Psixoloq Elnur Rüstəmov

Psixoloq Elnur Rüstəmov Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri

Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutunda “Şəxsiyyət və Daxili İnkişaf” mövzusunda keçirilən Gənclərin İnkişafı Foru...
28/02/2026

Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutunda “Şəxsiyyət və Daxili İnkişaf” mövzusunda keçirilən Gənclərin İnkişafı Forumu bir daha göstərdi ki, gənclər yalnız məlumat deyil, məna axtarır; yalnız bilik deyil, daxili istiqamət qazanmaq istəyir.

Forum çərçivəsində aparılan çıxışlar və müzakirələr sübut etdi ki, şəxsiyyətin formalaşması təsadüfi proses deyil. Bu, elmi yanaşma, düşüncə mədəniyyəti və daxili məsuliyyət tələb edən inkişaf yoludur.

Müasir dövrdə əsas çağırış informasiya bolluğu içində özünü itirməmək, əksinə, özünü tapmaqdır. Bu baxımdan forum gənclər üçün yalnız dinləmə məkanı deyil, düşünmə və özünə baxış platforması rolunu oynadı.

Dəyərli çıxışları ilə bu platformaya məzmun qazandıran spikerlərimizə səmimi təşəkkürümü bildirirəm. Sizin təqdim etdiyiniz elmi və praktik yanaşmalar gənclərin dünyagörüşünün formalaşmasına mühüm töhfə verdi.

Eyni zamanda forumun yüksək səviyyədə təşkilində əməyi olan bütün təşkilatçı komandaya minnətdarlığımı ifadə edirəm. Bu cür təşəbbüslər yalnız tədbir deyil, gələcəyin düşünən və məsuliyyətli fərdlərinin formalaşmasına xidmət edən strateji addımlardır.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq inanırıq ki, sağlam cəmiyyət düşünən şəxsiyyətlər üzərində qurulur. Və bu istiqamətdə həyata keçirilən hər bir təşəbbüs ölkəmizin psixoloji inkişaf mühitinə verilən dəyərli töhfədir.

merkez_



26 Fevral tarixində Psixologiya Elmi Tədqiqat İnstitutunda Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçiri...
26/02/2026

26 Fevral tarixində Psixologiya Elmi Tədqiqat İnstitutunda Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.

Tədbir çərçivəsində institut əməkdaşları və gənc mütəxəssislərlə birlikdə xalqımızın tarixində silinməz iz buraxmış bu faciənin yalnız siyasi və tarixi deyil, həm də psixoloji ölçüləri müzakirə olundu.

Xocalı faciəsi təkcə bir şəhərin deyil, bütöv bir xalqın kollektiv yaddaşına həkk olunmuş travmatik hadisədir. 1992-ci ilin fevralında baş verən bu soyqırım nəticəsində yüzlərlə dinc sakin qətlə yetirilmiş, minlərlə insan yaralanmış və əsir götürülmüşdür. Bu hadisə Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır insanlıq cinayətlərindən biri kimi tarixə düşmüşdür.

İnstitut olaraq inanırıq ki, bu kimi faciələrin xatırlanması yalnız tarixi yaddaşın qorunması deyil, həm də cəmiyyətin psixoloji dayanıqlığının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Xocalı — yaddaşımızdır!
Xocalı — kollektiv travmanın dərsidir!
Xocalı — ədalət çağırışıdır!

Böyük məmnuniyyətlə bildirirəm ki, Psixologiya Elmi Tədqiqat İnstitutu tərəfindən Azərbaycan dilinə adaptasiya edilən “U...
23/02/2026

Böyük məmnuniyyətlə bildirirəm ki, Psixologiya Elmi Tədqiqat İnstitutu tərəfindən Azərbaycan dilinə adaptasiya edilən “Uşaq və Yeniyetmələr üçün Psixoloji Sıxıntı Şkalası (CAPDS-10)” üzrə elmi-metodik vəsait artıq çap olunmuşdur.

Bu alətin dilimizə uyğunlaşdırılması və psixometrik xüsusiyyətlərinin qiymətləndirilməsi üzrə apardığımız tədqiqatın nəticələri “Scopus” bazasında indekslənən, Q1 kvartilinə daxil olan Journal of Education, Culture and Society jurnalında dərc edilmişdir. Bu, yalnız bir nəşr uğuru deyil — bu, ölkəmizdə psixometrik tədqiqatların beynəlxalq metodoloji standartlara uyğun şəkildə aparıldığının real göstəricisidir.

10 maddədən ibarət olan, 4 ballıq Likert tipli qiymətləndirmə sisteminə əsaslanan bu şkala uşaqlar və yeniyetmələr arasında psixoloji sıxıntı səviyyəsinin etibarlı ölçülməsi üçün nəzərdə tutulmuşdur. Aparılan statistik analizlər alətin yüksək daxili tutarlılığa malik olduğunu təsdiqləmişdir (Cronbach’s α = 0.872). Bu göstərici onun həm elmi, həm də praktik istifadə üçün güclü ölçmə vasitəsi olduğunu nümayiş etdirir.

Adaptasiya edilmiş şkala aşağıdakı istiqamətlərdə tətbiq oluna bilər:

• elmi-tədqiqat layihələrində
• məktəb və universitetlərdə psixoloji qiymətləndirmədə
• psixoloji məsləhət və reabilitasiya mərkəzlərində
• klinik və profilaktik monitorinq proqramlarında
• psixososial müdaxilə və sosial layihələrdə

Bu uğurun ərsəyə gəlməsində böyük zəhmət sərf edən tədqiqat qrupumuza, müəlliflərə və institut əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm.

İnstitut olaraq məqsədimiz beynəlxalq elmi nəticələri yerli praktikaya inteqrasiya etmək, ölkədə standartlaşdırılmış və etibarlı psixometrik alətlərin əlçatanlığını artırmaq və psixoloji xidmətlərin keyfiyyətini yüksəltməkdir.

Bu istiqamətdə atılan hər addım uşaqların və yeniyetmələrin psixoloji rifahının qorunmasına xidmət edir.

Elmi əsaslı, ölçülə bilən və etibarlı psixoloji qiymətləndirmə mədəniyyətinin formalaşdırılması bizim prioritet istiqamətlərimizdən biridir.

Linkə keçid edib metodika ilə tanış ola bilərsiz.

https://psixologiyainstitutu.az/wp-content/uploads/2026/02/CAPDS-10-al%C9%99ti.pdf

Əziz dostlar,Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq həyata keçirdiyimiz elmi araşdırmaların əsas məqsədi cəmiyyətimi...
18/02/2026

Əziz dostlar,

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq həyata keçirdiyimiz elmi araşdırmaların əsas məqsədi cəmiyyətimizin, xüsusilə də uşaqların və gənclərin psixoloji sağlamlığının qorunması və inkişaf etdirilməsidir. Bu istiqamətdə apardığımız hər bir tədqiqat, məktəb mühitindən ailə münasibətlərinə, emosional rifahdan davranış formalaşmasına qədər geniş sahələri əhatə edir və real həyatda tətbiq edilə bilən nəticələr ortaya qoyur.

Hazırda adaptasiyası aparılan “Şagirdlərin süni intellektə yönəlişlik şkalası” da məhz şagirdlərin düşünmə tərzini, texnologiya ilə münasibətini və psixoloji uyğunlaşma səviyyəsini daha dərindən anlamağa imkan verən mühüm elmi alətdir. Bu kimi tədqiqatlar risk faktorlarının vaxtında müəyyənləşdirilməsinə, profilaktik proqramların hazırlanmasına və psixoloji dəstək mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Bu uğurlu elmi prosesdə böyük zəhməti olan tədqiqat qrupumuza və xüsusilə institutumuzun Psixometrik və Elmi Araşdırmalar üzrə Baş Koordinatoru Ülkər Zalova-Nuriyevaya səmimi təşəkkürümü bildirirəm. Onların peşəkarlığı, məsuliyyəti və elmi yanaşması institutumuzun beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsində mühüm rol oynayır.

İnanıram ki, bu cür sistemli və elmi əsaslı araşdırmalar cəmiyyətimizin psixoloji sağlamlığının möhkəmlənməsinə, sağlam nəsillərin formalaşmasına və ölkəmizdə psixologiya elminin inkişafına dəyərli töhfələr verəcək.

Bütün tədqiqatlarımızla buradan tanış ola bilərsiniz:
https://psixologiyainstitutu.az/tedqiqatlar/

Hörmətlə,
Dr. Elnur Rüstəmov
Psixologiya Elmi-Tədqiqat İnstitutunun Sədri

Son dövrlərdə yeniyetmə zorakılığı ilə bağlı baş verən hadisələr cəmiyyətdə ciddi narahatlıq yaradır.   ndə dərc olunan ...
13/02/2026

Son dövrlərdə yeniyetmə zorakılığı ilə bağlı baş verən hadisələr cəmiyyətdə ciddi narahatlıq yaradır. ndə dərc olunan “Yeniyetmə zorakılığı: görünən hadisə, görünməyən səbəblər” mövzusunda müsahibəmdə xüsusi olaraq vurğuladım ki, biz çox zaman yalnız nəticəni görürük, lakin əsas səbəblər daha dərin psixoloji və sosial qatlarda formalaşır.

Yeniyetmə aqressiyası ani partlayış deyil. Bu, uzun müddət yığılan emosional boşluğun, anlaşılmama hissinin, ailədaxili ünsiyyət problemlərinin, sosial təcridin və psixoloji dəstək çatışmazlığının nəticəsidir. Davranış insanın daxili dünyasının güzgüsüdür. Əgər biz yalnız davranışı müzakirə ediriksə, problemin mahiyyətinə toxunmuruq.

Yeniyetməlik dövrü identiklik axtarışı, emosional dəyişkənlik və yüksək həssaslıq mərhələsidir. Bu mərhələdə uşaq sərt nəzarətdən daha çox sağlam sərhədlərə, tənqiddən daha çox anlaşılmağa, cəzadan daha çox psixoloji təhlükəsizliyə ehtiyac duyur. Erkən müdaxilə mexanizmləri, məktəb və ailə əməkdaşlığı, eləcə də sistemli psixoloji qiymətləndirmə bu kimi halların qarşısının alınmasında əsas rol oynayır.

Cəmiyyət olaraq bu məsələyə sensasiya kimi deyil, struktur problem kimi yanaşmalıyıq. Çünki zorakılıq təkcə hüquqi məsələ deyil, ilk növbədə psixoloji və sosial siqnaldır.

Bu həssas mövzunu peşəkar yanaşma ilə ictimai müzakirəyə çıxardığı üçün qəzet rəhbərliyinə və hörmətli jurnalist Ülkər Xaspoladovaya təşəkkür edirəm. Maarifləndirici jurnalistika profilaktikanın mühüm hissəsidir.

https://www.azerbaijan-news.az/az/posts/detail/yeniyetme-zorakiligi-gorunen-hadise-gorunmeyen-sebebler-1770933715/382516

Bəzən bir xəbər bütün bir cəmiyyəti susdurur…Bir sinif otağında açılan güllə səsi təkcə divarları deyil, ürəkləri də yar...
11/02/2026

Bəzən bir xəbər bütün bir cəmiyyəti susdurur…
Bir sinif otağında açılan güllə səsi təkcə divarları deyil, ürəkləri də yaralayır.

Bu gün TV1 kanalında aparıcı Mətanət Əliyevanın “Bakı vaxtı” verilişində vəkil İsrafil Əlili ilə birlikdə məhz belə bir hadisə haqqında danışdıq. Bir yeniyetmənin müəlliminə qarşı silah qaldırması sadəcə kriminal fakt deyil, bu, içində böyük bir səssizlik, eşidilməmiş ağrı və yığılıb qalmış emosiyaların hayqırtısıdır.

Veriliş zamanı bir sual beynimdən getmədi:
Bu uşağı bu nöqtəyə gətirən yol haradan başladı?

Bəlkə evdə dinlənilmədi…
Bəlkə məktəbdə anlaşılmadı…
Bəlkə də vaxtında “necəsən?” deyən olmadı…

Bəli, hər davranışın arxasında görünməyən bir hekayə var. Xüsusən də yeniyetmələrin… Onlar bəzən güclü görünür, amma daxilində böyük fırtınalar yaşayırlar.

Bu hadisə bizə bir daha göstərdi ki, valideyn, məktəb və şagird arasında qurulan bağ zəifləyəndə, boşluq yaranır. Və o boşluq vaxtında sevgi, anlayış və dəstəklə doldurulmasa, ağır nəticələrə səbəb ola bilər.

Məktəb qorxu yeri olmamalıdır.
Müəllim təhlükə altında qalmamalıdır.
Uşaq isə özünü tək hiss etməməlidir.

Bu gün efirdə əsas mesajım da bu oldu: biz yalnız hadisəni müzakirə etməməliyik, səbəbləri anlamalıyıq. Çünki anlamaq, qorumağın ilk addımıdır!

Gəlin uşaqlarımızı daha çox dinləyək,
Daha tez hiss edək,
Daha gec olmadan yanında olaq!

Bizimlə əlaqə ↓Facebook: https://www.facebook.com/tv1azInstagram: https://www.instagram.com/tv1_azTiktok: https://www.tiktok.com/: https://tv1.a...

10/02/2026
Doğulub boya-başa çatdığım Astara rayonunda keçirilən “Regional Təhsil Dialoqu – Təhsilin keyfiyyəti: məktəbdən universi...
07/02/2026

Doğulub boya-başa çatdığım Astara rayonunda keçirilən “Regional Təhsil Dialoqu – Təhsilin keyfiyyəti: məktəbdən universitetə” tədbiri mənim üçün həm peşəkar, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyırdı.

Bu mühüm təşəbbüsün həyata keçirilməsinə görə Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinə və Elm və Təhsil Nazirliyinə xüsusi təşəkkürümü bildirirəm. Tədbirin yüksək səviyyədə təşkili bu sahəyə verilən önəmin göstəricisidir.

Panel müzakirələrində bir daha vurğuladım ki, region məktəblərində keyfiyyətli təhsilin əsasında güclü müəllim faktoru dayanır. Müəllimin peşəkar inkişafı, psixoloji dayanıqlığı, motivasiyası və sosial rifahı təmin olunmadan davamlı nəticə əldə etmək mümkün deyil.

Eyni zamanda məktəb–universitet əlaqələrinin möhkəmləndirilməsi, şagirdlərin erkən mərhələdən düzgün peşə yönümünə cəlb edilməsi və ali təhsilə hazırlığın sistemli şəkildə qurulması regionların intellektual potensialının inkişafında mühüm rol oynayır.

Mənim üçün xüsusilə vacib olan məsələlərdən biri təhsildə psixoloji rifahın və sağlam məktəb mühitinin formalaşdırılmasıdır. Şagirdin akademik uğuru onun emosional sabitliyi, özünə inamı və sosial bacarıqları ilə birbaşa bağlıdır.

Bu cür regional dialoqlar yalnız problemlərin müzakirəsi deyil, həm də real həll yollarının formalaşdırılması üçün əhəmiyyətli platformadır. Qarşıdakı dövrdə də məqsədimiz regionlarda təhsilin keyfiyyətini yüksəltmək, insan kapitalını gücləndirmək və dayanıqlı inkişaf üçün möhkəm təməl yaratmaqdır.

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan  Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov b...
06/02/2026

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, bu cür hadisələr hər birimizi sarsıdır və cəmiyyəti "harada səhv etdik?", "necə qabaqlaya bilərik?" suallarını verməyə məcbur edir:

"Uşaqların davranışı heç vaxt tək bir səbəbin nəticəsi olmur. Bu, ailə mühiti, məktəb atmosferi, sosial münasibətlər, rəqəmsal məkan, emosional ehtiyaclar və psixoloji dayanıqlılıq kimi bir çox amilin üst-üstə düşməsi ilə formalaşır.

Beynəlxalq tədqiqatlar da göstərir ki, sosial media və kompüter oyunları uşaqlara birbaşa zorakılıq "öyrətmir", lakin emosional zəiflik, nəzarətsiz istifadə və real həyatda dəstəyin olmaması fonunda risk faktoruna çevrilə bilər. Məsələn, Amerika Psixologiya Assosiasiyasının və Avropa Uşaq Psixologiyası Cəmiyyətinin araşdırmalarında vurğulanır ki, zorakılıq məzmununa uzunmüddətli məruz qalma empati hissinin zəifləməsinə, aqressiv davranışlara qarşı həssaslığın azalmasına və problemləri güc yolu ilə həll etmə meyilinin artmasına səbəb ola bilir. Xüsusilə emosional baxımdan diqqətsiz qalan, özünü dəyərsiz hiss edən və ya davamlı stres yaşayan uşaqlarda bu təsir daha güclü olur".

Psixoloq əlavə edib ki, bu tip faciələr yalnız "fərdi səhv" kimi qiymətləndirilməməlidir:

"Bu, sistemli yanaşma tələb edən sosial və psixoloji problemdir. Rəqəmsal savadlılıq, emosional intellekt təlimləri, valideyn maarifləndirilməsi proqramları və məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi bu risklərin azaldılmasında əsas mexanizmlərdir.

Uşağa göstərilən ən güclü qoruyucu faktor sevgidir, diqqətdir və dəyər hissidir. Uşaq özünü ailədə, məktəbdə və cəmiyyətdə dəyərli hiss etdikdə, problemlərini danışa bildikdə, emosiyalarını sağlam şəkildə ifadə etməyi öyrəndikdə, ən kiçik hadisələr böyük faciələrə çevrilmir.

Bu gün yaşanan hadisə hər birimiz üçün ciddi xəbərdarlıqdır. Bu, yalnız hüquqi və inzibati tədbirlərlə deyil, dərin psixoloji və sosial yanaşma ilə həll olunmalıdır. Biz uşaqlarımızı təkcə qorumağa yox, onları güclü, məsuliyyətli və sağlam düşüncəli fərdlər kimi yetişdirməyə borcluyuq. Bu isə ailənin, məktəbin, mütəxəssislərin və dövlətin birgə məsuliyyətidir".

Bakıda şagirdin müəllimi güllələməsi ilə nəticələnən hadisə cəmiyyəti şoka salmaqla yanaşı, illərdir üstüörtülü qalan ciddi sualları da yenidən gündəmə gətirdi.

Yeni ilin ilk günlərində Freydin ev muzeyində olmaq insanı təbii olaraq düşünməyə vadar edir. İl dəyişib, amma insanın i...
03/02/2026

Yeni ilin ilk günlərində Freydin ev muzeyində olmaq insanı təbii olaraq düşünməyə vadar edir. İl dəyişib, amma insanın içindəki suallar hələ də yaşayır. Otaqlar sakitdir və bu sakitlik insanı özünə tərəf çağırır. Bir an dayanıb özünü dinləmək istəyirsən.
Bu məkanda ailəmlə birlikdə olmaq hissləri daha da gücləndirdi. Çünki yeni ilin əvvəlində insan ailənin dəyərini daha dərindən anlayır. Yanında sevdiklərinin olması gələcəyə inam verir. Uşaqların baxışlarında saf bir maraq vardı. Sanki qarşıda onları gözləyən illərin işığı gözlərində əks olunurdu. Ailə həmin an bir sığınacaq idi, bir başlanğıc idi, insana güc verən bir dayaq idi.

Burada daha aydın hiss edirsən ki, psixologiya yalnız kitablar və terminlər deyil. Psixologiya həyatın özüdür. İnsan həyatı isə ailədə başlayır. Bir baxışla, bir qucaqla, bir sözsüz anlayışla. İnsan özünü ilk dəfə ailəsinin içində tanıyır və gələcək illərə də məhz oradan addımlayır.

Freydin evi mənə bir daha xatırlatdı ki, insanın ən uzun yolu uzaqlara gedən yol deyil. Öz içinə gedən yoldur. Yeni ilin əvvəlində bu yolu düşünmək insana həm məsuliyyət verir, həm də ümid yaradır.

Bu məkandan yalnız şəkillərlə deyil, dərin hisslərlə ayrıldım. Yeni başlanğıcların bəzən səssiz gəldiyini anlayaraq, insan ruhunun nə qədər həssas və eyni zamanda nə qədər güclü olduğunu bir daha hiss edərək.

