Uzman Ginekoloq Aynure Hemidova

Uzman Ginekoloq Aynure Hemidova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uzman Ginekoloq Aynure Hemidova, Obstetrician-gynaecologist, Baku.

25/12/2018
Hamiləlikdə saç  boyamaq olarmı sualı gündəlik hamilələr tərəfindən ən çox sorulan sorulardan biridir .Bildiyiniz kimi s...
20/12/2018

Hamiləlikdə saç boyamaq olarmı sualı gündəlik hamilələr tərəfindən ən çox sorulan sorulardan biridir .Bildiyiniz kimi saç boyalarının tərkibində çoxlu miqdarda kimyəvi maddələr mövcuddur.Bu maddələrin ana bətnində olan dölə hər hansı bir zərər vermesi ilə bağlı çox miqdarda araşdırma yoxdur.Lakin bir araşdırma zamanı hamilə qadının aidiyində saç boyama sonrası boya maddəsinin qalıqları tapılmışdır.Ümumiyyətlə mənim şəxsi görüşüm belədir.

Hamiləlik zamanı mümkünsə saçları boyamamaq.Əgər məcburiyyət qarşisında qalınırsa bunu hamiləliyin ilk 3 ayında etməmək.Çunki ilk 3 ay orqanların inkişafi baximindan kritik dönemdir.Saç boyanan zaman mütləq;
əlcək geyinmək;
boyanın saçlar ilə təmas müddətini minimuma endirmək;
boyama işləmini yaxşı havalandırılmış otaqda etmək lazımdır.
Boyaların tərkibindəki ammonyak nəfəs yolu ilə ananın agciyərlərinə ordan da qan vasitəsilə uşağa keçir.
Hər nə qədər organik boyaların hamiləlikdə təhlükəsiz olduğu soylənsə də onların tərkibində də çox miqdarda kimyəvi maddə var.
Uzm.Dr.Aynurə Həmidova
Cərrah-mama ginekoloq
🏥BakuMedical Plaza
📍Ünvan:Babək pr.92
✅《+99455 228 42 20》 ✔📞《+99451 363 63 34》 yazılmaq üçün
🔷🔶facebook.dr.aynure_hemidova

19/12/2018

Sağlamlığınızı bizə etibar edin.
Uzm.Dr.Aynurə Həmidova
Cərrah-mama ginekoloq
🏥BakuMedical Plaza
📍Ünvan:Babək pr.92
✅《+99455 228 42 20》 ✔📞《+99451 363 63 34》 yazılmaq üçün
🔷🔶facebook.dr.aynure_hemidova

Uzm.Dr.Aynurə HəmidovaCərrah-mama ginekoloq🏥BakuMedical Plaza📍Ünvan:Babək pr.92✅《+99455 228 42 20》 ✔📞《+99451 363 63 34》 ...
18/12/2018

Uzm.Dr.Aynurə Həmidova
Cərrah-mama ginekoloq
🏥BakuMedical Plaza
📍Ünvan:Babək pr.92
✅《+99455 228 42 20》 ✔📞《+99451 363 63 34》 yazılmaq üçün
🔷🔶facebook.dr.aynure_hemidova

17/12/2018
Uşaqlığın polipləri nədir???       Uşaqlığın polipləri uşaqlığın daxili qatı endometriumun uşaqlıq daxilinə böyüməsi nət...
11/12/2018

