Xocavənd Rayon Mərkəzi Xəstəxanası

Xocavənd Rayon Mərkəzi  Xəstəxanası Tibb müəssisəsi TƏBİB -in tabeliyində fəaliyyət göstərir.

29/01/2026
29/01/2026
Xocavənd Rayon Mərkəzi Xəstəxanasında peyvəndlənmə prosesi davam etdirilirXocavənd Rayon Mərkəzi Xəstəxanasında uşaqları...
28/01/2026

Xocavənd Rayon Mərkəzi Xəstəxanasında peyvəndlənmə prosesi davam etdirilir

Xocavənd Rayon Mərkəzi Xəstəxanasında uşaqların sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə peyvəndlənmə tədbirləri peyvənd təqviminə uyğun şəkildə mütəmadi olaraq həyata keçirilir.

Peyvəndlənmə uşaqlarda immun sisteminin formalaşmasında mühüm rol oynayır, bir çox təhlükəli və yoluxucu xəstəliklərə qarşı etibarlı qorunma yaradır. Vaxtında aparılan peyvəndlər həm uşağın sağlam böyüməsini təmin edir, həm də cəmiyyətdə infeksiyaların yayılma riskini azaldır.

Xəstəxananın tibb heyəti tərəfindən peyvənd prosesi təhlükəsizlik və sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla həyata keçirilir, valideynlərə peyvəndlərin əhəmiyyəti və mümkün təsirləri barədə ətraflı məlumat verilir.

Valideynlərimizi övladlarımızı peyvənd təqviminə uyğun olaraq vaxtında peyvənd etdirməyə, uşaqlarımızın sağlam gələcəyi naminə bu prosesdə aktiv iştirak etməyə çağırırıq.
Unutmayaq ki, peyvənd sağlam uşaq, sağlam ailə və sağlam cəmiyyət deməkdir.

Maqnezium (Mg) elementinin orqanizmə təsiri: • Sinir sisteminin normal fəaliyyətini təmin edir• Stressi və əsəb gərginli...
27/01/2026

Maqnezium (Mg) elementinin orqanizmə təsiri:
• Sinir sisteminin normal fəaliyyətini təmin edir
• Stressi və əsəb gərginliyini azaldır
• Yuxu keyfiyyətini yaxşılaşdırır
• Ürək ritmini tənzimləyir
• Qan təzyiqinin normada saxlanmasına kömək edir
• Ürək-damar xəstəlikləri riskini azaldır
• Əzələlərin yığılma və boşalma prosesini tənzimləyir
• Əzələ qıcolmalarının və spazmların qarşısını alır
• Fiziki və zehni yorğunluğu azaldır
• Sümük və dişlərin möhkəmlənməsində iştirak edir
• Kalsium və D vitamini ilə birlikdə sümükləri gücləndirir
• Halsızlıq və zəifliyi azaldır
• Qanda şəkərin tənzimlənməsində iştirak edir
• Maddələr mübadiləsini yaxşılaşdırır
Maqnezium çatışmazlığı zamanı müşahidə olunur:
• Əzələ qıcolmaları
• Əsəbilik və stress
• Ürək döyüntüsünün pozulması
• Yuxusuzluq
• Baş ağrısı, halsızlıq və tez yorulma
Maqneziumla zəngin qidalar:
• Qoz, badam, fındıq
• Paxlalılar (noxud, mərci)
• Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq)
• Tam taxıllar
• Banan, avokado
• Tünd şokolad

26/01/2026

Respirator virus infeksiyaları uşaqlara necə təsir edir?

Fəsil dəyişkənliyi böyüklərlə yanaşı, uşaqların səhhətinə də təsirsiz ötüşmür.

Uşaqlarda mövsümi xarakter daşıyan respirator xəstəliklər əsasən fəsil dəyişən müddətdə, havanın soyuq keçdiyi dövrlərdə müşahidə olunur.

Tibb məsləhətləri bu dəfə bölgə xəstəxanalarında çalışan həkim-mütəxəssislər verirlər. Onlar hesab edir ki, uşaq kollektivlərində uşaqlar bir-biri ilə sıx təmasda olduğu üçün xəstəliyin ilkin əlamətləri çox zaman gözardı edilir:

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Sücəddin Əbdülov:

“Yoluxma halında artım da çox zaman bu formada yayılır. Nadir hallarda kontakt yolu ilə başlayır. Uşaqlarda, xüsusilə körpələrdə və məktəbəqədər yaşda immun sistemi tam formalaşmadığı üçün uşaqlar viruslara daha tez yoluxurlar. Respirator virusun yaranma metodu, əsasən, hava-damcı yolu, çirkli əllər və əşyalar vasitəsilə uşağın burun, ağız və ya gözündə yerləşən selikli qişaya düşür, nəticədə virus burada çoxalır. Bu proses nəticəsində selikli qişada şişkinlik və qızartı yaranır, burun axıntısı, öskürək, boğaz ağrısı müşahidə olunur. İmmun sistem virusla mübarizə aparır, bu zaman qızdırma və halsızlıq yaranır”.

Soyuq, quru hava virusların daha uzun müddət havada qalmasına və yayılmasına şərait yaratdığını deyən Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Lamiyə Qədirovanın sözlərinə görə, uşaqları həddən artıq qalın geyindirmək də tərləməyə səbəb olur və tərli halda bədən tez soyuyur, immun sisteminin müdafiəsi zəifləyir:

“Uşağı uzun müddət evdə saxlamaq qapalı məkanda təmiz havanın azalmasına və virus konsentrasiyasının artmasına, immun sisteminin tənbəlləşməsinə səbəb olur. Təmiz hava isə ağciyərlərin ventilyasiyasını yaxşılaşdırır, virusların artmasının və yayılmasının qarşısını alır, uşağın iştahasını və yuxusunu yaxşılaşdırır”.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Sücəddin Əbdülovun sözlərinə görə, uşaqlarda infeksion və respirator xəstəliklər ən çox rast gəlinən sağlamlıq problemlərindəndir:

“Xüsusilə payız-qış mövsümündə virus infeksiyalarının artması uşaqların immun sisteminə əlavə yük yaradır. Bu xəstəliklərin qarşısının alınmasında əsas məqsəd infeksiyaya yoluxma riskini azaltmaq, uşağın immun-müdafiə mexanizmlərini gücləndirməkdir. Uşaqların infeksion xəstəliklərdən qorunmasında gigiyenik qaydalara riayət olunması mühüm rol oynayır”.

Ümumiyyətlə, uşaqların mövsümə uyğun geyindirilməsi, üşütməyə və ya tərləməyə yol verilməməsi də profilaktik baxımdan əhəmiyyətlidir. Gigiyena qaydalarına riayət, peyvəndləmə, düzgün qidalanma, kifayət qədər yuxu və sağlam psixoemosional mühit immun sisteminin möhkəmlənməsində əsas amillərdir.

Mütəxəssislərin sözlərinə görə, müalicə simptomatik və antiviraldır. İlk olaraq, istirahət, bol maye qəbulu, qızdırmasalıcı dərman vasitələri istifadə edilməlidir. Əlavə olaraq isə həkim təyinatı əsasında vitaminlərlərdən istifadə edilə bilər. Əgər ağırlaşmalar müşahidə olunarsa, dərhal tibb müəssisəsinə müraciət edilməli, ehtiyac yaranarsa, infuzion və antibakterial terapiya aparılmalıdır.

26/01/2026
25/01/2026
24/01/2026
23/01/2026

Pozulmuş aclıq qlükozası – qanda şəkərin normal səviyyədən yüksək, lakin diabet üçün diaqnostik həddən aşağı olması halıdır.

Həkimlər bunu prediabetin xəbərdarlıq siqnalı hesab edirlər. Əgər vaxtında tədbir görülməzsə, gələcəkdə tip 2 şəkərli diabet riski əhəmiyyətli dərəcədə artır.
Risk faktorlarına artıq çəki, az fiziki aktivlik, qeyri-sağlam qidalanma, genetik meyllilik və yüksək qan təzyiqi daxildir.

Aclıq qan qlükoza testi insan 8-12 saat ərzində qida qəbul etmədikdən sonra aparılır. Bu test prediabet və diabetin aşkarlanmasında istifadə edilən əsas üsullardan biridir.

Sağlam həyat tərzi, balanslı qidalanma və stresin idarə olunması pozulmuş aclıq qlükozasının qarşısını almağın ən effektiv yollarındandır.

Address

Xocavənd Rayon 500 Ailəlik Xocavənd Qəsəbəsi
Beylagan
2800

Telephone

+994212235400

Website

http://tabib.gov.az/

Alerts

Be the first to know and let us send you an email when Xocavənd Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Xocavənd Rayon Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category