21/05/2018
Şəxsiyyət pozuntularının müasir tipləri:
1.Paranoid 2.Şizoid 3.Dissosial 4.Emosional davamsız (affektiv), İmpulsiv sərhədi (aralıq) tip 5.İsterik (nümayişkar) 6.Anankastik (obsessiv-kompulsiv) 7.Təşvişli (yayınan) 8.Asılı 9.Digər tiplər
1.Paranoid tip: Kənar şəxslərin nəzərində, adətən, qapalı, qeyri–səmimi həmişə özündən razı şəxs kimi tanınırlar. Eqoistlik və başqalarının fikri ilə razılaşmamaq meyli də bu xüsusiyyətə aiddir. Şəxsi həyatları mənəvi cəhətdən kasad olur, insanlarla yaxınlığa meyl etmirlər. Fikirlərini qəbul etməyən şəxslərə düşmən gözü ilə baxırlar. Bu tipə dünyanı dəyişməyə çalışan dahiləri,inqilabçıları da aid edirlər.
2.Şizoid (introvert) tip: Bu tipin şizofreniya ilə əlaqəsi yoxdur. Belə şəxslərin cəmiyyətdə özünü aparması, geyimləri, mimikası, jestləri və.s özünəməxsus olur. Həqiqəti dərk etməyə səy göstərmirlər.
3. Dissosial(antisosial) tip: Bu tipi cəmiyyətə zidd gedən tip olaraq da adlandırmaq olar. Beynəlxalq təsnifata görə aşağıdakı formaları var:
1.Sosiopatik 2.Əxlaqsız 3.Asosial 4.Antisosial 5.Şəxsiyyətin psixopatik pozuntusu
Başqalarını sevə bilməmək, gözlənilməz hərəkətlərə meyillilik, özünü günahlandıra bilməmək, etdiyi p*s hərəkətə görə peşman olmamaq, ətrafdakı insanlara əzab-əziyyət vermək,onları alçaltmaq,şiddət göstərmək bu tipin xüsusiyyətlərinə daxildir.
4.Emosional davamsız (affektiv) tip: Belə şəxslərin əhval ruhiyyəsi daima aşağı olur, hər an p*s bir hadisənin olacağına inanırlar. Biz onlara anadan gəlmə pessimistlər deyə bilərik.
5.İsterik tip: Bu tipə nümayişkar tip də deyə bilərik. İsterikin əsas xüsusiyyəti-olduğundan artıq görünməyə, həmişə diqqət mərkəzində olmağa, daha çox həyəcan keçirməyə can atmalarıdır.
6.Anankastik (obsessiv-kompulsiv) tip: Belə şəxslər özünə qarşı inamsız,daim aciz və köməyə möhtac olur.
7.Təşvişli tip: Hər zaman sağlamlıqlarına zərər gələcəklərindən ehtiyyat edirlər. Ehtiyyat etdiklərindən ünsiyyətə də girmirlər və dostları çox az olur.
8.Asılı tip: Belə şəxslər iradəsiz,kənar adamların təsirinə həssas olan adamlardır. Onların uğurlu olması üçün mütləq bir dayaq nöqtəsi olmalıdır.