Herba Flora

Herba Flora Sizin sağlamlığınızı düşünərək istehsal edirik Dərdə dərman çiçəklər.. Sizə Sağlamlıq Arzulayırıq!
(241)

😉 Məşhur Cırtdanın sevdiyi və gecə yemədən yata bilmədiyi o dadlı yağ-yaxmacı reseptini sizin üçün tapdıq 👉 İnqredientlə...
31/01/2026

😉 Məşhur Cırtdanın sevdiyi və gecə yemədən yata bilmədiyi o dadlı yağ-yaxmacı reseptini sizin üçün tapdıq

👉 İnqredientlər:
4 qaynadılmış yumurta 🥚
0.5 dəstə şüyüd 🌿
1 diş sarımsaq 🧄
30 qram kərə yağı 🧈
Duz-istiot (zövqə görə) 🧂

Bütün inqredientləri blenderdən keçirin və nuş edin 😋

30/01/2026

❄️ Soyuq qış aylarında mikroblardan və viruslardan qorunmaq, immun sistemini möhkəmləndirmək üçün siz də təbii vasitə axtarırsınızsa, sizə lazım olan Cumin10 kapsullarıdır 💪

🌿 Cumin10 kapulunu aptek və FitoClublardan əldə edə bilərsiniz

☁️ Sərin hava şəraitində yetişən gül kələminin yediyimiz hissələri əslində bitkinin tam inkişaf etməmiş çiçək qruplarıdı...
29/01/2026

☁️ Sərin hava şəraitində yetişən gül kələminin yediyimiz hissələri əslində bitkinin tam inkişaf etməmiş çiçək qruplarıdır.

✨ Gül kələmi xolin (B4 vitamini) maddəsi ilə zəngindir. Xolin beyinin inkişafı, yaddaşın güclənməsi və öyrənmə qabiliyyəti üçün önəmlidir 🧠
Liflə zəngin olduğundan bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasını qoruyur 💫
👉 Antioksidant təsirə malikdir, hüceyrə zədələnməsinin qarşısını alır, bir sıra xəstəliklərin yaranma riskini azaldır.
Tərkibindəki vitaminlər, xüsusən də, C vitamini sayəsində 🛡️ immun sistemini gücləndirir, iltihab əleyhinə təsir göstərir.
⚖️ Kalori miqdarı az olduğundan və toxluq hissini artırdığından çəki azaltmaq istəyənlər üçün faydalıdır.

Detoks və xolesterol çayı olan Antixol:🍀 Xolesterol və lipid mübadiləsini tənzimləyir 🍀 Antioksidant təsir göstərir, şiş...
28/01/2026

Detoks və xolesterol çayı olan Antixol:

🍀 Xolesterol və lipid mübadiləsini tənzimləyir
🍀 Antioksidant təsir göstərir, şiş hüceyrələrinin inkişafını ləngidir
🍀 Ödqovucu təsir göstərir, həzmi yaxşılaşdırır
🍀 Piy toxumasını əridir, antisellülit effekt verir
🍀 Erkən yaşlanmanın qarşısını alır
🍀 Sidikqovucudur, artıq mayeni xaric edir və ödemi azaldır

📍 Antixol çayını tezliklə yeni qablaşmada aptek və FitoClublardan əldə edə bilərsiniz

🍀 Hər kəsin çoxdandır axtardığı Ayıqulağı artıq satışdadır!📍 Böyrək və sidik yollarına uroseptik, güclü iltihab əleyhinə...
27/01/2026

🍀 Hər kəsin çoxdandır axtardığı Ayıqulağı artıq satışdadır!

📍 Böyrək və sidik yollarına uroseptik, güclü iltihab əleyhinə, sidikqovucu, spazmolitik təsirlərə malik Ayıqulağı yarpağını Herba Flora qablaşmasında aptek və FitoClublardan əldə edə bilərsiniz.

