Dr.Parvin Akbarov

Dr.Parvin Akbarov Fizioterapiya – fiziki amillərdən istifadə etməklə insan bədənində aparılan müalicə tə Sayı S1.

Ali Təhsili:

University of Social Welfare & Rehabilitation Sciences, Tehran - Reabilitasiya və Fizioterapiya üzrə uzmanlıq dərəcəsi

National Univercity of Medical Sciences, Spain - Doctor of Philosophy in Osteopathic Clinical Rehabilitation

Gazi Üniversitesi, Sağlık Bilimleri Fakültesi, Fizyoterapi ve Rehabilitasyon, Phd

İxtisası: Reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mutəxəssis, osteopat

İş təcrübəsi:

2008-dən bu günə qədər Tusi Memorial Klinikasında şöbə müdiri

2020-ci ildən bu günə qədər Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri

2017-2021 ci il Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri

2015-2017-ci il Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor

2011-ci ildən bu günə qədər Azərbaycan Respublikası Milli Karate Federasiyasında Tibb və Antidopinq komitəsinin sədri

2018–ci ildən bu günə qədər Gəncə Beynəlxalq xəstəxanasında şöbə müdiri

2021-ci ildən bu günə qədər Azərbaycan Tibb Universitetində müəllim

2022-2023-cü il Elmi tədqiqat tibbi bərpa institutunda direktor

2023-cü ildən bu günə qədər TƏBİB-in icraçı direktorunun müşaviri

2023-cü ildən bu günə qədər Yeni Klinika-nın idarə heyəti

Təlim təcrübəsi:

“Enraf-nonius” təlim və təhsil mütəxəssisi sertifikatı. (12 dekabr, 2010-cu il, Niderland, Rotterdam)

Spinemed (lokal traksiya) dekompressiya sistemi, “Canada universal pain technology” mərkəzi. (4 fevral, 2011-ci il, Kanada, Toronto)

Zərbə-dalğalı terapiya olan DUOLITH SD1 ilə ESWT-nin tətbiqi üzrə təlim (STORZ MEDICAL AG.) (28 fevral, 2011-ci il, Almaniya)

Yüksək intensivlikli lazer terapiyası, “ASA energy” (25 sentyabr, 2012-ci il. İtaliya, Venesiya)

“A.I.M.S” İdman həkimləri üzrə İtaliya Assosiasiyasının üzvüdür. (buraxılıb: 3 may, 2013-cü il)

OrtoFED skoliozun müalicəsi üsulu, “El Centro De Rehabilitacion Y Medicina Fisica Sastre-Roca S.L”. (28 noyabr, 2013-cü il, İspaniya, Barselona)

Xroniki əzələ-skelet ağrıları ilə yanaşı gedən xəstəliklər. (5 iyun, 2014-cü il, İran\Tehran)

Kəskin bel ağrısı olan xəstələrdə seqmental traksiyanın yırtıq ölçüsünə təsirləri. Onurğanın xüsusi fizioterapiyası üzrə 14-cü seminar (25 iyun, 2014-cü il, Tehran/ İran)

Ürək reabilitasiyası (“Tehran Heart Center” xəstəxanası. 24 sentyabr, 2014-cü il)

İran Ortopediya Assosiasiyası. Kəskin bel ağrıları olan xəstələrdə seqmental traksiya müalicəsi ilə bərabər aparılan 15 günlük fizioterapevtik müalicənin təsirləri. (9 oktyabr, 2015-ci il Tehran)

Beynəlxalq Zərbədalğalı və Yüksək intensivli lazer mütəxəssisləri kursu (25 iyul 2016, Praqa, Çexiya Respublikası)

Spinetronics Antalgic-Trak Spinal Dekompressiya sisteminin texnikası, istifadə və tətbiqi (22.04.2017 USA, Florida)

Dünya Fizioterapevtləri İttifaqının Konqresi (2-5 İyul 2017 Cənubi Afrika)

İdman zədələnmələrinin müalicə və reabilitasiyasına müasir yanaşma (10 may 2018, Bakı, Azərbaycan)

Onkologiyada Fizioterapiyanın tətbiqi üzrə 1-ci Beynəlxalq Konqres (5 iyun 2018, Amsterdam)

Super induktiv sistem terapiyası təhsili (8 iyun 2018, Moskva)

Andrologiyada fizioterapiya. Kişilərdə kişik çanaq patologiyaları (22-23 dekabr, 2018 Ankara)

Skoliozun konservativ müalicəsi və kontrolu üzrə 1-ci Beynəlxalq Konfransı (12-13 aprel 2019 İstanbul)

İnnovativ Occiflex metodu ilə müalicə (iyul 2019 Rotterdam, Niderland)

iTrustİnternational Ali osteopatik müalicə texnikaları və Kliniki yanaşmalar (13 Oktyabr 2019 İtaliya, Roma)
Kranial osteopatiya (21-22 sentyabr, 2019 Hindistan, Yeni Dehli)

Amerika Osteopatlar Assosasiyası və Amerika Osteopatlar Akademiyası tərəfindən COVİD- 19 dövründə yaranan respirator simptomların osteopatik manipulyasiyası (May 23, 2020)

Yüksək intensivlikli TT HIRO lazer terapiyası, “ASA energy” (25 fevral, 2021-ci il, İtaliya)

"GCP Certificate Good Clinical Practice" beynəlxalq sertifikat (18-19 İyun 2022-ci il)

Üst servikal onurğa disfunksiyaları (Fevral 2022, Ankara)

Temporomandibular oynaq disfunksiyaları (May 2022, Ankara)

Robotik reabilitasiya texnologiyaları – Hocoma Akademiyası ( 3-7 oktyabr, 2022, İsveçrə)

Robotik reabilitasiya texnologiyaları-BTL Mediacal İnternational (25 aprel 2023,Çexiya, Praqa)

İnternational Train The Trainers-INDIBA (15-16-17 may 2023, İspanya, Barselona)

Konfranslarda iştirak:

Skoliozun konservativ müalicəsi və kontrolu üzrə 1-ci Beynəlxalq Konfransı (12-13 aprel 2019, İstanbul)

Onkologiyada Fizioterapiyanın tətbiqi üzrə 1-ci Beynəlxalq Konqres (5 iyun 2018, Amsterdam)

Dünya Fizioterapevtləri İttifaqının Konqresi (2-5 İyul 2017, Cənubi Afrika)

İnsultun reabilitasiyası Modul-1 “Covid-19dan sonra insult riski və bunun üçün qabaqlayıcı reabilitasiya tədbirləri” – İyul 07-08, Bakı

İnsult keçirmiş xəstələrin reabilitasiyasına yeni yanaşma - “Covid-19 dan sonra insult riski və bunun üçün qabaqlayıcı reabilitasiya tədbirləri” – Oktyabr 22, Gəncə

Kardiologiya və Reabilitasiya: nailiyyətlər və perspektivlər – “Baypass greft əməliyyatından sonra reabilitasiya” - Noyabr 5, Bakı

“Future Health Summit” “Səhiyyənin gələcəyi”

Ümummilli Lider Heydər Əliyevin Anadan Olmasının 100-cü İldönümünə Həsr Olunmuş “6-cı Beynəlxalq 2-ci Xəzər Dənizi Ətrafı Dövlətlərin, 4-cü Türk Dilli Xalqların Bariatrik Cərrahiyyə və Metabolik Xəstəliklər Kongresi( 27 may 2023 Bakı)

"World Physiotherapy Congress" "Dünya Fizioterapiya Konqresi" (2-4 iyun 2023 Dubay)

Məruzəçi:

Xroniki əzələ-skelet ağrıları ilə yanaşı gedən xəstəliklər. (5 iyun, 2014-cü il, Tehran, İran İslam Respublikası)

Kəskin bel ağrısı olan xəstələrdə seqmental traksiyanın yırtıq ölçüsünə təsirləri. Onurğanın xüsusi fizioterapiyası üzrə 14-cü seminar (25 iyun 2014, Tehran, İran İslam Respublikası)

İran Ortopediya Assosiasiyası. (9 oktyabr 2015, Tehran, İran İslam Respublikası)

İnternational Conference on Advances in Allied Health Sciences – “Veterans’ rehabilitation program in Azerbaijan after the Second Karabakh war” (October 25-27, Lahore, Pakistan)

II Qarabağ müharibəsinə həsr olunmuş Azərbaycan Travmatoloq və ortopedlərin IV qurultayı – “İkinci Qarabağ müharibəsi qazilərinin reabilitasiya strategiyası və ortopedik əməliyyatlardan sonra reabilitasiya tədbirləri” (Dekabr 17-18, Bakı)

