01/04/2026
Bu gün Balakən Rayon Mərkəzi Xəstəxanasının İnsan Resursları şöbəsində 9 il ərzində böyük məsuliyyət, peşəkarlıq və səmimiyyətlə çalışan, İnsan Resursları şöbəsinin müdiri, dəyərli əməkdaşımız Nərmin Rafiq qızı Muradova ilə yeni həyat yoluna qədəm qoyarkən vidalaşırıq.
Uzun illər ərzində göstərdiyi nümunəvi fəaliyyətə görə əməkdaşımız xəstəxananın direktoru Dilbər Quliyeva tərəfindən fərxri fərmanla təltif olunmuşdur.
Nərmin xanım bu illər ərzində kollektivimizin etibarlı üzvü kimi öz zəhməti, işinə sevgisi və insanlara göstərdiyi diqqət ilə hər zaman seçilmişdir. Onun xəstəxanamızın inkişafında, iş mühitinin daha səmərəli və sağlam qurulmasında xüsusi əməyi olmuşdur.
Xüsusilə İnsan Resursları şöbəsinin müdiri kimi kollektivin formalaşmasında, əməkdaşlar arasında sağlam iş münasibətlərinin qurulmasında və idarəetmə proseslərinin uğurla həyata keçirilməsində böyük rolu olmuşdur.
Uzun illər göstərdiyi fədakar fəaliyyətə görə Nərmin xanıma dərin təşəkkürümüzü bildirir, gələcək həyatında və yeni fəaliyyət yolunda ona bol uğurlar, möhkəm can sağlığı və sonsuz nailiyyətlər arzulayırıq.
Sizin kollektivimizdə qoyduğunuz gözəl iz, səmimi münasibət və xoş xatirələr hər zaman bizimlə qalacaq. Yolunuz daim açıq, uğurlarınız bol olsun!