Azvet-Farm

Azvet-Farm Baytarlıq preparatları
Ветеринарный препараты
Veterinary pharmacy

+994 70 845 19 53
+994 70 556 88 99 (whatsapp)

25/02/2025
09/02/2025

İnsektol- Инсектол
Tərkibi: Deltametrin -0,25 ьй və yardımçı
maddələr.
İt və pişiklərdə iksod və sarkoptoz gənələri, bit, tükyeyən, qansoran, ikiqanad həşarat zədələnmələrinə qarşı, eləcədə onların döşəmələrinin qeyd olunan həşaratlara qarşı dezinseksiya məqsədilə tətbiq edilir.

İstehsalçı:“O.L.KAR–АгроЗооВет-Сервис”, Ukrayna Respublikası

09/02/2025

Triazol-(Триазоль)
Tərkibi: Deltametrin -0,02%, Tetrametrin- 0,038%, Esbiotrin -0,17% və yardımçı maddələr
Kənd təsərrüfatı və ev heyvanlarının atlar, mal-qara, qoyun, keçi, donuzlar, itlər, pişiklər, toyuqlarda ektoparazit xəstəliklərinin müalicəsi və qarşısının alınması: iksod və sarkoptoz gənələri, bit, tükyeyən, qansoran, toyuq gənəsi, itlərdə və mal-qarada demodikozun kompleks müalicəsində, ikiqanad həşarat zədələnmələrinə qarşı, eləcədə heyvandarlıq binalarında qeyd olunan həşaratlara qarşı dezinseksiya və dezakarizasiya məqsədilə tətbiq edilir.
Flakonun üzərindəki dozator sıxılmaqla preparat 10- 20sm məsafədən heyvanların dili çatmayan nəhiyyələrə çilənir. İşləmə 8- 10 gün fasilə verilməklə, 2 dəfə aparılır. Heyvanlarda sarkaptoz zamanı işləmə 10- 12 gün fasilə verilməklə, 2- 3 dəfə aparılır.

İstehsalçı:“O.L.KAR–АгроЗооВет-Сервис”, Ukrayna Respublikası

02/02/2025

Happy Jungle vitaminli quş yemləri.

25/01/2025

Benzilpen*sillin O.L.KAR- Бензилпенициллин O.L.KAR
Tərkibi: 0,6 q-da: Benzilpen*sillin natrium duzu – 1 000 000 TV (təsir vahidi).
Preparat pensillinlərə həssas olan mikro orqanizmlər tərəfindən törədilən xəstəliklərin o cümlədən: qarayara, nekrobakterioz, pasterellyoz,pnevmoniya, mastit, endometrit, yara infeksiyaları, otit, septisemiya, fleqmona, sidik – tənəsül yolları infeksiyaların, aktinomikoz, iri buynuzlu heyvanlarda emfizematoz karbunkul, donuzlarda qızıl yel xəstəliklərinin müalicəsində tətbiq edilir. Eləcədə, bakterial infeksiyaların ağırlaşması zamanı virus xəstəliklərinə qarşı tətbiq edilir.
Gün ərzində, 4- 6 saatdan bir əzələ içərisinə inyeksiya edilməklə tətbiq edilir.

İstehsalçı:“O.L.KAR–АгроЗооВет-Сервис”, Ukrayna Respublikası.

21/01/2025

Ev heyvanlarınızı təmiz saxlamağın asan və rahat yolunu Cliny ilə
əldə edə bilərsiniz!

20/01/2025
18/01/2025

İverxanid inyeksiya
Tərkibi: 1,0 ml-də: İvermectin-10 mq, Rafoxanide-125 mq.
Preparat heyvanlarda mədə-bağırsaq və ağciyər nematodlarının yaşlı və sürfələrinə qarşı, mozalanlara, qotur gənələri, bitlərə qarşı tətbiq edilir.
Preparat dəri altına inyeksiya edilməklə tətbiq edilir. İri buynuzlu heyvanlara, qoyun, keçi, camış, dəvələrə onların hər 50 kq diri kütləsinə 1 ml preparat hesabı ilə dozalaşdırılır.
Müalicə qoyunlarda 7, dəvələrdə 15 gündən sonra təkrar aparılır.
Bir inyeksiya yerindən 10 ml–dən artıq preparat yeritmək olmaz. Təyin edilmiş doza bu miqdardan artıq olduqda, preparat bərabər hissələrə bölünərək inyeksiya edilir.

