Endokrinoloq Gülay Həsənqızı

Endokrinoloq Gülay Həsənqızı Endokrinoloji xəstəliklərin müayinə və müalicəsi

Təhsili
2003-2009 cu illər Azərbaycan Tibb Fakültəsi II Müalicə Profilaktika Fakültəsi
2009-2011 ci illər Sankt-Peterburq şəhərində Meçnikov adına Tibb Akademiyasında Endokrin ve Metobalizma xəstəlikləri kafedrasında kliniki ordinatura
2010-cu il Sankt-Peterburq şəhəri Pediatrik Tibb Akademiyadasında "Uşaq ve yeniyetmə endokrinologiyası" elmi və praktik təcrübə
2012-2013 cü illər Türkiyə Cumhuriy

yəti İstanbul Universiteti Çapa Tıp Fakültesinin Endokrin ve Metabolizma xəstəlikləri bölümündə praktik və kliniki təcrübə
2014-cü il Turkiyə Cumhuriyyəti,İstanbul şəhəri, Özel Diyabet Hastanesi, "Diabetik ayaq" bölümündə praktik və kliniki təcrübə
2014-cü ildən Modern Hospitalda fəaliyyət göstərən "Ayaq Mərkəzinin" rəhbəri və həkim-endokrinoloqudur. Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəğinin həkim-endokrinoloqudur.
İştirak etdiyi konfrans və kurslar:
• Tireodologiya üzrə praktiki seminar, 2010, Rusiya, Sankt-Peterburq
• "Diabet və Postmenopauzal Osteoporoz" adlı konfrans, 2011, Rusiya, Sankt-Peterburq
• "50. Ulusal Diabet" Konfransı, 2014, Türkiyə, Antalya
• İnsulin Pompa Kursu, 2014, Türkiyə, Antalya
• 50th Annual Meeting European Association for the Study of Diabetes, 2014, Austria, Vienna
• "1st İnternational World Diabetes" konfransı, 2014, Türkiyə, İstanbul
• "6. Ulusal Obezite Konfransı", 2014, Türkiyə, İstanbul
• European Congress of Endocrinology, 2015, İrlandiya, Dublin
• 8th World Congress on Diabetes and Obesity, 2015, Latviya, Riqa
• 51th Annual Meeting European Association for the Study of Diabetes, 2015, İsveç, Stokholm
• "EndoBridge" adlı elmi proqram, 2015, Türkiyə, Antalya
• Hipofiz simpoziumu,2016, Türkiyə, ankara
• TEMH konfransı, 2017, Türkiyə, Antalya

Avropa Diabet Assosiasiyasının və Türkiye Endokrin və Metabolizma dərnəyinin üzvüdür.

Cool mom & cooler son 😎
06/05/2026

Cool mom & cooler son 😎

Türk Dövlətlərinin II Endokrinoloji Konfransı Antalyada uğurla baş tutdu. Bu mühüm tədbirin ərsəyə gəlməsində əməyi olan...
02/05/2026

Türk Dövlətlərinin II Endokrinoloji Konfransı Antalyada uğurla baş tutdu. Bu mühüm tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Türk Dövlətlərinin III Endokrinoloji Toplantısı isə gələn il 16–17 aprel tarixlərində Səmərqənddə keçiriləcək.

Özbəkistan Endokrinologiya Cəmiyyəti sədri çox sevimli Feruza Alimovna ilə Türk Dövlətlərinin 2-ci Endokrinoloji Konfran...
30/04/2026

Özbəkistan Endokrinologiya Cəmiyyəti sədri çox sevimli Feruza Alimovna ilə Türk Dövlətlərinin 2-ci Endokrinoloji Konfransından

Oʻzbekiston Endokrinologiya Jamiyati raisi, juda mehribon Feruza Alimovna bilan Turk Davlatlarining 2-Endokrinologiya Konferensiyasidan samimiy uchrashuv.
feruza.alimovna

24/04/2026

Arıqlama dərmanları kimi tanıdığımı hal-hazırda geniş istifadə olunan semaqlutid, tirzepatidinin əsas göstərişləri;
1️⃣Piylənməsi
2️⃣ Artıq çəkisi və ya piylənməsi olan Tip 2 Diabetlilərdir

Daxili Xəstəliklər Dərnəyinin II Milli Konqresindən
21/04/2026

Daxili Xəstəliklər Dərnəyinin II Milli Konqresindən

Əziz həmkarlarım, dəyərli dostlarım,Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri seçilmək mənim üçün böyük şərəf və məs...
12/04/2026

Əziz həmkarlarım, dəyərli dostlarım,

Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri seçilmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Göstərdiyiniz etimada görə hər birinizə ürəkdən təşəkkür edirəm.

Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, birlikdə, əl-ələ verərək cəmiyyətimizi daha da irəli aparacağıq.

Cəmiyyətimizin ilk sədri Xəyyam doktor 2 il ərzində bu qurumu böyük zəhmət və məsuliyyətlə idarə etdi. Ona gördüyü işlərə görə xüsusi təşəkkür edirəm və bu yolu eyni əzmlə davam etdirməyə çalışacağam.

Birlikdə daha güclüyük🤝ictimaibirliyi

Azərbaycan Endokrinoloqlar Cəmiyyəti (AEC) və Türkiye Endokrinoloji ve Metabolizma Derneği (TEMD əməkdaşlığının davamlıl...
31/03/2026

Azərbaycan Endokrinoloqlar Cəmiyyəti (AEC) və Türkiye Endokrinoloji ve Metabolizma Derneği (TEMD əməkdaşlığının davamlılığı və gələcək birgə layihələr üçün möhkəm zəmin yaratması ən böyük qazancımızdır🤝

Xüsusilə də bu sessiyada Alper Sönmez kimi dəyərli bir hocayla moderatorluğu paylaşmaq mənim üçün ayrı bir qürur oldu.

Mənə görə bu cür toplantılar insana sadəcə bilik deyil, həm də motivasiya verir və yeni baxış bucağı qazandırır.
ictimaibirliyi

Biz Könüllə 5-ci sinifdən bəri dostuq. İbtidai sinifi bitirib  Zəngi liseyinə qəbul olunduğumuz günlərdən bu günə qədər…...
25/03/2026

Biz Könüllə 5-ci sinifdən bəri dostuq. İbtidai sinifi bitirib Zəngi liseyinə qəbul olunduğumuz günlərdən bu günə qədər… həyat bizi fərqli istiqamətlərə aparsa da, baxışlarımız dəyişsə də, aramızdakı bağ heç dəyişmədi.

Bəlkə bu güvəndir, bəlkə uşaqlıq xatirələridir, bəlkə də izahı olmayan bir sevgi… Amma bir şeyi dəqiq bilirəm ki, uşaqlıq dostları sadəcə dost olmur. Onlar sənin həyatının, ailənin, keçmişinin və kimliyinin bir parçasına çevrilir.

Zaman keçir, hər şey dəyişir, həyatımıza başqa insanlar daxil olur… amma bəzi insanlar var ki, sənin qəlbində həmişə eyni yerdə qalır, Könülüm kimi🤍

Bəs sizcə niyə uşaqlıq dostlarımızın qəlbimizdəki yeri fərqlidir?

Bakıda doğulub, orda böyümüşəm. Amma nə qədər qəribə olsa da, artıq rayon, təbiət mənə daha doğma gəlir. Elə bilirəm ins...
23/03/2026

Bakıda doğulub, orda böyümüşəm. Amma nə qədər qəribə olsa da, artıq rayon, təbiət mənə daha doğma gəlir. Elə bilirəm insan yaşa dolduqca sakitliyə, sadəliyə daha çox çəkilir.

İndi istəyim çox sadədir ayın yarısını şəhərdə işləyim, yarısını isə rayonda yaşayım 😍🥹🤣

Zərifliyi ilə dünyanı gözəlləşdirən, peşəkarlığı ilə cəmiyyətə dəyər qatan, sevgisi və mərhəməti ilə ətrafına işıq saçan...
08/03/2026

Zərifliyi ilə dünyanı gözəlləşdirən, peşəkarlığı ilə cəmiyyətə dəyər qatan, sevgisi və mərhəməti ilə ətrafına işıq saçan bütün qadınların günü mübarək olsun.

Allah bütün qadınlara həyatın ən gözəlini, ən xeyirlisini və qəlblərinə rahatlıq gətirən nemətləri nəsib etsin.

28/02/2026

İnsulin Dirəncini olduğunu necə bilmək olar?

Address

Atatürk Prospekti 3078, Ayna Sultanova Heykelinin Arxası
Baku

Telephone

+994515444727

Website

Alerts

Be the first to know and let us send you an email when Endokrinoloq Gülay Həsənqızı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Endokrinoloq Gülay Həsənqızı:

Share