
01/08/2024
Freudun şüursuzluq konsepsiyası sadə misalda.
Söhbət əsnasında Hacı Zeynəlabdin Tağıyevin tikdirdiyi Qızlar Məktəbindən, Elmlər akademiyasından danışılır.
Və birdən sual verilir ki, Azərbaycanın himnini kim yazım. Cavab verirəm ki, sözləri Əhməd Cavad, musiqisi Hüseyin Caviddir. Sonra da tələsik düzəldirəm ki, Üzeyir Hacıbəyov.
Hüseyin Cavid burada boşuna ortaya çıxmadı.
Birincisi - Qızlar məktəbinin, yerləşdiyi indiki Əlyazmalar İnstitutu binasında Hüseyin Cavidin Ev Muzeyi var.
İkincisi - Elmlər Akademiyası metronstansiyası önündə Hüseyin Cavid parkı var.
Üçüncüsü - Hüseyin Cavid və Əhməd Cavad. Cavid və Cavad oxşarlığı var.
Dördüncüsü - Hüseyin və Üzeyir səslənmədə oxşarlığı.
Şüursuzluq bu qədər açıq aşkar özünü biruzə verir.