İstehsalçı: “Alpharabi for Veterinary Medicine & Agricultural İndustries”

15/01/2025

Leksoflon OR (Лексофлон OR)
Tərkibi: 1 ml-də: Levofloksasin hemihidrat-150 mq. Yardımçı maddələr: xlorid turşusu, aromatizator “Vişnya 667”, təmizlənmiş su.
Preparat damazlıq quşlarda və broyler cücələrində, donuzlarda levofloksasinə həssas olan mikroorqanizmlər tərəfindən törədilən mədə-bağırsaq, respirator və sidik-tənəsül orqanların infeksiyalarının, yumuşaq toxumaların və dərinin bakterial infeksiyalarının müalicəsi məqsədilə tətbiq edilir, o cümlədən (Campylobacter spp., E.coli, Haemophilus, Mycoplasma spp., Pasteurella spp., Salmonella spp) qarşı təsirlidir.
İstifadə və dozalaşdırma qaydaları: Preparat 3-5 gün dalbadal, içməli suya qarışdırılaraq quşlara və donuzlara içirdilir. Dozalaşdırma onların hər 20 kq diri kütləsinə 1,0 ml “Leksoflon OR” (və ya hər kq diri kütləyə 7,5 mq levofloksasin) hesabı ilə aparılır.

İstehsalçı: OOO «Нита-Фарм», Rusiya Federasiyası.

12/01/2025

Closantel 10%
Tərkibi: 1 ml-də: Closantel sodium dihydrate -100 mq.
Preparat iri buynuzlu heyvanlarda (İBH), dəvə, qoyun və keçilərdə parazitlərə qarşı müalicə və profilaktika məqsədi ilə tətbiq edilir.
İBH, dəvələrdə fassiolyoz, nematodoz və hipodermatozlara qarşı, qoyun və keçilərdə fassiolyoz,nematodoz, parafistomotoz, hemonxoz və estroza qarşı, mədə- bağırsaq və ağciyər nematodlarına və dəri parazitlərinə qarşı tətbiq edilir.
Hər 10 kq diri kütləsinə 1,0 ml preparat hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir.

İstehsalçı: “Alpharabi for Veterinary Medicine & Agricultural İndustries”,

10/01/2025

1-ci hissə

💉 Roncoleukin – heyvanlarınızın sağlamlığı üçün güclü immunomodulyator! 🐾

Bu preparat interleykin-2 əsasında hazırlanıb və heyvanların immun sistemini gücləndirmək üçün nəzərdə tutulub. Aşağıdakı hallarda istifadə olunur:
✔ İnfeksion xəstəliklərin müalicəsi və profilaktikası
✔ Post-operativ dövrdə sağalmanı sürətləndirmək
✔ Xroniki xəstəliklərdə immun sistemin dəstəklənməsi

Diqqət: “Roncoleukin” yalnız baytar həkim tövsiyəsi ilə istifadə olunmalıdır. Dozaj və istifadə qaydası heyvanınızın fərdi xüsusiyyətlərinə əsasən müəyyən edilir.

Heyvanlarınızın sağlamlığına dəyər verin! 🌿

09/01/2025

Kloziver (Клозивер)
Tərkibi: 1,0ml-də: Klozantel -100mq, İvermektin -5,0 mq.
İri buynuzlu heyvanlarda:
Qaraciyər trematodları, mədə-bağırsaq və ağciyər nematodları (yetkin və sürfə mərhələlərdə), dəri mozalanı, qoturluq, bitlər
Qoyun və keçilərdə: Mədə-bağırsaq və ağciyər nematodları (yetkin və sürfə mərhələlərdə), qaraciyər trematodları, qoturluq, Mallofaqlar: Melophagus ovinusa qarşı tətbiq olunur
İstifadə və dozalaşdırma qaydaları: Preparat yalnız dərialtı kürək və ya boyun nahiyyəsindən inyeksiya edilməklə, aşağıdakı qaydalara uyğun dozalaşıdrılır:
İri buynuzlu heyvanlara, hər 50 kq diri kütləsinə 1,0 ml preparat hesabı ilə dozalaşdırılaraq, dərialtı kürək nahiyyəsindən bir dəfə inyeksiya edilir;
Qoyun və keçilərə,hər 25 kq diri kütləsinə 0,5 ml preparat hesabı ilə dozalaşdırılaraq, dərialtı boyun nahiyyəsindən bir dəfə inyeksiya edilir;
Qoturluq zamanı,preparat 5- 7 gün fasilə verilməklə 2 dəfə inyeksiya edilir;
Preparatın birdəfəlik dozasının miqdarı iri buynuzlu heyvanlarda 10 ml, qoyun və keçilərdə 5 ml-dən artıq olduqda, təyin edilmiş doza bərabər hissələrə bölünərək ayrı- ayrı hissələrdən inyeksiya edilir.

İstehsalçı: “O.L.KAR–АгроЗооВет-Сервис”, Ukrayna Respublikası.

Address

Baku

Opening Hours

Monday 09:30 - 18:00
Tuesday 09:30 - 18:00
Wednesday 09:30 - 18:00
Thursday 09:30 - 18:00
Friday 09:30 - 18:00
Saturday 10:00 - 17:00

Telephone

+994708451953

Alerts

Be the first to know and let us send you an email when Azvet-Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Azvet-Farm:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram