn ağrılar
* İltihabi revmatik xəstəliklər
* Kirəclənmə (osteoartrit)

Diz oynağında ağrılar müxtəlif səbəblərə görə yaranır. Hansısa zədələnmədən və ya idman travmasından sonra ağrı yumşaq t...
25/11/2021

Diz oynağında ağrılar müxtəlif səbəblərə görə yaranır. Hansısa zədələnmədən və ya idman travmasından sonra ağrı yumşaq toxumalarda əzilmə və dartılmalara görə əmələ gələ bilər. Diz qapağının vətərlərində tendenit yarana bilər. İdmanla məşğul olan yeniyetmələrdə diz qapağından aşağı ödem və ağrı müşahidə edilə bilər. Bu Osgood-Schlatter xəstəliyi adlanır.
Bəzi fiziki aktiv və qaçışla məşğul olan insanlarda xondromalasiya yarana bilər, bu zaman diz qapağının altında olan qığırdaq sürtülür və ağrılar əmələ gəlir. Bu, adətən, diz oynağı və diz qapağını fiksasiya edən vətər və əzələlərin disbalansı və zəifliyi nəticəsində baş verir. Ani ya da xroniki zədələnmə ilə bağlı başqa bir vəziyyət – prepatellar bursit də yarana bilər. Bu patologiya diz qapağının önündə yerləşən bursanın (xüsusi sinovial boşluq) iltihabıdır. Bu xəstəlik ani travmadan sonra, ya da dizi üstə uzunmüddətli iş görənlərdə daha çox əmələ gəlir. Uşaqlarda da travma nəticəsində prepatellar bursit yarana bilər.
 Bəzi hallarda diz oynağının strukturları zədələnir – menisk yırtığı, bağlarda hissəvi və tam qopmalar müşahidə olunur. Menisk oynaqda amortizasiya funksiyasını yerinə yetirir. Meniskin zədələnməsi zamanı ağrı və dizin açılıb-bükülməsində məhdudiyyət yarana bilər. Zədələnmə olmadan da dizdə ağrılar yarana bilər.
Osteoartrit (artroz) daha çox yaşlı insanlarda və çox vaxt hər iki ayaqda müşahidə olunur. Osteoartrit zamanı ağrı yaranır və hərəkət məhdudlaşır. Osteoartrit zamanı oynaqda qığırdaq dağılmağa və yeyilməyə başlayır, sümüklər arasındakı oynaq məsafəsi daralır. Dizdə iltihabı sişkinlik, qızartı və yerli temperaturun qalxması müxtəlif mənşəli artritlərfə müşahidə oluna bilər.
Artritlər revmatik xəstəliklər, podaqra və digər xəstəliklər zamanı yarana bilər. Revmatik xəstəliklərdə bursitlər də yaranır. Gördüyünüz kimi diz ağrılarının səbəbləri çoxdur. Hər bir xəstəlikdə özünəməxsus müalicə və reabilitasiya taktikası var.

Zəfər Gününü  ‘də müailəcə alan qazilərimizlə bir yerdə qeyd etdik. Bir il ərzində qazilərimizə gecə-gündüz yorulmadan x...
08/11/2021

Zəfər Gününü ‘də müailəcə alan qazilərimizlə bir yerdə qeyd etdik. Bir il ərzində qazilərimizə gecə-gündüz yorulmadan xidmət göstərən Sanator-Kurort Reabilitasiya Mərkəzinin bütün kollektivinə başda Mərkəzin baş direktoru doktor Mürsəl Mürsəlov olmaqla təşəkkürümüzü bildiririk.

26 İYUN Silahlı Qüvvələr Günü münasibəti ilə qalib orduda xidmət edən  bütün silahdaşlarımı səmimi qəlbdən təbrik edir, ...
26/06/2021

26 İYUN Silahlı Qüvvələr Günü münasibəti ilə qalib orduda xidmət edən bütün silahdaşlarımı səmimi qəlbdən təbrik edir, xidmətlərində uğurlar arzu edirəm. Hər zaman bu torpaqlarlda başı uca, alnı açıq gəzməyimizi diləyirəm. Rəşadətli Ordunun zabiti olduğum üçün şərəf duyuram. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazandığımız şanlı qələbədə bütün zəhməti keçənlərə bu şərəfli yolda daim ucalmağı diləyirəm. 🇦🇿✊🏼

Azərbaycan Respublikasına Xidmət Edirəm!
24/06/2021

Azərbaycan Respublikasına Xidmət Edirəm!

👨🏻‍⚕️
17/06/2021

👨🏻‍⚕️

“Bell’s Palsi” Sağ tərəfli üz sinirinin neyropatiyası diaqnozu ilə müraciət etmiş pasientimizin 15 günlük müalicəsinin n...
15/06/2021

“Bell’s Palsi” Sağ tərəfli üz sinirinin neyropatiyası diaqnozu ilə müraciət etmiş pasientimizin 15 günlük müalicəsinin nəticəsi.

Balaken şəhərində AYMED Klinikdə xəstələrlə görüş baş tutdu. Təşəkkürkər Elshen Kerimov
31/05/2021

Balaken şəhərində AYMED Klinikdə xəstələrlə görüş baş tutdu. Təşəkkürkər Elshen Kerimov

Həftə sonu Balakən rayonu AYMED klinikdə xəstələrin qəbulu olacaq. Təşəkkürlər Elshen Kerimov
29/05/2021

Həftə sonu Balakən rayonu AYMED klinikdə xəstələrin qəbulu olacaq. Təşəkkürlər Elshen Kerimov

Hərkəsə uğurlu iş həftəsi arzularımla bugün aldığım belə bir mesajı sizlərlə paylaşmaq istədim. Həqiqətən Vətən Müharibə...
12/04/2021

Hərkəsə uğurlu iş həftəsi arzularımla bugün aldığım belə bir mesajı sizlərlə paylaşmaq istədim. Həqiqətən Vətən Müharibəsində iştirak etdiyim üçün və bugünki günə qədər qazilərimizə xidmət göstərmənin onuru ilə yaşayıram. Və mesaj mətnində qeyd olunan pasientin müalicəsində əməyi keçən .ramazannasirli ‘yə təşəkkür edirəm

Address

Ceyhun Səlimov 3
Baku
1005

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994502151503

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Elvin Məmmədli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Elvin Məmmədli:

Videos

Share

Category

Nearby clinics