Serebral iflic və cəmiyyət - Talassemiya mərkəzində Yeni Klinika tibb müəssisəsinin təşkilatçılığı ilə keçirilib (07.02.2023)

Fizioterapiya və reabilitasiyanın nadir xəstəliklərdə rolu - Pasiyent təşkilatları ittifaqı ilə Azərbaycan Hematologiya Mütəxəssisləri ictimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib (28.02.2023)

Hemofiliyada əzələ-skelet sisteminin müalicəsi -Yeni klinika tibb müəssisəsində Təbibin təşkilatçılığı ilə keçirilib (17.04.2023)

Spinal Dekompressiyası üzrə Ekspertlərin toplantısı-Çexiyanın Praqa şəhərində keçirilib (24.04.2023)

Çap olunan elmi məqalələri:

Fizioterapiya və Reabilitasiya üzrə Avropa Jurnalı, (Journal of Back and Musculoskeletal Rehabilitation) “Maqnit-rezonans tomoqrafiyası ilə müəyyənləşən kəskin bel ağrılarından əziyyət çəkən xəstələrdə bel fəqərə disk yırtığı ilə bağlı seqmentar traksiya terapiyasının təsirləri“
(25 iyun 2015, Tehran, İran İslam Respublikası)

"Dünya Cərrahiyyəsi Jurnalı" Sialolitiazların müalicəsində sialolitotripsiyanın istifadəsi (cild 42. May 2018)

İdiopatik skoliozlu xəstələrin müalicəsində dorsal transpedikulyar fiksasiyadan istifadə təcrübəsi

Diz oynağı artrozunun MSKT (multispinal kompyuter tomoqrafiyası) təzahürləri

ƏLAQƏ
Tel:
050-5006525
050-5006515
051-5006535

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə TƏBİB arasında əməkdaşlıq görüşü keçirilibYeni Klinikada D...
26/12/2025

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə TƏBİB arasında əməkdaşlıq görüşü keçirilib

Yeni Klinikada Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndələri TƏBİB arasında reabilitasiya xidmətlərinin inkişafı istiqamətində əməkdaşlıq görüşü baş tutub.

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, İcraçı direktorun müşaviri, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov, İdarə Heyəti sədrinin müşaviri Bahadur Rzayev və sturuktur bölmə rəhbərləri iştirak edib.

Görüş zamanı reabilitasiya xidmətlərinin inkişafı, mövcud imkanların genişləndirilməsi, təcrübə mübadiləsi, qarşılıqlı əməkdaşlıq və gələcək fəaliyyət planları, eləcə də hər iki qurumun nümayəndələrinin iştirakı ilə işçi qrupunun yaradılması məsələləri müzakirə olunub.

TƏBİB və Yeni Klinikanın fəaliyyəti, hədəfləri barədə ətraflı məlumat verən İcraçı direktorun müavini A.Nəsirov “SANA Hospital Group” ilə imzalanan əməkdaşlıq müqaviləsindən, tibb müəssisəsində həyata keçirilməsi planlaşdırılan robotik cərrahiyyə xidmətlərindən və tibbi turizm imkanlarından bəhs edib. O, gələcəkdə bütün səhiyyə xidmətlərini əhatə edən vahid səhiyyə sisteminin formalaşdırılmasının əsas hədəf kimi müəyyən edildiyini diqqətə çatdırıb.

İcraçı direktorun müavini A.İsrafilov isə gələcəkdə yarana biləcək xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə yenidoğulmuşlar üçün skrininq testlərinin mütəmadi və sistemli şəkildə həyata keçirilməsi barədə danışıb. O, eyni zamanda riskli hamiləliklərin erkən mərhələdən nəzarətdə saxlanılması üçün tibbi xidmətlərin əlçatanlığının artırıldığını, ana və uşaq sağlamlığının qorunmasının əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini V.Məmmədov birgə layihələrin icrası, kadr potensialının gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb.

Reabilitasiya xidmətlərinin regionlarda da təşkili istiqamətindən bir sıra tədbirlər həyata keçirildiyini deyən P.Əkbərov Mərkəzdə ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının tələbələrinin təcrübə keçməsi və elmi-tədqiqat işləri aparması üçün müvafiq şəraitin yaradıldığını bildirib. Bu təşəbbüsün regionlarda ixtisaslı kadr potensialının formalaşmasına əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.