Arıqlamaq istəyənlərin nəzərinə❗️Pəhrizinizin daha effektiv olmasını istəyirsiniz❓ Bəzi ədviyyatlar var ki, mübadiləni, ...
26/01/2026

Arıqlamaq istəyənlərin nəzərinə❗️

Pəhrizinizin daha effektiv olmasını istəyirsiniz❓
Bəzi ədviyyatlar var ki, mübadiləni, xüsusən də, piy mübadiləsini tənzimləyir, arıqlama prosesini sürətləndirir.
Artıq çəkidən azad olmaq istəyənlərdən gələn çoxsaylı sualları nəzərə alaraq yağ yandıran bu ədviyyatları sizin üçün araşdırdıq ⬇️

İstiot 🧂
Zəncəfil 🫚
Sarıkök
Darçın
Pul bibər 🌶️
Cirə
Hil

🦷 Kariesin əsas yaranma səbəbi qidalanmadan sonra ağız boşluğunda qalan qida qalıqlarıdır. Bu qida qalıqları uzun müddət...
24/01/2026

🦷 Kariesin əsas yaranma səbəbi qidalanmadan sonra ağız boşluğunda qalan qida qalıqlarıdır. Bu qida qalıqları uzun müddət təmizlənmədikdə ağız boşluğundakı bakteriayalar🦠 tərəfindən həzm olunaraq turşuya çevrilir. Bu turşular isə dişin mineral strukturuna mənfi təsir göstərir, mina qatını zədələyərək çürüməyə səbəb olur.
Bəs təbii üsulla kariesin qarşısını necə almaq olar❓

👉 Gəlin, reseptlə tanış olaq:
1 ç/q mixək (toz halına salınmış)
½ ç/q sarıkök
½ ç/q soda
1 çimdik duz
1 ç/q limon şirəsi 🍋
4 ç/q kokos yağı (əridilmiş) 🥥

Bütün inqredientləri qarışdırın və alınan məcunla həftədə 3 dəfə dişlərinizi fırçalayın. Bu məcun, həm də damaqda şişkinliyi azaldır, iltihabı aradan qaldırır, damaq zədələnmələri və qanamaların qarşısını alır💫

23/01/2026

Siz heç bilirsinizmi ki, sarıkök ürək-damar sağlamlığı, oynaqlar, həzm sistemi üçün nə qədər faydalıdır❓
Sarıkökün faydalarından asan və rahat yararlanmaq üçün Kurkum10 kapsulları ideal seçimdir 👌

💛 Kurkum10 kapsulunu aptek və FitoClublardan əldə edə bilərsiniz

✨ Dünyanın ən qədim və faydalı ədviyyatlarından sayılan mixək, əslində həmişəyaşıl mixək ağacının qönçələridir. Belə ki,...
22/01/2026

✨ Dünyanın ən qədim və faydalı ədviyyatlarından sayılan mixək, əslində həmişəyaşıl mixək ağacının qönçələridir. Belə ki, bu qönçələr hələ açılmamış çəhrayı-qırmızı rəng🩷 tumurcuq olan zaman toplanır və qurudulur. Çünki bu zaman onun tərkibində efir yağları ən yüksək həddə olur. Quruduqdan sonra isə qəhvəyi rəng alır.
👌 Güclü antioksidant təsirə malik bu ədviyyat, hüceyrələrin zədələnməsinin və erkən yaşlanmanın qarşısını alır. Qanda 🩸 xolesterol və şəkər səviyyəsini tənzimləyir, insulin dirəncini azaldır, damar divarını möhkəmləndirir, qan dövranını 💉 yaxşıləşdırır, ürək-damar sistemi xəstəlikləri riskini azaldır 🫀
Mixəyə özünəməxsus qoxu verən evgenol efir yağı, orqanizm üçün olduqca faydalıdır. Bu maddə təbii antiseptik və ağrıkəsicidir. Hətta diş ağrısı ⚡️ zamanı mixək çeynəmək ağrını dərhal azaltmağa kömək edir. Həmçinin büzücü, regenerasiyaedici, antibakterial təsiri ilə damaq və dişəti problemlərində effektivdir
Mixək stresi azaltmağa, narahatlıq və gərginliyi aradan qaldırmağa kömək edir, yuxunu yaxşılaşdırır 💤
Bu kiçik qönçələr, həm də həzm sisteminin işini yaxşılaşdırır, spazmolitik təsir göstərir, qaz və şişkinliyin qarşısını alır, ürəkbulanma zamanı effektivdir 💫

Son zamanlar 🌼çobanyastığı bitkisi barədə, onun acılığı, dərman bitkisi olub-olmaması haqqında yaranan müzakirələrə bitk...
21/01/2026

Son zamanlar 🌼çobanyastığı bitkisi barədə, onun acılığı, dərman bitkisi olub-olmaması haqqında yaranan müzakirələrə bitki tərkibli vasitələrin istehsalçı şirkəti olaraq aydınlıq gətirməyi özümüzə borc bildik 💚
Qeyd edək ki, çobanyastığının bir çox növü var. Lakin Farmakopeyada dərman bitkisi hesab edilən və daxilə qəbul üçün nəzərdə tutulan çobanyastığı növü Aptek Çobanyastığı çiçəyidir. Belə ki, bu növün botaniki quruluşu və tərkibindəki maddələr digərlərindən fərqlidir 👇

🌼 Aptek çobanyastığı çiçəyinin ləçəkləri aşağıya doğru istiqamətlənmiş, mərkəzi hissəsi daha qabarıq konus şəklindədir. Şaquli kəsdikdə konusun içərisindəki boşluq açıq-aydın görünür.
✨ Tərkibi efir yağları ilə zəngindir, xüsusən də, çox miqdarda xamazulen ehtiva etdiyindən güclü antiseptik, iltihab əleyhinə, anibakterial təsir göstərir.
Dadına gəldikdə isə, az miqdarda acılıq hiss oluna bilər. Bu, tərkibindəki acı maddələrlə əlaqəlidir ✔
Yaxşı olar ki, qaynadılmasın və maksimum 15-20 dəqiqə dəmlənilsin. Əks halda, dadı kəskinləşə bilər 🍵
Həmçinin dəmlənilən zaman efir yağlarının buxarlanmaması üçün qabın ağzını bağlamaq lazımdır 👌

📍 Daxilə qəbul üçün nəzərdə tutulan dərman bitkisi Aptek Çobanyastığı çiçəyini Herba Flora qablaşmasında həm bitki, həm də filtr-bağlama şəklində aptek və FitoClublardan əldə edə bilərsiniz

Tariximizə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsi yaddaşımıza əbədi həkk olunmuşdur. Bu faciədə amansızca qətlə yetir...
20/01/2026

Tariximizə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsi yaddaşımıza əbədi həkk olunmuşdur.
Bu faciədə amansızca qətlə yetirilən şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq 🥀

💥 Dəri və selikli qişalarda solğunlaşma, başgicəllənmə, baş ağrıları, halsızlıq və s. simptomlar qan azlığından💉 xəbər v...
19/01/2026

💥 Dəri və selikli qişalarda solğunlaşma, başgicəllənmə, baş ağrıları, halsızlıq və s. simptomlar qan azlığından💉 xəbər verir.
Gündəlik qidalanmada yer alan bəzi məhsullar hemoglobinin🩸 yüksəlməsinə kömək edir. Gəlin bu qidalarla tanış olaq 👇

✔️ Qaraciyər
✔️ Mal əti
✔️ Qarabaşaq
✔️ Qara qarağat
✔️ Çuğundur
✔️ Şəfa vitamini

Address

Abşeron Rayonu, Qobu Qəsəbəsi, Güzdək Yolunun üstü
Baku
AZ1040

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994124475704

Alerts

Be the first to know and let us send you an email when Herba Flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Herba Flora:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Sizə Sağlamlıq Arzulayırıq!

Dərdə dərman çiçəklər..