Pediatr Uzman Doktor Lale Nurmammadova

Pediatr Uzman Doktor Lale Nurmammadova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pediatr Uzman Doktor Lale Nurmammadova, Paediatrician, 13a Abbasqulu Abbaszadə, Baku.

09/01/2026

😴 Uşaqlarda yuxusuzluq (insomniya)
yalnız yuxuya getməkdə çətinlik demək deyil.

🌙 Bu vəziyyət:
▫️ yuxunun keyfiyyətinin azalması
▫️ gecə tez-tez oyanmalar
▫️ erkən oyanma ilə müşayiət oluna bilər.

⚠️ Xroniki yuxu çatışmazlığı isə:
🧠 mərkəzi sinir sisteminin inkişafına,
🎯 diqqət və icraedici funksiyalara,
💭 emosional tənzimləməyə
və ümumi böyümə-inkişafa mənfi təsir göstərə bilər.

📱 Ən çox rast gəlinən səbəblər:
🔸 sirkadiyal ritmin pozulması
🔸 yatmazdan əvvəl ekran istifadəsi → melatoninin azalması
🔸 qeyri-stabil yuxu-oyanıqlıq rejimi
🔸 yaşa uyğun olmayan gündüz yuxuları

✅ Profilaktika və müalicədə əsas yanaşma – yuxu gigiyenasıdır:
🕰️ sabit yatma saatları
😴 yaşa uyğun gündüz yuxusu
🚫 axşam saatlarında stimullaşdırıcı fəaliyyətlərin məhdudlaşdırılması
🛁📖 yatmazdan əvvəl sakitləşdirici rutinlərin yaradılması

❗ Əgər:
🔹 uzunmüddətli yuxusuzluq
🔹 gecə xoruldaması
🔹 apne epizodları
🔹 gündüz həddindən artıq yuxululuq müşahidə edilirsə,
👩‍⚕️👨‍⚕️ mütləq həkimə müraciət edin.

💤 Sağlam yuxu — sağlam inkişafın əsas şərtidir.

📍 Badam Medical Center
📞 Çağrı mərkəzi: *6699
📱 Randevu: (+994 55) 772 85 81
📲

🌐 Sosial şəbəkələr:
Instagram | Facebook | TikTok | LinkedIn .dr.lalenurmammadova











05/01/2026

4 yaşlı uşaq axşam saatlarında qəfil qaşınmağa başladı. Anası dərisində bir anda yaranan, qabarıq və qızarmış səpkiləri gördü. Səpkilər az sonra itib başqa yerdə yenidən çıxdı.

Həmin gün uşaq ilk dəfə yeni bir qida yemişdi. Ana onu dərhal dayandırdı, dırnaqlarını qısaltdı və pambıq geyim geyindirdi.

Bir müddət sonra qaşınma azaldı. Üzündə və nəfəsində problem olmadığı üçün Təcili Tibbi Yardıma yox Pediatra müraciət etdilər. Uyğun müalicə ilə səpkilər qısa zamanda yox oldu.

Bu, uşaqlarda tez-tez rast gəlinən kəskin övrənin tipik hekayəsidir.

📍 Badam Medical Center
📞 Çağrı mərkəzi: *6699
📱 Randevu: (+994 55) 772 85 81
📲

🌐 Sosial şəbəkələr:
Instagram | Facebook | TikTok | LinkedIn .dr.lalenurmammadova

26/12/2025

Gecənin bir yarısı uşaq qəfil it hürüşünə bənzər, kobud bir öskürəklə oyanır.
Bu səs adi öskürək deyil, boğazdan gələn xəbərdarlıq kimidir.
Valideyn çaşqındır, uşaq qorxu içində nəfəs almağa çalışır.
Bu tablo çox vaxt yalançı inağı (krup)göstərir.
Səs telləri şişir və hava yolu daralır.
Nəfəs hər alındıqca fitli və səsli eşidilir.
Ağlama daralmanı daha da ağırlaşdıra bilər.
Uşağı sakitləşdirmək bəzən ilk və ən güclü müdaxilədir.
Amma səsli nəfəs dayanmazsa, öskürək dərinləşər və uşaq ağırlaşarsa vaxtında həkimə müraciət etmək mütləqdir.

📍 Badam Medical Center
📞 Çağrı mərkəzi: *6699
📱 Randevu: (+994 55) 772 85 81
📲

🌐 Sosial şəbəkələr:
Instagram | Facebook | TikTok | LinkedIn .dr.lalenurmammadova

22/12/2025

1 yaş üzərində olan uşaq boğulursa və nəfəs ala bilmirsə, səsi çıxmırsa — Heimlich manevrasına başlayırıq.
Uşağın arxasında, qollarımızı uşağın qarın boşluğunun üstündən keçiririk.
Bir yumruq ilə döş sümüyünün altında göbəyin bir az yuxarısından içəri-yuxarı 5 dəfə təzyiq edirik.
Uşağın nəfəsi açılana qədər bu manevranı davam etdiririk.
Əgər uşaq huşunu itirərsə — dərhal təcili yardımı çağırıb təməl yaşam dəstəyinə başlayırıq

19/12/2025

🧸 1 yaş və 1 yaş altı Uşaqlarda boğaza yad cisim düşdükdə nə etməli?

