Zeytun Pharma

Zeytun Pharma Münasib qiymətlərlə yüksək keyfiyyətli məhsullar təklif edərək müştəri məmnuniyyətini təmin edir və sağlamlığınızın qayğısına qalırıq.

Zeytun Pharmaceuticals Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl münasibətilə sizləri təbrik edir!Yeni ildə hər ...
30/12/2025

Zeytun Pharmaceuticals Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl münasibətilə sizləri təbrik edir!
Yeni ildə hər birinizə sağlamlıq, birlik və uğurlar arzulayırıq! 💚

24 dekabr – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Möhtərəm Prezidentimizi bu əlamətd...
23/12/2025

24 dekabr – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Möhtərəm Prezidentimizi bu əlamətdar gün münasibətilə təbrik edir, möhkəm cansağlığı və ölkəmizin inkişafı naminə uğurlar arzulayırıq.

23/12/2025

Zeytun Pharmaceuticals 1 nömrəli Tibb Kollecində tanıtım təqdimatı keçirib

19 dekabr 2025-ci il tarixində 1 nömrəli Tibb Kollecində Zeytun Pharmaceuticals şirkətinin tanıtım təqdimatı keçirilib. Tədbir Əczaçılıq fakültəsinin 2-ci kursunda təhsil alan tələbələr üçün təşkil olunub.

Təqdimat zamanı tələbələrə Zeytun Pharmaceuticals-da mövcud və gələcək karyera imkanları, şirkətin fəaliyyət istiqamətləri və peşəkar inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Görüş çərçivəsində tələbələrin sualları cavablandırılıb və real iş mühiti ilə bağlı praktiki məlumatlar paylaşılıb.

Tədbirin əsas məqsədi gənc mütəxəssislərin şirkətə marağını artırmaq, işə qəbul imkanlarını genişləndirmək, korporativ brendinqin inkişafına töhfə vermək və gələcəkdə istehsalat təcrübəçilərinin sayının artırılması istiqamətində əməkdaşlığı gücləndirmək olub.

Zeytun Pharmaceuticals üçün gənclərlə erkən mərhələdə əlaqə qurmaq, onların peşəkar inkişafına dəstək vermək və yerli kadr potensialının gücləndirilməsi əsas prioritetlərdəndir. Şirkət bu istiqamətdə təşəbbüslərini davam etdirir.

Zeytun Pharmaceuticals komandasına “Daxili Audit üzrə Mütəxəssis” axtarırıq!Şirkət daxilində audit proseslərinin təkmill...
15/12/2025

Zeytun Pharmaceuticals komandasına “Daxili Audit üzrə Mütəxəssis” axtarırıq!
Şirkət daxilində audit proseslərinin təkmilləşdirilməsinə töhfə vermək, risk əsaslı yoxlamalar aparmaq və analitik hesabatlar hazırlamaq istəyirsinizsə – bu fürsət sizin üçündür.
Tələblər:
✔ Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
✔ Minimum 2 il korporativ audit / maliyyə təcrübəsi
✔ Analitik və strateji düşünmə bacarığı
✔ Excel və Word üzrə yaxşı biliklər
✔ Komanda ilə işləmə və ünsiyyət bacarıqları
Əsas vəzifələr:
• Audit layihələri üçün məlumatların toplanması və təhlili
• Risklərin müəyyən edilməsi və risk əsaslı auditlərin aparılması
• Hesabat və sənədləşmə proseslərinin idarə edilməsi
• Aşkar edilmiş uyğunsuzluqların rəhbərliyə təqdim edilməsi
İş şəraiti:
📍 BEGOC Biznes Mərkəzi
🕘 5/7 iş qrafiki (09:00–18:00)
🍽 Nahar təmin olunur
🩺 Tibbi sığorta
💼 Əməkhaqqı təcrübəyə əsasən müəyyən edilir
Müraciət:
CV-nizi hrdepartment@zeytunpharma.az ünvanına göndərin.
Mövzu hissəsində vakansiya adını qeyd etməyiniz kifayətdir.
Zeytun Pharmaceuticals – Peşəkar inkişaf üçün doğru ünvan!

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günüdür.Müasir Azərbaycanın qurucusu, ölkəmizin inkişafında və müstəqil...
11/12/2025

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günüdür.

Müasir Azərbaycanın qurucusu, ölkəmizin inkişafında və müstəqilliyimizin möhkəmlənməsində tarixi rol oynamış Heydər Əliyevin əziz xatirəsi bu gün də hörmət və ehtiramla yad edilir 🇦🇿

Ürəkgetmə (senkop) — beynə qan axınının qısa müddətli azalması nəticəsində yaranan huş itkisi halıdır.Bu vəziyyət çox za...
11/12/2025

Ürəkgetmə (senkop) — beynə qan axınının qısa müddətli azalması nəticəsində yaranan huş itkisi halıdır.
Bu vəziyyət çox zaman qəfil baş verir və müxtəlif səbəblərdən qaynaqlana bilər.

✨ Ən geniş yayılmış səbəblər:
• Stress, ağrı və uzun müddət ayaqüstə qalmaq
• Ürək ritm pozuntuları və ürək qapağı xəstəlikləri
• Epilepsiya və miqren kimi nevroloji səbəblər
• Aşağı qan şəkəri və anemiya
• Həddindən artıq emosional gərginlik və panik ataklar

Qrip, adi soyuqdəyməyə nisbətən daha ağır keçən və ciddi zəiflik yaradan virus mənşəli xəstəlikdir. Xüsusilə yüksək həra...
09/12/2025

Qrip, adi soyuqdəyməyə nisbətən daha ağır keçən və ciddi zəiflik yaradan virus mənşəli xəstəlikdir. Xüsusilə yüksək hərarət, güclü baş və əzələ ağrıları, davamlı quru öskürək, titrətmə, güclü yorğunluq və sinə ağrısı qripin əsas əlamətləri kimi qiymətləndirilir.
Tez sağalmaq üçün kifayət qədər istirahət etmək, bol maye qəbul etmək, C vitamini və sinklə zəngin qidalar istifadə etmək, otaqları havalandırmaq və immuniteti dəstəkləmək tövsiyə olunur.
Simptomlar uzun müddət davam edərsə, hərarət yüksək olarsa və ya nəfəs almaqda çətinlik yaranarsa, həkimə müraciət etmək vacibdir.

Göz təzyiqinin balansda saxlanması görmə sağlamlığını qorumağın ən vacib addımlarından biridir. Bir çox hallarda göz təz...
08/12/2025

Göz təzyiqinin balansda saxlanması görmə sağlamlığını qorumağın ən vacib addımlarından biridir. Bir çox hallarda göz təzyiqi heç bir əlamət vermədən yüksələ bilər, buna görə profilaktik qayğı böyük önəm daşıyır.

Görmə sağlamlığınızı qorumaq üçün bu sadə tövsiyələrə əməl etmək kifayətdir:

• Sağlam və antioksidantlarla zəngin qidalanma
• Stressin azaldılması və kifayət qədər istirahət
• Göz əzələlərini rahatladan məşqlər
• Müntəzəm göz müayinəsi (xüsusilə 40+ yaşda)

Əgər göz təzyiqi yüksəlirsə, vaxt itirmədən oftalmoloqa müraciət etmək vacibdir. Erkən diaqnostika və düzgün müalicə görmə itkisi riskini əhəmiyyətli dərəcədə azaldır.

👁️ Gözlərinizi qoruyun — görməniz ən dəyərli sərvətinizdir.

Həzm sisteminin sağlam işləməsi ümumi bədən funksiyaları üçün çox vacibdir. Bağırsaqlar zəif işlədikdə qəbizlik, şişkinl...
18/11/2025

Həzm sisteminin sağlam işləməsi ümumi bədən funksiyaları üçün çox vacibdir. Bağırsaqlar zəif işlədikdə qəbizlik, şişkinlik, enerjinin azalması və narahatlıq kimi hallar yarana bilər. Sağlam bağırsaq isə güclü immunitet və balanslı həzm deməkdir. 🌿

Bağırsaq sağlamlığını qorumaq üçün bu sadə qaydaları gündəlik vərdişlərinizə əlavə edin:

🔸 Lifli qidalar (meyvə, tərəvəz, tam taxıllar, paxlalılar) yeyin.
🔸 Gündə 2–3 litr su için, maye balansını qoruyun.
🔸 Probiotik və prebiotiklərlə bağırsaq mikroflorasını gücləndirin.
🔸 Gündəlik fiziki aktivlik həzm sistemini daha aktiv edir.
🔸 Stressi azaldın və düzgün yuxu rejimi saxlayın.
🔸 Fast food və işlənmiş qidalardan uzaq durun.

Unutmayın: sağlam bağırsaq — sağlam həyatın təməlidir!
Zeytun Aptek sağlamlığınızı düşünür. 💚

17 Noyabr – Milli Dirçəliş GünüBu gün xalqımızın azadlıq iradəsinin yenidən alovlandığı, milli şüurun gücləndiyi tarixi ...
17/11/2025

17 Noyabr – Milli Dirçəliş Günü

Bu gün xalqımızın azadlıq iradəsinin yenidən alovlandığı, milli şüurun gücləndiyi tarixi bir gündür.
Vətənə sevgi, birlik və dirçəliş ruhu bu gün də hər birimizin qəlbində yaşayır.

Milli Dirçəliş Gününüz mübarək! 🇦🇿✨

Zeytun Pharmaceuticals komandası genişlənir!Hazırda Tibbi Nümayəndə vakansiyası üzrə yeni əməkdaş axtarırıq.Bu vəzifə sə...
12/11/2025

Zeytun Pharmaceuticals komandası genişlənir!
Hazırda Tibbi Nümayəndə vakansiyası üzrə yeni əməkdaş axtarırıq.
Bu vəzifə səhiyyə sahəsində biliklərini satış və kommunikasiya bacarıqları ilə birləşdirmək, peşəkar inkişaf və sabit karyera qurmaq istəyən namizədlər üçün ideal fürsətdir.
📍 İş yeri: BEGOC Biznes Mərkəzi
🕓 İş rejimi: 5/7 (09:00–18:00)
💼 Əmək haqqı: 1000–1200 AZN (təcrübədən asılı olaraq)
🍴 Şirkət təminatı: nahar və tibbi sığorta
📩 Müraciət üçün: CV-nizi hrdepartment@zeytunpharma.az ünvanına göndərin
📌 Mövzu hissəsində “Tibbi Nümayəndə” yazın.
Zeytun Pharmaceuticals — peşəkar inkişaf və gələcək üçün etibarlı ünvan!

🇦🇿 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya GünüBu gün müstəqil dövlətçiliyimizin hüquqi əsasını təşkil edən ...
12/11/2025

🇦🇿 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü

Bu gün müstəqil dövlətçiliyimizin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunduğu gündür.
Konstitusiya — insan hüquq və azadlıqlarının, ədalətin və qanunun aliliyinin təminatıdır.

Əsas Qanunumuzun qəbulunun ildönümü münasibətilə bütün vətəndaşlarımızı təbrik edirik! 🇦🇿

Address

Zarifa Aliyeva, 93
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124047885

Alerts

Be the first to know and let us send you an email when Zeytun Pharma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Zeytun Pharma:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Sağlamlığınızı düşünən apteklər şəbəkəsi

9 oktyabr 2014-cü ildə "Sağlamlığınızı Düşünən Apteklər Şəbəkəsi" şüarı ilə fəaliyyətə başlayan “Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, habelə xidmətlər sayəsində Azərbaycanın əczaçılıq sektorunda aparıcı mövqe qazana bilmiş və istehlakçıların etimad göstərdiyi br şirkətə çevrilmişdir. Şirkətin məqsədi idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə Azərbaycanın səhiyyə sisteminin həm dövlət, həm də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmət göstərməkdir. Bu ali missiyanı ən yüksək səviyyədə reallaşdırmaqdan ötrü şirkətin əməkdaşları yorulmadan çalışır. Şirkət portfelinə daxil olan əczaçılıq məhsullarının hər bir Azərbaycan vətəndaşının sağlam həyatı üçün ələçatımlı olmasını təmin etməkdən ötrü fəaliyyət çevrəsini təkcə Bakı şəhəri ilə məhdudlaşdırmayaraq Azərbaycanın bütün bölgələrini əhatə edir. Avtomobillərdən ibarət olan logistika mərkəzi "Zeytun Pharmaceuticals" -ın bütün ölkə boyu tərəfdaşlarının təchizatı işini operativ və keyfiyyətli şəkildə qurmasına zəmin yaradır.