P.Əkbərov ölkədə əlillik səviyyəsinin minimuma endirilməsinin TƏBİB-in əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, müharibədən sonra qazilərin müalicə və reabilitasiyasına göstərilən diqqətin daha da artırıldığını qeyd edib. O, bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən reabilitasiya mərkəzləri ilə sıx əməkdaşlığın qurulması üçün müvafiq addımların atıldığını da diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı əməkdaşlığın üstünlüyündən danışılıb, bu əməkdaşlığın xüsusilə əlilliyi olan şəxslərin, eləcə də Vətən müharibəsi qazilərinin reabilitasiyası işinin təşkilində yeni imkanlar yaradacağı xüsusi vurğulanıb.

25/12/2025
TƏBİB-in İcraçı direktorunun müşaviri Omanın paytaxtı Muskat şəhərində 8-ci İllik İnsult Konfransında iştirak edibTƏBİB-...
23/12/2025

TƏBİB-in İcraçı direktorunun müşaviri Omanın paytaxtı Muskat şəhərində 8-ci İllik İnsult Konfransında iştirak edib

TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov Omanın paytaxtı Muskat şəhərində 8-ci İllik İnsult Konfransında iştirak edib.

Tədbirdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Hindistan, Çin, ABŞ, Kanada, Misir, İran, Türkiyə və bir sıra Avropa ölkələrindən tanınmış nevroloqlar, neyrointervensiya mütəxəssisləri və alimlər iştirak ediblər.

Ətraflı: 🔗 https://tabib.gov.az/media/xeberler/908

20/12/2025
19/12/2025
19/12/2025
19/12/2025
18/12/2025
TƏBİB-in dəstəyi ilə fizioterapiya və reabilitasiya ilə bağlı elmi-praktik konfrans keçirilibTƏBİB-in dəstəyi ilə Yeni K...
17/12/2025

TƏBİB-in dəstəyi ilə fizioterapiya və reabilitasiya ilə bağlı elmi-praktik konfrans keçirilib

TƏBİB-in dəstəyi ilə Yeni Klinikada “Müasir Trendlər və Gələcək İstiqamətlər” elmi layihələr silsiləsi çərçivəsində fizioterapiya sahəsinə həsr olunan “Fizioterapiya və Reabilitasiya: Müasir Trendlər və Gələcək İstiqamətlər” adlı elmi-praktik konfrans keçirilib.

Tədbir Yeni Robotik Reabilitasiya Mərkəzi ilə UMDC – Universal Tibb və İnkişaf Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda fizioterapiya və reabilitasiya sahəsində mövcud vəziyyət, aktual çağırışlar, innovativ yanaşmalar, eləcə də müasir reabilitasiya protokolları yerli və xarici mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə olunub.

Konfransda TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə Fakültəsinin dekanı Qalina Qəniyeva, Azərbaycan Tibb Universitetinin Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri Paşa Mehdiyev, Yeni Robotik Reabilitasiya Mərkəzinin şöbə müdiri Aytən Ağalarova, eləcə də UMDC – Universal Tibb və İnkişaf Cəmiyyətinin təsisçi-sədri Validə Quliyeva çıxış ediblər.

Açılış nitqi ilə çıxış edən P.Əkbərov tibbi reabilitasiya xidmətlərinin inkişafının ölkəmiz üçün strateji önəm daşıdığını bildirib. O qeyd edib ki, reabilitasiya xidmətləri sayəsində yeni doğulmuşların, reanimasiya xəstələrinin, cərrahi əməliyyat və travmalardan sonra insanların bərpa müddəti əhəmiyyətli dərəcədə sürətlənəcək. P.Əkbərov həmçinin regionlarda da reabilitasiya xidmətlərinin inkişafının qarşıya qoyulan hədəflər sırasında olduğunu diqqətə çatdırıb.

TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri T.Mirzəbəyli isə müasir fizioterapiya və reabilitasiya metodlarının ölkədə tətbiqi, həmçinin yerli mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərdən danışıb. O, innovativ texnologiyalar və beynəlxalq təcrübənin öyrənilməsinin tibb müəssisələrinin xidmət keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltdiyini bildirib.

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar TƏBİB-in kollektivi Fəxri xiyabanı ziyarət edibTƏBİB-in İcraçı di...
12/12/2025

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar TƏBİB-in kollektivi Fəxri xiyabanı ziyarət edib

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavinləri və müşavirləri, eləcə də struktur bölmə rəhbərlərinin, tabeli tibb müəssisələrinin direktorlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyaban ziyarət olunub.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.

“Müasir Trendlər və Gələcək İstiqamətlər” elmi layihələr silsiləsi çərçivəsində fizioterapiya sahəsinə həsr olunmuş“Fizi...
11/12/2025

“Müasir Trendlər və Gələcək İstiqamətlər” elmi layihələr silsiləsi çərçivəsində fizioterapiya sahəsinə həsr olunmuş
“Fizioterapiya və Reabilitasiya: Müasir Trendlər və Gələcək İstiqamətlər” adlı konfransı təqdim etməkdən məmnunluq duyuruq.

Tədbir Yeni Robotik Reabilitasiya Mərkəzi ilə UMDC – Universal Tibb və İnkişaf Cəmiyyətinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Konfrans çərçivəsində mövzu üzrə ən aktual məsələlər, innovativ yanaşmalar və müasir reabilitasiya protokolları tanınmış yerli və xarici mütəxəssislər tərəfindən müzakirə olunacaq.

Tədbir iştirakçılara həm nəzəri biliklərini genişləndirmək, həm də mütəxəssislərlə qarşılıqlı təcrübə mübadiləsi və peşəkar şəbəkələşmə baxımından nadir imkanlar təqdim edəcək.

📌 Qeyd:
Konfransda iştirak edən tələbələr sertifikatla təmin ediləcək.

📍 Məkan: Yeni Klinika
🗓️ Tarix: 14.12.2025
🕘 Saat: 10:00

01/12/2025

“GRAIL” – Yeni Robotik Reabilitasiya Mərkəzində yeriyiş reabilitasiyasının yeni standartı

Yeni Robotik Reabilitasiya Mərkəzi olaraq, hərəkət elmi və reabilitasiya sahəsində dünyanın ən qabaqcıl texnologiyalarından biri olan “GRAIL” (Gait Real-time Analysis Interactive Lab) sistemini tətbiq etməkdən qürur duyuruq.

180° immersiv proyeksiya, iki istiqamətli instrumentli qaçış yolu, EMG sistemi, yüksək dəqiqlikli 3D hərəkət izləmə və real vaxt analizləri sayəsində “GRAIL” həm klinik praktikada, həm də elmi-tədqiqat proseslərində tamamilə yeni səviyyə yaradır.

“GRAIL” sadəcə texnologiya deyil — o, reabilitasiyanın yeni fəlsəfəsidir.

İmmersiv virtual mühitlər və real vaxt biofeedback mexanizmləri sayəsində xəstə öz yeriyişinin aktiv iştirakçısına çevrilir, düzgün motor nümunələri öyrənilir və neyroplastiklik ən yüksək səviyyədə stimullaşdırılır.

“GRAIL” sistemi Yeni Robotik Reabilitasiya Mərkəzində aşağıdakı sahələrdə inqilabi nəticələr yaradır:

* İnsult sonrası reabilitasiya
* MS və Parkinson xəstəliyi
* Müxtəlif yeriyiş pozğunluqları və zədələr sonrası reabilitasiya
* İdman təbabəti və performans analizi
* Biomekanika və hərəkət tədqiqatları

Mərkəzimizdə beynəlxalq mütəxəssislər tərəfindən keçirilən təlimlər və seminarlar sayəsində komandamız xəstələr üçün fərdiləşdirilmiş, məlumat əsaslı və nəticəyönümlü reabilitasiya strategiyaları tətbiq edir.

Yeni Robotik Reabilitasiya Mərkəzində GRAIL — reabilitasiyanı immersiv, dəqiq və innovativ təcrübəyə çevirir.

Bu, bizim robotik və neyroreabilitasiya sahəsində mükəmməllik yanaşmamızdır.

Address

N. Narimanov 206 A/"Capital Towers" Bisness Center
Baku

Alerts

Be the first to know and let us send you an email when Dr.Parvin Akbarov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Parvin Akbarov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram