Biləsuvar Rayon Mərkəzi Xəstəxanası

Biləsuvar Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

17/04/2026

Üç ay ərzində şəhid ailəsi üzvlərinə 50 mindən çox tibbi xidmət göstərilib

2026-cı ilin ilk üç ayı ərzində TƏBİB tabeli tibb müəssisələrinə 4 261 şəhid ailəsi üzvü tərəfindən 14 645 müraciət daxil olub. Müraciətlər əsasında onlara ümumilikdə 51 183 adda müxtəlif tibbi xidmət göstərilib.

Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik və radioloji istiqamətləri əhatə edib.

Bununla yanaşı, YAŞAT Fondu tərəfindən 12 müraciət araşdırılaraq müvafiq dəstək göstərilib.

Qeyd edək ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən koordinatorlar vasitəsilə şəhid ailəsi üzvlərinə növbəsiz tibbi xidmətlərin göstərilməsi, müayinələrin təşkili və zəruri hallarda yönləndirmə xidmətləri təmin olunur.

17/04/2026

🩸17 Aprel Ümumdünya Hemofiliya Günüdür.

Hemofiliya - qanın laxtalanması prosesinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlar, əzələlər, daxili orqanlarda zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir.

Hemofiliyanın müalicəsi olmasa da, xəstənin orqanizmində çatışmayan qanın laxtalanma amilinin inyeksiya edilməsi yolu ilə bu xəstəliyin gedişinə tam və uğurlu şəkildə nəzarət edilə bilər.

15/04/2026

Ailədə gigiyena vərdişləri yalnız təmizlik üçün deyil, həm də sağlamlığın qorunması üçün əsasdır. Uşaqlar bu vərdişləri ən çox valideynlərin davranışlarından öyrənir, ona görə də ailə mühiti onların gündəlik təmizlik qaydalarını formalaşdırmaqda böyük rol oynayır.

Erkən yaşlarda gigiyena vərdişlərinin öyrədilməsi uşaqların sağlam həyat tərzinə davamlı şəkildə sahib olmalarını təmin edir.

Ailədə gigiyena vərdişlərini formalaşdırmaq üçün vacib hesab olunur:

• Əllərin yeməkdən əvvəl, sonra və çöldən gəldikdə yuyulmasını vərdiş halına gətirmək;
• Şəxsi əşyaların (diş fırçası, dəsmal, geyim) paylaşılmamasına diqqət etmək;
• Evi mütəmadi havalandırmaq və təmiz saxlamaq;
• Uşaqlara gigiyena qaydalarını nümunə göstərərək öyrətmək.

15/04/2026

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

14/04/2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

14/04/2026
14/04/2026

Səhv vərdişlərin izi: mədə xorası necə yaranır?

Mədə xorası mədənin daxili selikli qişasında yaranan, turşu və həzm fermentlərinin təsiri ilə zədələnmiş açıq yaradır.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkim-qastroenteroloqu Amil Mənsimovun sözlərinə görə, normal şəraitdə mədə turşusu qidanın həzmi üçün vacibdir, amma selikli qişa zədələndikdə və ya turşuluq artdıqda toxumalar zədələnir:

“Xoralar həm mədədə, həm də onikibarmaq bağırsaqda (duodenal xoralar) ola bilər. Xoralar mədənin qoruyucu mexanizmlərinin pozulması nəticəsində əmələ gəlir. Mədə xoraları, əsasən, helikobakter pylori infeksiyası səbəbindən yaranır. Bununla yanaşı, bakteriyalar mədənin selikli qişasında iltihab əmələ gətirir, qoruyucu mukus qatını zədələyir və yara riski artırır. Qeyri-steroid iltihabəleyhinə dərmanlar, mədə turşusunun çoxluğu da mədə xorasını yaradan səbəblərdəndir”.

Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının həkim-qastroenteroloqu Nailə Yəhyayeva bildirir ki, mədə xorası gec aşkarlanarsa, həmçinin müalicə olunmazsa, ağırlaşma müşahidə olunur:

“Bu ağırlaşmalar öz növbəsində qanaxma, perforasiya, penetrasiya, mədə çıxacağının daralması və mədə xərçəngi kimi fəsadlara və ağır xəstəliklərə səbəb olur. Mədə xoralarının müalicəsi yaranma səbəbindən asılı olur. Dərman müalicəsində antibiotiklər, proton pompası ingibitorları, H2-reseptor blokatorları, antasidlər və sitoprotektiv preparatlar istifadə olunur. Yanaşı olaraq, pəhriz və həyat tərzi də dəyişməlidir”.

A.Mənsimov vurğulayır ki, mədə xorasının profilaktikası məqsədilə vaxtında və balanslı qidalanmaq, ağrıkəsiciləri çox istifadə etməmək tövsiyə olunur:

“Eyni zamanda siqaret və spirtli içkilərdən, mümkün qədər stresdən uzaq durmaq və rahatlaşdırıcı üsullar tətbiq etmək, xora riskini artıran xəstəlik və dərmanlardan xəbərdar olmaq, habelə müntəzəm olaraq tibbi müayinələrdən keçmək və ən əsası, vaxtında həkimə müraciət etmək mütləqdir. Əks halda, mədə xoraları ağırlaşmalara səbəb ola bilər”.

Mütəxəssislər qeyd edir ki, mədə xoraları, adətən, 30-50 yaş aralığında olan şəxslərdə daha çox müşahidə olunur. Lakin son dövrlərdə düzgün qidalanmamaq və yuxu rejiminə riayət etməmək səbəbindən daha aşağı yaşlarda da mədə oxdralazine səbəb olur.

14/04/2026

“815” Çağrı Mərkəzinə I rüb ərzində 35 mindən çox zəng daxil olub

TƏBİB-in “815” Çağrı Mərkəzinə 2026-cı ilin I rübü ərzində ümumilikdə 35 814 zəng daxil olub. Müraciətlərdən 35 350 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 464 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 162 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 153 müraciət ilə bağlı məsələ həll edilib, 149 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

13/04/2026

Address

H. Əliyev Küç. 84 Bilyasuvar
Bilyasuvar
1300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00

Telephone

+994252953867

Alerts

Be the first to know and let us send you an email when Biləsuvar Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Biləsuvar Rayon Mərkəzi Xəstəxanası:

Share

Category