Boğulma uşaqlarda ani və təhlükəli haldır. Düzgün və sürətli müdaxilə həyatı xilas edir.

✅ Körpəni üzüaşağı qoluna qoy, başını bədənindən aşağıda saxla.

✅ Çiyin bıçaqları arasına ardıcıl 5 güclü arxa vuruş et.

✅ Nəfəs açılmırsa — körpəni çevir, iki barmağını döş sümüyünün ortasına qoy və 5 dəfə sinə basısı et.

✅ Arxa vuruş və sinə basısını növbə ilə davam etdir.

🆘 Əgər huşu itirsə — təcili yardımı çağır və masaja başla.
Tez müdaxilə həyat qurtarır.

❗️ Xəbərdarlıq:
❌ Görmədən barmaq salma
❌ Panikaya düşmə
📞 Mütləq 103-ə müraciət et
📍 Badam Medical Center
📞 Çağrı mərkəzi: *6699
📱 Randevu: (+994 55) 772 85 81
📲

🌐 Sosial şəbəkələr:
Instagram | Facebook | TikTok | LinkedIn .dr.lalenurmammadova

15/12/2025

👶🍽 Uşaqlarda yeməyə maraqsızlıq – hər zaman xəstəlik demək deyil!

Uşağın yeməyə maraqsız olması valideynləri narahat edə bilər, amma unutmayaq ki, böyümə dövrlərində iştah azalması və artması normaldır.
⚠️ Lakin bu hal uzun müddət davam edərsə, diqqətli olmaq vacibdir.

✨ Ən çox rast gəlinən səbəblər:
🦷 Diş çıxarma
🤒 İnfeksiyalar
🩸 Dəmir çatışmazlığı
🍬 Həddindən artıq şirniyyat və ara yeməklər
❌ Məcburən yedizdirmə

💡 Valideynlər nə edə bilər?
⏰ Yemək saatlarını sabit saxlayın
📵 Televizor və telefonsuz yemək vərdişi yaradın
🍽 Kiçik porsiyalar təklif edin
👨‍👩‍👧 Məcbur etməyin, özünüz nümunə olun
🍔 Fast food və paket şirələri azaldın

🚨 Nə zaman həkimə müraciət etməli?
Əgər uşaq:

çəki almırsa ⚖️

halsız və enerjisizdirsə 😴

iştahsızlıq uzun müddət davam edirsə

➡️ Mütləq pediatr müayinəsi vacibdir.

📍 Badam Medical Center
📞 Çağrı mərkəzi: *6699
📱 Randevu: (+994 55) 772 85 81
📲

🌐 Sosial şəbəkələr:
Instagram | Facebook | TikTok | LinkedIn .dr.lalenurmammadova

11/12/2025

👶 Uşaqlarda Qarın Ağrısı – Səbəblər və Nələrə Diqqət Etməliyik?

🩺 Uzm. Pediatr Dr. Lalə Nurməmmədova

Uşaqlarda qarın ağrısı valideynlərin ən çox rastlaşdığı problemlərdən biridir. Qarın ağrısı bəzən yüngül səbəblərdən yaransa da, bəzən diqqət tələb edən ciddi problemlərin göstəricisi ola bilər.

🔍 Uşaqlarda qarın ağrısının ən yaygın səbəbləri:

🍏 Qəbizlik – ən çox rast gəlinən səbəblərdən biridir.
🦠 Mədə-bağırsaq infeksiyaları (virus, bakteriya)
😣 Bəzi qidalara qarşı həssasiyət
🤧 Qrip və digər infeksiyalar – bəzən qarın ağrısı ilk simptom ola bilər.
🥛 Laktoza çatışmazlığı – süd məhsullarından sonra ağrı, köp, ishal.
🫢 Stress və həyəcan – bağça və məktəb dövründə tez-tez rastlanır.
❗ Appendisit, İnvaginasiya – qarında şiddətli ağrı, şişkinlik, sarı rəngdə qusma, qızdırma, qanlı nəcis olduqda diqqətli olmaq lazımdır.

🩺 Valideynlər nə etməlidir?

✔ Uşağın qızdırması, qusması və ya uzun müddətli iştahsızlığı varsa, kilo ala bilmirsə
✔ Ağrı 24 saatdan çox davam edirsə,
✔ Uşaq hərəkət edərkən ağrı artırsa,
✔ Ağrı qəfil və şiddətli başlayıbsa — pediyatr müayinəsi vacibdir.

Qarın ağrısı düzgün yanaşma ilə tez bir zamanda həll edilə bilər. Əsas olan, səbəbin vaxtında müəyyən olunmasıdır.

📍 Badam Medical Center
📞 Çağrı mərkəzi: *6699
📱 Randevu: (+994 55) 772 85 81


🌐 Sosial şəbəkələr:
Instagram / Facebook / TikTok / LinkedIn: .dr.lalenurmammadova

😳 Valideynlərin ən qorxulu kabusu — gözlərinin önündə övladının yad cisim ilə boğulmasıdır.ℹ️ Sizə boğulmada uşağa nə va...
10/12/2025

😳 Valideynlərin ən qorxulu kabusu — gözlərinin önündə övladının yad cisim ilə boğulmasıdır.

ℹ️ Sizə boğulmada uşağa nə vaxt müdaxilə etməli olduğunuzu qısaca izah edəcəyəm. İlk etməniz gərəkən soyuqqanlı qalmaqdır.

😣 Əgər uşağın səsi çıxırsa, ağlayırsa, rahat öskürə bilirsə və nəfəsində dəyişiklik yoxdursa — müdaxilə etmirik, öskürməsinə təşviq edirik.

🆘 Amma səs çıxmırsa, öskürə bilmir, üzü qızarır və nəfəs almaqda çətinlik yaranırsa — artıq ağır boğulmadır və dərhal müdaxilə vacibdir❗️Müdaxilə isə 1 yaş altı və 1 yaş üstü uşaqlarda fərqli şəkildə edilir.

🎥 Ən yaxın zamanda boğulma əsnasında nə etməniz gərəktiyini video ilə göstərəcəyəm. Unutmayaq ki doğru və zamanında müdaxilə övladınızın həyatını qurtaran əsas amildir🫀🫁

🔭 Səhifəmizi izləməyi unutmayın. Sağlam qalın👩🏻‍⚕️

📍 Badam Medical Center
📞 Çağrı mərkəzi: *6699
📱 Randevu: (+994 55) 772 85 81

08/12/2025

👶 Uşaqlarda Sidik qaçırmanın (Enurezis) müalicəsi

Uzm. Pediatr Dr. Lalə Nurməmmədova

Sidik qaçırma 👶 uşaqlarda tez-tez görülən və tam müalicə oluna bilən vəziyyətdir. Bu, uşağın tənbəlliyi və ya tərbiyə azlığı deyil.

Müalicənin əsas addımları:

🍏💊 Qəbizlik, Sidik yolu infeksiyası varsa müalicəsi
⏱️ Gündüz 2–3 saatda bir sidiyə getmə vərdişi
🍼 Axşam maye qəbulunu azaltmaq
🚼 Yatmazdan əvvəl tualetə getmək
🌟 Mükafat sistemi ilə motivasiya
❌ Uşağı qorxutmaq, utandırmaq və danlamaq olmaz

⏰ Zərurət olduqda alarm cihazı ilə və ya dərman müalicəsi

Əgər uşaqda sidik qaçırma 7 yaşdan sonra davam edirsə – pediatrik müayinə mütləqdir 👩‍⚕️👶.

Uşaq enürezisi düzgün yanaşma ilə tam sağalan bir haldır 💙✨

📍 Badam Medical Center
📞 Çağrı mərkəzi: *6699
📱 Randevu: (+994 55) 772 85 81

🌐 Sosial şəbəkələr:
Instagram / Facebook / TikTok / LinkedIn: .dr.lalenurmammadova

04/12/2025

📌 Uşaqlarda Sidik Qaçırma (Enurezis) – Səbəblər və Valideynlər Nəyə Diqqət Etməlidir?
Uşaqlarda sidik qaçırma — xüsusilə gecə altını islatma (Enurezis Nokturna) — valideynləri narahat edən ən yaygın problemlərdən biridir. Bu hal çox zaman tibbi, psixoloji və ya genetik amillərlə bağlı ola bilər və düzgün yanaşma ilə müalicə mümkündür.
👩‍⚕️ Uzman Pediatr Dr. Lalə Nurməmmədova olaraq bildirirəm ki, sidik qaçırma uşağın “səhvi” deyil və mütləq səbəbi araşdırılmalıdır.
Sidik Qaçırmanın Əsas Səbəbləri:
🔹 Genetik meyl – Valideynlərdə olubsa, uşaqda da rastlanması ehtimalı artır.
🔹 Yuxu zamanı dərin yuxuda qalma – Uşaq sidik hissinə ayıla bilmir.
🔹 Sidik yolları infeksiyaları
🔹 Qarın əzələlərinin zəifliyi və ya sidik kisəsinin kiçik olması
🔹 Qəbizlik – Bağırsağın sidik kisəsinə təzyiq etməsi
🔹 Stress və emosional gərginlik – Məktəb, uşaq bağçası, yeni bacı-qardaş
🔹 Diabet kimi bəzi tibbi hallar
Sidik qaçırma vaxtında müdaxilə olunduqda tam müalicə oluna bilən problemdir. Əgər övladınızda bu kimi hallar varsa, mütləq müayinə üçün müraciət edin.
📍 Badam Medical Center
📞 Çağrı mərkəzi: *6699
📱 Randevu: (+994 55) 772 85 81

🌐 Sosial şəbəkələr:
Instagram / Facebook / TikTok / LinkedIn: .dr.lalenurmammadova

29/11/2025

Address

13a Abbasqulu Abbaszadə
Baku
1004

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Pediatr Uzman Doktor Lale Nurmammadova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram