Murad Akifsoy

Murad Akifsoy Uşaq və yeniyetmə psixoloqu Uşaq və yeniyetmə psixoloqu Murad Akifsoyun Facebook hesabı.

Səhifədə özfəaliyyətdən əlavə, ixtisas yönümlü paylaşımlar da edilməkdədir

Bəzən özümüzə sərt qaydalar qoyur, funksional olmayan etiketlər yapışdırırıq. Əslində olan isə biz eyni anda həm disipli...
04/07/2024

Bəzən özümüzə sərt qaydalar qoyur, funksional olmayan etiketlər yapışdırırıq.

Əslində olan isə biz eyni anda həm disiplinli, həm də rahat ola bilərik.

Və ya öz sərhədlərimizi qoysaq belə, insanlar tərəfindən sevilə bilərik.

Var olan hisslər, düşüncələr insanaməxsusdur və insanca hiss etmək üçün hər bir emosiyaya yer verməyimiz daha sağlam münasibətlər formalaşdırmağımıza kömək edər.

"Carpe Diem" çoxlarının bildiyi, əksəriyyətinin isə yanlış ifadə etdiyi anı yaşamaq mənasını verir. Anı yaşamaqla anlıq ...
20/06/2024

"Carpe Diem" çoxlarının bildiyi, əksəriyyətinin isə yanlış ifadə etdiyi anı yaşamaq mənasını verir. Anı yaşamaqla anlıq yaşamaq fərqli məsələlərdir. Anda qalmaq deyəndə "bütün maliyyəmizi, enerjimizi bu gün xərcləmək" nəticəsinə gəlmir. Gələcəyin özünü düzgün formalaşdırmaq üçün anda qalmağımız şərtdir. Çünki indiki halımızda keçmişdə etdiklərimizin nəticəsidir. Beynimiz təhlükəni yox etmək, problem həllində daha maraqlı olduğu üçün, bu gün probelm yoxdursa, sabah ola biləcək problemləri fikirləşməyə başlayır. Heç kim, dalınca ayı düşəndə müştərilərlə edəcəyi görüşləri planlamır. Ən yaxşı yadda qalan xatirələr də anda qaldığımız fəaliyyətlərdir. İndiki dövrdə informasiya bombardmanı altındayıq. Bəli bu da o informasiyalardan biridir. Bu informasiyalar həddən çox olmaqla bərabər, onların əksəriyyəti həqiqəti əks etdirmir. Anı yaşamaqla bağlı da saysız yanlış bilinənlər var. Nəticə olaraq biz bu məsələni kənara qoymuşuq. Üstəlik indiki sürətlə inkişaf edən texnologiyalarla ayaqlaşmaq bizə çox çətindir. Hər yerdən bizə informasiya gəlir. Evdə oturduğunuz yerdə bildiriş gəlir ki, Murad Akifsoy "youtube"də yeni video paylaşıb. Yaxşı! Amma indi mən ailəmlə vaxt keçirirəm axı. Biz o videoya baxmaq adıyla telefonu əlimizə alırıq. Bir də baxırıq ki, ailəmiz də artıq telefonladır. Siz isə onlarla nə danışdığınızı artıq xatırlamırsınız. Çox yox, cəmi 5 il sonra deyəcəyik ki, bizim heç xatirələrimiz yoxdur ki! Çünki, Toyda facebookda, evdəykən işdə, işdə ikən də beyniniz Miami də dəniz kənarında idi.
Bəs nə edək ? İlk növbədə qəbul etdiyimiz informasiyanın həcmini azaltmalı, xüsusi fəaliyyətlərdə isə sadəcə olaraq yaşadıqlarımıza fokuslanırıq. Əlinizdə yemək, youtubedə videoya baxırsınızsa, yəgin ki, nə yediyinizində önəmi qalmayacaq. çünki, dadı çox da hiss etmirsiniz. Anı yaşamaq tam da budur. Yemək yeyəndə dad almağa çalışmaq, dərs oxuyanda qavramağa çalışmaq, işləyərkən işin haqqını verməyə çalışmaqdır.

Çox zaman dərslər bitən kimi valideynlər övladlarının tətillərini daha faydalı keçirmək üçün yolunu kurslardan salır. Ha...
18/06/2024

Çox zaman dərslər bitən kimi valideynlər övladlarının tətillərini daha faydalı keçirmək üçün yolunu kurslardan salır. Hansi ki, uşaq 9 ay müddətində oralara getməkdən yorulub və dincəlmək, uşaqlığını yaşamaq istəyir. Dərslər olduğu üçün bütün əyləncələrdən məhrum qalmasına səbəb olan bu dərslərə maraq və həvəsdən danışmaq əbəsdir. Çünki biz də işdən sonra iş görməklə istirahət vaxtımızı keçirsək, artıq sevdiyimiz işə belə nifrət etməyə başlayacağıq.

Uşaqlar üçün təlim və oxumaq önəmlidir. Ancaq tək önəmli olan "ağıllı" oturub müəllimə qulaq asmaqla olmur. Uşaq dünyanı tanımalı, vaxtı və fəaliyyətləri barədə qərar vermə bacarıqları inkişaf etməlidir. Özünə çevrə qurmalıdır. Həyatın təkcə bir iş görməklə, nəyisə çatdırmaq üçün süni bir şəkildə tək bir işə fokuslanmalı olduğunu düşünərək keçirməməlidir. Həyata müstəqil addım atdığı ilk gündə mən bacarmıram deyəcək. Çünki, hər zaman bir iş görüb.

Üstəlik bunu sadəcə bezənə qədər, niyə lazım olduğunu sorğulamayacaq səviyyəyə gələnə qədər görüb. Ona görə icazə verin, onların sağlam şəxsiyyət kimi yetişməsi üçün dincəlsinlər. Oynasınlar, dost qazansınlar, fiziki yorulsunlar. Yeni şeyləri təcrübə etsinlər. Belə olan halda dərsə olan marağı daha çox olacaq. Sizə də beləsi daha səmərəli olacaq həm maddi, həm mənəvi cəhətdən 😊

Eyni problemlər sizdə də var? Bəlkə yanaşma tərzimizə yenidən baxaq?Valideynlərin uşaqları ilə münasibətdə  unutduğu əsa...
05/02/2024

Eyni problemlər sizdə də var? Bəlkə yanaşma tərzimizə yenidən baxaq?
Valideynlərin uşaqları ilə münasibətdə unutduğu əsas məqam onların uşaq olmasıdır. Yəni hər hansı tapşırığı yerinə yetirən işçi olaraq anında icra edəcəklərini gözləyirlər. Ancaq məsuliyyət anlayışı olmayan, bunu nə üçün etməli olduğunu, etməsə nələr baş verəcəyini bilməyən, görməyən uşaq təbii ki, bunlardan hər addımda yayınmaq istəyəcək. Postu sürüşdürün və həll yolları ilə tanış olun. Əgər məsuliyyətlə bağlı uğurlu təcrübəniz varsa şərh bölməsində bizimlə paylaşın. Digər valideynlər də faydalansın 🙂

Təsəvvür edin, övladınız dərsdən "2" alıb. Bəli, bu sizə görə kabusdur. Ancaq desəm ki, riyaziyyatı yaxşı bilir ancaq tə...
12/01/2024

Təsəvvür edin, övladınız dərsdən "2" alıb. Bəli, bu sizə görə kabusdur. Ancaq desəm ki, riyaziyyatı yaxşı bilir ancaq təsviri incəsənətdən "2" alıb. Əgər deyirsinizsə ki, yox yenə ondan da yaxşı qiymət almalıdır. O zaman sizə bir sualım var. "Niyə?" adətən cavablar oxşar yaxud yaxın olacaq. Mən elə istəyirəm, mənim uşağım səhv etməməlidir. Bəs özümüz səhv etmirik? Əlbəttə ki, edirik. Ən çox elə onlara olan yanaşmalarımızda səhvlər edirik. Ancaq hər bir səhvin bir həlli var. Üstəlik biz yoxlamadan bilə, bilmədiyimiz bir şeyi yaxşı edə bilmərik. Uşaqlar da hazırda dünyanı tanıma mərhələsindədirlər. Hər şeyin dadına baxırlar. Dadına baxdıqları şeyləri daimi etmək və mükəmməl etmək məcburiyyətində deyillər. Özlərinə uyğun olanı axtarırlar və tapanda onu yaxşı etməyə çalışacaqlar. Ancaq məcburiyyət onları əlavə stressə salır. Belə də tam bacarıqlarını göstərə bilmirlər. Bu şəkildə səhvlərin ardı arası kəsilmir. Nəticə etibarilə artıq heç bir şeyi edə bilməyəcək hala gəlir. Gəlin nə onları nə də özümüzü əlavə stressə salaq. Onların dünyanı rahat şəkildə tanımağa, bizim isə daha rahat olmağa haqqımız var.
Siz nələri səhv edirsiniz? Komentlərdə bunu qeyd edərək, dəyişmək üçün ilk addımı atmış olarsınız. Yəni özünüzü səhvlərinizlə qəbul edəcəksiniz. 🙂

🧠 İnsanlar adətən yeni qərar verəndə anında uğurlu olacaqlarını düşünürlər. Halbuki praktikada bu belə deyil. Çünki beyn...
16/12/2023

🧠 İnsanlar adətən yeni qərar verəndə anında uğurlu olacaqlarını düşünürlər.

Halbuki praktikada bu belə deyil. Çünki beynimiz hər hansı qərarı verməzdən öncə onun müsbət və mənfi tərəflərini, eyni zamanda həyatımız üçün təhlükəsiz olmasını yoxlayandan sonra hərəkətə keçir.

👀 Bu bizim fərqində belə olmadığımız dərin analizdən sonra adətən gəldiyimiz nəticələr, təəssüf ki, neqativ olur. Çünki biz bir çox şeyləri özümüz üçün neqativ olaraq sayırıq.

🎤 Deyək ki, hardasa çıxış edəcəyik, amma orada biabır olma ehtimalımıza görə dayanırıq. Halbuki, orada bizi alqışlaya da bilərlər.

Amma beynimiz indiyə qədər var olan mənfi təcrübələri əsas götürərək hadisələrin daima neqativ davam edəcəyi kimi dəyərləndirir. Bu formada davam edən təkrarlar nəticəsində qərar verməyimiz bizi qorxudan prosesə çevrilir.

😱 Hətta iş o yerə gəlir ki, qərar verməyin özündən belə qorxuruq. Çünki qərar versək, hərəkətə keçmək məcburiyyətində qalacağıq.

Əgər komfort zonamızda uzunmüddətli qalırıqsa, geriyə gedirik.

✅ Amma komfortdan uzaqlaşmağı istəyiriksə, bu davranışı metaforik olaraq belə adlandıra bilərik: Komfort otağından çıxıb, QORXU koridorundan keçməyimiz lazımdır.

Bundan sonra biz növbəti otaqları, işıqlı koridorları görə bilərik.

Yox, əgər biz o koridordan qorxmağa davam etsək, itirəcəklərimizdən, başımıza gəlməsi mümkün olan (reallaşmasa belə) ehtimallardan çəkinsək, komfortumuzda ilişib qalacağıq.

Həyatımızın sonuna doğru isə bunların fərqində olmaq belə bizə kömək etməyəcək.

❌Çox zaman insanlar problem hesab etdiyi işləri öz beyinlərində həll etməyə çalışırlar. Ancaq bu problemlərin əksəriyyət...
10/12/2023

❌Çox zaman insanlar problem hesab etdiyi işləri öz beyinlərində həll etməyə çalışırlar.

Ancaq bu problemlərin əksəriyyəti kənar faktorlarla əlaqədar olur. Buna görə də bu problemin tək başına həll olunması mümkünsüz olur.

Ancaq insanlar problemləri özü həll etməyə davam etdikcə daha çox stress yaşayır, hətta bu kimi hallar depressiyaya da gətirib çıxarır.

✅Əgər hər hansı probleminiz varsa bunu ətrafınızdakılarla bölüşün, siz məsələyə onun içindən baxırsınız, danışdığınız şəxs isə məsələyə onun kənarından baxacaq və çatışmayan arqumentləri görmək onun üçün daha rahatdır. Eyni zamanda bu sizin insanlarla münasibətinizə də müsbət təsir göstərəcək.
Əgər problemləri onlarla paylaşmaqla həll edə bilməyəcəyinizi düşünürsünüzsə, mütəxəssis dəstəyi alın.
Bəs siz kimdən dəstək almaq istərdiniz? Düşüncələrinizi paylaşmaq istədiyiniz şəxsi şərhdə qeyd edə yaxud postu ona göndərə bilərsiniz.


💭 Bəzən valideynlər düşünür ki, övladları üçün hər şeyi bərabər etməlidir ki, onlar arasında konflikt, qısqanclıq olması...
02/12/2023

💭 Bəzən valideynlər düşünür ki, övladları üçün hər şeyi bərabər etməlidir ki, onlar arasında konflikt, qısqanclıq olmasın.

❌ Amma bu kökündən yanlışdır. Təsəvvür edin ki, bir uşağınız maşın, digəri isə lego oyuncağı istəyir. Lakin siz bərabər olmaq üçün ya lego, ya da maşın alırsınız.

Bu halda isə, digər tərəfə haqsızlıq etmiş olursunuz. Həmçinin istəmədiyi oyuncaq alındığı üçün sizə qarşı da aqresiyyası yaranır.

❌ Bununla bərabər bəzən valideynlər evdə problem olanda hər biri uşağı cəzalandırırlar. Bu da haqsız yerə cəzalandırılan uşağın digərinə qarşı qəzəbini formalaşdırır.

✅ Bu səbəbdən valideynlərin mümkün qədər uşaqlarla münasibətlərində davranışlarını uşağa məxsus/fərdi şəkildə tənzimləməsi lazımdır.

❓Burada birinci verməli olduğumuz sual: Uşaqlar nə istəyir? Mən bunları hansı şəkildə təmin edə bilərəm?

✅ Sualı bu şəkildə qoyanda artıq uşaqlar valideynləri tərəfindən qiymətləndirildiklərini görürlər. Həmçinin bu formada uşaqlara bərabər deyil də, ehtiyaclarına uyğun ədalətli davranmış olursunuz.

Psixoloji xidmət son illərdə artan tələbata görə öz daxilində müxtəlif sahələrə bölünür. Ancaq bu sahələrə baxmadan öncə...
20/11/2023

Psixoloji xidmət son illərdə artan tələbata görə öz daxilində müxtəlif sahələrə bölünür. Ancaq bu sahələrə baxmadan öncə özümüzə verməli olduğumuz sual budur ki, "Mən nə zaman psixoloq qəbuluna getməliyəm?" Mütəxəssislərin ortaq rəyi bu yöndədir ki, emosiya, düşüncə və davranış sferanızda əvvəlkindən fərqli və idarəolunmaz dəyişikliklər baş verirsə, bu dəyişikliklər uzun müddət davam edirsə (3 ay və daha çox) mütəxəssis dəstəyinə baş vurmaqda fayda var.
"Mən özüm öhdəsindən gələrəm", "Mən o qədər zəif deyiləm ki, psixoloqa gedim" tərzi yanaşma sizi bir az daha çıxılmaz vəziyyətə sala bilər. Biz çox zaman problemlərimizin fərqində olsaq da, emosional vəziyyətimiz buna imkan verməyə bilər. Ona görə biz psixoloqlar da ehtiyac olsa dəstək almaq üçün müraciət edirik.
Bununla bərabər psixoloq axtarışı edən zaman sizə uyğun olub olmayacağı, aldığı təhsilin dəqiq bu sahə üzrə olmasını, hansı terapiya metodu ilə çalışdığını dəqiqləşdirməyinizdə fayda var. Bu xidməti almadan öncə "Psixoloji xidmət haqqında Azərbaycan Respublikasının qanunu"nu ilə tanış olmanızda fayda var. (googleda tapa bilərsiniz.
Mənim mütəxəssis olaraq çalışdığım bəzi narahatlıqları aşağıda qeyd etmişəm.
Qorxular (qaranlıq, tək qalmaq, heyvanlar və s.)
Təşviş pozuntusu
Depressiya
Özünüqiymətləndirmə problemləri
Bacı-qardaş qısqanclığı
Yemək pozuntuları
Öyrənmə problemləri (dərs oxumaqla bağlı çətinliklər)
Valideyn-övlad münasibətlərindəki problemlər
Yuxu pozuntuları
İtki və yas
Telefon-kompüter asılılığı
Ünsiyyət və sosiallaşma problemləri
Məktəbə hazırlıq və uyğunlaşma (bağça, məktəb ) problemləri
Disiplin və rol problemləri

Son illərə doğru imtahan şərtləri çətinləşməklə bərabər, abituriyentlərin qayğıları da artmaqdadır. Bu şərtlərə görə onl...
18/11/2023

Son illərə doğru imtahan şərtləri çətinləşməklə bərabər, abituriyentlərin qayğıları da artmaqdadır. Bu şərtlərə görə onların daha çox fokuslanmasını tələb edən valideyn və müəllimlər təəssüf ki, imtahan həyəcanı üçün zəmin yaratdıqlarının fərqində deyillər. Nəticədə ekranda gördüyünüz faktorların da köməyi ilə, heç bir şəkildə mübarizə apara bilmədiyi bir vəziyyətlə üzləşən abituriyent üçün tək çıxış yolu bu stressdən qaçmaq olur. Əksəriyyəti yatmaq və musiqi ilə diqqətlərini yayındırmağa çalışsa da, alkoqol və tütün məmulatları qəbul edənlərin də sayı az deyil. Bunlarla stressdən yayınan abituriyent bir müddət sonra bu qaçış vasitələrindən asılı hala gəlir. Bu anda artıq tək çıxış yolu mütəxəssisə baş vurmaqdır. Ancaq bunlara görə də ayrıca tənqid edilən abituriyent üçün imtahanla bağlı hər hansı müsbət dəyişiklik şansı da itmiş olur. Əgər övladınızda bu əlamətlərdən 2-3 dənəsini görürsünüzsə mütəxəssis dəstəyinə baş vurmanızda fayda var. Əks halda imtahan sonrası depressiya və qalıcı təşviş pozuntusu əlamətləri abituriyentlərin sonrakı həyatına da yön verməyə davam edəcək.

Oktyabrın 11 də iki ildir psixoloqu olaraq çalışdığım .az Layihəsinin təqdimat mərasimi baş tutdu. Həm gördüyümüz işlər,...
31/10/2023

Oktyabrın 11 də iki ildir psixoloqu olaraq çalışdığım .az Layihəsinin təqdimat mərasimi baş tutdu. Həm gördüyümüz işlər, həm də əldə olunmuş nəticələrimizi paylaşdıq. Eyni zamanda yaxın gələcək üçün planlarımızı çatdırdıq. Çıxışımda psixoloji xidmətin təşkili və həyata keçirilməsi ilə bağlı məlumatları paylaşdım. Qeyd edim ki, Bacardım valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası və inkişaf imkanlarının bərabərləşdirilməsi üçün çalışan bir platformadır.

Oktyabr ayında psixi sağlamlıqla bağlı fərqindəliyin artması üçün 10 oktyabr Dünya psixi sağlamlıq günü qeyd olunur. Önc...
14/10/2023

Oktyabr ayında psixi sağlamlıqla bağlı fərqindəliyin artması üçün 10 oktyabr Dünya psixi sağlamlıq günü qeyd olunur. Öncəki postumda bu barədə postlarımın daha çox olacağı barədə məlumat vermişdim. İndiki postum Özünəqayğının əsas kompanentləri və həmin sahələrdə narahatlıqlarımızın olduğunu göstərən əsas əlamətləri qeyd etdim. Əlamətlərin hamısı fotolarda olduğuna görə bir başa həlli üçün olan ilkin addımlara keçirəm.
Əgər həyatımızda bir disiplin, bir sistem yaxud yenilik gətirmək istəyiriksə, indiyə qədər nələri yanlış etdiyimizə baxmağımız lazımdır. Düşünürsünüz ki, Psixoloq bəzi maddələri sayacaq, biz də heç axıra qədər oxumadan üstündən keçib "Məndə niyə alınmır?" düşüncəsi ilə boğuşmağa davam edəcəksiniz. Əslində isə hər hansı dəyişiklik üçün həyatınızda yer ayırdığınıza əmin olmağınız lazımdır. Məsələn idmana başlamaq üçün mütləq ki, ilk öncə yuxu və yemək vərdişlərinizi qaydaya salmağınız, günlük rutinləri yenidən dizayn etməyiniz lazımdır. Bunları edə bilməyəndə idmanda hər hansı bir davamlılıq əldə etməyiniz qeyri-mümkündür. Araşdırmalar göstərir ki, yeni mövsümdə idmana başlayan insanların 65-70 faizi idmanı ikinci yaxud üçüncü ayında tərk edir. Ona görə Hər hansı həllərə keçmədən öncə fotolarda qeyd etdiyim sahələr üzrə vəziyyətinizi qiymətləndirməyə başlaya bilərsiniz. Növbəti addımlar isə, növbəti postlarda ələ alınacaq.

Address

Baku

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994515094958

Alerts

Be the first to know and let us send you an email when Murad Akifsoy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Murad Akifsoy:

Share

Category