Pediatr Dr.Fazil Recebov

Pediatr Dr.Fazil Recebov Baku Medical Plaza
*+994 70 757 57 86 Azerbaycan Tibb Universiteti Tedris Terapiya Klinikasi
*+994 70 757 57 86
*+994 55 757 57 86
*+994 51 757 57 86

06/12/2018

Səhifəmizin dəyərli izləyiciləri,
Dr. Erkin Rəhimovun rəhbərliyi ilə mart ayından fəaliyyət göstərən, çoxsaylı xəstələrin diaqnozunun qoyulmasında, müalicəsində və həyata tutunmasında uğurlu nəticələr göstərən "Uşaq Reanimasiyası və İntensiv Terapiya" komandasının yeni həkimi - Dr. Fazil Rəcəbovu sizlərə təqdim edirik.

Ətraflı məlumat üçün: http://bit.ly/2KDVCDH

✔️ "Baku Medical Plaza" - bizimlə sağlam yaşa!
📍 Xətai rayonu, Babək prospekti 92 N
☎ 012 404 41 90 / 012 909 / 070 757 57 86

22/12/2016

HELMINTOZLAR
Uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə (helmintozlar) yoluxurlar. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmintlər parazitlik edə bilərlər. Helmintlər uşağın immuniteti azalmasına, allergiyaların, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir. Buna görə də valideynlər helmintlərlə yoluxma təhlükəsini bir an da yaddan çıxarmamalı – uşağın yaşadığı evin gigiyenasına ciddi nəzarət etməli, uşaq böyüyəndə isə onun özünü gigiyena qaydalarına riayət etməyə öyrətməlidir. Ancaq profilaktikaya əməl edilməsi heç də bütün hallarda balaca uşaqların bu xəstəliklərə yoluxmasının qarşısını ala bilmir. Bütün uşaqlar çirkli əllərini ağızlarına salır, həyətdəki it və pişiklərlə oynayır, çirkli meyvələrı yeyirlər. Ona görə də 10 yaşına qədər olan praktiki olaraq bütün uşaqlar helmintlərə yoluxmuş olurlar. Bir çox hallarda helmintozun diaqnostikası məqsədi ilə aparılan nəcisin müayinəsi, qanın bəzi göstəriciləri (eozinofillər, E immunoqlobulini) yoluxmanın olmasını təsdiq etmir. Bunu və helmintlərin uşaq orqanizmi üçün olan təhlükəsini nəzərə alaraq hər yaz və payız mövsümlərində, həkim-helmintoloqun ilkin məsləhətindən keçməklə, bütün ailə üzvlərinin helmintlərə qarşı profilaktik müalicəsini aparmaq məsləhət görülür. Lyamblioz Uşağın lyambliozla yoluxması çirkli əllər, yaxşı yuyulmamış meyvə və tərəvəzlər, çirkli su, natəmiz qablardan istifadə edilməsi və s. yollarla baş verir. Lyambliyalar uşaq orqanizmində aylarla, hətta illərlə yaşayaraq onlara zərər verməkdə davam edirlər. Lyamblioz zamanı uşaqlarda nəcis ifrazında pozğunluq, nəcisdə selik, köpük, iştahanın azalması, artmış yanğı hissiyyatı, qarında ağrı olur. Lyambliyalar uşaq orqanizmini zəhərləyir ki, bu da onun bədənində və sifətində səpgilərin əmələ gəlməsinə səbəb olur. Bütün bu əlamətlərin müşahidə edildiyi halda, həkimə müraciət edərək xüsusi müalicə kursu keçmək lazımdır ki, bu da uşağın bu xəstəlikdən tam şəkildə sağalmasına səbəb olar. Valideynlər bilməlidirlər ki, lyamblioza görə müayinəni ildə 2-3 dəfə təkrar etmək lazımdır. Bu zaman müayinə üçün yalnız təzə (defekasiya aktından 2 saatdan artıq müddət keçməməklə) nəcis götürülməlidir. Bizquyruq Bizquyruqla yoluxmaya enterobioz deyilir. Onların bağırsaqlarda yaşama dövrü 28-56 gün təşkil edir. Bu qurdlar qalın ağ sapın kiçik (1 sm-dək) bir qırıntısına bənzəyir. Enterobioz immun sistemini kəskin şəkildə zədələdiyi üçün təhlükəli hesab edilir. Bizquyruqlar bağırsağın (xüsusən a**s ətrafında), cinsi orqanların, sidik ka**lı dəliyinin iltihabını törədə bilirlər. Appendiks çıxıntısına daxil olmaqla onlar appendisitə də səbəb ola bilərlər. Bizquyruqlar a**l dəliyin büküşlərinə özlərinin on minlərlə yumurtasını qoyur və bu zaman həmin nahiyəyə xüsusi qıcıqlandırıcı maddə ifraz edirlər. Axşamlar uşaqlar a**l dəlik ətrafinı qaşıyarkən bizquyruq yumurtaları onların dırnaqlarının altına daxil olurlar. Uşaqların yuyulmamış əllərini ağızlarına salması, əllə yemək yemələri, dırnaqlarını dişləmələri kimi vərdşləri olduğu üçün bizquyruqla yoluxmalar daimi olaraq baş verir. Bəzi hallarda a**s ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox p*s yatır, tez-tez hirsli və qıcıqlanmış olur. Enterobioz zamanı uşaqlar bir çox hallarda ürəkbulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar olur. Enterobiozun diaqnostikası bir çox hallarda olduğu kimi, həm nəcisin (bu zaman nəcisdə canlı qurdlar və ya onların yumurtaları aşkar edilir), əksər hallarda isə a**s ətrafındakı büküşlərdən götürülən yaxmanın müayinəsi zamanı qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Bu zaman uşağın a**suna xüsusi şəffaf lent yapışdırılır və bir qədər keçdikdən sonra onun üzərində mikroskop altında bizquyruq yumurtalarına görə müayinə aparılır. Enterobiozun müalicəsi ya pediatr ya da helmintoloq (qurdların müalicəsi üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən aparılır. Müalicə zamanı sanitar gigiyenik rejimə də əməl etmək vacib hesab edilir. Hər gün səhər və axşam uşagın a**sunun ətrafını yumaq, ora vazelin və ya uşaq kremi sürtmək, axşamlar uşağa dar tuman geyindirmək lazımdır. Səhərlər uşağın tumanını dəyişmək və qaynar suda yumaq, yataq dəstini isə isti ütü ilə ütüləmək lazımdır. Bu zaman mütləq bütün ailə üzvlərini də enterobioza görə müayinə etmək və qurd yumurtaları aşkar edildiyi halda onları da müalicə etmək lazımdır. Müalicədən 10 və 30 gün keçdikdən sonra yuxarıda qeyd edilən qayda üzrə a**s büküşlərindən götürülmüş yaxmanın müayinəsi aparılmalıdır. Askarida Askarida - uşaqlarda təsadüf edilən 2-ci daha çox yayılmış qurddur (helmint). Soxulcanabənzər şəkildə olan askaridaların uzunluğu 20-40 sm-ə çatır. Onlar insanların bağırsaqlarında parazitlik edirlər. Askaridalar tərəfindən bağırsağa ifraz olunan toksinlər uşaqlarda qan azlığına, iştahanın azalmasına, qarında ağrılara, ürəkbulanmaya, gecələr ağızdan tüpürcək axmasına, ümumi zəifliyə, əzginliyə, baş ağrısına, oyanıqlığa səbəb olur. Bəzən askaridalar bağırsaqda o qədər çox olurlar ki, onlar yumaq şəklində bir-birinə dolaşaraq, ağır patoloji hallardan biri hesab edilən bagırsaq keçməməzliyinə səbəb olurlar. Bu halda vəziyyətdən çıxış yolu kimi, cərrahi əməliyyatdan istifadə edilir. Böyüklərə nisbətən uşaqlar askaridaya daha çox hallarda və asanlıqla yoluxurlar. Askarida yumurtaları yaşadığınız evə çirkli ayaqqabılar, müxtəlif meyvə və tərəvəzlərlə, su ilə, natəmiz əllərlə gətirilə bilər. Onların yayılmasında milçəklərin də müəyyən rolu vardır. Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Müvafiq mütəxəssis (həkim pediatr və ya helmintoloq) tərəfindən aparılan düzgün müalicədən sonra uşaqlarda praktiki olaraq tam sağalma baş verir. Askaridiozun profilaktikası üçün uşağın sanitar-gigiyenik normalara dəqiq şəkildə əməl etməsinə nəzarət etmək lazımdır. Uşaqlara yuyulmamış meyvə və tərəvəzlərin yeyilməsinə imkan verməmək, milçəklərin otağa daxil ola bilməməsi üçün pəncərələrə tor vurmaq lazımdır. Uşaqların it və pişik askaridaları yumurtaları ilə yoluxması daha təhlükəli hesab edilir. Torpaq və qumda oynayan zaman uşaqlar bu qurd yumurtalarını uda bilərlər. İnsan askaridasından fərqli olaraq heyvan askaridaları qan dövranı ilə bütün orqanizmə yayılaraq müxtəlif orqanlarda (gözlərdə, beyində, ağciyərlərdə) yaşaya bilərlər. Askaridalar öz ifrazatları ilə uşaq orqanizmini zəhərləyərək onlarda ağciyərlərin və dərinin ağır allergik reaksiyalarına səbəb ola bilərlər. Bu askaridaların müalicəsi stasionar (xəstəxana) şəraitində aparılır. Müalicə uzunmüddətli olub, sağalma çətinliklə əldə edilir. Tükbaş qurd Tükbaş qurd - trixosefalez xəstəliyini törədir. Bu qurdun uzunluğu 3-5 sm-ə çatır. Əksər hallarda bu qurd kor bağırsaqda və appendiksda yaşayır. O, bağırsaq divarını deşərək qan ilə qidalanır, bağırsağın iltihabına səbəb olur. Bu qurdlar 5-6 il ömür sürürlər. Tükbaş qurd ilə yoluxma zamanı uşaqların əsas şikayəti qarının sağ tərəfində tutmaşəkilli ağrılar, ürəkbulanma və qusmadan olur. Onlarda ishal və ya qəbizlik, axşam yatarkən ağızdan tüpürcək axması, narahat yuxu, oyanıqlıq, qanazlığı və qandakı müxtəlif dəyişikliklər də təsadüf edilir. Diaqnoz uşağın nəcisinin müayinəsi aparılmaqla təstiq edilir. Aparılan müalicədən sonra tam sağalma qeyd edilir. Bütün bağırsaq parazitləri (qurdları) ilə yoluxmanın profilaktikası sanitar-gigiyenik normalara riayət edilməsindən, qəbul edilməsindən qabaq bütün meyvə və tərəvəzlərin axar su altında yaxşı-yaxşı yuyulmasından ibarətdir. Enli lentşəkilli qurd Bu növ qurdla yoluxma əsasən yaxşı bişirilməmiş və qızardılmamış balıqların yeyilməsi nəticəsində baş verir. Bu qurdun uzunluğu 8–10 m-ə çata bilər. İnsan bədənində illərlə qala bilir. Enli lentşəkilli qurd bağırsağı qıcıqlandırır və xeyli miqdarda B12 vitaminini mənimsədiyi üçün qanazlığına (anemiyaya) səbəb olur. İştahası yaxşı olmasına baxmayaraq uşaq kəskin şəkildə arıqlayır. Xəstəliyin diaqnozu nəcisin müayinəsi aparılmaqla qurd yumurtalarının və ya onun bədəninin bir hissəsinin aşkar edilməsi nəticəsində qoyulur. Müalicə müvafiq ixtisaslı həkim tərəfindən aparılır ki, bu da tam şəkilli sağalma ilə nəticələnir. Xəstəliyin profilaktikası əsasən, çiy, yaxşı bişirilməmiş və qızardılmamış, hisə və buxara yaxşı verilməmiş balıqların və p*s duzlanmış kürünün qəbul edilməməsindən ibarətdir. Lentşəkilli cırtdan qurd Bu qurdun uzunluğu 1,5-3 sm olur. Natəmiz əllər vasitəsi ilə təkrar özünü yoluxdurmalar baş verdiyi üçün qurd uzun müddət insan orqanizmindən tam şəkildə yox olmur. Lentşəkilli cırtdan qurd əsasən nazik bağırsağı zədələyərək onun iltihablaşmasına və hətta xoraların da əmələ gəlməsinə səbəb olur. Uşaq orqanizmində yüzlərlə belə helmintlərin yaşaması onun orqanizmi üçün ağır və təhlükəlı xəstəliyə çevrilə bilər. Belə uşaqlar arıqlayır, əzgin, solğun görünürlər. Onlarda bağırsaq pozğunluqları, ishal, nəcisdə xeyli miqdarda seliyin olması, sinir sistemi tərəfindən (hətta bəzən özündəngetmə və qıcolma tutmaları baş verməklə) müxtəlif pozğunluqlar da rast gələ bilər.

PEYVƏNDIN UŞAQLARA FAYDALARI VƏ ZƏRƏRLƏRI Uşağın immuniteti aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalay...
03/11/2016

PEYVƏNDIN UŞAQLARA FAYDALARI VƏ ZƏRƏRLƏRI Uşağın immuniteti aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.

Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, teta**s və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immuniteti aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.

Peyvəndin kənar təsirləri təhlükəlidir

Peyvəndlər aşağı temperaturda qızdırma, infeksiya yerində qızartı və şişkinlik kimi təsirlər yarada bilir. Bəzi peyvəndlər müvəqqəti olaraq baş ağrısı, başgicəllənmə, halsızlıq və iştahasızlıq meydana gətirir. Nadir hallarda rast gəlinən bu kənar təsirlər valideynlərdə narahatçılığa səbəb olsa da, peyvəndlər uşaqları ölümcül xəstəliklərə yaxalanmaqdan qoruyur. Əgər uşaqda hər hansı bir xəstəlik və ya fərdi xüsusiyyətlər olarsa, həkim-pediatr onu müayinə edərək, bu və ya başqa peyvəndin oluna bilməsi və vaxtı barədə qərar verir, lazım olduğu hallarda isə uşaq orqanizmini peyvəndin olunmasına hazırlamaq məqsədi ilə xüsusi dərman preparatları təyin edir.

Peyvənd erkən aparılmalıdır
Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından və onları bu xəstəliklərdən qorumaq üçün peyvənd erkən yaşlarda aparılmalıdır.

Peyvənd vurdurmamaq yaxşı fikir deyil. Çünki belə halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır.

YÜKSƏK HƏRARƏT!Usaqlarda yuksek heraret kecirilen her hansi infeksiyanin ilk gostericisi oldugu kimi bezen de saglam bir...
14/10/2016

YÜKSƏK HƏRARƏT!
Usaqlarda yuksek heraret kecirilen her hansi infeksiyanin ilk gostericisi oldugu kimi bezen de saglam bir usaqda da heraret yuksekliyi musahide oluna biler. Havanin isti olmasi, idman ve hereketli oyunlar, qalin geyim de xestelik olmadigi halda herareti yuksek gostere biler. Bele veziyetlerde usaq normal istilikli otaqda 30-40deq dinceldikden sonra tekrar olculmelidir. Temperatur olculmesi agiz, qulaqici, qoltuqalti ve duz bagirsaqdan aparila biler. Bizim esas istifade etdiyimiz qoltuqalti nahiyedendir ki, bu zaman da qoltuqaltinin yas olmadigina diqqet etmeliyik.
Herareti yuksek olan usaqlarin
1. Uzerindeki qalin geyimlerin cixarilmasi.
2. Cox isti muhitde saxlanilmamasi
3. Cox isti maye ve yemeklerin qebul edilmemesi
4. Sirke ve spirtin bedene temas etdirilmemesi
5. Soyuq su ile dus alinmamasi
6. Yatarken ustune qalin yorgan ortulmemesi meslehetdir.
Ev seraitinde edilecek seyler bol maye qebulu (su, cay, meyve sulari ve duru yemekler), uzerindeki geyimlerin azaldilmasi, heraretsalicilardan istifade etmekdir. Heraretsalicilardan 30-40deq sonra heraretin dusmesi olmazsa ilıq su ile dus aldirilmalidir. Suyun temperaturu usagin titremeyeceyi derecede olmalidir.
Eger usaginizda yuksek heraretle yanasi halsizliq, yuxululuq, titreme, istahasizliq, basagrisi, basgicellenme, qulaq agrisi, burun tutulmasi, ishal, qarin agrisi, qusma (bu sikayetlerin biri ve ya bir necesi) varsa her hansi bir infeksiyanin olmasina subhedir. Bele hallarda hekime muraciet etmeniz mutleqdir.
Korpelerinizi qoruyun!
Pediatr Fazil Rəcəbov.

17/06/2016

ENUREZIS
Alt islatma nədir?
Alt islatma; uşağın fizioloji və ya psixoloji bir çox səbəbdən ötəri yuxu əsnasında və ya oyanıqkən sidiyini tuta bilməməsi vəziyyətidir. Bu vəziyyətə tibb dilində enurezis adı verilir.

İnkişafı normal seyr edən uşaqların çoxu 2-3 yaş dövründə tualet ehtiyacını xəbər verirlər. Ancaq uşaq, 4-5 yaşına gələnə qədər hərdənbir gündüzləri, daha sıx olaraq da gecələri sidik idarəsini təmin etməkdə çətinlik çəkdikləri zaman altlarını islada bilərlər.Sidik kisəsinin əzələləri gecə daha çətin idarə edilə bildiyindən, gecə alt islatma davranışı, gündüzdən daha sıx görülür.

Ailələr uşaqları 5 yaşına qədər bu vəziyyəti normal qəbul etməlidir. Uşağın normal inkişafı içində sidiyini gecə və gündüz nəzarət edəcəyi bioloji yetkinliyə çatması lazım olan 5 yaşından sonra ancaq bir problemin varlığından söz edilə bilər.

15/06/2016

Uşaqlarda susuzlaşmağa (Dehidratasiya)

Uşaqlarda yaranan maye itkisi (Dehidratasiya) müxtəlif səbəblərə bağlı ola bilər: Ishal, qusma, hərarət və s. Uşaqların metobolzmi böyüklərdən daha surətli olduğu üçün suya olan tələbat da bu cür hallarda daha çox artır və düzgun aparılmayan müalicələr bəzən daha ciddi ağırlaşmalara səbəb olur. Maye itkisi yungul, orta ağır və ağir ola bilər. Ev şəraitində bu cür halların qarsını almaq ücün valideyinlər uşaqlarda bunlara diqqət verməlidir.
1. Uşaqda son 6-7 saat saat ərzində sidik ifrazında azalma
2. Sidiyin tünd rəngli olması və ya normaldan daha cox qoxulu olmasl
3. Uşağın aktivliyində azalma və ya yuxuya meyillik
4. Ağız və dodaqlarda quruluq.
5. Ağlayarkən göz yaşının olmaması.
Bu kimi hallar olduğu zaman təcili olaraq itirilən maye yerinə qoyulmalıdır. Bu iki halda: ya ağızdan( oral) və ya xəstəxana şəraitində (parenteral) şəkildə həyata keşirilməlidir. Amma unutmaq lazım deyil ki, verilən maye su itkisinin dərəcəsinə və uşağın çəkisinə görə tənzimlənməlidir. Normadan artıq və sürtəli şəkildə verilən mayelər bəzən həyati vacib orqanların yüklənməsinə və cidi ağırlaşmaların yaranmasına gətirib çıxara bilər.

12/06/2016

Address

Baku
AZ1142

Telephone

+99470 757 57 86

Website

Alerts

Be the first to know and let us send you an email when Pediatr Dr.Fazil Recebov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pediatr Dr.Fazil Recebov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category