12/03/2026
Bərdə Rayon Mərkəzi Xəstəxanasında “Tənəffüs yolu infeksiyaları zamanı antibakterial müalicə” mövzusunda təlim keçirilib.
Təlimdə Səhiyyə Nazirliyinin Eksperti həmçinin Bakı Sağlamlıq Mərkəzinin Terapevtik xidmətlər üzrə müavini Zakir Quliyev, tibb müəssisəsinin direktoru Vüsal Məmmədov, müavinlər və müxtəlif ixtisasdan olan həkimlər iştirak edib.
Təlimin keçirilməsində məqsəd həkimlərin nəzəri və praktiki biliklərinin artırılması, klinik protokollara və sübutlara əsaslanan müalicə yanaşmalarının tətbiqinin gücləndirilməsi, antibiotiklərə davamlılığın azaldılması, eyni zamanda pasiyent təhlükəsizliyinin və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi olub.
Təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.