Uşaqlığın polipləri nədir???
Uşaqlığın polipləri uşaqlığın daxili qatı endometriumun uşaqlıq daxilinə böyüməsi nəticəsində əmələ gəlir.(endometrial poliplər).Estrogen hormonun təsiri nəticəsində əmələ gəldiyi düşünülür.Endomerial poliplər əsasən xoş xassəli (benign)olub nadir hallarda (3-5/1000)kanserləşə bilər.Ölçüsü bir neçə millimetrdən tutmuş qolf topu böyüklüyünə qədər ola bilər.Poliplər bir və ya çoxsaylı ola bilər.Uşaqlıq divarına geniş əsası ilə birləşə bilər və ya saplı ola bilər.
✔Risk faktorları
. Menapoz öncəsi və ya menapoz dövrü.
. Yüksək təzyiqin olması.
Artıq çəkili olmaq (obez).
Hormonal dərman qəbulu (süd vəzi xərçənginin müalicəsində istifadə olunan Tamoxifen və.s)
POLİP SİMPTOMLARI.
Poliplər heç bir şikayət verməyə bilər.Normal müayinə sırasındaolunan USM müayinəsində polip olduğu aşkarlana bilər.Lakin poliplər bir çox hallarda menstrual tsikldə pozulmalara səbəb olur.Bəzən də aybaşı miqdarında artma,aybaşı bitdikdən sonra qəhvə rənli ləkələnmə,menstrual tsikllər arası qanaxma şəklində özünü göstərə bilər.Aybaşıdan kəsilən xanımlarda ləkə şəkilində qanama görülə bilər.Bu kimi hallarda ginekoloqa müraciət olunmalıdır.Poliplər uşaqlıq daxilində yer tutaraq spermin keçişinə mane olur.Eyni zamanda düzənsiz uşaqlıq qanaxmalarına səbəb olmaqla birlikdə uşaqlığın divarında spiralın təsirinə bənzər dəyişiklik yaradaraq mayalanmiş ovumun yapişmasına səbəb olaraq sonsuzluq yaradır.Polipin alınması hamiləlik şansını artırır.
POLİPLƏRİN DİAQNOSTİKASI.
☆USM (ULTRASƏS MÜAYİNƏSİ) Polipin diaqnozu təcrübəli USM həkimi və ya ginekoloq tərəfindən sadə USM müayinəsi ilə də qoyula bilir.
SIS (SALİN İNFUZİON SONOGRAFİA)
Diaqnozu dəqiqləşdirmək üçün ultrasəs müşahidəsi altïnda uşaqlıq daxilinə fizialoji məhlul verilir.Dolma defektinə görə polip diaqnozu təsdiqlənir.
HSG (HİSTEROSALPİNGOGRAFİYA)
Uşaqlıq daxilinə radioopak maddə verilərək rentgen film çəkilir.Dolma defektinə görə diaqnoz qoyulur.
MRT (MAQİNİT REZONANS TOMOGRAFİYA
Uzm.Dr.Aynurə Həmidova
Cərrah-mama ginekoloq
🏥BakuMedical Plaza
📍Ünvan:Babək pr.92
✅《+99455 228 42 20》 ✔📞《+99451 363 63 34》 yazılmaq üçün
🔷🔶facebook.dr.aynure_hemidova

Hamiləlikdə yumurtalıq kistləri sıx qarşılaşılan durumdur.Bu kistlər hamiləlikdən əvvəl də mövcud ola bilər,hamiləlik sı...
10/12/2018

Hamiləlikdə yumurtalıq kistləri sıx qarşılaşılan durumdur.Bu kistlər hamiləlikdən əvvəl də mövcud ola bilər,hamiləlik sırasında da yarana bilər.Ona görə mütləqdir ki,hamiləlikdə ilk kontrol sırasında ultrasəs müayinəsi zamanı yumurtaliqlara da baxılsın.Hamiləliyin əvvəlində yumurtalıqda kist görülə bilər.Bunlar bəsit yumurtlama kistləridir ki ,təxminən 8- ci həftdən sonra öz özünə keçib gedir ve əlavə müdaxiləyə gərək qalmır.Lakin əgər biz müayinə sırasında ferqli bir kist aşkarlamışıqsa və bunun bədxassəli olduğuna dair sübhəmiz varsa o zaman Doppler usg və ya MRT müayinə üsulları ilə kistin irəli analizi aparılmalıdır.Ümumiyyətlə bədaxassəli kist olduğundan sübhələndiyimiz zaman ve kistin təcili olaraq çıxarılması gərəkirsə hamiləliyin həftəsindən asılı olmadan cərrahi əməliyyat icra olunur .Yox egər kist xoşxassəlidirsə və qadın müəyyən səbəbdən Keysəriyyə olunacaqsa onda əməliyyat icra olunan zaman da kist götürülə bilər.
Bəzi hallarda, xüsusilə iri ölçülü yumurtalıq kistləri öz ətrafinda dönərək yumurtalığın qalınlaşmasını pozub yumurtalığın qanqrenasına səbəb ola bilər .Bu zaman təcili əməliyyat icra olunub yumurtalıq öz əvvəlki vəəziyyətinə qaytarılmalıdilır.
Uzm.Dr.Aynurə Həmidova
Cərrah-mama ginekoloq
🏥BakuMedical Plaza
📍Ünvan:Babək pr.92
✅《+99455 228 42 20》 ✔📞《+99451 363 63 34》 yazılmaq üçün
🔷🔶facebook.dr.aynure_hemidova

Dondurulmuş embrio transferi nədir və embriolar niyə dondurulur?Süni mayalanma zamanı qadına çox sayıda   yumurta əldə e...
08/12/2018

Dondurulmuş embrio transferi nədir və embriolar niyə dondurulur?
Süni mayalanma zamanı qadına çox sayıda yumurta əldə etmək üçün hormonal tərkibli iynəlelər təyin olunur.Və əlbəttə ki bunun nəticəsində 1 deyil ,çox miqdarda follikul əmələ gəlir ki ,nəticədə yumurta toplama işləmi sirasinda çox miqdarda yumurta(yəni yumurta hüceyrə) toplanır.Bunlar labaratoriya şəraitində mayalandırılır.1 və ya 2 embriyon transfer edilir.Transfer edilməyən artıq qalan keyfiyyətli embriyonları o biri aylarda təkrar transfer etmək mümkündür.
Necə???
Bunun üçun həmin embrionlar embrioloq tərəfindən maye azot içerisində(-320dərəcədə) dondurularaq saxlanılır.Sonrakï aylarda hətta 5 il keçsə belə qadının usaqlıq divarı hamiləlik üçün hazır vəziyyətə gətirilərək həmin embriyonlar transfer edilə bilir.
Uzm.Dr.Aynurə Həmidova
Cərrah-mama ginekoloq
🏥BakuMedical Plaza
📍Ünvan:Babək pr.92
✅《+99455 228 42 20》 ✔📞《+99451 363 63 34》 yazılmaq üçün
🔷🔶facebook.dr.aynure_hemidova

SAĞRI GƏLİŞİNormalda ana qarnındakı döl doğum kanalına baş hissesi ilə daxil olar.Lakin hamiləliklərin təxminən 3-4%də d...
07/12/2018

SAĞRI GƏLİŞİ
Normalda ana qarnındakı döl doğum kanalına baş hissesi ilə daxil olar.Lakin hamiləliklərin təxminən 3-4%də döl sağrı gəlişi olaraq doğulmaqdadır.Hamiləliyin erkən həftələrində bu vəziyyət müvəqqəti sayılır.Cünki dölün ölçüləri kicik olduğu üçün o tez tez vəziyyətini dəyişə bilir.Lakin hamiləlik həftəsi irəlidikcə usağın ana qarnındakı hərəkətləri azaldiqca onun duruşu daha stabil hal alir.Sağrı gəlişinin bir çox səbəbi vardır.
🍀Vaxtïndan əvvəl doğuş(Prematur preterm doğuş)
🍀Polihidramnioz(Dölyanı mayenin çox olması)
🍀Oligohidramnioz(az sululuq)
🍀Anada əzələ xəstəliyinin olması (miotonik distrofi) və s.
Hal hazırda bütun dunyada sağrı gəlişi olan hamilələrdə keysəriyyə ilə doğuma üstünlük verilir
Əvvəllər sağrı gəlişi baş gəlişə çevirmək üçün manevra istifadə olunurdu.Lakin bu üsul usaq üçün ciddi təhlükəyə səbəb olduğu üçün artık önərilmir.Sağrı gəlişi ilə normal doğum etmək də əlbəttə ki mümkündür.Ancaq bu zaman döldə körpücük sümüyü sınığı ,boyunda sinir kələfinim zədələnməsi nəticəsində qolun paralizi,anada ciddi doğum kanalı yırtıqları ,doğumun irəli emməməsi və normal doğumun keysəriyyəyə dönmə ehtimalı çox yüksəkdir.Bütün bunları nəzərə alsaq bu hamiləikləri keysəriyyə ilə sonlandırmaq ən optimal variant sayılır.
Uzm.Dr.Aynurə Həmidova
Cərrah-mama ginekoloq
🏥BakuMedical Plaza
📍Ünvan:Babək pr.92
✅《+99455 228 42 20》 ✔📞《+99451 363 63 34》 yazılmaq üçün
🔷🔶facebook.dr.aynure_hemidova

Address

Baku

Telephone

+994552284220

Website

Alerts

Be the first to know and let us send you an email when Uzman Ginekoloq Aynure Hemidova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram