15/04/2026
🤱 Doğuşdan sonrakı gizli narahatlıq: Babasil
Analıq dünyadakı ən gözəl duyğulardan biri olsa da, hamiləlik və doğuş prosesi bədəndə bəzi izlər və sağlamlıq problemləri buraxa bilər. Bunlardan biri də bir çox ananın səssizcə mübarizə apardığı postpartum (doğuşdan sonrakı) babasil problemidir.
Niyə yaranır?
Hamiləlik zamanı artan təzyiq, hormonal dəyişikliklər və doğuş zamanı gücənmə damarların genişlənməsinə səbəb olur. Bu da özünü ağrı, qanaxma və diskomfortla büruzə verir.
Unutmayın:
• Bu, utanılacaq bir hal deyil, tibbi bir vəziyyətdir.
• “Özü keçər” deyib gözləmək problemin xroniki hala keçməsinə səbəb ola bilər.
• Erkən müayinə sizi gələcəkdəki daha ciddi fəsadlardan və cərrahi müdaxilədən qoruya bilər.
Övladınıza daha rahat və gümrah vaxt ayırmaq üçün sağlamlığınıza laqeyd yanaşmayın. Peşəkar proktoloji müayinə ilə bu problemi geridə qoymaq mümkündür.
📩 Suallarınız varsa, rəy bölməsində qeyd edə bilərsiniz və ya birbaşa direktə yaza bilərsiniz.