
17/07/2025
⚽️Uşağı hansı idmana göndərmək lazımdır?
Bu suala cavab verməzdən əvvəl bir məsələdə razılaşaq: idman sağlamlıq üçün olmalıdır. Amma ailələr adətən uşaqlarını idmana üç fərqli məqsədlə yönləndirirlər:
🔺1. Arıqlamaq üçün:
Əgər məqsəd artıq çəkidən qurtulmaqdırsa, ilk növbədə uşağın özünün maraq göstərdiyi idman növünü seçməyə imkan verin. Sevmədiyi və məcburi olaraq getdiyi məşğələlər uşağın idmandan uzaqlaşmasına səbəb ola bilər. Sevərək iştirak etdiyi idman növü isə həm motivasiyasını artırar, həm də daha effektiv nəticə verər.
🔺2. Boyun uzanması üçün:
Xalq arasında tez-tez rast gəlinən “basketbol boy uzadır”, “güləş boyu balacalaşdırır” kimi fikirlər yanlışdır. Əslində, istənilən fiziki aktivlik boy inkişafına müsbət təsir göstərir, lakin bu təsir yalnız bir neçə santimetr ola bilər. Məsələn, boyu 160 sm olan uşağın basketbol oynamaqla 180 sm olması mümkün deyil. Basketbolçuların uzun boylu olması onların genetik xüsusiyyəti ilə bağlıdır. Onlar uzun olduqları üçün bu idmanda uğur qazanırlar, yoxsa əksinə deyil. Əgər ciddi boy qısalığı problemi varsa, bunu yalnız idmanla dəyişmək real deyil. Amma mövcud genetik potensiala bir neçə santimetr dəstək olmaq mümkündür.
🔺3. Peşəkar idman üçün:
Əgər uşaq peşəkar idman yolu seçirsə, bu zaman mütləq şəkildə professional dietoloq nəzarəti vacibdir. Düzgün qidalanmadan ağır məşqlərlə məşğul olmaq uşağın inkişafına mənfi təsir göstərə, hətta boy artımında geriləməyə səbəb ola bilər.
Uşağın maraqları, sağlamlığı və potensialı nəzərə alınaraq düzgün istiqamət seçilməlidir. Ən önəmlisi isə – uşaq idmanı sevərək və zövq alaraq etməlidir.
👨🏻⚕️ Dr. Azad Əkbərzadə
Uşaq endokrinoloqu
Əlaqə:
📲+994775688870
🏨Sağlam Ailə klinikası