Bəzən yeni ilə verilən ən doğru söz ailə ilə birlikdə yaşanan sakit bir andır.

Bu cür faciələrin arxasında adətən uzun müddət davam edən davranış pozuntuları, aqressiya meylləri, alkoqoldan sui-istif...
03/02/2026

Bu cür faciələrin arxasında adətən uzun müddət davam edən davranış pozuntuları, aqressiya meylləri, alkoqoldan sui-istifadə, emosional nəzarətin zəifləməsi və ətraf mühitin laqeydliyi dayanır. Zorakı davranış çox zaman özünü əvvəlcədən göstərir, sadəcə bu siqnallar ya ciddiyə alınmır, ya da vaxtında psixoloji qiymətləndirmə aparılmır.

Psixoloji profilaktika reaksiya verməkdən daha effektivdir. Risk faktorlarının vaxtında müəyyən edilməsi, ailə daxilində və sosial mühitdə müşahidə olunan təhlükəli davranışların düzgün yönləndirilməsi bu kimi faciələrin qarşısını ala bilər.

Bu hadisə bir ailənin faciəsi olmaqla yanaşı, cəmiyyət olaraq psixoloji təhlükəsizlik mexanizmlərinə nə qədər ehtiyacımız olduğunu da açıq şəkildə göstərir. Zorakılıqla mübarizə yalnız hüquqi deyil, eyni zamanda elmi-psixoloji yanaşma tələb edən məsələdir.

Dünən Cəlilabad rayonunda ailə faciəsi baş verib. 14 və 15 yaşlı yeniyetmələr baltalanıb. Hadisəni törətməkdə onların əmisi şübhəli bilinir. Yeni...

2 Fevral, Azərbaycan Gəncləri Günü münasibətilə Psixologiya Elmi Tədqiqat İnstitutunda gənc və təcrübəli əməkdaşlarımızı...
02/02/2026

2 Fevral, Azərbaycan Gəncləri Günü münasibətilə Psixologiya Elmi Tədqiqat İnstitutunda gənc və təcrübəli əməkdaşlarımızın iştirakı ilə səmimi və məzmunlu bir görüş keçirdik.

Bu gün bir daha əmin oldum ki, institutumuzun gələcəyi məhz düşünən, sorğulayan, təşəbbüs göstərən gənclərimizin çiyinlərində formalaşır. Gənclər yalnız yaş göstəricisi deyil, yenilik, dinamika, elmi cəsarət və dəyişiklik potensialıdır. Onların elmi tədqiqatlara, psixoloji xidmətlərə və innovativ yanaşmalara cəlb olunması bizim əsas prioritetlərimizdəndir.

Çıxışımda qeyd etdiyim kimi, Azərbaycanda Gənclər Gününün 1997-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə təsis edilməsi dövlətin gənclərə verdiyi dəyərin açıq ifadəsidir. Bu siyasi xətt bu gün də Prezident İlham Əliyevin məqsədyönlü gənclər siyasəti ilə ardıcıl və sistemli şəkildə davam etdirilir. Gənclərin təhsili, elmi inkişafı və beynəlxalq təcrübəyə çıxışı bu siyasətin əsas sütunlarıdır.

Görüş zamanı həmkarlarımın çıxışlarında səslənən fikirlər bir daha göstərdi ki, psixologiya sahəsində güclü gələcək üçün elmi əsaslı yanaşma, psixometrik düşüncə, psixi sağlamlığın qorunması və psixoloji dayanıqlılığın gücləndirilməsi həlledici əhəmiyyət daşıyır.

Görüşdə səslənən təşəbbüslər, suallar və təkliflər institutumuzun inkişaf yolunda gənclərin nə qədər aktiv rol oynadığını göstərdi.

Azərbaycan Gəncləri Gününüz mübarək!
Elm yolunda irəliləyən, düşünən və cəmiyyətə dəyər qatan bütün gənclərə uğurlar arzulayıram.

Address

Ziya Bünyadov Pros. Ev 38
Baku
AZ1000

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00

Telephone

+994552572700

Alerts

Be the first to know and let us send you an email when Psixoloq Elnur Rüstəmov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psixoloq Elnur Rüstəmov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category